22-12-2022, 19:29
Türk dövlətləri arasında sazişlər imzalandıQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistana səfəri zamanı bu ölkənin lideri Şavkat Mirziyoyevlə görüşüb. Görüş zamanı Qazaxıstan və Özbəkistan arasında dövlət sərhədinin demarkasiyası haqqında müqavilə imzalanıb. Tərəflər arasında imzalanan digər saziş müttəfiqlik münasibətləri haqqında olub. Dövlət başçılarının iştirakı ilə rəsmi nümayəndə heyətlərinin üzvləri ümumilikdə 15 sənəd imzalayıblar. Səfər zamanı imzalanan ticarət müqavilələri və investisiya sazişlərinin ümumi dəyəri 8 milyard dollardır.
22-12-2022, 19:26
Qazaxıstan prezidentindən İlham Əliyevə təbrik məktubuQazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ölkənizin işıqlı gələcəyi naminə fəaliyyətinizin uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin reallaşmasını arzu edirəm. Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq və çoxəsrlik dostluq qardaş xalqlarımızın rifahı naminə bundan sonra da möhkəmlənəcək. Ümidvaram ki, qarşılıqlı hörmətimiz gələcəkdə də davam edəcək. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına firavanlıq, birlik və uğurlar arzu edirəm".
22-12-2022, 19:23
Kadırov mükafatlandırıldıRusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu Aleksandr Nevski ordeni ilə təltif edib. Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özü məlumat paylaşıb. "Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə mən yüksək mükafat - Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Mən hədsiz qürur duyuram", - Çeçenistan rəhbəri teleqram kanalında yazıb.
22-12-2022, 18:56
Ermənistan XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama"Rəsmi İrəvan Moskvada keçirilməsi planlaşdırılan və Laçın dəhlizindəki vəziyyətin müzakirəsinin planlaşdırıldığı Ermənistan, Rusiya və Azərbaycan XİN başçılarının görüşünün ertələnməsini xahiş edib". Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Xatırladaq ki, bundan öncə Rusiya XİN Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli görüşdən imtina etdiyini açıqlamışdı.
22-12-2022, 18:51
Onlar sülhə hazırlaşmırlar, hərbi əməliyyatlara kökləniblər - ZaxarovaRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-da keçirilən Bayden-Zelenski görüşünə münasibət bildirib. XİN rəsmisi bu barədə bu gün keçirdiyi ənənəvi brifinqdə danışıb. "Bayden və Zelenski arasındakı danışıqlar onu göstərir ki, onlar sülhə hazırlaşmırlar. Əksinə, Ukraynada hərbi əməliyyatların davam etdirilməsinə kökləniblər", - Zaxarova deyib. Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə xaricə səfər edərək ABŞ-a getmiş, Vaşinqtonda ölkə başçısı Co Baydenlə görüşmüşdü.
22-12-2022, 18:45
Ceyhun Bayramov rusiyalı həmkarı ilə Laçın dəhlizini müzakirə etdiBu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, nazirlər Laçın dəhlizinin bağlanması ilə bağlı vəziyyəti və Qarabağın dağlıq hissəsindəki filiz yataqlarının işlənməsinə dair tərəflərin fikir ayrılığını müzakirə ediblər. "Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı Laçın dəhlizinin bağlanması və tərəflər arasında regiondakı filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqları səbəbindən gərginləşən vəziyyət müzakirə edilib. Lavrov üçtərəfli qaydalara ciddi riayət olunmasının vacibliyini vurğulayıb. Xatırladıb ki, Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizi boyunca maneəsiz əlaqənin təmin edilməsinə dair sazişlər imzalanıb”, - deyə nazirlikdən bildiriblər.
22-12-2022, 18:39
Mirzoyan üçtərəfli görüşdə iştirak etməyəcək Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə iştirak etməkdən imtina edib. Bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, sözügedən görüş sabaha planlaşdırılmışdı və orada sülh müqaviləsinin hazırlanması istiqamətində müzakirələr nəzərdə tutulmuşdu.
22-12-2022, 18:35
Vardanyan ölkə vətəndaşlığından çıxarıldıRusiya prezidenti Vladimir Putin Qarabağdakı separatçıların qondarma "dövlət naziri" Ruben Vardanyanı ölkə vətəndaşlığından çıxarıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Məlumata görə, Putin tərəfindən müvafiq qərar imzalanıb.
22-12-2022, 18:33
Belarus prezidenti İlham Əliyevi təbrik etdiBelarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki, Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək qiymətləndirir. Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb. Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
22-12-2022, 18:30
Rusiya XİN-dən Paşinyanın tənqidi fikirlərinə rədd cavabıRusiyan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdakı sülhməramlılarla bağlı tənqidi fikirlərinə münasibət bildirib. Zaxarova bu cür ittihamların qəbuledilməz olduğunu bəyan edib. "Mən bütün bunların əksini deyə bilərəm. Rusiya sülhməramlıları stabilliyi təmin etməkdən ötrü işlər görür. Onlar bu istiqamətdə fəaliyyət göstərir. Əgər kimsə, bunu yadından çıxarıbsa, mən yadına sala bilərəm. Ona görə də bizim sülhməramlılarımıza qarşı bu cür fikirlər qəbuledilməzdir", - deyə XİN rəsmisi söyləyib. Qeyd edək ki, Paşinyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öhdəliklərini tam olaraq yerinə yetirmədiyini açıqlamışdı.