Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 27-01-2023, 17:39
İrəvanla Bakı arasında danışıqların təşkilinə hazırıq - Rusiya XİN


İrəvanla Bakı arasında danışıqların təşkilinə hazırıq - Rusiya XİN

Rusiya digər xarici oyunçulardan fərqli olaraq, Qarabağdakı vəziyyəti yerində həll etməyə çalışır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Laçın dəhlizindəki vəziyyətə toxunan Zaxarova vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlıların komandanlığı və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək bütün maraqlı tərəflərlə daim əlaqə saxlayır. Rusiyanın İrəvanla Bakı arasında danışıqların təşkilinə hazır olduğunu bir daha vurğulayan Zaxarova deyib ki, Moskva bu hazırlıq barədə əvvəllər tərəfləri məlumatlandırıb və açıq şəkildə danışıb. "Hesab edirik ki, yerlərdə vaxtaşırı yaranan fəsadlar danışıqlar prosesinin bir növ dondurulması üçün maneəyə, səbəbə çevrilməməlidir. Nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası, sülh müqaviləsinin bağlanması, vətəndaş cəmiyyəti xətləri üzrə təmaslar da daxil olmaqla normallaşma üçün hansısa yolla işi bərpa etmək lazımdır”, - Zaxarova əlavə edib. Onun sözlərinə görə, gərginliyi azaltmağa çağıran bəyanatlarla məhdudlaşan əksər xarici oyunçulardan fərqli olaraq, Rusiya “yerdə” həll yolları axtarır və humanitar yardım göstərir. "Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq Laçın dəhlizinin blokunu tamamilə açmağa çağırırıq. Və biz Bakı və İrəvana müraciət edərək mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırırıq".


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!