Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
14-11-2025, 22:32
Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu


Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu

Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.
Bu barədə mərhumun atası Rəşid İbrahimov məlumat verib.
Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.
Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.
O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.
14-11-2025, 22:10
Bakıda çoxmərtəbəli binada yanğın


Bakıda çoxmərtəbəli binada yanğın

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yan yanıb.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.
14-11-2025, 21:43
Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?


Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?

Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi müəllim tərəfindən zorakılığa məruz qaldıqları ilə bağlı iddialar səsləndirib.
Şagird, Fərəcova Zəhra Şahin qızı müəllimi Etibar Əhmədov tərəfindən kəmərlə bağlanaraq döyüldüklərini bildirib.
Məktəblinin şikayəti ilə bağlı Naxçıvan Təhsil Nazirliyi açıqlama yayıb:
“Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”.
Qeyd edək ki, həmin müəllim “Baku TV”yə iddiaları təkzib edib və bildirib ki, şagirdi elektron qəlyan çəkməkdə günahlandırıb.
Məktəblinin babası isə nəvəsinin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib:
“Elə şey olmayıb. Yalan söhbətdir. O qrupun dedikləridir”.
14-11-2025, 21:15
Təxribatçı jurnalist Ermənistana buraxılmadı


Təxribatçı jurnalist Ermənistana buraxılmadı

“Wargonzo” internet layihəsinin jurnalisti Dmitri Seleznyovun İrəvan hava limanına girişinə icazə verilməyib.
Bu barədə "WarGonzo"nun "Telegram" kanalında bildirilib.
Seleznyovun ailəsi ilə birlikdə Ermənistana istirahət üçün getdiyi qeyd olunub.
O da bildirilib ki, təfərrüatlar araşdırılır və jurnalist geri dönüş reysini və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir.
Qeyd edək ki, Dmitri Seleznyov bir neçə dəfə Qarabağa səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi çalışıb.
Xatırladaq ki, erməni əsilli media maqnatı Aram Qabrielyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.
Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib. Aram Qabrielyanov da bir neçə il əvvəl Ermənistana buraxılmayıb. O, Ermənistan XİN-in "arzuolunmaz şəxs" siyahısındadır.
14-11-2025, 20:50
Gürcüstanda plastik qab-qacaq qadağan olunur


Gürcüstanda plastik qab-qacaq qadağan olunur

Gürcüstanda qida məhsulları üçün nəzərdə tutulan plastik qab-qacaq qadağan olunacaq.
Bu barədə qərarı Gürcüstan hökuməti ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü əsasında qəbul edib.
2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, plastik çəngəl, bıçaq, qaşıq, çöplər, boşqab, konteynerlər, stəkanların və onlar üçün qapaqların istehsalı (ixrac üçün nəzərdə tutulan istehsaldan başqa), idxalı və satışa çıxarılması qadağan ediləcək.
Qərarın qüvvəyə minmə tarixindən 6 ay sonra ictimai iaşə müəssisələri üçün istehlakçılara istifadəyə hazır qida məhsulunu plastikdən olan konteyner və stəkanlarda çatdırılmasına qadağa tətbiq olunacaq.
14-11-2025, 20:37
Ermənistan onu Rusiyaya təhvil verməyəcək


Ermənistan onu Rusiyaya təhvil verməyəcək

Rusiya hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıqda ittiham olunaraq axtarışa verilən Soçidən olan iş adamı Ruben Tatulyan Rusiyaya ekstradisiya olunmayacaq.
Bu barədə TASS-a Ermənistan Baş Prokurorluğundan məlumat verib.
“Tatulyan Ermənistan vətəndaşı olduğuna görə həbs olunmayıb və buna görə xarici dövlətə təhvil verilməyəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada kriminal aləmdə “Robson” kimi tanınan Tatulyan dələduzluq, cinayətkar icma təşkil etmək və qətl ittihamları ilə axtarışdadır.
14-11-2025, 19:42
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi


Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Avtomobil yollarında vəziyyət açıqlanıb.
Noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
14-11-2025, 19:10
"ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ


"ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ

"ARB TV" MMC öz fəaliyyətini davam etdirəcək".
Bu barədə telekanal məlumat yayıb.
"TV-nin fəaliyyətinə xitam verilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir", - deyə kanaldan bildirilib.
Qeyd edək ki, mətbuatda "ARB TV" MMC-nin fəaliyyətinə xitam verildiyi barədə xəbərlər yayılıb.
Bildirilir ki, bununla da MMC "Stream-Info" MMC-yə qoşulduğunu və nəticədə yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, "ARB TV" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Emin Vaqif oğlu Sultanovdur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.
14-11-2025, 19:01
Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək


Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək

Ermənistan baş naziri Nikol Paşinyanın ölkədə 10 yeni məscidin tikintisinə başlanılması barədə təşəbbüs irəli sürdüyünü bildirilir.
Bu barədə məlumat Türkiyənin ODATV nəşri yayıb. Qeyd olunub ki, layihə barədə məlumat hökumətə yaxın mənbələrə əsaslanır.
Jurnalistlərin yazdığına əsasən, beş məscid Ermənistan-Türkiyə sərhədinə yaxın rayonlarda, digər beş məscid isə ölkənin iri şəhərlərində inşa ediləcək.
Nəşrin iddiasına görə, təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib və Ankara bunu iki ölkə arasında mədəni-dini əlaqələrin güclənməsi üçün imkan kimi qiymətləndirir.
Məqalədə o da bildirilir ki, ölkə əhalisinin təxminən 98 faizinin xristian olmasına baxmayaraq, Paşinyan layihəni müsbət qarşılayıb və tikintinin maliyyələşdirilməsi üçün vəsaitin artıq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə ayrıldığı iddia olunur.
Nəşr yazır ki, tikintiyə dekabrın əvvəlində start veriləcəyi gözlənilir. Hazırda Ermənistanda yalnız bir məscid - İrəvandakı Göy məscid fəaliyyət göstərir.
Türkiyə mediası bu addımı Ermənistan hökumətinin mədəni müxtəlifliyə açıq olması və tarixi-siyasi gərginliyin yumşaldılması istiqamətində jest kimi təqdim edir.
Ermənistan hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
14-11-2025, 18:48
“9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya


“9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya

Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!