3-12-2022, 15:59
Komissiyanın tərkibi genişləndirildi Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Komissiyanın tərkibinə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri əlavə edilib.
3-12-2022, 15:48
Ukraynalı prezidentdən mükafatlandırmaUkrayna Prezidenti Volodimir Zelenski fevralın 24-dən bəri Rusiyanın əsirliyindən azad edilən 1331 ukraynalı əsgər və polisi dövlət ordeni ilə təltif edib. Bu barədə Ukrayna Prezidenti telegram kanalında paylaşım edib. Mükafatlandırma mərasimində çıxış edən Zelenski Rusiya əsirliyində saxlanılan ukraynalıların ekstradisiyası üçün səy göstərən hər kəsə təşəkkür edib: “Fevralın 24-dən indiyə qədər 1331 ukraynalı rus əsarətindən azad edilib. Amma biz hər kəsi, əsir düşən hər kəsi ekstradisiya etməliyik”.
3-12-2022, 15:44
PKK üzvü Türkiyəyə göndərildi İsveç PKK üzvü olan şəxsi Türkiyəyə ekstradisiya edib. İsveç hökuməti barəsində 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə təhvil verib. Tat 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl İsveçdə həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Buradan isə o, təyyarə ilə Türkiyəyə göndərilib.
3-12-2022, 15:41
Sabahın hava proqnozuAzərbaycanda dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Bakıda gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
3-12-2022, 15:39
Azərbaycanlı gəncin edam olunmasına qərar verildiİran rejimi güneyli fəal barədə edam hökmü çıxarıb. İran məhkəməsi əslən Cənubi Azərbaycanın Bostanabad bölgəsindən olan Milad Əşrəfi Atbatanın edam olunmasına qərar verib. Məlumata görə, məhkəmə sistemi ötən ilin iyun ayında İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham olunan dörd nəfər barədə edam hökmü çıxarıb. Milad Əşrəfi Atbatan, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı Mossadla əməkdaşlıqda günahlandırılıblar.
3-12-2022, 15:35
30 nəfər azyaşlı ukraynalı AzərbaycandaUkraynadakı müharibədən əziyyət çəkmiş 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn həmin uşaq və gənclər Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcək. Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Reabilitasiya müddəti ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.
3-12-2022, 15:31
Qarabağda hərbi təlim keçirildiAzərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 2022-ci il üçün təsdiq olunan birgə tədbirlər planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçularının, eləcə də komitənin bir qrup nümayəndəsinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib. Görüşlərdə "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması", "Gənclərin tərbiyəsində islam dininin rolu", eləcə də "Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri" mövzularında geniş söhbətlər aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.
3-12-2022, 15:24
4 nəfərin ölümü ilə nəticələnən hadisəÖtən gecə saat 22 radələrində Beyləqan rayonu Tatalılar kəndində bir ailədən 4 nəfərin - ata, ana və 2 oğulun ov tüfəngi ilə öldürülməsi hadisəsinin yeni təfərrüatı üzə çıxıb. İnsidenti törədən 27 yaşlı Fuad Cəlilzadənin atası 2009-cu ildə həbs edilibmiş. Belə ki, həmin vaxt Fuadın atası münaqişə zəminində qonşuluqda yaşayan 1966-cı il təvəllüdlü Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi dava-dalaşlar baş verib. Xatırladaq ki, ötən gecə F.Cəlilzadə qonşusu 1971-ci il təvəllüdlü Tərgül Quliyeva, həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyev və oğulları: 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib. Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
2-12-2022, 22:51
Almaniyadan Ukraynaya yeni hərbi dəstəkAlmaniya Ukraynaya daha yeddi ədəd "Gepard" özüyeriyən zenit qurğusu verəcək. Bu barədə "Der Spiegel" jurnalı yazıb. Ukraynaya eyni zamanda 100 min fərdi tibbi dəst tədarük ediləcək. Nəşr qeyd edir ki, zenit qurğuları hazırda Münhendə yerləşən "Krauss-Maffei Wegmann" (KMW) silah şirkətində təmir olunur və yazda Ukraynaya təhvil veriləcək. Ötən həftə Almaniya Ukraynaya üç zirehli "Beaver" körpü konstruksiyası, səkkiz sualtı dron, 12 sərhəd mühafizə maşını, 4000 yuxu kisəsi, 30 təcili yardım maşını və Mİ-24 helikopterləri üçün ehtiyat hissələri göndərib.
2-12-2022, 22:38
Almaniyadan Ukraynaya yeni hərbi dəstəkAlmaniya Ukraynaya daha yeddi ədəd "Gepard" özüyeriyən zenit qurğusu verəcək. Bu barədə "Der Spiegel" jurnalı yazıb. Ukraynaya eyni zamanda 100 min fərdi tibbi dəst tədarük ediləcək. Nəşr qeyd edir ki, zenit qurğuları hazırda Münhendə yerləşən "Krauss-Maffei Wegmann" (KMW) silah şirkətində təmir olunur və yazda Ukraynaya təhvil veriləcək. Ötən həftə Almaniya Ukraynaya üç zirehli "Beaver" körpü konstruksiyası, səkkiz sualtı dron, 12 sərhəd mühafizə maşını, 4000 yuxu kisəsi, 30 təcili yardım maşını və Mİ-24 helikopterləri üçün ehtiyat hissələri göndərib.