Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
30-10-2022, 19:20
“Qarabağ” rəqibini darmadağın etdi - Ardıcıl 11-ci qələbə


“Qarabağ” rəqibini darmadağın etdi - Ardıcıl 11-ci qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Butov.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" komandası "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub. Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.
30-10-2022, 19:18
İsveç Ukraynaya müasir silahlar göndərəcək


İsveç Ukraynaya müasir silahlar göndərəcək

İsveç hakimiyyəti Ukraynaya müasir və daha ağır silahlar verməyə hazırlaşır. Bunu İsveçin yeni müdafiə naziri Pol Yonson deyib. Yonson Ukraynaya hansı silahların göndəriləcəyini açıqlamayıb. O, Ukraynanın daha güclü hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğunu qeyd edib:“Mən Kiyevə daha müasir silahlar verməyə hazıram. Mənim ilk ikitərəfli görüşüm Ukrayna müdafiə naziri Aleksey Reznikovla olub. Artıq biz razılaşmışıq".
30-10-2022, 19:16
Zelenski ilə razılaşmaq olar, amma... - Peskov


Zelenski ilə razılaşmaq olar, amma... - Peskov

Ukrayna üzrə danışıqlar ilk növbədə Vaşinqtonla aparılmalıdır, çünki Kiyev “kənardan gələn sifarişlə” hərəkət edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Rusiya rəsmisi bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə müəyyən razılaşmalar əldə etmək mümkündür:"Buna baxmayaraq, razılaşmaların heç bir dəyəri yoxdur, çünki xaricdən tələb olunarsa, dərhal ləğv edilə bilər".
30-10-2022, 19:12
“Qarabağ”da ciddi itki


“Qarabağ”da ciddi itki

"Qarabağ" klubu Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib. Butov.az-ın məlumatına görə, "köhlən atlar"ın yarmmüdafiəçisi Filip Ozobiç zədələnib. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib. Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub. Qeyd edək ki, Ağdam klubu bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Almaniya "Frayburq"unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
30-10-2022, 15:46
"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı


"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı

İranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib. Butov.az xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib. Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq. Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.
30-10-2022, 15:21
"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı


"Molla rejimi"nə qarşı çıxanların məhkəməsi başladı

İranın Ədliyyə Nazirliyi son bir ay ərzində baş verən iğtişaşlarda həbs olunanların hazırlıq məhkəməsinin keçirildiyi barədə məlumat verib. Butov.az xəbər verir ki, hazırlıq məhkəməsində həbs olunanlar və onların vəkilləri iştirak ediblər. Müxtəlif maddələrlə açılan cinayət işləri üzrə ittihamlar irəli sürülüb. Ədliyyə Nazirliyinin məlumatına əsasən, bu günə kimi Kirmanda 25, Semnanda 89, Zəncanda 119, Xuzistanda 105, Qəzvində 55, Kürdüstanda 110, Tehranda 315 nəfər həbs edilib. Cinayət işlərinə inqilab məhkəməlində baxılacaq. Həbs olunanlar bankları dağıtmaqda, polis, təcili tibbi yardın və yanğınsöndürən avtomobillərinə zərər vurmaqda ittiham edilirlər.
30-10-2022, 15:19
Lavrovdan Kiyevə çağırış: Danışıqlara hazırıq!


Lavrovdan Kiyevə çağırış: Danışıqlara hazırıq!

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiyanın danışıqlarla bağlı mövqeyi dəyişməz olaraq qalır. Bundan əlavə, Lavrov Rusiyanın gərginliyi azaltmaq üçün Qərbin təkliflərini dinləməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, Ukrayna Rusiya ilə dialoqdan rəsmən imtina edib. Prezident Volodimir Zelenski bildirib ki, Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməyənə qədər danışıqlardan söhbət gedə bilməz.
30-10-2022, 15:17
Hellouin faciəsi: Ölənlərin sayı 153-ə çatıb


Hellouin faciəsi: Ölənlərin sayı 153-ə çatıb

Cənubi Koreyanın Seul şəhərində şənlik zamanı yaranan kütləvi izdiham nəticəsində ölənlərin sayı 153 nəfərə çatıb. Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, ölənlər arasında 97 qadın var.
30-10-2022, 15:15
Etirazçılar xüsusi təyinatlıları qovdular


Etirazçılar xüsusi təyinatlıları qovdular

İranın Astara şəhərində etirazçılar hökumət qüvvələrini və xüsusi təyinatlıları meydandan qovub çıxarıblar. Bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb. Bildirilib ki, narazı kütlə xüsusi təyinatlıların motosikletini də yandırıb. Hazırda etirazlar davam edir. Qeyd edək ki, ötən aydan başlayaraq İranda kütləvi aksiyalar keçirilir.
30-10-2022, 15:08
Ermənistan ordusunda insident - Ölən var


Ermənistan ordusunda insident - Ölən var

Ermənistan ordusunun hərbi qulluqçuları arasında silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, oktyabrın 29-da hərbi hissələrdən birinin döyüş mövqeyində xidmətdə olan əsgər hərbçi yoldaşı Misak Petrosyanla mübahisə edib. Mübahisə zəminində o, avtomatdan atəş açıb. Başından ağır yaralanan Petrosyan hadisə yerində keçinib. Cinayət törədən erməni hərbçi daha sonra özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!