22-12-2022, 17:38
Paşinyan Qarabağ problemindən danışdıErmənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağ problemindən danışıb. Paşinyan bildirib ki, “Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı artırılmalıdır”. “Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır”, - baş nazir vurğulayıb. O qeyd edib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib. “Biz bu məzmunla bağlı müqavilə imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası müsbət olacaq”, - Paşinyan bildirib.
22-12-2022, 17:34
Paşinyan rus sülhməramlılarının fəaliyyətinə narazılığını bildirdiErmənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontintentin fəaliyyətinən narazılıq edib. Paşinyan sülhməramlıların 10 noyabr 2020-ci il tarixli bəyanatın 6-cı bəndində göstərilən öhdəliyi yerinə yetirmədiyini vurğulayıb: “De-fakto belə çıxır ki, üçtərəfli bəyanatda təsbit olunmuş öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya Federasiyasının sülhməramlı qoşunları tərəfindən yerinə yetirilmir”. Paşinyan azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Laçın yolunda keçirdiyi etiraz aksiyasından danışarkən Rusiya sülhməramlı qoşunlarının vəziyyətə müdaxilə etməməsini pisləyib.
22-12-2022, 17:32
Sülhməramlılara məxsus maşınların hərəkətinə şərait yaradıldıŞuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib. Qeyd edək ki,dünən həmçinin, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib. Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Xatırladaq ki, dekabrın 4-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
22-12-2022, 17:24
İranda 3 nəfərin ölüm hökmü icra olunduBu gün İranda 3 nəfərin barəsində çıxarılan ölüm hökmü icra olunub. Bunu Fars əyaləti məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib. Onun sözlərinə görə, edam olunan 3 nəfər bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınları qarşı soyğunçuluq, təcavüz əməlləri törədib. Hakim bildirib ki, onların cinayət əməlləri ilə bağlı bir neçə ailə şikayət edib. Qeyd edək ki, İranda məhkəmə sistemində şəffaflıq təmin olunmadığı üçün dar ağacından asılan 3 şəxs barəsində çıxarılan ölüm hökmü də şübhəlidir.
22-12-2022, 17:20
Paşinyanın kadr siyasəti narazılıq yaratdıErmənistanın baş naziri Nikol Paşinyanın kadr dəyişikliyi barədə son qərarları və ümumi kadr siyasəti hakim "İctimai Müqavilə" Partiyasında böyük narazılıqlar yaradıb. Bu barədə "Hraparak" qəzeti mənbələrinə istinadən yazıb. Məqalədə bildirilir ki, Paşinyanın özünə müavin təyin etdiyi, köhnə hakimiyyət dövründə də vəzifələr tutmuş, partiya mənsubiyyəti olmayan Tiqran Xaçatryanın bu posta gətirilməsi partiyada xüsusi olaraq narahatlıq yaradıb. Qeyd olunub ki, sözügedən qərar partiyanın "veteranları" hesab olunan Arayik Harutunyan və Romanos Petrosyanın etirazına səbəb olub. Məlumata görə, maliyyə, təhsil, mədəniyyət və idman naziri postlarının da bitərəflərə həvalə olunması "İctimai Müqavilə" Partiyasında qızğın müzakirələrə və narazılığa gətirib çıxarıb. Qəzet yazır ki, partiyadaşları Paşinyanın kadr siyasətini dəyişməli olduğunu düşünürlər.
22-12-2022, 17:06
Bu il çaylarda sululuq yüksəlibÖtən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə
ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur. Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib: "Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub".
22-12-2022, 16:26
Bu il çaylarda sululuq yüksəlibÖtən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə
ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur. Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib: "Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub".
22-12-2022, 16:23
Zelenski Rusiya və İranın terrora xidmət etdiyini bildirdiUkrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində prezident Co Bayden və Konqres üzvləri ilə görüşü keçirilib. Tərəflər görüşdən sonra önəmli açıqlamalar veriblər. "Burada olmaq mənim üçün xüsusi önəm daşıyır. Bütün çətinliklərə rəğmən Ukrayna ayaqdadır, yaşayır və Rusiyanı geri oturdur. Gələn il dönüş nöqtəsi olacaq. Buna görə də Avropa böyük zəfər çalıb. Rusiya tiranlığı nəzarəti itirib və bir daha bizə təsir edə bilməyəcək. Bu mübarizə uşaqlarımızın, nəvələrimizin necə bir dünyada yaşacağını təyin edəcək. Ukrayna təslim olmayacaq", - Zelenski söyləyib. O, Ukrayna əsgərləri Hitlerə qarşı mübarizə aparan ABŞ əsgərləri ilə müqayisə edib: "Rusiya və İran terror dövlətləridir. Rusiya özünə uyğun müttəfiq tapıb. İran Rusiyaya infrastrukturumuza təhdid yaradan yüzlərlə dağıdıcı dron verib". Zelenski bildirib ki, Ukraynaya ayrılan yardımlar demokratiya və təhlükəsizliyə qoyulan investisiyadır. Sonda Nensi Pelosi Konqresin binasında dalğalanmış ABŞ bayrağını Ukrayna prezidentinə hədiyyə edib.
22-12-2022, 16:18
Rusiya və İrandan sanksiyalara qarşı addım Rusiya və İran 3000 kilometr uzunluğunda yeni ticarət dəhlizi yaratmağa başlayıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Şərqi Avropadan Hind okeanına qədər uzanan dəhlizin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaqdır. Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər investisiya yatıracaq.
22-12-2022, 16:17
Zelenski amerikalı həmkarı ilə görüşdüVaşinqtonda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb. Bu barədə ABŞ mətbuatı məlumat yayəb. Görüşdən öncə o, özünün sosial media hesablarında məlumat yayıb. “Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün bu gün Vaşinqtondayam", - deyə Zelenski bildirib. Müharibənin başlamasından sonra ilk dəfə ölkəni tərk edən Zelenski sözlərinə belə davam edib: "Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq”. Qeyd edək ki, Zelenski ABŞ-a məxsus təyyarə ilə Vaşinqtona səfər edib.