27-12-2022, 14:41
Vardanyan tələb qoydu - Ya mən, ya o..Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan etmiş milyarder Ruben Vardanyanla separatçıların “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyan arasında münasibətlər kifayət qədər gərgindir. Bu barədə Ermənistanın müxalifyönlü “Hraparak” qəzeti yazıb. Bildirilib ki, əgər əvvəllər separatçılar adından Rusiya sülhməramlıları və azərbaycanlılarla bir nömrəli danışıq aparan şəxs Vitali Balasanyan idisə, indi onu arxa plana atıblar. Vardanyanla Balasanyan arasında gərginlik hətta o həddə çatıb ki, Vitali bazar günü Xankəndidəki meydanda keçirilən mitinqdə belə iştirak etməyib.“Mənbəmiz deyir ki, Vardanyan tələb qoyub: ya mən, ya da Balasanyan”, - deyə “Hraparak” qeyd edib. Məqalədə bildirilib ki, Vitali Balasanyanın tezliklə “Təhlükəsizlik Şurası”nın “katibi” postu ilə vidalaşacağı da istisna edilmir. Hətta onu əvəz edəcək şəxsin adı da açıqlanıb: Qarabağ separatçılarının “müdafiə qüvvələri”nin keçmiş “komandanı” Levon Mnatsakanyan. “Hraparak” bildirir ki, Qarabağ separatçılarının keçmiş başçısı Bako Saakyan hazrda Ruben Vardanyana komanda qurmaqda fəal şəkildə kömək edir. O da qeyd olunur ki, Qarabağda separatçıların hazırkı başçısı Arayik Arutyunyanın da “vurulma” prosesi gedir. Bu səbəbdən Arayikə də bazar günü keçirilən mitinqdə çıxış etmək imkanı yaradılmayıb. “Artsaxda rəvan hakimiyyət dəyişikliyinin başlandığı və Paşinyanı rədd edə bilən Vardanyanın hakimiyyətə gəldiyi görünür”, - deyə “Hraparak” milyarderin Azərbaycanla barışmaz mövqeyə malik olduğunu yazır.
27-12-2022, 14:35
ABŞ-da fövqəladə vəziyyət elan edildiABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edib. Bu barədə Ağ evin saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək etmək tapşırığı verib. Xatırladaq ki, ötən həftə ABŞ-ın böyük bir hissəsi güclü külək və qarla müşayiət olunan fırtınaya məruz qalıb. Bir çox ştatlarda temperatur rekord həddə aşağı düşüb.
26-12-2022, 22:08
Laçın yolunda aksiya davam edirAzərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya izdihamla davam edir. Ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına bu gün müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatları qoşulub. Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər.
26-12-2022, 21:25
Laçın yolunda aksiya davam edirAzərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya izdihamla davam edir. Ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən başlayan etiraz aksiyasına bu gün müxtəlif bölgələrdən çoxlu sayda könüllü təşkilatları qoşulub. Xankəndi-Şuşa yolunda təşkil olunan aksiyanın iştirakçıları ekoloji terrora etiraz olaraq müxtəlif şüarlar səsləndirirlər.
26-12-2022, 21:24
Hindistan bu ölkələrlə sərhədə raketlər yerləşdirəcəkHindistan ordusu Pakistan və Çinlə sərhədə "Pralay" adlı ballistik raketlər yerləşdirəcək. Bu barədə "Ani" agnetliyi Hindistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, bunun üçün təxminən 120 ballistik alınacaq. "Pralay” ballistik raketi 150-500 kilometr məsafədəki hədəfləri vurmaq gücündədir. “Pralay” raket sistemi 2015-ci ildə hazırlanıb. Raket iki dəfə uğurla sınaqdan keçirilib.
26-12-2022, 21:14
Üçtərəfli görüş təyin etməmişik, lakin danışıqlar aparılacaq - PeskovAzərbaycan, Rusiya və Ermənistan liderləri Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib. O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir. “Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Peskov vurğulayıb.
26-12-2022, 21:05
İranda dəhşətli partlayış İranın Azərşəhr bölgəsindəki boya fabrikində güclü partlayış baş verib. Partlayış nəticəsində 65 nəfər yaralanıb. Yaralılardan 10 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. Xəsarət alanların sayının artacağı istisna edilmir.
26-12-2022, 20:55
Rusiyanın keçmiş prezidenti yeni vəzifəyə təyin olunduRusiya Prezidenti Vladimir Putin Rusiya hərbi sənaye komissiyasında birinci müavin vəzifəsi yaradıb. Bu barədə o, fərman imzalayıb. Putin Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedevi bu vəzifəyə təyin edib. Fərmana əsasən, komissiya sədrinin birinci müavini hərbi-sənaye komissiyasının fəaliyyəti ilə bağlı şuralar və işçi qrupu yarada bilər.
26-12-2022, 20:51
Yeni ildən İsveç və Finlandiya NATO-ya üzv olacaqNATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın gələn il rəsmi olaraq Şimali Atlantika Alyansına üzv olacağına əminliyini ifadə edib. Bu barədə DPA agentliyi məlumat yayıb. NATO-nun baş katibi hesab edir ki, ratifikasiya prosesi vaxtında başa çatacaq və Türkiyə alyansa yeni üzvlərin qəbuluna mane olmayacaq. Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün dəqiq tarixini açıqlamayıb.
26-12-2022, 20:47
Putinlə Paşinyanın görüş anı qeydə alınıb MDB ölkələrinin liderləri bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqda ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi sammitə toplaşıblar. Sammitdə Belarus, Ermənistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edir. Tədbir başlamadan əvvəl Putin gələn qonaqların hər birini qarşılayıb və birgə fotoçəkiliş mərasimi keçirilib. Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş anını əks etdirən videonu təqdim edir.
[media=https://youtu.be/ezQzCi-SdY8]