2-11-2022, 15:13
Cəbrayılda mina partlayışı - Sürücü yaralandıCəbrayıl rayonunda mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə hadisə 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
2-11-2022, 15:10
İlham Əliyevin posterləri İran küçələrinə vurulduSon zamanlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı aksiyaya başlayıblar.
Butov.az xəbər verir ki, Təbriz, Ərdəbil və digər şəhərlərdə küçələrə Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan posterlərin vurulması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. Fotonun üzərində isə “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” yazısı qeyd olunub. Diqqəti çəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub. Artıq Azərbaycan Televiziyasının rəsmi facebook hesabında da bununla bağlı paylaşım edilib. Qeyd edək ki, son aylar bütün müstəvilərdə Azərbaycan – İran arasında gərginlik yaşanır. Ötən gün isə DTX-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.
2-11-2022, 15:07
İndiyədək 9 azərbaycanlı jurnalist şəhid olub “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter - də etdiyi paylaşımda bildirilib. Qeyd edilib ki, bununla bağlı ədalət təmin olunmalıdır.
2-11-2022, 15:03
Polşa Rusiya ilə sərhəddə hasar çəkirPolşa hakimiyyəti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın tikintisinə başlayıb. Bu barədə ölkənin Baş nazirinin müavini, Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib. "Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin Polşa-Rusiya sərhədində müvəqqəti səddin tikintisinə başlanılıb", - nazir bildirib. O, hasarın tikanlı məftillə tikiləcəyini, hündürlüyünün 2,5 metr, eninin isə üç metr olacağını bildirib. Blaşak izah edib ki, hasarın tikintisi ilə bağlı qərar Rusiya tərəfinin Kalininqrad vilayətində Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün hava limanını açması ilə bağlıdır. Onun sözlərinə görə, bu, Polşaya miqrasiya axınının artması təhlükəsi yaradır.
2-11-2022, 15:01
Şəhidin anası vəfat etdiVətən müharibəsi şəhidi Manaf Bəhmənlinin anası dünyasını dəyişib.
Butov.az xəbər verir ki, oğlunun şəhid olmasından sonra ağır xəstəliyə düçar olan Suray xanım ötən gün vəfat edib. Qeyd edək ki, 1998-ci il təvəllüdlü Manaf Bəhmənli 2020-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsini bitirərək hərbi xidmətə yollanıb və bir neçə ay sonra başlayan müharibəyə qatılıb. Müharibənin ilk günü Murov istiqamətindəki döyüşlərdə şəhid olub. Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb. Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Şəhidin atası da 2012-ci ildə vəfat edibmiş. Ailədə şəhidin tək bacısı qalıb.
2-11-2022, 14:58
“Qarabağa hamı üçün məqbul status tapmaq mümkün deyil” - Paşinyan"Dağlıq Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam uyğundur". Bunu parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan deyib. Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın daha düzgün olduğunu bildirmişdi. Baş nazir Rusiya tərəfinin bu mövqeyini xatırladıb və qeyd edib ki, səfir fikrini onunla əsaslandırıb ki, indi hamı üçün məqbul statusa nail olmaq mümkün deyil.“Rusiyalı həmkarlarımız bildirdilər ki, onların fikrincə, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin qeyri-müəyyən müddətə təxirə salınması düzgün olardı və bunu hazırda tərəflər üçün hansısa məqbul statusun tapılmasının mümkünsüzlüyü ilə əsaslandırdılar. Bəs Ermənistan hökumətinin siyasəti bu baxışa nə qədər uyğundur? Deməliyəm ki, yüz faiz uyğundur”, - Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, məhz bu səbəbdən Ermənistan hökuməti üç əsas komponenti səsləndirməkdə davam edir: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, hüququ və statusu."Siz fikir vermisiniz ki, biz müzakirələrimizdə, belə demək mümkünsə, status məsələsini "ötürmüşük" və sonuncu dəfə bu barədə danışırıq. Niyə? Çünki biz rusiyalı tərəfdaşlarla razılaşmışdıq ki, bu məsələ indi gündəmə gətirilməməlidir, çünki bu, bizi qaçılmaz böhrana gətirib çıxaracaq”, - o əlavə edib. Paşinyan Putin və Əliyevlə Soçidə keçirilən 31 oktyabr tarixli görüşü vacib və faydalı adlandırıb. Deyib ki, bu görüş sülh gündəliyinin təbliğinə töhfə verib.
2-11-2022, 14:56
Bu gündən Ukraynada elektrik qrafiklə verilirNoyabrın 2-si səhər saat 6:00-dan etibarən Ukraynada elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki qüvvəyə minib. Bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb. Elektrik enerjisinin kəsilməsi qrafikini tətbiq edən şəhər və rayonların siyahısı:
Kiyev,
Çerniqov,
Çerkassı,
Jitomir,
Sumi,
Xarkov,
Poltava bölgəsi.
"Saatlıq dayanma cədvəlləri paylayıcı şəbəkə operatorları tərəfindən tərtib edilmiş xüsusi qrafikə uyğun olaraq müəyyən istehlakçı qruplarının gündəlik məhdudlaşdırılmasını nəzərdə tutur”, - məlumatda bildirilib.
2-11-2022, 14:54
Ərdoğanla təmaslar vacibdir - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təmasları vacib adlandırıb. Bu barədə o, parlamentdə çıxışında deyib. Baş nazir bu il Ərdoğanla telefon danışığı apardığını, daha sonra bu yaxınlarda Praqada görüş keçirdiyini xatırladıb. "Soruşa bilərsiniz ki, görüş çox yaxşıdır, amma situasiyada nəsə dəyişib? Düşünürəm ki, bizdə situasiyada çox mühüm dəyişiklik var. Bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə təmaslar zamanı biz kommunikasiya çətinliklərinin öhdəsindən gələ bilmişik”, - deyə Paşinyan bildirib. Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistanı danışıqlarda parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd dəfə görüş keçiriblər. Birinci görüş Moskvada, digər üç görüş isə Vyanada baş tutub. Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.
2-11-2022, 14:52
Ermənistan hərbi xərcləri niyə artırır? - Baş nazirdən açıqlamaErmənistan orduda genişmiqyaslı islahatlar prosesinə başlayıb, bunu hərbi büdcənin kəskin artırılması da sübut edir.
Butov.az xəbər verir ki, baş nazir Nikol Paşinyan parlamentdə 2023-cü ilin büdcə layihəsinin dinləmələri zamanı belə deyib. Baş nazir xatırladıb ki, 2023-cü ildə müdafiə xərcləri 509 milyard dram və ya 1,2 milyard dollar təşkil edəcək. 2018-ci illə (Paşinyan hakimiyyətə gələndə - red.) müqayisədə artım 113%, yəni 270 milyard dram olacaq."Orduda islahatlar prosesinə başlamışıq, artıq parlamentin gündəliyində olan bir sıra qanunvericilik dəyişiklikləri var. Prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Biz niyyət edirik ki, orduda islahatlar aparılsın, yüksək standartlara malik ordu yaradaq”, - deyə o bildirib. Eyni zamanda, Paşinyan əlavə edib ki, müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması hökumətin sülh proqramı ilə heç bir şəkildə ziddiyyət təşkil etmir. Ermənistan ardıcıl olaraq sülhü müdafiə edəcək.
2-11-2022, 14:49
Sülhməramlıların mandatının uzadılması təklifi rədd edildiErməni tərəfi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə Soçidə keçirilən sammitdə Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı təklif irəli sürüb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşündən danışarkən bildirib. Paşinyan sülhməramlılarla bağlı təklifin rədd edildiyini deyib."Biz mandatın qeyri-müəyyən müddətə - 5, 20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, mənim fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq. 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, 5 illik müddətə altı ay qalmış tərəflərdən heç biri etiraz etmədikdə, sülhməramlıların mandatı avtomatik olaraq yenilənir. İrəvan üçün sülhməramlıların mandatının avtomatik uzadılmasına tərəflərdən heç birinin etirazı olmadığı və etməyəcəyi faktını möhkəmləndirməsi vacibdir", - deyə Paşinyan vurğulayıb. Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması məsələsi də müzakirə olunub. Görüşdən sonra mətbuata açıqlama verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sülhməramlıların mandatının uzadılması ilə bağlı qərar sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır.