Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
1-11-2022, 13:53
Qazilər qanunun boşluğuna görə əziyyət çəkir - QHT sədri


Qazilər qanunun boşluğuna görə əziyyət çəkir - QHT sədri

“Müharibə iştirakçılarının problemi ilə bağlı qanunlara yenidən baxılmalıdır və ya müəyyən istisnalar olmalıdır”. Bu barədə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deyib:“Bu gün ordumuzun Türkiyə modelinə keçirilməsini üstün tuturuqsa, bu sahədə də Türkiyə modelinə keçilməlidir. Çünki Türkiyə modelində qazilər və şəhidlərlə bağlı məsələlər xüsusi olaraq işlənir. Qazilər bu gün qanunun boşluğuna görə əziyyət çəkir, müavinət ala bilmir. Yetimlər evində böyüyən şəhidlə bağlı danışmaq lazımdır. Qanuna bir vergül qoyulub, yazıla bilər ki, şəhidin ailəsi yoxdursa, onun varisi qardaşı olsun. Qanunvericilikdə boşluqlar olduğundan şəhidin qardaşının başına o qədər işlər gəlir”.
1-11-2022, 13:51
Rusiya vasitəçiliyi davam etdirəcək - Peskov


Rusiya vasitəçiliyi davam etdirəcək - Peskov

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Rusiyanın vasitəçilik missiyasında maraqlı olduqlarını bir daha təsdiqləyiblər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Tərəflər bizim vasitəçilik səylərimizdə maraqlı olduqlarını təsdiqləyiblər, ona görə də bu istiqamətdə işlər davam etdiriləcək", - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
1-11-2022, 13:49
Metroda uşaqları diləndirən qadın həbs edildi


Metroda uşaqları diləndirən qadın həbs edildi

Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsi, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə metrostansiyalarda 4 azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. R.Məmmədova öz qohumlaının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsilə inbzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallara baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib. Azyaşlıların valideyinləri Polis Şöbəsinə dəvət olunaraq profilaktiki söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verilib.
1-11-2022, 13:48
Soçidə razılaşdırılmamış məsələlərin üzərində iş gedəcək - Səfir


Soçidə razılaşdırılmamış məsələlərin üzərində iş gedəcək - Səfir

"Dağlıq Qarabağın statusu məsələsi bütün tərəflər üçün məqbul ədalətli həll şəraiti yaradılandan sonra gələcək nəsillərin öhdəsinə buraxılmalıdır". Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə müsahibəsində Moskvanın mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib. Səfir qeyd edib ki, Rusiya rəhbərliyi bunu dəfələrlə bəyan edib. Sergey Kopırkin bildirib ki, nizamlanmaya dair yekun sənəd Ermənistan və Azərbaycan arasında razılaşmaların nəticəsi olmalıdır. Sülh müqaviləsi və onun müddəalarına gəlincə, səfir hesab edir ki, Soçi görüşün nəticələrinə əsasən, hələlik razılaşdırılmamış məsələlər var. Bununla belə, onların üzərində iş davam etdiriləcək.
1-11-2022, 13:46
Paşinyanı Rəisi qarşıladı


Paşinyanı Rəisi qarşıladı

Ermənistanın baş naziri Nikol Paşinyan İranda işgüzar səfərdədir. Butov.az xəbər verir ki, Paşinyanın Tehranın Sədabad sarayında rəsmi qarşılanma mərasimi olub. Erməni baş naziri İran Prezidenti İbrahim Rəisi qarşılayıb. Qarşılanma mərasimindən sonra iki ölkə liderlərinin görüşü nəzərdə tutulub. Qeyd edək ki, Paşinyan sonuncu dəfə 2021-ci ilin avqustunda İranda səfərdə olub.
1-11-2022, 13:43
Azərbaycan-Əlcəzair münasibətlərində yeni mərhələ


Azərbaycan-Əlcəzair münasibətlərində yeni mərhələ

Noyabrın 1-2-də Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi edəcək. Sonuncu dəfə liqanın sammiti bu ölkədə 2005-ci il martın 22-23-də keçirilib. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitə Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunub. Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir. Məlumat üçün bildirək ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz (hasilatda dünyada 5-ci, ixracatda 4-cü) və neft (hasilatda 13-cü, ixracatda 9-cu) istehsalçısı və ixracatçısıdır. Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürüldüyündən Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. 1954-cü il noyabrın 1-də ölkədə başlayan inqilab müstəqilliyin əldə edilməsi ilə nəticələnib. İnqilaba başçılıq edən Milli Qurtuluş Cəbhəsi milli-azadlıq mübarizəsinin məqsədlərini belə müəyyənləşdirmişdi: ölkənin fransız müstəmləkə zülmündən azad edilməsi, Əlcəzair respublikasının yaradılması. 1962-ci ilin martında Fransa atəşin dayandırılması haqqında Evian sazişini imzaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında Əlcəzair Xalq Demokratik Respublikası elan edildi. Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur. Qeyd edək ki, fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı. Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub. Diplomatik nümayəndəliklərin fəaliyyəti barədə onu deyə bilərik ki, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014- cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq deyə bilərik ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib. Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mahir Abbaszadənin rəhbərlilyi ilə Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir. Azərbaycanla Əlcəzair arasındakı iqtisadi sahədə əlaqələr barədə onu deyə bilərik ki, Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 5 Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. 2021-ci ildə Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 1.373,2 min ABŞ dolları, o cümlədən idxalın həcmi 1.363,7 min dollar, ixracın həcmi isə 9,5 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 1.354,2 min dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında isə ticarət dövriyyəsinin həcmi 865,75 min ABŞ dolları, o cümlədən idxalın həcmi 845,94 min dollar, ixracın həcmi 19,81 min dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 826,13 min ABŞ dolları olub. Onu da qeyd edək ki, iki ölkə arasında bu vaxtadək 5 sənəd imzalanıb, 7 sənədə baxılmaqdadır.
1-11-2022, 13:40
UEFA "Qarabağ"a 1,3 milyon avro ayırdı


UEFA "Qarabağ"a 1,3 milyon avro ayırdı

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.
Butov.az xəbər verir ki, "köhlən atlar" UEFA Avropa Liqasının qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) 1.294.000 avro alıb. Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
1-11-2022, 13:38
“Ərdoğan sözünün ağasıdır” - Putin


“Ərdoğan sözünün ağasıdır” - Putin

Rusiya üçün Qara dənizə nəzarət etmək daha asandır. Bunu Rusiya prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasının səbəblərini şərh edərkən deyib. “Türkiyənin mümkün tədarük qovşağı kimi seçilməsinə gəlincə, bunu niyə edirik aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”, - Putin jurnalistlərin suallarını cavablandırarkən deyib. Putinin sözlərinə görə, Avropadan fərqli olaraq, Rusiyanın Türkiyə tərəfi ilə işləməsi daha asandır, çünki prezident Rəcəb Tayyib Ərdoğan “sözünün ağasıdır”. "Və əgər biz hansısa bir məsələdə razılaşsaq, hərçənd razılaşmaq çətin ola bilər, amma razılaşsaq, onu yerinə yetirməyə çalışırıq", - Putin deyib. Onun sözlərinə görə, Türkiyə qaz qovşağı kifayət qədər tez həyata keçirilə bilən real layihədir. “Buna heç bir şübhə yoxdur... Əminəm ki, müqavilələr imzalanacaq. Və sonda biz Avropa ölkələrindən dünyanın digər regionlarına çatdırılma üçün tranzit kimi istifadə edə bilərik. Amma mən şübhə etmirəm ki, Avropada da bunu istəyənlər çox olacaq”, - Putin vurğulayıb. O, əlavə edib ki, Rusiya “bu qış nə olacağını” sonradan görəcək. Oktyabrın ortalarında Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyədə qaz qovşağının yaradılması məsələsini işləyib hazırlamağı tapşırdılar ki, bu qovşağın vasitəsilə Rusiya qaz tranzitini Şimal axınından Qara dənizə keçirə bilsin. Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.
1-11-2022, 13:36
Ermənistan və Rusiya strateji tərəfdaşlığa zəmin yaradıblar - Lavrov


Ermənistan və Rusiya strateji tərəfdaşlığa zəmin yaradıblar - Lavrov

Ermənistan və Rusiya uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmin yarada biliblər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda keçirilən Beynəlxalq Forumun qonaq sessiyasının açılışındakı müraciətində deyilir. Açılışda müvafiq mesajı Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin oxuyub. "Son onilliklər ərzində biz möhkəm dostluq və qarşılıqlı rəğbət tellərinə arxalanaraq, biz bir-birimizlə dostluq münasibətləri qurmağa nail olmuşuq. Bu, uzunmüddətli strateji tərəfdaşlıq və müttəfiqlik üçün möhkəm zəmindir”, - deyə rusiyalı nazir vurğulayıb.
1-11-2022, 13:33
İlham Əliyev Əlcəzairdə səfərdədir


İlham Əliyev Əlcəzairdə səfərdədir

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gedib. Butov.az xəbər verir ki, Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini rəsmi şəxslər qarşılayıblar.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!