Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
22-12-2022, 16:10
“Bayraktar” alan ölkələrin sayı artmaqdadır


“Bayraktar” alan ölkələrin sayı artmaqdadır

Albaniya Türkiyədən üç ədəd "Bayraktar TB2" pilotsuz uçan aparatı (PUA) alıb. Bu barədə Albaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Albaniya baş naziri Edi Rama PUA-ların silahlı və döyüşə hazır olacağını deyib. Dronlar, həmçinin ölkə ərazisində narkotiklə mübarizə, yanğınlar, daşqınlar və terror fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq. Məlumata görə, Türkiyə 30 alban hərbçisinə dronlarla bağlı təlim keçəcək. PUA-lar paytaxt Tiranadan 80 kilometr cənubda yerləşən Kukova aviabazasından fəaliyyət göstərəcəklər. Bununla da, "Bayraktar TB2" PUA-larının satıldığı ölkələrin sayı 27-yə çatıb. Albaniya Polşadan sonra bu PUA-lara sahib olan ikinci NATO ölkəsidir.
22-12-2022, 16:01
Şoyqudan hərbiçilərin çoxalmasıyla bağlı təklif - Putin razılaşdı


Şoyqudan hərbiçilərin çoxalmasıyla bağlı təklif - Putin razılaşdı

Rusiya müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının 30%-dən çox artırılmasını təklif edib. O, silahlı qüvvələrin 1,15 milyon nəfərdən 1,5 milyona qədər artırılmasının lazım olduğunu bildirib. Şoyqunun sözlərinə görə, hərbçilərdən 695 000-i məcburi hərbi xidmət keçən çağırışçılardan fərqli olaraq peşəkar müqaviləli əsgərlər olmalıdır. Nazir, həmçinin hərbi xidmət yaş həddinin artırılmasını təklif edib. Müdafiə Nazirliyində keçirilən toplantıda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Şoyqunun təklifləri ilə razılaşdığını vurğulayıb. Qeyd edək ki, ABŞ və Qərbdən olan hərbi analitiklər Ukraynada 10 ay ərzində on minlərlə rus əsgərinin öldüyünü bildirir.
22-12-2022, 15:54
Üçtərəfli görüşün yekun sənədi imzalandı


Üçtərəfli görüşün yekun sənədi imzalandı

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Kayseridə keçirilən üçtərəfli görüşün nəticələrinə dair yekun sənəd imzalayıblar. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazir Akar 1918-ci ildə Osmanlı-Azərbaycan-Gürcüstan arasında imzalanmış tarixi müqavilənin surətini hədiyyə olaraq həmkarlarına təqdim edib.


21-12-2022, 19:03
Yunanıstan təxribatlara davam edir - Hulusi Akar


Yunanıstan təxribatlara davam edir - Hulusi Akar

"Yunanıstan provokativ addımlar atmağa davam edir". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Qonşumuz Yunanıstan destabilizasiyanı körükləyən provokativ hərəkət və bəyanatlarına, irridentist və hücum siyasətinə təəssüf ki, davam edir. Hər keçən gün buna yeni təxribatlar əlavə olunur. Son olaraq Yunanıstan tərəfindən NATO təlimləri zamanı silahsız olaraq uçuş həyata keçirən təyyarələrimizə radar kilidi atılıb", - nazir Yunanıstana xəbərdarlıq edib.
21-12-2022, 18:58
Ermənistan sülhlə bağlı addımlar atmalıdır - Hulusi Akar


Ermənistan sülhlə bağlı addımlar atmalıdır - Hulusi Akar

"Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Bu gün Cənubi Qafqazla bağlı vəziyyəti müzakirə etdik. Əməkdaşlığın dərinləşdirilməsinə böyük ehtiyac var", - Akar qeyd edib. Nazir onu da bildirib ki, sülhlə bağlı Ermənistan addımlar atmalıdır.
21-12-2022, 18:51
Sülhməramlılar Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək - Şoyqu


Sülhməramlılar Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək - Şoyqu

2023-cü ildə Rusiya sülhməramlıları Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. "Rusiya ordusu Qarabağda sülhün əsas təminatçısıdır və olmağa davam edəcək",- deyə Şoyqu bildirib. Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 5 il müddətinə Qarabağa yerləşdirilib. Geridə qalan iki il ərzində sülhməramlılar öz missiyalarını yerinə yetirmək əvəzinə, erməni separatçılarına dəstək nümayiş etdiriblər. Bu isə Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olub və sülhməramlı qüvvələrin vaxtından əvvəl Qarabağdan çıxarılması tələb olunub. Şoyqu isə bugünkü açıqlaması ilə rus hərbçilərin gələn il də Qarabağda qalacağını rəsmən bəyan etmiş oldu.
21-12-2022, 18:48
“Rusiyaya qarşı bütün NATO ölkələrinin potensialından istifadə olunur” - Putin


“Rusiyaya qarşı bütün NATO ölkələrinin potensialından istifadə olunur” - Putin

"Hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır". Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib. O qeyd edib ki, NATO ölkələri Ukraynaya dəstək olur: "Rusiyaya qarşı bütün NATO ölkələrinin potensialından istifadə olunur. Bu məlumdur". Putin ordu rəhbərliyi qarşısında çıxışı zamanı ölkəsinin atdığı addımlardan da danışıb. "Hazırda 300 min səfərbər olunmuş canlı qüvvənin 150 mini poliqonlarda hərbi təlim keçir. Digər yarısı - 150 min nəfər isə döyüş əməliyyatları zonasındadır. Düşünürəm ki, bu kifayətdir. Lakin hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır", - Rusiya lideri bildirib.
21-12-2022, 18:42
Maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur - Putin


Maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur - Putin

"Bizim maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur". Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib. "Mən müdafiə nazirinin, baş qərargah rəisinin və burada təmsil olunan bütün komandirlərin nəzərinə çatdırmaq istəyirəm ki, bizim ordunun maliyyəşdirilməsi ilə bağlı heç bir məhdudiyyətimiz mövcud deyil. Ordu nə istəyirsə, hökumət verir. Ümidvaram ki, cavab olaraq qoyulan bütün müvafiq nəticələrə nail olunacaq", - Putin çıxışında bildirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə əməliyyatlar dövründə 120 şəxsə "Rusiya qəhrəmanı" adının verildiyini açıqlayıb.
21-12-2022, 18:39
Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib - Şoyqu


Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib - Şoyqu

"Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MN-də keçirilən kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu vaxta qədər Ukraynanın silahla təmin olunması üçün 97 milyard ABŞ dolları xərclənib. Şoyqu, həmçinin Ukraynada 500 NATO peykinin çalışdığını iddia edib. "Ukrayna cəbhəsində NATO-nun qərargah zabitləri, artilleriyaçıları fəaliyyət göstərir", - deyə nazir qeyd edib. O həmçinin bildirib ki, qismən hərbi səfərbərlik çərçivəsində 830 min insan iqtisadiyyatın dəstəklənməsi məqsədilə çağırışdan azad olunub.
21-12-2022, 18:34
Vasif Talıbovun oğlu atasıyla bağlı danışmaqdan imtina etdi


Vasif Talıbovun oğlu atasıyla bağlı danışmaqdan imtina etdi

“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”. Bunu açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib. Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını bildirib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”. “Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək, əlavə şərh verməkdən imtina edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!