5-12-2022, 22:41
Rusiyalı general Laçın dəhlizindəki dəyişiklikdən danışdıDekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin Xocalıdakı qərargahında müzakirələr aparıblar. Laçın yolunda mini gömrük postunun qurulması ilə bağlı razılıq əldə olunduğuna dair məlumat yayılıb. Bu barədə azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkov bildirib. O deyib ki, Azərbaycan tərəfi ilə əldə olunan razılaşmaya əsasən, gömrük postu sülhməramlıların "Laçın dəhlizi"nin girişindəki 1 nömrəli postunda, yəni Azərbaycan - Ermənistan şərti sərhədində quraşdırılacaq. "Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq. Bizim girişdəki postlarımıza müasir avadanlıq gətirək. Bizim bugünə kimi yoxlanış üçün texniki vasitələrimiz yox idi. Əsgərlərimiz gətirilən yük bağlamalarına açıb baxırlar, amma hansısa yükün altında nələrsə keçirə bilərlər", - Andrey Volkov deyib. "Əgər tam yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təmini haqda nə dərəcədə danışmaq olar" sualını rusiyalı general "Biz post qoyacağıq, bütün bunları yoxlayacağıq. Və mən düşünürəm ki, işin effektivliyi və bura hansısa qadağan edilmiş yüklərin daşınmamasının qarantiyası təmin ediləcək",- deyərək cavablandırıb. Volkovun sözlərindən dəqiq anlaşılmayıb ki, mini gömrük postunda yalnız Rusiya sülhməramlı qüvvələri yoxlanış aparacaq, yoxsa Azərbaycan tərəfi ilə birgə xidmət həyata keçiriləcək. Azərbaycan tərəfi hələ ki məsələylə bağlı rəsmi açıqlama verməyib.
5-12-2022, 22:37
Ukraynanın Zaporojye şəhərinə raket zərbəsiUkraynanın Zaporojye şəhərində partlayış səsləri eşidilib. Bu barədə şəhər məclisinin katibi Anatoli Kurtyev “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Rusiya qoşunları Zaporojye şəhərinə raket zərbələri endirib, partlayış səsləri də məhz bununla əlaqədardır. Hadisə nəticəsində 2 nəfərin həyatını itirdiyi bildirilib. Həmçinin xəsarət alanların olduğu qeyd edilib. A.Kurtyev əhalini diqqətli olmağa çağırıb.
5-12-2022, 22:33
Çavuşoğlundan Ermənistanla bağlı çıxış"Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxladı, amma bununla stabillik əldə edə bilmədi". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara Hacı Bayram Veli Universitetində çıxışı zamanı deyib. “Türkiyə və Azərbaycan olaraq Ermənistana sülhün təmin olunması üçün əl uzatdıq. Ümid edirik ki, Ermənistan ağıllanar və əlaqələr bərpa edilər”, - deyə XİN başçısı bildirib. M.Çavuşoğlu, həmçinin Şimali Kiprin Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olması məsələsində də toxunub: "Bundan narahat olanlar var. Şimali Kiprin təşkilata üzv olması ilə TDT Aralıq dənizinə çıxmış oldu".
5-12-2022, 22:29
Ronaldonun yeni komandası bəlli olduDünyaca məşhur futbolçu Kriştiano Ronaldonun yeni komandası bəlli olub. “Mançester Yunayted”dən ayrılan Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubu ilə 2,5 illik müqavilə imzalayıb. Yanvarın 1-dən etibarən “Əl-Nasr”ın formasını geyinəcək Ronaldo klubla 500 milyon avro dəyərində müqaviləyə imza atıb.
5-12-2022, 22:25
Dövlət rüsumuyla bağlı dəyişiklik təsdiqləndiPrezident İlham Əliyev “Dövlət rüsumu haqqında”
qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər. Orqan (qurum) deyərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulur.
5-12-2022, 22:23
Rusiya ilə ticarət dövriyyəmiz arta bilərRusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dollara çata bilər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. “Cari ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dolları olub. Hesab edirəm ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 4 milyard dollar rekord həddinə çata bilər”, - deyə Lavrov bildirib.
5-12-2022, 22:16
Rusiya XİN: “3+3” formatında yeni görüş hazırlanırCənubi Qafqaz üzrə “3+3” formatında yeni görüş hazırlanır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib. "Mən üç Cənubi Qafqaz respublikasını və onların üç qonşusunu - Rusiya, İran, Türkiyəni nəzərdə tuturam. Bu, vaxtilə Azərbaycan prezidentinin təşəbbüsü idi və bunun əsasında ilk görüş olub. İndi də daha belə tədbir hazırlayırıq, konkret tarixləri və gündəliyi razılaşdıracağıq",- deyə XİN başçısı bildirib.
5-12-2022, 22:10
Lavrov sülh müqaviləsindən danışdıBakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması haqda Rusiyanın təklifi hər kəsə məlumdur. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib. Lavrov deyib ki, sülh müqaviləsi Alma-Ata Bəyannaməsi əsasında imzalanacaq. "Tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər",- deyə Rusiya XİN başçısı vurğulayıb.
5-12-2022, 22:06
Ceyhun Bayramovdan Laçın dəhliziylə bağlı açıqlamaLaçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə qadağandır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib. “Ermənistan Laçın dəhlizindən sui-istifadə ilə bağlı üçtərəfli bəyanatın şərtlərini pozmaqda davam edir. 2022-ci ilin avqust ayından etibarən Ermənistanda 2021-ci ildə istehsal olunan 2700-dən çox mina aşkar edilərək zərərsizləşdirilib. Bir həftədən bir qədər əvvəl minaların təmizləndiyi növbəti belə ərazi Rusiya sülhməramlı kontingentinin komandirinə, Rusiya-Türkiyə monitorinq mərkəzinin rəhbərlərinə, eləcə də səfirliklərin Azərbaycanda təmsil olunan bir sıra hərbi attaşelərinə təqdim edilib. Üçtərəfli bəyanatın pozulmasının davam etdirilməsi və faktiki olaraq Azərbaycana qarşı hərbi əməliyyatların davam etdirilməsi, Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə olunması qadağandır”, - nazir qeyd edib.
5-12-2022, 21:59
ABŞ-dan Polşaya hərbi dəstəkABŞ Polşaya 700-ə yaxın döyüş maşını, o cümlədən Abrams tankları təhvil verib. Bu barədə "Wyborcza" qəzeti məlumat yayıb. "Qdinya limanında ABŞ ordusunun 1-ci piyada diviziyası üçün hərbi texnika boşaldılır. Maşınlar arasında "M1 Abrams" tankları da var. "İntegrity" gəmisinin göyərtəsində 700-ə yaxın müxtəlif tipli texnika, o cümlədən M1A2 Abrams tankları gəlib", - məlumatda deyilir. Bildirilib ki, bu qədər amerikan hərbi texnikasının Polşaya gəlişi "Atlantic Resolve" proqramının icrası çərçivəsində baş verir. O, 2014-cü ildə başlayıb və Amerikanın Avropadakı mövcudluğunu gücləndirməyə yönəlib. Əməliyyat çərçivəsində ABŞ ordusunun bəzi hissələri Avropaya NATO-nun şərq cinahında yerləşən ölkələrində yerləşdirilən ayrıca bölmələr göndərir.