25-12-2022, 00:51
Podolyak İranın PUA zavodlarını vurmağa çağırdı“Rusiya üçün raketlərin, pilotsuz uçuş aparatlarının tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutuna laqeyd yanaşır". Bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib. O, İranın pilotsuz uçuş aparatları istehsal edən zavodlarını vurmağa çağırıb. "İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina edib, daha destruktiv alətlərə - zavodların darmadağın, tədarükçülərin həbs edilməsinə keçmək vacibdir", - deyə Podolyak qeyd edib.
25-12-2022, 00:46
Saakaşvili: “Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi”Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə məktub yazıb. Saakaşvili məktubunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə zəhərləndiyini iddia edib. “Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi. Amerikalı toksikoloqlar açıq şəkildə bildirdilər ki, mən həbsxanada zəhərlənmişəm və bu, bütün simptomlarıma səbəb olub. Mən dözməyə çalışıram”, - Saakaşvili yazıb. 130-dan çox keçmiş yüksək rütbəli siyasi və inzibati məmur Gürcüstan hakimiyyətini hazırda həbsdə olan ölkənin üçüncü prezidenti Mixail Saakaşvilini xaricə müalicəyə göndərməyə çağırıb. Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski də analoji çağırış edib.
25-12-2022, 00:31
Qardaşlarımızla regionda yeni mərhələyə başlamışıq - Ərdoğan“Qarabağı işğaldan edən azərbaycanlı qardaşlarımızla bu regionda yeni mərhələyə başlamışıq”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda yerli sakinlərlə görüşü zamanı deyib. Ərdoğan deyib ki, Ermənistanın sülh, təhlükəsizlik və sabitlik istiqamətində atacağı addımlarla bu proses daha da sürətlənəcək: "Türkiyə bütün regionlarla əlaqələri davam etdirir. Çinlə Ukrayna arasında biz varıq. Həmçinin "Taxıl dəhlizini"də biz açdıq".
25-12-2022, 00:22
İlham Əliyev Qərbi Azərbaycanla bağlı danışdıQərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək. Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.
25-12-2022, 00:14
Rusiya prezidenti İlham Əliyevlə danışdıRusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.
24-12-2022, 16:39
Rusiya prezidenti İlham Əliyevlə danışdıRusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.
24-12-2022, 16:35
Kəlbərcər rayonunda yük avtomobili aşdıKəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. "Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə DİN rəsmisi bildirib.
24-12-2022, 16:32
Sabaha gözlənilən hava şəraitiSabah Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı gözlənilir. Bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
24-12-2022, 16:31
Sülhməramlılar bu ərazidəki çadrları sökdülərŞuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur. Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.
24-12-2022, 16:17
Azad edilmiş ərazilərin ümumi planı hazırlanıbKomitə tərəfindən birinci addım olaraq azad edilmiş ərazilərin ümumi planının hazırlanması təmin edilib. Plan Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş ərazilərinin ümumi ərazisini əhatə edir. Xankəndi şəhərinin, Xocavənd, Füzuli və digər yerlərin də ümumi planı hazırlanıb. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib. Komitə sədri qeyd edib ki, məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təmini üçün vacib amillər ümumi planda nəzərə alınıb: “Ümumi plan ərazidəki şəhər və digər ərazilərin Baş və müfəssəl planları üçün istinad sənədidir. Rayon mərkəzlərinin – Şuşa, Ağdam, Qubadlı, Kəlbəcər və digər ərazilərinin də 2020-ci ildən Baş planlarının hazırlanmasına başlanıb. Həmçinin baş planların işlənməsi zamanı mədəni obyektlərin bərpası də diqqətdə saxlanılıb, mövcud abidələr nəzərə alınıb”.