Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Rəsmi İrəvan Aİ-dən dəstək istəyir .....                       
13-02-2026, 18:41
Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO


Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunan 27 yaşlı Əli Əliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, həmin şəxsdən 4 kiloqram 20 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara maddi gəlir qarşılığında çatdıracağını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Ə.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, Sabunçu rayonunda polis əməkdaşlarının bu ilin əvvəlindən həyata keçirdikləri əməliyyatlar zamanı 42 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

13-02-2026, 18:36
Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir


Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir

Ermənistan Avropa İttifaqının müşahidə missiyasının ölkədə fəaliyyətini davam etdirməsini istəyir.
Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, rəsmi İrəvan həm açıq bəyanatlarda, həm də Avropa İttifaqındakı tərəfdaşlarla qapalı görüşlərdə Brüssellə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Ermənistandakı Aİ missiyasının fəaliyyətini müsbət qiymətləndirib.
Qriqoryan qeyd edib ki, müşahidə missiyası sabitlik amili baxımından müsbət təsir göstərib, regionda sabitliyin möhkəmlənməsinə töhfə verib və sərhədyanı icmalar arasında təhlükəsizlik və dayanıqlılığa inamı artırıb. Onun sözlərinə görə, missiya Ermənistan–Azərbaycan münasibətlərində sülhün bərqərar olması prosesində də mühüm rol oynayıb.
Təhlükəsizlik Şurasının katibi, həmçinin ABŞ Prezidenti Donald Trump-ın Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanmasında mühüm rol oynadığını bildirib.
Missiyanın gələcək fəaliyyəti ilə bağlı suala cavabında Qriqoryan deyib ki, Ermənistan istənilən halda Aİ-nin mülki müşahidə missiyasının ölkədə qalmasını arzulayır. Onun sözlərinə görə, hazırda imzalanmalı və ratifikasiya olunmalı olan sülh sazişi çərçivəsində müəyyən razılaşmalar mövcuddur və sənəd qüvvəyə mindikdən sonra bu istiqamətdə növbəti addımlar müəyyənləşdiriləcək.
Qriqoryan əlavə edib ki, Avropa İttifaqı ilə gələcək əməkdaşlığın formaları hazırda müzakirə mərhələsindədir və bu məsələdə də sülh müqaviləsinin ratifikasiyası həlledici rol oynayacaq.
13-02-2026, 18:27
“Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi


“Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi

Manchester Unitedin baş məşqçisi Michael Carrick İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı çalışdırıcısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti açıqlama yayıb.
Kerrikin rəhbərliyi altında komanda yanvar ayında iki vacib qələbə qazanıb. “Qırmızı şeytanlar” səfərdə Arsenal F.C.ı 3:2, evdə isə Manchester City F.C.ni 2:0 hesabı ilə məğlub edib. Hər iki rəqib hazırda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıb.
44 yaşlı mütəxəssis yanvarın 13-dən etibarən Mançester təmsilçisinə rəhbərlik edir.
Qeyd edək ki, Kerrik futbolçu kimi “Mançester Yunayted”lə beş dəfə Premyer Liqa çempionluğu yaşayıb, həmçinin Çempionlar Liqası, Avropa Liqası və Klublararası Dünya Kubokunun qalibi olub.
13-02-2026, 18:13
Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya


Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən dəniz gəmilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.
Sənəd dövlət başçısının rəsmi internet səhifəsində yayımlanıb.
Sanksiya siyahısına Liberiya, Palau, İndoneziya, Syerra-Leone, Panama, Komor Adaları İttifaqı və digər ölkələrin bayrağı altında üzən ümumilikdə 91 gəmi daxil edilib. Qeyd olunub ki, həmin gəmilərdən yalnız biri rəsmi şəkildə Rusiya Federasiyasına məxsusdur.
Zelenski indiyədək Rusiyanın fiziki və hüquqi şəxslərinə, eləcə də Ukraynanın Moskva ilə əməkdaşlıqda ittiham etdiyi digər ölkələrin vətəndaşlarına və şirkətlərinə qarşı mütəmadi olaraq sanksiyalar tətbiq edib.
Müvafiq siyahılar aidiyyəti nazirlik və qurumlar tərəfindən hazırlanır, təkliflər təqdim olunur və yekun qərarlar Ukrayna Təhlükəsizlik Şurası tərəfindən qəbul edilir.
13-02-2026, 17:58
İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü


]İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.
Söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
13-02-2026, 17:53
Qırmızı bazar sakinlərinin nəzərinə!


Qırmızı bazar sakinlərinin nəzərinə!

Fevralın 13-dən başlayaraq Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Qırmızı bazar qəsəbəsində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi 2026-cı ilin mart ayının 13-ü günün sonunadək davam edəcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, Qırmızı bazar qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.
Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, qarğıdalı, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının, tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələmin əkilməsi nəzərdə tutulur. Su təminatı mümkün olan sahələrdə çoxillik bitkilərdən, qoz, fındıq, şabalıd, armud, gilas, üzüm və bəzi giləmeyvələr yetişdirilə bilər.
Qırmızı bazar qəsəbəsinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:
EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq) Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Qırmızı bazar” seçməklə ərizə formasını doldurmaq.
Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Qırmızı bazar qəsəbəsinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.
Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması, və ərazilərin yerində tanıdılması 2026-cı ilin Aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

13-02-2026, 17:49
9 marşrut xəttinin istiqaməti dəyişdirilir


9 marşrut xəttinin istiqaməti dəyişdirilir

Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə əlaqədar bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, 14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən “Buta Palace” yaxınlığındakı yolötürücüyə qədər, 15 fevral tarixində isə əks istiqamətdə “Buta Palace” yaxınlığındakı yolötürücüdən Aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.
Belə ki, 14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (Yolötürücü, “Buta Palace”) istiqamətində hərəkət edəcək. 15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, “Buta Palace”) – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.
13-02-2026, 17:42
Millimiz 1 milyon avrodan çox gəlir əldə etdi


Millimiz 1 milyon avrodan çox gəlir əldə etdi

UEFA Millətlər Liqası çərçivəsində 2024/2025-ci illər mövsümü üzrə milli assosiasiyalara ayrılan vəsait açıqlanıb.
Bu barədə məlumat Avropa futbol qurumunun tərtib etdiyi maliyyə hesabatında öz əksini tapıb.
Hesabata əsasən, Azərbaycan yığması turnirdə iştiraka görə 1 milyon 125 min avro gəlir əldə edib.
13-02-2026, 17:27
Nazir direktoru işdən çıxardı


Nazir direktoru işdən çıxardı

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb.
Elm və təhsil nazirinin Emin Əmrullayevin müvafiq əmri ilə Quluyev Elşad İlyas oğlu vəzifəsindən azad olunub.
Qazax Dövlət Sosial-iqtisadi Kollecinin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov direktor əvəzi təyin edilib.
Qeyd edək ki, Elşad Quliyev 2009-cu ildən Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru idi.

12-02-2026, 23:48
Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər


Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər

"20 Yanvar" və Şamaxinka istiqamətində nəzərdə tutulan tunel və digər yol layihələri Bakı şəhərində nəqliyyat sıxlığının azaldılmasına xidmət edir.
Bu layihələr 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumilikdə 25 yol infrastrukturu layihəsi icra olunur. Onlardan dördündə tikinti işlərinə artıq başlanılıb, bir neçəsində isə yaxın vaxtlarda işlərə start veriləcək.

Pirşağı layihəsi – yeni nəqliyyat arteriyası

Əsas layihələrdən biri Pirşağı istiqamətində həyata keçirilir. Bu yol Bakı–Quba–Rusiya sərhədi magistralını Bakı–Şamaxı–Yevlax yolu ilə birləşdirəcək və Abşeron yarımadasında yeni nəqliyyat bağlantısı yaradacaq. Layihə çərçivəsində dəmir yolunun altından tunel inşa olunur. Bu, sürücülərə Bakı şəhərinə daxil olmadan şimal və şimal-qərb istiqamətlərində rahat hərəkət imkanı verəcək.
Ümumilikdə layihə çərçivəsində yollar, körpülər, üç tunel və bir sıra piyada keçidləri tikilir.

Koroğlu–Həsən Əliyev yolu

Digər iri layihə Koroğlu–Həsən Əliyev istiqamətində həyata keçirilir. Müzəffər Nərimanov küçəsindən başlayaraq Həsən Əliyev küçəsinə qədər uzanan, Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel yeni prospekt yaradılır.
Uzunluğu 4 kilometr olan yol 6 hərəkət zolağından ibarət olacaq. Onun 2 kilometrlik hissəsi tunellərdən ibarətdir. Layihə çərçivəsində 4 tunel və 3 yeraltı piyada keçidi tikilir. İşlərin ilin sonunadək tamamlanması planlaşdırılır. Bu yol "Nərimanov", "Gənclik" və "Koroğlu" ərazilərindəki sıxlığı əhəmiyyətli dərəcədə azaldacaq.

8 Noyabr – Babək – Heydər Əliyev prospekti bağlantısı

Yeni başlanmış layihələrdən biri də "8 Noyabr" prospektini Babək və Heydər Əliyev prospektləri ilə birləşdirəcək. Tunel vasitəsilə Babək prospektinin və dəmir yolunun altından keçid təmin ediləcək və birbaşa Heydər Əliyev prospektinə çıxış yaradılacaq. Bu da xüsusilə həmin istiqamətdə tıxacların azalmasına kömək edəcək.
Ümumilikdə həyata keçirilən layihələr tunellərin, körpülərin, yolötürücülərin və alternativ yol bağlantılarının tikintisini əhatə edir. Məqsəd Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu kompleks şəkildə yeniləmək və sürücülər üçün daha rahat hərəkət şəraiti yaratmaqdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!