Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
1-11-2022, 13:30
İzdihamda ölənlərin sayı 156 nəfərə çatdı


İzdihamda ölənlərin sayı 156 nəfərə çatdı

Seulun mərkəzindəki İthevon rayonunda izdiham nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. Bildirilib ki, faciə qurbanları arasında Çin və Rusiya da daxil olmaqla 14 ölkənin 26 vətəndaşı var. Son məlumatlara görə, hadisə zamanı xəsarət alanların sayı 151 nəfərdir. Xəstəxanaya yerləşdirilən 40 nəfərdən 29-nun vəziyyəti ağırdır. Qeyd edək ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində Hellouin bayramı münasibətilə keçirilən şənliklərdə izdiham yaşanıb.
1-11-2022, 13:28
Soçi bəyanatının mətni - Sənəddə “Qarabağ” sözü yoxdur


Soçi bəyanatının mətni - Sənəddə “Qarabağ” sözü yoxdur

Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşünün yekunları üzrə birgə bəyanat dərc olunub. Bəyanatda deyilir:“Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirdik. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq". Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilib, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanıb."Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq", - sənəddə bildirilir. Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi diqqətə çatdırılıb. Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək. Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər. Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar.
1-11-2022, 13:23
“Görüş faydalı oldu, lakin hər şeyi razılaşdıra bilmədik” - Putin


“Görüş faydalı oldu, lakin hər şeyi razılaşdıra bilmədik” - Putin

Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü faydalı hesab edir. Bu barədə Putin görüşün yekunları ilə bağlı mətbuata açıqlamasında bildirib. Rusiya dövlət başçısı görüşün yekunlarına dair birgə bəyanatın razılaşdırıldığını söyləyib:"Sözün açığı, heç də hər şeyi razılaşdıra bilmədik. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi". Putin, həmçinin vurğulayıb ki, Rusiya Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Soçidə keçirilən görüşdə Rusiya, Ermənistan və Azərbaycan gələcəklə bağlı razılığa gəlmək bacarıqlarını nümayiş etdiriblər.
31-10-2022, 21:25
ABŞ bu ölkəyə nüvə silahı daşıyan təyyarələr yerləşdirir


ABŞ bu ölkəyə nüvə silahı daşıyan təyyarələr yerləşdirir

ABŞ Avstraliyanın şimalında nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələri yerləşdirməyi planlaşdırır. Bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb. Telekanal ABŞ-ın Avstraliyanın şimalındakı Tindal aviabazasına 6 ədəd B-52 bombardmançı təyyarəsi yerləşdirməyi planlaşdırdığını bildirir. ABŞ Hərbi Hava Qüvvələri qeyd edib ki, ABŞ-ın Avstraliyaya bombardmançı təyyarələr yerləşdirməsi düşmənlərə güclü mesaj verir.
31-10-2022, 21:23
Soçidə üçtərəfli görüş başladı


Soçidə üçtərəfli görüş başladı

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb. Butov.az xəbər verir ki, görüş Rusiyanın Soçi şəhərində keçirilir. Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda görüşüb.
31-10-2022, 21:19
Şoyqu Akarla taxıl sazişini müzakirə edib


Şoyqu Akarla taxıl sazişini müzakirə edib

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Şoyqu və Akar Rusiyanın taxıl dəhlizi çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırmasını müzakirə ediblər. Xatırladaq ki, Rusiya taxıl müqaviləsindən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda “Taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır. Rusiya tərəfi iddia edir ki, Ukrayna Böyük Britaniyanın dəstəyi ilə sentyabrın 29-da gəmilərə doqquz pilotsuz uçan aparat və yeddi dəniz pilotsuz uçan aparatları vasitəsilə hücum edib. Ukrayna isə deyilənlərin tamamilə yalan olduğunu açıqlayıb.
31-10-2022, 21:16
Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir


Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir

Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Oktyabrın 24-dən bu günədək əməliyyat şəraitində heç bir dəyişiklik olmadığı halda qarşı tərəfin silahlı qüvvələrinin baş qərargah rəisinin belə bir açıqlama verməsi onun əməliyyat şəraitindən xəbərsiz olduğunu nümayiş etdirir. "Bildiririk ki, əməliyyat şəraitində heç bir dəyişiklik olmayıb və bölmələrimiz əvvəlki mövqelərində döyüş növbətçiliyini davam etdirir", - açıqlamada qeyd olunub.
31-10-2022, 21:14
Soçidə İlham Əliyevlə Putinin görüşü olub


Soçidə İlham Əliyevlə Putinin görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. Butov.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısını qarşılayıb. Sonra birgə foto çəkdirilib. Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin deyib:
- Hörmətli İlham Heydər oğlu! Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir. Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm. Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir. Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.
31-10-2022, 20:50
Norveç Ukraynaya görə döyüşə hazırlaşır


Norveç Ukraynaya görə döyüşə hazırlaşır

Norveç ordusu Ukraynadakı müharibə ilə əlaqədar noyabrın 1-dən etibarən döyüşə hazırlıq səviyyəsini artıracaq. Bu barədə Norveçin Baş naziri Yonas Qar Store məlumat verib. O qeyd edib ki, Ukraynadakı vəziyyət NATO-ya üzv olan bütün ölkələri daha diqqətli olmağa məcbur edir. Store ölkəsində ordunun hazırlıq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu bildirib.
31-10-2022, 20:45
“Qarabağ münaqişəsi artıq tarixdir” – İlham Əliyev


“Qarabağ münaqişəsi artıq tarixdir” – İlham Əliyev

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb. Bugünkü görüş regional məsələlərə həsr olunub. Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”. Bunu Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib. Dövlət başçısı görüş zamanı bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub, buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb, bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!