Əlilliyin qiymətləndirilməsinin yeni qaydaları qüvvəyə mindikdən sonra təyin olunan pensiyanın məbləği də dəyişəcək. Yəni pensiyanın məbləği orqanizmin funksiyalarının pozulması faizindən asılı olacaq. 2023-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək yeni qaydalara əsasən, əlillik I, II və III qrup dərəcələndirilməsi əsasında aparılmayacaq. Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov ''Xəzər Xəbər''ə deyib ki, yeni qaydalara görə, əlillik orqanizm funksiyalarının pozulması faizinə uyğun təyin ediləcək. Yeni qaydalarda orqanizm funskiyaları 30 faizdən artıq pozulan şəxslərin əlilliyinin, xəstəliklərinin ağırlıq dərəcəsinə uyğun olaraq, 3 fərqli faiz aralığında müəyyən edilməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən, həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. Başqa sözlə, əvvəlki qaydalarda eyni əlillik dərəcəsi olan şəxslərin sığorta göstəricilərinə görə hesablanan pensiya məbləğləri eyni idi. Ancaq yeni qaydalara görə, orqanizmin funksiyalarının pozulması faizi artdıqca şəxslərə ödənən pensiya məbləğləri də artacaq.
ABŞ və Fransa prezidentləri Co Baydenlə Emmanuel Makron bahalı hədiyyələr mübadiləsi aparıblar. Bu barədə Ağ Ev məlumat yayıb. ABŞ lideri həmkarına əvvəllər Ağ Evin həyətində yığılmış ağacdan hazırlanmış güzgü hədiyyə edib. Bundan başqa, Bayden Makrona amerikalı musiqiçilərin yazıları olan vinil disklər kolleksiyasını, həmçinin amerikalı ixtiraçı Tomas Edisonun 1877-ci ildə yaratdığı ilk fonoqraf patentinin arxiv surətini bağışlayıb. Makronun həyat yoldaşına isə qızıl və zümrüddən hazırlanmış bəzək əşyaları hədiyyə edilib. Makron öz növbəsində Baydenə vinil diski, Bayden və həyat yoldaşının ilk görüşdə baxdıqları 1966-cı ildə çəkilmiş "Kişi və qadın" filminin orijinal CD-sini verib. Bundan əlavə, fransalı lider ABŞ prezidentinə 2012-ci ildə iki ölkə arasında ilk tarixi əlaqələrin rəmzi olan Kristof Spasskinin fransız evinin hazırladığı yeməkləri, eləcə də dünyaca məşhur fransız brendi Saint James-in sviterini və LIP şirkətinin saatını hədiyyə verib.
Rusiya ordusu Donetsk Xalq Respublikasının (DXR) Andreevka kəndini işğal edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Donetsk istiqamətində hücum hərəkətləri nəticəsində 40-dan çox Ukrayna əsgəri, iki tank və beş zirehli texnika məhv edilib.
Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - Lavrov
Moskva Ukrayna ilə danışıqlar xahiş etməyib, lakin qarşı tərəfi dinləməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında bildirib. “Və bizi daim vaxt qazanmaq, belə deyək, xüsusi hərbi əməliyyat üçün əlavə qüvvələr toplamaq üçün hansısa danışıqlara müraciətlə bağlı ittiham edəndə, bu həm gülməli, həm də xoşagəlməz haldır. Çünki insanlar yalan danışır, biz heç vaxt hər hansı danışıqlar üçün xahiş etməmişik, lakin biz həmişə demişik ki, kiminsə danışıqlar yolu ilə həllində marağı varsa, onu dinləməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.
Rusiya Ukrayna ilə danışıq üçün xahiş etməyib - Lavrov
Moskva Ukrayna ilə danışıqlar xahiş etməyib, lakin qarşı tərəfi dinləməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında bildirib. “Və bizi daim vaxt qazanmaq, belə deyək, xüsusi hərbi əməliyyat üçün əlavə qüvvələr toplamaq üçün hansısa danışıqlara müraciətlə bağlı ittiham edəndə, bu həm gülməli, həm də xoşagəlməz haldır. Çünki insanlar yalan danışır, biz heç vaxt hər hansı danışıqlar üçün xahiş etməmişik, lakin biz həmişə demişik ki, kiminsə danışıqlar yolu ilə həllində marağı varsa, onu dinləməyə hazırıq”, - Rusiya XİN rəhbəri bildirib.
“Türkiyə son illərin yüksələn ulduzlarındandır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “6-cı Türk Sərmayə Bazarları Konqresi” adlı tədbirin açılışı münasibətilə ünvanlandığı məktubda qeyd edib. “Güclü səhiyyə infrastrukturu, istehsal gücü, sürətli toparlanma qabiliyyəti və başqa bir çox üstünlükləri ilə ölkəmiz son illərin yüksələn ulduzlarından biridir. Rusiya-Ukrayna böhranının ilk dövrlərindən uğurla davam etdirdiyimiz balanslı və uzlaşdırıcı siyasətimiz Türkiyənin oyunqurucu rolunu daha da gücləndirib”, - deyə məktubda bildirilib. Türkiyə prezidentinin məktubunda həmçinin vurğulanıb ki, xarici investorların ölkə iqtisadiyyatına marağı artmaqdadır: “Bu, Türkiyə diplomatiyasına və iqtisadiyyatına duyulan etibarın təzahürüdür. Türkiyə XXI əsrə damğa vuran uğur hekayələri yazmağa davam edəcək”.
Rusiya, Çin və İran çoxqütblü dünya nizamının tərəfdarları kimi birləşib. Bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar üzrə daimi nümayəndəsi Mixail Ulyanov danışıb. “Çin, İran və Rusiya… Bu, çoxtərəfli diplomatiyada yeni üçbucaq kimi deyilmi? Əslində, bu format asanlıqla uzadıla bilər. Çoxqütblülüyü dəstəkləyən və nəyin bahasına olursa olsun birqütblü dünyanı qoruyub saxlamaq cəhdlərinin əleyhinə olan bir çox dövlətlər var”, - o, twitter-də yazıb.
Bakıda və Abşeron yarımadasında dekabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.
İrandan Azərbaycana üzərində erməni dilində yazılar olan mallar göndərilib
Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər. Bu barədə Dövlət Gömrük Komitəsinə xəbər verir. Məlumata görə, Komitənin Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda digər malların içərisindən gömrük orqanına bəyan edilməyən, üzərindəki yazılara görə Ermənistan istehsalı olan inşaat malları aşkar edilib. İndiyə qədər ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları adətən qida məhsulları və alkoqollu içkilərdən ibarət olub. Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24 820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1 050 ədəd boş karton qutu olub. Bu mallarn İranda fəaliyyət göstərən şirkətin Azərbaycandaa fiziki şəxsin ünvanına göndərdiyi müəyyən edilib. Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib? Faktla bağlı Komitə və Dövlət Təhlükəsizlik Xidməti birgə araşdırma aparır.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!