Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-12-2022, 20:16
Vardanyandan etiraf - Çətin duruma düşmüşük


Vardanyandan etiraf - Çətin duruma düşmüşük

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan
etmiş Ruben Vardanyan bu gün Xankəndidə qondarma “operativ qərargah”ın iclasını keçirib. R.Vardanyan separatçıların çətin duruma düşdüyünü etiraf edib. Onun sözlərinə görə, Laçın yolunun bağlı qalması separatçıların iqtisadi vəziyyətini pisləşdirib, əlavə problemlər yaranmağa başlayıb. Vardanyan qeyd edib ki, bir sıra müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb ki, bu da həm maliyyə, həm də sosial-iqtisadi baxımdan əlavə gərginliyə səbəb olur. Vardanyan separatçıların nümayəndələrinə vəziyyəti təhlil etmək və onun nəticələrinin mümkün yumşaldılması üçün təkliflər təqdim etməyi tapşırıb. O, qənaət rejimini davam etdirməyin vacibliyini vurğulayıb. Separatçılar bu gün və sabah Rusiyada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən sonra Laçın yolunun açılacağına ümid edirlər.
26-12-2022, 19:43
Ermənilər Azərbaycana qarşı təxribatçı aksiyaya başlayıb


Ermənilər Azərbaycana qarşı təxribatçı aksiyaya başlayıb

İrəvandan olan bir qrup fəal bu gün Azərbaycana qarşı təxribatçı aksiyaya start verib. Onlar İrəvandakı Respublika meydanından avtomobillərlə Laçın dəhlizinə doğru yola çıxdıqlarını bəyan ediblər. Ermənstan KİV-nin məlumatına görə, avtoyürüş iştirakçıları əvvəlcə Gorusa, orada isə Laçın dəhlizinə daxil olacaqlarını bildiriblər. Onlar məqsədlərinin azərbaycanlı ekofəalların aksiya keçirdiyi yerədək getmək olduğunu bildiriblər. Lakin avtoyürüş iştirakçıları Rusiya sülhməramlıları tərəfindən Laçın dəhlizinə buraxılıb-buraxılmayacaqlarını hələ bilmirlər. Qeyd edək ki, ötən həftə Xandədidən olan təxribatçı dəstə də azərbaycanlı ekofəalların aksiya keçirdiyi əraziyə gəlməyə cəhd göstərmişdi.
26-12-2022, 19:37
Kirayə mənzillərə ƏDV tətbiq olunmayacaq


Kirayə mənzillərə ƏDV tətbiq olunmayacaq

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat evrilib. Bildirilib ki, bu, Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biridir: "Azərbaycan Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. 2020-ci ilin mart ayından etibarən Fond tərəfindən yaşayış sahələrinin satın alınması və müəyyən edilmiş şərtlərlə kirayəçinin mülkiyyətinə verilməsinə başlanılıb. Vergi Məcəlləsinin tələblərinə əsasən, Fond tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər". "Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək", - məlumatda qeyd edilib.
26-12-2022, 19:08
Üçtərəfli olmasa da, ayrılıqda görüş baş tutacaq - Peskov


Üçtərəfli olmasa da, ayrılıqda görüş baş tutacaq - Peskov

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrılıqda ikitərəfli görüşlər keçirəcək. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Yox, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, əlbəttə ki, bu qeyri-formal sammitdə yerini alacaq", - sözçü bildirib. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.
26-12-2022, 19:01
Tblisidən bəyan - İrəvanla Bakı arasında münasibətləri tənzimləməyə hazırdır


Tblisidən bəyan - İrəvanla Bakı arasında münasibətləri tənzimləməyə hazırdır

Tbilisi İrəvanla Bakı arasında münasibətlərin parlament səviyyəsində tənzimlənməsinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili illik “Səfirlərin Konfransı - 2022”nin açılışında bildirib. "Biz Azərbaycan və Ermənistanla birlikdə parlamentin birgə səyləri ilə sülh və sabitliyin bərqərar olmasına töhfə vermək istəyirik", - Papuaşvili deyib. Onun sözlərinə görə, bu səylər regionun inkişafı üçün ilkin şərtə çevriləcək. Spiker bu il Ukrayna böhranı ilə yanaşı, Cənubi Qafqazda da sabitliyin olmadığını söyləyib. Xatırladaq ki, Qarabağda 44 günlük müharibə zamanı Tbilisi dəfələrlə İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi üçün platforma təklif etmişdi. Üstəlik, Baş nazir İrakli Qaribaşvili dəfələrlə yeni platforma - üç ölkə arasında mədəni, iqtisadi və digər məsələlərin həll oluna biləcəyi dinc qonşuluq təşəbbüsü yaratmaq ideyası ilə çıxış edib. Nəticədə 2021-ci ildə Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə minalanmış ərazilərin xəritələrini Bakıya göndərib. 2022-ci ildə Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib.
26-12-2022, 18:12
Üçtərəfli görüş baş tutmayacaq - Kreml


Üçtərəfli görüş baş tutmayacaq - Kreml

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilməsi ehtimal olunan üçtərəfli görüş barədə açıqlama verib. Mətbuat katibi MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olmayacağını bildirib. O, həmçinin vurğulayıb ki, Putinin Fransa prezidenti Emmanuel Makronla danışmaq planı yoxdur və Yeni il münasibətilə amerikalı həmkarı Co Baydeni təbrik etməyəcək. Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi olaraq Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.
26-12-2022, 18:09
“Bayraktar” artıq Azərbaycanda da işə başlayır


“Bayraktar” artıq Azərbaycanda da işə başlayır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur. Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.
26-12-2022, 17:50
İran XİN-dən Qərb ölkələrinə mesaj


İran XİN-dən Qərb ölkələrinə mesaj

“İranın iştirakı olmadan regionun problemlərini həll etmək mümkün deyil”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani ölkəsinin bölgədəki təsirindən danışarkən bildirib. Kanani deyib ki, bəzi Qərb ölkələri İranın daxili işlərinə müdaxiləyə cəhdlə səhv hesablama aparıblar. Diplomat Qərb ölkələrinə İrana qarşı yanlış davranışlarından əl çəkməyi tövsiyə edərək, bu cür addımların onların ziyanına olacağını bildirib. Naser Kanani növbəti dəfə deyib ki, İran Ukrayna müharibəsində iştirak etmir. Ukrayna rəsmilərinin Rusiyanın müharibədə İran PUA-larından istifadə etdiyinə dair açıqlamalarına cavab olaraq XİN rəsmisi "bu ittihamlar Ukrayna xalqına və liderlərinə kömək etməyəcək" deyib. Onun sözlərinə görə, İran Ukraynadakı böhranın həllinə və sülhün yaradılmasına kömək etməyə hazırdır. N.Kanani Səudiyyə Ərəbistanının İsraillə əlaqələri normallaşdırma cəhdlərini də pisləyib: “Ərəb və İslam ölkələri arasında İsraillə münasibətlərin normallaşması regionda sabitlik və təhlükəsizliyə töhfə verməyəcək".
26-12-2022, 17:35
Pensiyalarda hər il artım olacaq


Pensiyalarda hər il artım olacaq

Son dörd ildə ölkəmizdə minimum pensiya 2.2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3.5 dəfə artıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib. H.Məmişov qeyd edib ki, bu dövrdə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub, sosial təminat sisteminin əhatə dairəsi daha da genişlənib: "Pensiya islahatlarının davamı olaraq bu il "Əmək pensiyaları haqqında Qanunda" 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib. 2023-cü ildən isə pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün növ pensiyalarda hər il artıma imkan verəcək. 2022-ci ildə pensiyaçılara əlavə olaraq maddi yardımlar verildi. Həmin maddi yardımlar gələn ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Ümumilikdə 2023-cü ildə pensiya ödənişlərinə 2022-ci ilin müvafiq göstəricisinə nisbətən 650 milyon manat və ya 12 faiz çox vəsait yönəldilməsi nəzərdə tutulur".
26-12-2022, 17:01
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda dekabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!