Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
14-02-2023, 22:46
Oğuzda cinayət - Özünü və həyat yoldaşını doğradı


Oğuzda cinayət - Özünü və həyat yoldaşını doğradı

Oğuzda kişi arvadına və özünə ağır xəsarətlər yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, bu gün saat 17 radələrində 1962-ci il təvəllüdlü Oğuz şəhər sakini Nazim Rəhimov əvvəlcə kəsici alətlə arvadı, 1966-ci il təvəllüdlü Sevinc Rəhimovaya, daha sonra isə özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
14-02-2023, 16:57
Dəniz Baykalla vida mərasimi keçirildi


Dəniz Baykalla vida mərasimi keçirildi

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri, Türkiyə parlamentinin deputatı Dəniz Baykalla vida mərasimi keçirilib. Mərasim əvvəlcə CHP-nin qərargahı önündə, daha sonra Türkiyə parlamentinin qarşısında baş tutub. Ankaradakı Ahmet Hamdi Akseki məscidində keçirilən dəfn mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə parlamentinin spikeri Mustafa Şəntop, Türkiyənin vitse-prezidenti Fuat Oktay da iştirak edib. Qeyd edək ki, Baykal fevralın 11-də vəfat edib. O, 20 iyul 1938-ci ildə Antalyada anadan olub. 1995–1996-cı illərdə Türkiyə Baş nazirinin köməkçisi vəzifəsində çalışıb.
14-02-2023, 16:53
Ermənistanın müdaifə naziri hindistanlı həmkarı ilə görüşdü


Ermənistanın müdaifə naziri hindistanlı həmkarı ilə görüşdü

Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Hindistanın müdafiə naziri Racnat Sinq ilə görüşüb. Ölkələr arasında müdafiə və hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Görüş Brutyanın işgüzar səfəri çərçivəsində “Aero India 2023” hava sərgisində iştirakı çərçivəsində baş tutub. Qeyd edək ki, bu gün həm də Ermənistanın XİN başçısı Ararat Mirzoyanla Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri arasında görüş olub. Nazir Hindistanla əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib. O, diplomatik fəaliyyətini başa vurmaqda olan səfir Kişan Dan Deval ilə ikitərəfli əlaqələri müzakirə edib. Həmçinin əməkdaşlığın daha da möhkəmləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsindən danışılıb.
14-02-2023, 15:50
Tələbələrimizin yaşadığı binadan tanınmaz halda olan cəsəd tapıldı


Tələbələrimizin yaşadığı binadan tanınmaz halda olan cəsəd tapıldı

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, azərbaycanlı professor Aygün Attar zəlzələ nəticəsində dağılan binaların qalıqları altında qalan tələbələrdən birinin - Gündüz Nəzərzadənin mənzilindən çıxan əşyaların fotosunu paylaşıb. Bu barədə o, "Twitter" səhifəsində paylaşım edib. Attar qeyd edib ki, Türkiyədə azərbaycanlı tələbələrin yaşadığı binadan daha bir meyit tapılıb. O, meyitin tanınmaz halda olduğunu və meyitin kimliyi ilə bağlı diaqnozun prokurorluğun nəzarəti altında aparılacağını söyləyib. Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş verən zəlzələdən sonra itkin düşüblər.
14-02-2023, 15:46
Azərbaycandan zəlzələ bölgəmizə 5624 çadır göndərilib - Cahit Bağçı


Azərbaycandan
zəlzələ bölgəmizə 5624 çadır göndərilib - Cahit Bağçı


Son məlumatlara görə, bugünədək Azərbaycandan zəlzələ bölgəsinə 5624 çadır göndərilib. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib. Onun sözlərinə görə, Azərbaycanın yardımları TIR-lar və təyyarələr vasitəsilə Türkiyəyə göndərilib: "Eyni zamanda, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator göndərilib".
14-02-2023, 15:41
Cənubi Koreya parlamentindən Türkiyə və Suriyaya dəstək


Cənubi Koreya parlamentindən Türkiyə və Suriyaya dəstək

Cənubi Koreya parlamentinin millət vəkilləri maaşlarının üç faizini Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə bağışlayacaq. Bu barədə "Yonhap" agentliyi məlumat yayıb. Təbii fəlakət qurbanlarına dəstək tədbirlərini ehtiva edən qətnamə parlamentdəki 229 deputatdan 228-i tərəfindən təsdiqlənib. Bir deputat isə səsvermədə bitərəf qalıb. Qərar həmçinin Türkiyə və Suriyada axtarış-xilasetmə və yenidənqurma işlərinin dəstəklənməsini, zəlzələ bölgəsində koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsini nəzərdə tutur. Cənubi Koreya Prezidenti Yun Suk Yeol Türkiyəyə yardım üçün bütün mövcud resursları səfərbər etməyi tapşırıb.
14-02-2023, 15:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
14-02-2023, 14:46
İsraillə əlaqələrimizin qarşılıqlı inkişafına səy göstəririk - Çavuşoğlu


İsraillə əlaqələrimizin qarşılıqlı inkişafına səy göstəririk - Çavuşoğlu

"Bu gün Türkiyəyə göstərdiyi dəstəyə görə İsrailə təşəkkürümüzü bildiririk". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib. "İlk dəfədir ki, İsrail XİN başçısı Eli Kohenlə üz-üzə görüşürəm. İki dəfə telefonla danışmışıq. Qeyd edim ki, İsraildə yeni hökümət qurulandan sonra əlaqələrin möhkəmlənəcəyinə əmin olmuşuq. Bundan sonra yeni səhifənin açılmasına ümid edirik. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər, bu təqdirəlayiqdir", - deyə XİN başçısı vurğulayıb.
14-02-2023, 14:43
Türkiyəyə ilk yardım göstərənlərdən biri İsraildir - Çavuşoğlu


Türkiyəyə ilk yardım göstərənlərdən biri İsraildir - Çavuşoğlu

"Türkiyəyə zəlzələ zamanı ilk dəstək verən ölkələrdən biri İsrail idi, buna görə onlara təşəkkür edirik". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İsrail XİN rəhbəri Eli Kohenlə birgə mətbuat konfransında deyib. "İsrail tərəfi sadəcə zənglə kifayətlənmədi, bizə hərtərəfli yardım etdilər. İsrail-Fələstin münaqişəsinə bundan sonra diqqət yetirmək lazımdır. Bu məqamda həll prinsipinə xələl gətirəcək addımlardan çəkinmək lazımdır. Hər iki ölkənin səfirləri əlaqələrin inkişafı üçün səy göstərirlər",- deyə türkiyəli nazir bildirib.
14-02-2023, 14:19
Rusiyadan Moldovaya çağırış dolu mesaj


Rusiyadan Moldovaya çağırış dolu mesaj

"Kişinyovun Rusiyanın Moldovada vəziyyəti destabilizasiya etmək planı ilə bağlı bəyanatları əsassızdır". Bu, Rusiya XİN-in Moldova prezidenti Maya Sandunun dünənki açıqlamasına cavabında bildirilib. "Kiyev Kişinyovu Rusiya Federasiyası ilə şiddətli qarşıdurmaya cəlb etməyi hədəfləyir. Moskva Moldova hakimiyyətini dövlət müdrikliyi göstərməyə, kənardan gələn təxribatlara uymamağa çağırır", - deyə məlumatda vurğulanıb. Rusiya XİN-in açıqlamasında ABŞ-ın Suriyadakı zəlzələ ilə bağlı addımlarına da münasibət bildirilib. "Qərb Suriyadakı zəlzələdən zərər çəkmiş insanların ehtiyacları barədə spekulyasiya edir, sərhədyanı yardım mexanizmini genişləndirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edir", - deyə qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!