5-12-2022, 15:34
Blinken-dən İran və Çin etirazlarına dəstəkBayden administrasiyası Çində koronavirus qadağalarına qarşı keçirilən etiraz aksiyalarını dəstəkləyir. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Blinken Ağ Evin bütün dünyada dinc etirazlarda iştirak edən nümayişçiləri dəstəklədiyini qeyd edib.“Əlbəttə, biz dəstəkləyirik... İstər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini bildirmək, məyusluqlarını ifadə etmək hüququnu dəstəkləyirik”, - deyə o bildirib. Dövlət katibi qeyd edib ki, insan haqları və vətəndaş azadlıqları Amerika siyasətinin “əsasını təşkil edir”.
5-12-2022, 15:30
Ölən suitilərin sayı 2500-dən çoxdur Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılıb. Bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, suiti cəsədləri Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Tələf olan heyvanların sayının hesablanması davam edir. "Bu, son on ildə Xəzər suitilərinin kütləvi tələfatıdır", - nazirlik bildirib.
4-12-2022, 20:28
İran Rusiyadan yardım istədiİran ölkədə davam edən etiraz aksiyalarını yatırmaq üçün Rusiyadan yardım istəyib. Bu barədə mərkəzi Londonda yerləşən "Iran International" nəşri məlumat yayıb. Nəşr hakerlərin əldə etdiyi məlumatlara istinad edərək bildirir ki, Tehran Moskvadan etirazların qarşısını almaqda kömək etməsi üçün xüsusi müşavirlər göndərməsini xahiş edib. Məlumatda qeyd olunub ki, Tehran uzunmüddətli nümayişlərə hazırlaşır və öz resurslarından - canlı qüvvə və texnikanın kifayət etməyəcəyindən narahatdır. Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl Rusiyanın İrana kütləvi etirazların yatırılması ilə bağlı məsləhət verə biləcəyini açıqlamışdı.
4-12-2022, 20:19
Açılan atəş hərbiçimizin həyatına son qoyduMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluqdan bildirilib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
4-12-2022, 20:06
Neftlə bağlı qərara Azərbaycanın müsbət reaksiyasıNeft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib. Bu barədə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib. “Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır”, - deyə o əlavə edib. “OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn il iyunun 4-də keçirilməsi razılaşdırılıb.
4-12-2022, 20:03
Xəzərdə canlıların məhvi davam edir - 1700 suiti cəsədiDağıstanda Xəzər sahilllərində tapılan ölü suitilərin sayı 1700-ə çatıb. Bu barədə bazar günü Xəzərin Ekoloji Mühafizəsi Mərkəzinin rəhbəri Zaur Qapizov məlumat verib. Mərkəzinin rəhbəri vurğulayıb ki, tapılan ölü suitilərin sayı daha çox ola bilər. Onun sözlərinə görə, heyvanlar fırtına nəticəsində həlak olublar. “Torlarda və ya dəriləri soyulmuş suitilərə rast gəlinməyib. Tamamilə bütöv cəmdəklərdir və onların artıq iki həftədir ki, öldükləri müəyyən olunub”, - deyə Qapizov bildirib. O, xatırladıb ki, bütün lazımi nümunələr götürülüb.
4-12-2022, 19:50
İngiltərədən komandasına 450 minlik mükafat şərti..İngiltərə millisi futbol üzrə dünya çempionatının
qalibi olarsa, yığmanın hər bir futbolçusu 450 min funt sterlinq mükafat alacaq. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə millisinin futbolçuları mundialda hər növbəti mərhələyə yüksəldiklərinə görə bonuslar almaq hüququna malikdirlər. Qeyd edək ki, İngiltərə yığması bu gün Qətərdə keçirilən çempionatın 1/8 finalında Seneqalla qarşılaşacaq.
4-12-2022, 19:44
Sumqayıtda yanğın - İki uşaq öldüSumqayıtda iki azyaşlı yanaraq ölüb. Hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb. Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir. Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub. Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
4-12-2022, 19:39
İranda yeni qərar - Əxlaq polisi ləğv olunduİran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib. Bu barədə “Arab News” İranın Baş Prokurorluğuna istinadən məlumat yayıb. “İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, - xəbərdə deyilir. Baş prokuror Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, əxlaq polisi İslam respublikasının hüquq-mühafizə sistemi ilə əlaqəsi olmadığı üçün ləğv edilib.
4-12-2022, 19:36
İranda etirazlara dəstək olan 115 hərbçi həbs olundu İranda 115 hərbçi xalq etirazlarına dəstək verdiyinə görə həbs edilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, bu məlumat SEPAH-a bağlı "Fars" xəbər agentliyinə aid məxfi sənədlərdə öz əksini tapıb. Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranı etirazlar bürüyüb.