Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
27-01-2023, 22:16
Rəisi terror aktıyla bağlı təhqiqat aparılmasını əmr etdi


Rəisi terror aktıyla bağlı təhqiqat aparılmasını əmr etdi

İran prezident İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib. Məlumatı İranın siyasi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cəmşidi özünün tvitter hesabında paylaşıb. Onun bildirdiyinə görə, İbrahim Rəisi məhkəmə və polis orqanlarına məsələ ilə bağlı hərtərəfli araşdırma aparmağı tapşırıb. “Qardaş və qonşu Azərbaycanın səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləmək istərdim”, – Məhəmməd Cəmşidi qeyd edib. "Bu kədərli xəbəri eşidəndən dərhal sonra Ayətullah Rəisi bu barədə hərtərəfli təhqiqat aparılmasını əmr etdi və hökumətə, Azərbaycan xalqına və mərhum diplomatın ailəsinə başsağlığı və rəğbətini bildirdi, yaralananların tezliklə sağalmasını arzuladı", - Cəmşidi əlavə edib.
27-01-2023, 17:47
Səfirliyimizə hücum edən şəxsin görüntüləri yayılıb


Səfirliyimizə hücum edən şəxsin görüntüləri yayılıb

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsin görüntüsü yayılıb. Hadisəni törədən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə olduğu bildirilir. Onun fotosu yerli teleqram kanallarında paylaşılıb. İstintaqın ilkin məlumatına görə, təxminən 50 yaşlı terrorçu səfirliyin binasına daxil olaraq mühafizə xidmətinə atəş açıb. Belə ki, o, “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri isə yaralayıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı araşdırma aparılır.

27-01-2023, 17:43
İranda yaşayan ermənilər Azərbaycana qarşı askiyaya başlayıblar


İranda yaşayan ermənilər Azərbaycana qarşı askiyaya başlayıblar

İranda yaşayan ermənilər Azərbaycan əleyhinə aksiyaya başlayıblar. Aksiya paytaxt Tehranda keçirilir. Azərbaycan səfirliyinə xain hücumun təşkil olunduğu ərəfədə ermənilərin aksiya keçirməsi təxribat məqsədi daşıyır. Belə ki, İranda yaşayan bir qrup erməni sakin Laçın dəhlizinin açılması ilə bağlı absurd tələblər irəli sürüb.
27-01-2023, 17:39
İrəvanla Bakı arasında danışıqların təşkilinə hazırıq - Rusiya XİN


İrəvanla Bakı arasında danışıqların təşkilinə hazırıq - Rusiya XİN

Rusiya digər xarici oyunçulardan fərqli olaraq, Qarabağdakı vəziyyəti yerində həll etməyə çalışır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Laçın dəhlizindəki vəziyyətə toxunan Zaxarova vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlıların komandanlığı və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək bütün maraqlı tərəflərlə daim əlaqə saxlayır. Rusiyanın İrəvanla Bakı arasında danışıqların təşkilinə hazır olduğunu bir daha vurğulayan Zaxarova deyib ki, Moskva bu hazırlıq barədə əvvəllər tərəfləri məlumatlandırıb və açıq şəkildə danışıb. "Hesab edirik ki, yerlərdə vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ dondurulması üçün maneəyə, səbəbə çevrilməməlidir. Nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması, vətəndaş cəmiyyəti xətləri üzrə təmaslar da daxil olmaqla normallaşma üçün hansısa yolla işi bərpa etmək lazımdır”, - Zaxarova əlavə edib. Onun sözlərinə görə, gərginliyi azaltmağa çağıran bəyanatlarla məhdudlaşan əksər xarici oyunçulardan fərqli olaraq, Rusiya “yerdə” həll yolları axtarır və humanitar yardım göstərir. "Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq Laçın dəhlizinin blokunu tamamilə açmağa çağırırıq. Və biz Bakı və İrəvana müraciət edərək mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq".
27-01-2023, 17:35
Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır - Ərdoğan


Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır - Ərdoğan

"Azərbaycanın Tehrandakı səfirliyində mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter hesabında yazıb. "Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", - deyə Ərdoğan dəstək paylaşımında vurğulayıb. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
27-01-2023, 17:31
İranın Azərbaycandakı səfirindən törədilən terror aktına münasibət


İranın Azərbaycandakı səfirindən törədilən terror aktına münasibət

Yanvarın 27-də İran İslam Respublikasının
Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə XİN-dən məlumat verilib. Görüşdə Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub. Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb. İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı baş verən silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib. Səfir görüşdə habelə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb.
27-01-2023, 17:26
Hadisəni törədənlərin tam cəzalandırılmasını tələb edirik - İrandakı səfirimiz


Hadisəni törədənlərin tam cəzalandırılmasını tələb edirik - İrandakı səfirimiz

“Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik”. Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə səfirliyə edilən hücumla bağlı açıqlamasında bildirib. “Səfirliyə edilən hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaş yaralanıb. Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - deyə səfir vurğulayıb.
27-01-2023, 17:23
Misir prezidenti Azərbaycanda


Misir prezidenti Azərbaycanda

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

27-01-2023, 17:19
İran səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən qaçdılar


İran səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən qaçdılar

İranın Azərbaycandakı səfirliyinin əməkdaşları diplomatik nümayəndəlikdən sənədlərlə qaçıblar. Bununla bağlı görüntüləri Baku TV yayıb. İranın Azərbaycandakı səfirliyinin qarşısından birbaşa videobağlantısı zamanı səfirlikdən bir neçə şəxsin sənədlərlə birgə tələsik maşına minərək ərazidən uzaqlaşdığı görünür. Ətraflı videonu təqdim edirik:

27-01-2023, 17:15
Ağdamda partlayıcı qurğular aşkarlandı


Ağdamda partlayıcı qurğular aşkarlandı

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılmış, böyük partlayış gücünə malik improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib. ANAMA-dan verilən məlumata görə, yol kənarında yerləşən, üzəri torpaqla örtülən təpəciklərin daxilində 1 ədəd 240 mm-lik 9M24F turbo reaktiv raket və 30 dan çox 120 mm-lik minaatan mərmisinin kompakt formada bir-birinə bağlanaraq yerləşdirilməsi faktları qeydə alınıb. Qeyd edilib ki, hər bir 120 mm-lik minaatan mərmisinin tərkibində 3 kq-dan çox partlayıcı maddə olan sursatlar mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib: “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bildirir ki, ANAMA-nın Təmizləmə Qrupları tərəfindən işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam etməkdədir. Təmizləmə əməliyyatları zamanı qarşılaşdığımız bu kimi hallar - xüsusi formaya salınmış partlayıcı qurğular, tələ minaları ölümcül partlayışın baş verməsi məqsədilə düşmən tərəfindən mülki əhaliyə qarşı yönələn terrorun isbatıdır. ANAMA vətəndaşlara bir daha müraciət edərək bildirir ki, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmasınlar”.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!