Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
29-01-2023, 16:06
Somalidə terror aktı - Nazir öldürüldü


Somalidə terror aktı - Nazir öldürüldü

Somalinin Qalmuduq vilayətinin nəqliyyat və aviasiya naziri Farhio Abdi Vasuqe öldürülüb. Onu "Al-Shabab" terror təşkilarının üzvləri qətlə yetirib. Belə ki, terrorçular nazirə qarşı hücum təşkil edib. O, hadisə nəticəsində həlak olub. Hazırda detallarla bağlı araşdırma aparılır.
29-01-2023, 15:49
Şoltsla danışıq yoxdur, lakin Putin hər zaman təmaslara açıqdır - Peskov


Şoltsla danışıq yoxdur, lakin Putin hər zaman təmaslara açıqdır - Peskov

"Hələlik Putinin qrafikində Şolts ilə razılaşdırılmış danışıq yoxdur, lakin prezident təmaslara hər zaman açıq olub və açıqdır". Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Putinə zəng etmək niyyəti olduğunu açıqlamışdı. "Son 11 ay ərzində mən Makron kimi Putinlə təkrar-təkrar danışmışam. Sonuncu dəfə dekabrın əvvəlində danışığımız olmuşdu. Və mən Putinlə yenidən telefonla danışacağam. Çünki bir-birimizlə danışmaq lazımdır", - deyə Şolts söyləyib.
29-01-2023, 15:46
Sabaha olan hava proqnozu


Sabaha olan hava
proqnozu


Azərbaycanda yanvarın 30-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-da dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
29-01-2023, 15:43
Sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacımız var - Ermənistan


Sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacımız var - Ermənistan

"Ermənistanın sülhün əldə edilməsində Misir təcrübəsinə ehtiyacı var". Bunu misirli həmkarı ilə görüşü zamanı Ermənistan prezidenti Vahaqn Xaçaturyan deyib. O, Əs-Sisinin Ermənistana səfərini tarixi səfər adlandırıb. "Çünki bu, Misir nümayəndə heyətinin dövlət başçısı səviyyəsində Ermənistana ilk rəsmi səfəridir. Misirin qonşuları ilə dinc yanaşı yaşamaq ideyalarını inkişaf etdirməsi vacibdir", - deyə Vahaqn Xaçaturyan qeyd edib. "Misirin, eləcə də şəxsən Prezident Əs-Sisinin təcrübəsi bizim üçün faydalı olacaq. Hərbi və siyasi keçmişində o, çətin sınaqlarla üzləşib, lakin Misirin davamlı surətdə inkişaf edən ölkəyə çevrilməsini təmin edə bildi", - Ermənistan prezidenti əlavə edib.
29-01-2023, 15:38
Avtobus dərəyə aşdı, 40-dan çox insan həyatını itirdi


Avtobus dərəyə aşdı, 40-dan çox insan həyatını itirdi

Pakistanın cənubundakı Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində 40-dan çox adam həyatını itirib. Bu barədə Bəlucistanın Lasbela bölgəsinin rəsmi nümayəndəsi Həmzə Ancum bildirib. Məlumata görə, avtomobil körpüyə çırpılıb, nəticədə dərəyə düşüb və yanğın başlayıb. Onun sözlərinə görə, avtobusdakı 48 nəfərdən 41-i həlak olub. Qeyd edək ki, yol qaydalarına nadir hallarda əməl olunduğu və bir çox kənd yerlərində yolların bərbad vəziyyətdə olduğu Pakistanda ölümlə nəticələnən qəzalar tez-tez baş verir.
29-01-2023, 00:01
İran prezidenti İlham Əliyevlə telefonda danışdı


İran prezidenti İlham Əliyevlə telefonda danışdı

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Prezident Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb. Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib. Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
28-01-2023, 23:54
Son olanlar NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı - İsveç XİN


Son olanlar NATO-ya üzvlük prosesini müvəqqəti dayandırdı - İsveç XİN

Müqəddəs "Qurani-Kərim"in yandırılması ilə bağlı aksiyalar fonunda İsveç NATO-ya üzvlük prosesini dayandırıb. Bu barədə İsveçin xarici işlər naziri Tobias Billström "Expressen" qəzetinə müsahibəsində bildirib. O, NATO ölkələrinin xarici işlər nazirlərinin iyulda Vilnüsdə keçiriləcək sammitində Türkiyənin İsveçin alyansa qoşulmasına razılıq verəcəyinə ümid etdiyini vurğulayıb. “Son bir neçə həftə ərzində baş verənlər NATO-ya qoşulma prosesini müvəqqəti dayandırdı. Əlbəttə, biz Vilnüsdə keçiriləcək sammiti səbirsizliklə gözləyirik”, - XİN başçısı deyib. Qeyd edək ki, NATO-nun növbəti sammiti 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək.
28-01-2023, 23:48
Şolts Ukraynadakı müharibədən danışdı


Şolts Ukraynadakı müharibədən danışdı

Almaniya kansleri Olaf Şolts yeni videomüraciət yayıb. O, çıxışında Berlinin Rusiyaya qarşı siyasi kursundan və Ukraynadakı müharibədən danışıb. Şolts təkcə Ukraynaya dəstəyi deyil, həm də ölkəsinin təhlükəsizlik problemlərini nəzərə aldığını vurğulayıb. Kansler qeyd edib ki, hakimiyyətin prioriteti Almaniyanın təhlükəsizliyidir: “Bizim məqsədimiz aydındır - Rusiya güc tətbiq etməklə sərhədlərini genişləndirə bilməməlidir". Onun sözlərinə görə, Almaniyanın xarici siyasəti üç prinsipə əsaslanır: Ukraynaya humanitar, maliyyə və hərbi-texniki dəstək verilməsi; münaqişənin genişlənməsinin, onun Rusiya ilə NATO arasında müharibəyə çevrilməsinin qarşısının alınması; Birləşmiş Ştatların başçılıq etdiyi müttəfiqlər və tərəfdaşlarla bütün hərəkətlərin sıx əlaqələndirilməsi. Şolts bildirib ki, Rusiyanın Ukraynaya hücumu başlayandan Almaniya hökuməti hər zaman beynəlxalq səviyyədə razılaşdırılan qərarlar qəbul edib. O, həmçinin xatırladıb ki, Ukraynadakı “dəhşətli, qəddar və mənasız müharibə” Rusiya prezidenti tərəfindən təhrik edilib.
28-01-2023, 23:44
Ədliyyə nazirindən iranlı həmkarına müraciət


Ədliyyə nazirindən iranlı həmkarına müraciətt

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov İranın ədliyyə naziri Amin Hüseyin Rahimiyə müraciət ünvanlayıb. Nazir Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu qınayıb. F.Məmmədov ölümcül gücə malik avtomatik silahla törədilmiş, insan tələfatı və xəsarətləri ilə nəticələnən xain terror hücumunu qətiyyətlə pisləyib və bunun insanlıq və beynəlxalq hüquq normaları baxımından qəbuledilməzliyini qeyd edib. Nazir İran tərəfinin sözügedən qanlı terror aktını törədənləri ədalət naminə ən qısa müddətdə layiqli cəzalandırılmasını təmin edəcəyinə və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirəcəyinə inamını ifadə edib. F.Məmmədov ümidvar olduğunu bildirib ki, iranlı həmkarı səlahiyyətləri çərçivəsində bu məsələdə səylərini əsirgəməyəcək.
28-01-2023, 23:41
Misir prezidenti Ermənistanda səfərdədir


Misir prezidenti Ermənistanda səfərdədir

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi İrəvanda
səfərdədir. Bu, Misir dövlət başçısının Ermənistana ilk səfəridir. Onun həmkarı Vaaqn Xaçaturyanla görüşü gözlənilir. Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi yanvarın 27-28-də Azərbaycanda səfərdə olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!