Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
29-01-2023, 22:54
İran zəlzələdən zərər çəkən həmvətənlərimizə sahib çıxmır


İran zəlzələdən zərər çəkən həmvətənlərimizə sahib çıxmır

İran hakimiyyəti zəlzələdən zərər çəkən azərbaycanlılara sahib çıxmır. Bu barədə “Azad İran” teleqram kanalında məlumat yayılıb. Zəlzələdən zərərçəkənlər şaxtalı havada küçədə qalıblar. Qeyd edək ki, dünən Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ən azı iki nəfər ölüb, daha 440 nəfər xəsarət alıb, çoxlu sayda evlər dağılıb. Zəlzələnin təsiri qonşu kəndlərdə də hiss olunub.


29-01-2023, 22:50
Argentina Ukraynaya silah verməyi düşünmür


Argentina Ukraynaya silah verməyi düşünmür

Argentina və Latın Amerikasındakı qonşuları Ukraynaya silah göndərməyi düşünmür. Bu barədə Argentina prezidenti Alberto Fernandes Almaniya kansleri Olaf Şoltsla görüşündə bildirib. O bildirib ki, bu mövqe digər münaqişə zonalarına da aiddir. "Argentina və Latın Amerikası Ukraynaya, eləcə də başqa münaqişə zonasına silah göndərməyə hazırlaşmır və düşünmür", - Fernandes vurğulayıb.
29-01-2023, 22:44
Sülh üçün mübarizə aparırıq - Hulusi Akar


Sülh üçün mübarizə aparırıq - Hulusi Akar

"Biz sülh üçün mübarizə aparırıq". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. "Bir tərəfdən sərhədlərimizin qorunması üçün, digər tərəfdən terrorla mübarizənin həyata keçirilməsi, digər tərəfdən Somali, Sudan, Kosova, Bosniya başda olmaqla Şimali Kipr Türk Cümhuriyyətimiz, azərbaycanlı qardaşlarımız və liviyalı qardaşlarımızla dünyanın 19 fərqli bölgəsində mümkün olan bütün coğrafiyalarda minlərlə əsgərimizlə regional və dünya sülhünə töhfə vermək üçün gecə-gündüz işimizi davam etdiririk", - deyə Akar vurğulayıb.
29-01-2023, 22:42
İran XİN ölkədə baş verən partlayışlara aydınlıq gətirdi


İran XİN ölkədə baş verən partlayışlara aydınlıq gətirdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gün ölkəsində baş verən partlayışlara aydınlıq gətirib. XİN başmısı mətbuat konfransında bu barədə danışıb. "İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum iranlı alimlərin dinc məqsədlərlə atomdan istifadə planlarına təsir etməyəcək. İranın təhlükəsizliyini zəiflətmək naminə ekspertlərimizin dinc məqsədlərlə atomun inkişafı ilə bağlı iradə və niyyətlərinə təsir edə bilməyən qorxaq addımlar atılıb", - deyə nazir bildirib. Qeyd edək ki, gecə İranın İsfahanda yerləşən hərbi zavodlarına dron hücumu həyata keçirilib.
29-01-2023, 22:38
Paşinyan Misir prezidenti ilə əməkdaşlıq perspektivlərindən danışdı


Paşinyan Misir prezidenti ilə əməkdaşlıq perspektivlərindən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Misir prezidenti Əbdəlfəttah əs-Sisi ilə görüşüb. Görüş Misir prezidentinin Ermənistana səfəri çərçivəsində baş tutub. Tərəflər Ermənistan-Misir əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Paşinyan Misir prezidentinin müstəqil Ermənistanın tarixində ilk səfərinin əhəmiyyətini vurğulayıb: "Yəqin ki, bunun şərəfinə İrəvana qar yağıb".
29-01-2023, 22:27
Prezident xanımı ilə Macarıstanda


Prezident xanımı ilə Macarıstanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.


29-01-2023, 17:29
Prezident Macarıstana rəsmi səfərə getdi


Prezident Macarıstana rəsmi səfərə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşılayıblar.
29-01-2023, 17:24
Fransada pensiya yaşının artırılmasına qarşı aksiyalar davam edir


Fransada pensiya yaşının artırılmasına qarşı aksiyalar davam edir

Fransada pensiya islahatına qarşı etirazlar davam edir. Həmkarlar ittifaqı təşkilatları əhalini tətillərə və kütləvi aksiyalara qoşulmağa çağırıb. Məlumata görə, eyni vaxtda 200-dən çox aksiya təyin olunub. İnsanlar hökumətin növbəti illərdə pensiya yaşının artırılması bağlı qərarına yenidən baxmağı tələb edirlər. Qeyd edək ki, Fransada pensiya yaşının 7 il ərzində 64-ə çatdırılması nəzərdə tutulub.
29-01-2023, 17:21
İranda dəhşətli zəlzələ - 1000-ə yaxın yaralı var


İranda dəhşətli zəlzələ - 1000-ə yaxın yaralı var

İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 1000-ə yaxın insan yaralanıb. Zəlzələ səbəbindən ümumilikdə 973 sakin xəsarət alıb.
29-01-2023, 17:18
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçirildi


Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 29-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib. Bu barədə DİM-dən bildirilib. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb. Sınaq imtahanı ilə bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub. İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!