Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
2-11-2025, 14:33
Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır - Paşinyan


Türklər haqqında təsəvvürümüz Rusiyanın uydurmasıdır - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan türklərlə bağlı formalaşmış stereotiplərin Rusiya tərəfindən yaradıldığını bildirib.
Paşinyan bu fikirləri çıxışı zamanı səsləndirərək cəmiyyətdəki qarşılıqlı etimadsızlıq və düşmənçilik münasibətlərinin sovet dövründən qalma təsəvvürlərə əsaslandığını vurğulayıb.
“Biz deyirik ki, "türk heç vaxt dəyişmir", türklərin də ermənilər haqqında eyni fikri var. Biz "azərbaycanlıya necə etibar etmək olar?"’ deyirik, onlar da "erməniyə necə etibar etmək olar?" deyirlər. Biz "tarixdən dərs almamışıq" deyirik, onlar da "ermənilərlə sülh istəyirsənsə, deməli tarixdən dərs almamısan" deyirlər”, – Paşinyan qeyd edib.
Ermənistan lideri həmçinin bildirib ki, regionda sülh və sabitliyin bərpası üçün köhnə stereotiplərdən azad olmaq vacibdir:
“Bizə KQB agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmalıyıq”.
2-11-2025, 14:12
İran nüvə obyektlərini yenidən quracaq - Pezeşkian


İran nüvə obyektlərini yenidən quracaq - Pezeşkian

İran ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərini yenidən inşa edəcək.
Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
"Alimlərimizin şüurundadır və (ABŞ və İsrail - red.) binaları (nüvə obyektlərini - red.) və zavodları məhv etməklə (Tehrana - red.) problemlər yaratmayacaqlar. Biz bu binaları yenidən inşa edəcəyik və onların imkanları daha böyük olacaq", - deyə Prezident Administrasiyasının rəsmi "Telegram" kanalı prezidentin sözlərini yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-ü gecə İrana qarşı əməliyyata başlayıb, onu gizli hərbi-nüvə proqramını həyata keçirməkdə ittiham edib. Hava bombardmanları və hücumlarının hədəfləri nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və aviabazalar olub.
İran ittihamları rədd edib və öz hücumları ilə cavab verib. Tərəflər 12 gün ərzində qarşılıqlı zərbələr endiriblər, buna iyunun 22-si gecə İranın nüvə obyektlərinə birdəfəlik hücum həyata keçirən ABŞ də qoşulub. İslam Respublikası iyunun 23-ü axşam ABŞ-nin Qətərdəki "Əl-Üdeyd" bazasına raket zərbələri endirib və İran tərəfinin daha eskalasiyanı davam etdirmək niyyətində olmadığını bildirib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılaşdığını bildirib.
2-11-2025, 14:00
Mbappe Anrini geridə qoydu


Mbappe Anrini geridə qoydu

“Real”ın fransalı ulduzu Kilian Mbappe tarixi nailiyyət əldə edib.
Hücumçu Avropanın aparıcı beş liqasında vurulan qolların sayına görə əfsanəvi Tyerri Anrini arxada qoyub.
Mbappe La Liqanın 11-ci turunda “Valensiya”ya qarşı keçirilən oyunda dubl edib və elit liqalardakı ümumi qol sayını 235-ə çatdırıb.
Fransız forvard hər iki qolunu ilk hissədə vurub. Həmçinin “Real”ın heyətində Cud Bellinqhem və Fernandes də fərqləniblər. Görüş “kral klubu”nun 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Tyerri Anri futbolçu karyerasını 233 qolun müəllifi kimi başa vurmuşdu. O, bu nəticəni İngiltərə, Fransa, İspaniya və İtaliya çempionatlarında göstərmişdi. Mbappe isə “Monako” və “PSJ” formalarında Liqa 1-də 191 dəfə fərqlənib, “Real”a keçdikdən sonra isə La Liqada 45 oyunda 44 qol vurub.
Noyabrın 1-də baş tutan bu qarşılaşmadan sonra “Real Madrid” La Liqada liderliyini davam etdirir.
2-11-2025, 13:45
Yamala sağalmaz xəstəlik diaqnozu qoyulub


Yamala sağalmaz xəstəlik diaqnozu qoyulub

İspaniya "Barselona"sının gənc futbolçusu Lamin Yamalın "Real Madrid"lə "El-Klassiko" matçında (1:2) göstərdiyi zəif oyunun fonunda ciddi sağlamlıq problemi dayanır.
Məğlubiyyətdən bir həftə sonra 18 yaşlı hücumçunun karyerası boyu onu təqib edə biləcək çox ciddi bir sağlamlıq probleminin mövcud olduğu məlum olub.
Kataloniyanın "Sport" qəzeti Yamalın pubalji xəstəliyindən əziyyət çəkdiyini aşkar edib. Bu, qasıq və qarın nahiyəsində ağrı ilə özünü göstərən xroniki zədədir.
İspaniyalı fizioterapevt Luis Puç qeyd edir ki, pubalji adi əzələ zədəsi deyil və bu xəstəlik, bədəni böyüdükcə Laminin bəzi əzələlərinin dəyişməsi səbəbindən inkişaf edə bilər:
"Əvvəla, deməliyik ki, pubalji əzələ zədəsi deyil, daha çox müxtəlif əzələlərin birləşdiyi qasıq nahiyəsindəki dəyişiklikdir. Bu, bir ay ərzində yox olacaq bir zədə deyil. Bununla yaşamaq və Laminin ən yüksək səviyyədə oynaya biləcəyinə əmin olmaq üçün profilaktik işlər aparmaq lazımdır".
Məşhur travmatoloq Pedro Luis Ripol isə "El Larguero" radio kanalına verdiyi müsahibədə vəziyyəti daha acı qiymətləndirib: "Düzünü desəm, bu zədənin müalicəsi çətindir. O, oyunçunun hərəkət etmək və qapıya zərbə vurmaq qabiliyyətini təxminən 50% azaldan ağrı ilə xarakterizə olunur ki, biz də bunu "El-Klasiko"da müşahidə etdik. Bu, adamı iflic edən bir ağrıdır – oyunçunun matçlarda iştirak etməsinə imkan verir, lakin onun maksimum səviyyəyə çatmasına mane olur və effektivliyini əhəmiyyətli dərəcədə azaldır".
Qeyd edək ki, "Barselona"nın keçmiş futbolçusu, hazırda ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən Lionel Messi də 2000-2008-ci illər arasında pubaljidən əziyyət çəkib. Lakin belə bir zədə belə argentinalı futbolçunun möhtəşəm karyera qurmasına mane olmayıb.
2-11-2025, 13:30
Bakıda və rayonlarda yağış yağacaq - SABAHIN HAVASI


Bakıda və rayonlarda yağış yağacaq - SABAHIN HAVASI

Noyabrın 3-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
2-11-2025, 13:14
Qaradağ icra hakimiyyətində əməliyyat - YENİ DETALLAR


Qaradağ icra hakimiyyətində əməliyyat - YENİ DETALLAR

Qaradağ Rayon İcra Hakimiyyətində aparılan əməliyyat ilə bağlı yeni məlumatlar üzə çıxıb.
İstintaq çərçivəsində icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq şöbəsində rəhbər vəzifə tutan Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı rüşvət alma (Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri) üzrə ittiham irəli sürülüb.
Əməliyyat zamanı daha bir neçə şəxs də saxlanılıb. Onlardan bəziləri barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq edilib.
Hazırda istintaq davam edir, vəzifəli şəxslərin dindirildiyi bildirilir və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi istisna edilmir.

***

12:51

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.
Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.
O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.
Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.
Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur
2-11-2025, 13:07
Sumqayıtda avtomobil kanala düşdü - Yaralananlar var


Sumqayıtda avtomobil kanala düşdü - Yaralananlar var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
"Toyota Camry" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
2-11-2025, 12:38
ABŞ təbii sərvətlərimizi talamaq istəyir - Maduro


ABŞ təbii sərvətlərimizi talamaq istəyir - Maduro

ABŞ neft, qaz və digər təbii sərvətlərini talamaq məqsədi ilə Venesuelada müharibə və dövlət çevrilişi təşkil etməyə çalışır.
Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
“Əgər Venesuelada neft, qaz, qızıl, su olmasaydı, bəlkə də heç kim bizim haqqımızda danışmazdı”, - Maduro bildirib.
2-11-2025, 12:12
İsmayıllıda ağır yol qəzası: ÖLƏN VAR


İsmayıllıda ağır yol qəzası: ÖLƏN VAR

İsmayıllıda ağır yol qəzası baş verib, ölən var.
Hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb.
Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi "Kia" və Zeynəddin Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
1-11-2025, 21:32
Növbə Bakıya çatdı - İcra hakimiyyətində TUTULAN VAR


Növbə Bakıya çatdı - İcra hakimiyyətində TUTULAN VAR

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Onun hansı səbəbdən həbs olunduğu hələlik açıqlanmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!