Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
20-11-2025, 18:41
Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI


Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI

Bu ilin oktyabr ayının 1-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib.
Yeni qərara əsasən, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) 60 qəpik olaraq müəyyən edilib.
Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edib.
Qərarın qəbul edilməsindən sonra bir sıra marşrutlar yenilənib və yeni tarifə keçib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçirilir. Müasir standartlar dedikdə elektrikli, sıxılmış təbii qazla (CNG) işləyən və 2025-ci il istehsalı olan dizel mühərrikli avtobuslar nəzərdə tutulur. Bakıda bu qayda yalnız elektrikli və CNG texnologiyası ilə işləyən avtobuslara şamil edilir. Dəyişiklik paytaxtın marşrut şəbəkəsinin təxminən 35%-ni əhatə edir.








20-11-2025, 18:13
“Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər”


“Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər”

Ermənistan, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın əsas nəqliyyat qovşağı kimi rolunu gücləndirə bilər.
Bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı bildirib.
Deputat xatırladıb ki, bu ilin oktyabrında Azərbaycan Ermənistan istiqamətinə yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu addımı “sülhün yalnız kağız üzərində deyil, real həyatda da mövcud olduğunu” göstərən mühüm siqnaldır.
Karapetyan deyib ki, Ermənistan Türkiyədən Azərbaycana və Naxçıvana yük daşımalarının həyata keçirilməsinə hazır olduğunu bəyan edib və bunun üçün öz ərazisində mövcud yol infrastrukturundan istifadə edilə bilər.
O, həmçinin Qazaxıstan və Rusiyadan Ermənistana göndərilən taxılın Azərbaycan və Gürcüstan ərazisindən daşınmasını regionda kommunikasiyaların açılmasının praktiki olaraq artıq nəticə verdiyinin göstəricisi kimi qiymətləndirib.
“Cənubi Qafqaz ölkələri bir-birini gücləndirə bilər və regionu Avropa, Qara dəniz, Türkiyə, Xəzər və Mərkəzi Asiyanı birləşdirən əsas tranzit mərkəzi kimi inkişaf etdirə bilər”, – deputat vurğulayıb.
Karapetyan əlavə edib ki, Ermənistan yaxın gələcəkdə Türkiyə ilə quru sərhədin açılacağına və iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunacağına ümid edir.
20-11-2025, 18:06
Ərdoğandan əhali ilə bağlı XƏBƏRDARLIQ


Ərdoğandan əhali ilə bağlı XƏBƏRDARLIQ

Türkiyədə əhalinin artım tempi azalır və doğum nisbəti fəlakətli 1.48 səviyyəsindədir. Millət qocalır. Ölkənin gələcəyi üçün həyəcan təbili çalınır.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı “Beştəpə” elmi kitabxanasında ailə və mədəniyyət mövzusunda keçirilən simpoziumun iştirakçılarına müraciət edərkən deyib.
Dövlət başçısı müasir cəmiyyətin insanları daha çox təcrid edən fərdiyyətçiliyə üstünlük verməsindən təəssüfləndiyini bildirib.
“Ailə institutunu araşdıraraq millətin sərhədlərini anlayırıq və xalqı təhlil edərək isə onun yaratdığı mədəniyyəti dərindən öyrənirik”, - deyən Türkiyə lideri ailəni “tərbiyə və həyat məktəbi” adlandırıb.
Prezident qeyd edib ki, 2024-cü ilin sonunda Türkiyədə orta evlilik yaşı qadınlar üçün 25.8, kişilər üçün isə 28.3 olub.
“Statistikaya görə, Türkiyədə boşanmaların üçdəbiri evliliyin ilk beş ilində baş verir. 2008-ci ildə ölkəmizdə ailələrdə orta hesabla dörd nəfər yaşayırdısa, bu ilin əvvəlində bu rəqəm 3,11-ə düşüb”, - deyə Prezident bildirib. O, həmçinin Türkiyə hökumətinin növbəti 10 ili “Ailə və Əhali Onilliyi” elan etdiyini bildirib.
Bu baxımdan Prezident Ərdoğan gənc ailələrə daha fəal dəstək vermək planlarını açıqlayıb. “Evlənən gənc vətəndaşlara, eləcə də uşağın doğulmasına görə ödənişlər 2026-cı ildən etibarən artacaq”, - deyə siyasətçi bəyan edib.
20-11-2025, 17:23
Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək


Şuşada 37 milyon manata yeni yaşayış binaları tikiləcək

Şuşada yeni yaşayış binalarının tikintisi üzrə tender elan edilib.
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 36,6 milyon manatlıq tikinti və abadlıq işlərinin satın alınması üçün müsabiqə elan edib.
Satınalma Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələ çərçivəsində inşa ediləcək 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini əhatə edir.
Tikinti və abadlıq işlərinin ümumi ehtimal olunan dəyəri 36.671.544 AZN təşkil edir.
20-11-2025, 17:13
Tofiq Xanəliyevə şərti cəza verildi


Tofiq Xanəliyevə şərti cəza verildi

"Gənclik" Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri Tofiq Xanəliyevin cinayət işi üzrə ilk məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm elan edilib. T.Xanəliyev 5 il 6 ay azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Xanəliyevin cəzası 2 il şərti cəza ilə əvəz olunub.
Qeyd edək ki, Tofiq Xanəliyev adı keçən və əsas məqsədi tələbə, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olan cəmiyyətə ayrılmış 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. İttihama görə o, idman tədbirləri və yarışlar üçün ayrılmış vəsaiti şəxsi mənafeyinə xərcləməkdə təqsirləndirilir.
T.Xanəliyev Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işində dəymiş ziyandan 40 min manatı ibtidai istintaq zamanı ödənilib.
Sabiq sədr barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
20-11-2025, 17:02
DÇ-2026-da pley-off mərhələsinin püşkü atıldı - Türkiyənin rəqibi müəyyənləşdi


DÇ-2026-da pley-off mərhələsinin püşkü atıldı - Türkiyənin rəqibi müəyyənləşdi

DÇ-2026-nın seçmə mərhələsində pley-off oyunlarının püşkü atılıb.
İsveçrənin Sürix şəhərində keçirilən püşkatma mərasimində Türkiyə milli komandasının da rəqibi bəlli olub.
“Ay-ulduzlular” yarımfinalda Rumıniya seçməsi ilə qarşılaşacaq. Vinçenso Montellanın baş məşqçisi olduğu komanda yarımfinal görüşünü evdə keçirəcək. Türkiyə millisi rəqibini məğlub etsə, finalda Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Qitələrarası pley-off mərhələsi

Yarımfinal

Yeni Kaledoniya – Yamayka

Boliviya - Surinam

Final

Konqo Demokratik Respublikası - Yeni Kaledoniya / Yamayka cütünün qalibi

İraq - Boliviya / Surinam cütünün qalibi

Avropa zonası üzrə pley-off mərhələsi

A yolu

Yarımfinal

1. İtaliya – Şimali İrlandiya

2. Uels - Bosniya və Herseqovina

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

B yolu

Yarımfinal

3. Ukrayna - İsveç

4. Polşa - Albaniya

Final

3-cü cütün qalibi – 4-cü cütün qalibi

C yolu

Yarımfinal

5. Türkiyə - Rumıniya

6. Slovakiya - Kosovo

Final

5-ci cütün qalibi – 6-cı cütün qalibi

D yolu

Yarımfinal

7. Danimarka – Şimali Makedoniya

8. Çexiya – İrlandiya

Final

7-ci cütün qalibi – 8-ci cütün qalibi

Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfinal və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.
Qeyd edək ki, 48 ölkədən 42-si dünya çempionatına vəsiqə qazanıb. Son 6 iştirakçının adına məhz pley-off oyunlarından sonra aydınlıq gələcək.
20-11-2025, 16:58
Köhnə avtomobil nömrələrində də defis silinəcək? - RƏSMİ CAVAB


Köhnə avtomobil nömrələrində də defis silinəcək? - RƏSMİ CAVAB

Azərbaycanda avtomobil nömrələrində yenilik edilib. Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara görə, AZS 599:2025 dövlət standartına əsasən, dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı "defis" işarələri ləğv edilib.
Sosial şəbəkələrdə mövcud nömrələrdə də defislərin silinib-silinməyəcəyi barədə müzakirələr aparılır.
Məsələ ilə bağlı rəsmi açıqlama verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib ki, dövlət qeydiyyat nişanlarına hər hansı müdaxilə edilməsi yolverilməzdir, çünki bu nömrə nişanları vaxtilə müəyyən edilən standartlara uyğun istehsal edilib. Buna görə də həmin nişanlara müdaxilə edilməsi inzibati məsuliyyət yaradır:
"Köhnə nömrələr yararsız hala düşərsə, hərflər və ya rəqəmlər oxunmaz hala gələrsə, bu halda yenisi ilə əvəz edilməlidir. Bəzi hərflərin deformasiyası qayda pozuntuları zamanı cərimələrin fərqli adamlara getməsinə səbəb olur. Birmənalı olaraq bu yazılar oxunaqlı olmalıdır. Əgər oxunmağında hər hansı bir problem yoxdursa, nömrə nişanın yenisi ilə əvəzlənməsinə ehtiyac yoxdur".
20-11-2025, 15:36
Ermənistanda Zəngəzur dəlizinin açılmasını iki nəfər koordinasiya edir


Ermənistanda Zəngəzur dəlizinin açılmasını iki nəfər koordinasiya edir

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında “Tramp yolu”nun (Zəngəzur dəhlizi) tikintisnə dair proqramın hazırlanma mərhələsində olduğunu bildirib.
Paşinyan Amerika tərəfindən koordinatorun Dövlət katibinin köməkçisinin müavini Sonata Kalter olduğunu deyib.
Ermənistan tərəfində proqramı kimin əlaqələndirəcəyinə gəlincə, Paşinyan bildirib ki, koordinasiya bir neçə səviyyədə həyata keçirilir.
“Geniş kontekstdə nəqliyyat infrastrukturu və digər məsələlərdə koordinasiya Baş nazirin müavini Mher Qriqoryan səviyyəsində, sərhəd demarkasiyası, infrastruktur məsələləri xarici işlər nazirinin müavini Vahan Kostanyan vasitəsilə aparılır”, - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində "Tramp yolu”nun (Zəngəzur dəhlizi) açılması razılaşdırılıb. “Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək.
20-11-2025, 15:33
İşsizlikdən sığorta fondunun büdcəsi artırılır


İşsizlikdən sığorta fondunun büdcəsi artırılır

Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5,7 milyon manat və ya 2,2% çoxdur.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, proqnozlaşdırılan xərclərinin 77 milyon manatı özünüməşğulluq proqramının təşkilinə, 26 milyon manatı peşə hazırlığı və əlavə təhsilin təşkilinə, 28 milyon manatı işsizliyə görə sığorta ödənişlərinə, 1,5 milyon manatı peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, 3,7 milyon manatı haqqı ödənilən ictimai işlərin təşkilinə, 1 milyon manatı peşə standartlarının hazırlanmasına, 6 milyon manatı sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, 2 milyon manatı sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və 1 milyon manatı digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcəkdir.
20-11-2025, 15:25
Pensiyaların artırılması üçün vəsait ayrılacaq - Nazir detalları AÇIQLADI


Pensiyaların artırılması üçün vəsait ayrılacaq - Nazir detalları AÇIQLADI

Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.
2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür.
Proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulmuşdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!