2-11-2022, 14:47
Putin bəyan etdi: Rusiya yoxsul ölkələrə tonlarla taxıl göndərə bilər!Krasnodar taxılı Ukrayna taxılına alternativ ola bilər. Rusiyanın adı çəkilən regionu bu il rekord məhsul yığıb, onun bir hissəsi Afrikanın yoxsul ölkələrinə göndərilə bilər. Bu barədə prezident Vladimir Putinlə Kuban qubernatoru Veniamin Kondratyevin görüşündə bildirilib. Rusiyalı ekspertlər noyabrın 1-də keçirilən görüşün nəticələrini şərh ediblər. Siyasi analitiklərin fikrincə, "taxıl müqaviləsi" ətrafında yaranmış vəziyyət Krasnodar diyarını artıq geosiyasi mənada strateji əhəmiyyətli regiona çevirir. Prezident Putinlə qubernator Kondratyev arasında söhbət Soçidə baş tutub. Onun ictimai hissəsində Kuban fermerlərinin bu il əldə etdikləri rekord məhsuldan söhbət gedib. “Biz rekord taxıl məhsulu əldə etdik - 15,1 milyon ton, o cümlədən 10,7 milyon ton buğda. Üstəlik, məhsulun 85%-i bərk sortdur ki, bu da çörək, makaron və digər məhsulların istehsalına yarayır. İnsanların süfrələrində yüksək keyfiyyətli məhsulların olması vacibdir”, - deyən Kondratiyev bildirib ki, istehsalın modernləşdirilməsi, yeni yüksək texnologiyalı avadanlıq və gübrə, yanacaq-sürtkü materiallarının sabit qiymətləri belə məhsul əldə etməyə imkan verib. Putinin Kondratyevlə görüşü və rekord taxıl məhsulu haqqında söhbət Rusiya Federasiyasının prezidenti ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında "taxıl müqaviləsi" ilə bağlı vəziyyətə dair telefon danışığından sonra baş tutub. Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə eyni mövzuda danışıqlar aparıb.
2-11-2022, 14:44
İrana işləyən Orxan israilli milyarderə də sui-qəsd təşkil edibmişDövlət Təhlükəsizliyi Xidməti İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib.
Butov.az xəbər verir ki, DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda bir məqam diqqət çəkir. Bildirilir ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub. Bir az araşdırma aparsaq, görürük ki, bu ad bizə bir ildən çoxdur ki, tanışdır. Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir. Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur. Həmin vaxt istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı. Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür. Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar. Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.

2-11-2022, 14:41
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq“Neftçi”nin 11 yaşadək futbolçulardan ibarət komandası növbəti beynəlxalq turnirə yollanacaq.
Butov.az-ın məlumatına görə, Bakı klubunun yeniyetmələri Türkiyədə turnirə qatılacaq.“Fənərbaxça” klubunun ev sahibliyi etdiyi turnir “Dereağzı Lefter Küçükandonyadis” bazasında baş tutacaq. Noyabrın 11-də start veriləcək yarışda təmsilçimiz və ev sahibi ilə yanaşı, “Beşiktaş”, “Qalatasaray”, eləcə də “Atletiko”, “İnter”, “Yuventus”, “Vilyarreal” kimi Avropa nəhəngləri mübarizə aparacaq. Turnirdə ümumilikdə 16 komanda yarışacaq. Digər iştirakçılar “Başakşehir”, “Altınordu”, “Göztəpə”, “Altay”, “Manisa”, “Adana Dəmirspor”, “Gölcük Karadeniz” və Sofiya MOİK-idir.
2-11-2022, 14:39
Ərdoğan Azərbaycanla bağlı mühüm sənəd imzaladıPrezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib.
Butov.az xəbər verir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb. Sərəncam “Resmi Gazete”də dərc edilib. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib. Xatırladaq ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
1-11-2022, 20:25
Taliban qadınlardan ibarət polis bölməsi yaradıb Taliban Əfqanıstanda qadınlardan ibarət milli polis bölməsi yaradıb. Bu barədə ölkənin "TOLOnews" agentliyi məlumat yayıb. Bölmədə işləmək üçün Taliban hakimiyyətə gələnə qədər Əfqanıstan Daxili İşlər Nazirliyində işləyən qadınlar işə götürülüb. Hazırda bölmədə 100-ə yaxın qadın təlim keçir. Əfqanıstanda qadın hüquqları uğrunda mübarizə aparan Mühadis Amin deyib ki, Taliban bu yolla etiraz aksiyalarında qadınlara qarşı qəddarlığa ictimai reaksiyanı cilovlamaq istəyir. Agentlik qeyd edir ki, bölmə etirazlar üzərində işləyəcək və aksiyalarda iştirak edən əfqanlarla qarşılıqlı əlaqədə olacaqlar.
1-11-2022, 20:24
Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib Serbiya Silahlı Qüvvələri Kosovodakı vəziyyətlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç müvafiq sərəncam verib. Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Serbiya nömrələrinə qoyulan qadağanın qüvvəyə minməsi ilə əlaqədar Kosovoda vəziyyət gərgindir. O əlavə edib ki, ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Noyabrın 1-dən Kosovoda Serbiya qeydiyyatında olan avtomobil nömrələrinə qoyulan qadağa qüvvəyə minib. Kosovo hakimiyyəti avtomobil nömrələrini dəyişdirməyə vaxt tapmayanları 150 avro cərimələyəcək. 21 aprel 2023-cü ilə qədər keçid dövrü olacaq, bundan sonra Kosovo hakimiyyəti Serb nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq. İlkin olaraq qadağa avqustun 1-dən qüvvəyə minməli idi, lakin bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar təxirə salınıb.
1-11-2022, 20:22
Ərdoğan Şoltsla Ukraynadakı vəziyyəti müzakirə etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Ərdoğan Şoltsa Almaniyadab Türkiyə-Yunanıstan münasibətlərində yenidən neytral mövqe tutmasını gözlədiklərini bildirib. Tərəflər Rusiya-Ukrayna müharibəsinə dair son hadisələri müzakirə edib.
1-11-2022, 20:21
Sevgilisindən ayrılan oğlan özünü 17-ci mərtəbədən atdıBakıda gənc oğlanın özünü binanın 17-ci mərtəbəsindən atması ilə bağlı detallar məlum olub.
Butov.az xəbər verir ki, 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu sevgilisindən ayrılıb. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub. Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur. İntiharın dəqiq səbəbləri isə Nizami rayon Prokurorluğunda davam etdirilən araşdırmalar nəticəsində bilinəcək. Qeyd edək ki, paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində Bakı sakini özünü 17-ci mərtəbədən ataraq intihar edib. Faktla bağlı araşdırma aparılır.
1-11-2022, 20:19
İran Güney Azərbaycandan Ermənistana dəhliz çəkəcəkİran rəsmiləri Ermənistanla nəqliyyat əlaqələrini inkişaf etdirməyə və Şərqi Azərbaycanın Nordooz kəndi üzərindən Ermənistanla Fars körfəzi arasında yeni tranzit dəhlizinin yaradılmasına hazır olduğunu bəyan edib. Bu haqda İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla görüşündə danışıb. Onun sözlərinə görə, İran şirkətlərinin tunel, yol və binaların tikintisində Ermənistanla əməkdaşlığı barədə qərar qəbul edilib. Nazir əlavə edib ki, iki ölkə arasında razılaşma əsasında Nordooz sərhədindən Varzeqan və Təbrizə qədər şimal-cənub dəhlizinin tamamlanması və inkişaf etdirilməsi qərara alınıb. Qasemi deyib ki, İranın “Milli Mənzil Hərəkatı” adı altında mənzil tikintisi sahəsində yaxşı təcrübəyə malik olması səbəbindən İranın tikinti şirkətləri Ermənistanda fəaliyyətə başlayacaq. Nazirin sözlərinə görə, İranın şimalında 200 milyon tondan çox yük daşınır ki, bu da iki ölkə arasında mübadilənin inkişafı üçün yaxşı fürsət sayıla bilər. İranın dünyada dördüncü ən böyük sement istehsalçısı olduğunu və polad istehsalı sahəsində də təsirli gücə sahibləndiyini vurğulayan Qasemi deyib ki, İran sement, polad və tikinti materialları istehsalçıları Ermənistana fəaliyyətə başlayacaq.
1-11-2022, 20:16
Ermənistan və İran arasında memorandum imzalandıErmənistanla İran elektrik enerjisi və qaz sazişinin uzadılmasına dair anlaşma memorandumu imzalayıb. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tehranda keçirdiyi mətbuat konfransında deyib. O, prezident İbrahim Rəisinin İranın erməni icmasına münasibətini yüksək qiymətləndirib.