Futbol azarkeşlərini daşıyan avtobus yandı .....                        ABŞ Mərkəzi Komandanlığ: F-15 qırıcısı vurulmayıb .....                        Pezeşkian "İranı yox etmək fikri sadəcə boş xəyaldır" .....                        İstanbulda bina çökdü - Ölən var-YENİLƏNİB .....                        Bakı sakini Kürdəmirdə avtomobillə 7 yaşlı uşağı öldürdü .....                        Kansler Trampla nə danışdı? .....                        Neftin qiyməti uzun müddət yüksək qalacaq - Qalibaf .....                        Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                       
14-11-2025, 21:43
Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?


Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?

Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi müəllim tərəfindən zorakılığa məruz qaldıqları ilə bağlı iddialar səsləndirib.
Şagird, Fərəcova Zəhra Şahin qızı müəllimi Etibar Əhmədov tərəfindən kəmərlə bağlanaraq döyüldüklərini bildirib.
Məktəblinin şikayəti ilə bağlı Naxçıvan Təhsil Nazirliyi açıqlama yayıb:
“Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”.
Qeyd edək ki, həmin müəllim “Baku TV”yə iddiaları təkzib edib və bildirib ki, şagirdi elektron qəlyan çəkməkdə günahlandırıb.
Məktəblinin babası isə nəvəsinin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib:
“Elə şey olmayıb. Yalan söhbətdir. O qrupun dedikləridir”.
14-11-2025, 21:15
Təxribatçı jurnalist Ermənistana buraxılmadı


Təxribatçı jurnalist Ermənistana buraxılmadı

“Wargonzo” internet layihəsinin jurnalisti Dmitri Seleznyovun İrəvan hava limanına girişinə icazə verilməyib.
Bu barədə "WarGonzo"nun "Telegram" kanalında bildirilib.
Seleznyovun ailəsi ilə birlikdə Ermənistana istirahət üçün getdiyi qeyd olunub.
O da bildirilib ki, təfərrüatlar araşdırılır və jurnalist geri dönüş reysini və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir.
Qeyd edək ki, Dmitri Seleznyov bir neçə dəfə Qarabağa səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi çalışıb.
Xatırladaq ki, erməni əsilli media maqnatı Aram Qabrielyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.
Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib. Aram Qabrielyanov da bir neçə il əvvəl Ermənistana buraxılmayıb. O, Ermənistan XİN-in "arzuolunmaz şəxs" siyahısındadır.
14-11-2025, 20:50
Gürcüstanda plastik qab-qacaq qadağan olunur


Gürcüstanda plastik qab-qacaq qadağan olunur

Gürcüstanda qida məhsulları üçün nəzərdə tutulan plastik qab-qacaq qadağan olunacaq.
Bu barədə qərarı Gürcüstan hökuməti ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü əsasında qəbul edib.
2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, plastik çəngəl, bıçaq, qaşıq, çöplər, boşqab, konteynerlər, stəkanların və onlar üçün qapaqların istehsalı (ixrac üçün nəzərdə tutulan istehsaldan başqa), idxalı və satışa çıxarılması qadağan ediləcək.
Qərarın qüvvəyə minmə tarixindən 6 ay sonra ictimai iaşə müəssisələri üçün istehlakçılara istifadəyə hazır qida məhsulunu plastikdən olan konteyner və stəkanlarda çatdırılmasına qadağa tətbiq olunacaq.
14-11-2025, 20:37
Ermənistan onu Rusiyaya təhvil verməyəcək


Ermənistan onu Rusiyaya təhvil verməyəcək

Rusiya hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıqda ittiham olunaraq axtarışa verilən Soçidən olan iş adamı Ruben Tatulyan Rusiyaya ekstradisiya olunmayacaq.
Bu barədə TASS-a Ermənistan Baş Prokurorluğundan məlumat verib.
“Tatulyan Ermənistan vətəndaşı olduğuna görə həbs olunmayıb və buna görə xarici dövlətə təhvil verilməyəcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyada kriminal aləmdə “Robson” kimi tanınan Tatulyan dələduzluq, cinayətkar icma təşkil etmək və qətl ittihamları ilə axtarışdadır.
14-11-2025, 19:42
Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi


Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi

Avtomobil yollarında vəziyyət açıqlanıb.
Noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
14-11-2025, 19:10
"ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ


"ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ

"ARB TV" MMC öz fəaliyyətini davam etdirəcək".
Bu barədə telekanal məlumat yayıb.
"TV-nin fəaliyyətinə xitam verilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir", - deyə kanaldan bildirilib.
Qeyd edək ki, mətbuatda "ARB TV" MMC-nin fəaliyyətinə xitam verildiyi barədə xəbərlər yayılıb.
Bildirilir ki, bununla da MMC "Stream-Info" MMC-yə qoşulduğunu və nəticədə yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, "ARB TV" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi isə Emin Vaqif oğlu Sultanovdur. MMC-nin bundan əvvəlki qanuni təmsilçisi isə Murad Dadaşov olub.
14-11-2025, 19:01
Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək


Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək

Ermənistan baş naziri Nikol Paşinyanın ölkədə 10 yeni məscidin tikintisinə başlanılması barədə təşəbbüs irəli sürdüyünü bildirilir.
Bu barədə məlumat Türkiyənin ODATV nəşri yayıb. Qeyd olunub ki, layihə barədə məlumat hökumətə yaxın mənbələrə əsaslanır.
Jurnalistlərin yazdığına əsasən, beş məscid Ermənistan-Türkiyə sərhədinə yaxın rayonlarda, digər beş məscid isə ölkənin iri şəhərlərində inşa ediləcək.
Nəşrin iddiasına görə, təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də dəstəklənib və Ankara bunu iki ölkə arasında mədəni-dini əlaqələrin güclənməsi üçün imkan kimi qiymətləndirir.
Məqalədə o da bildirilir ki, ölkə əhalisinin təxminən 98 faizinin xristian olmasına baxmayaraq, Paşinyan layihəni müsbət qarşılayıb və tikintinin maliyyələşdirilməsi üçün vəsaitin artıq Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi vasitəsilə ayrıldığı iddia olunur.
Nəşr yazır ki, tikintiyə dekabrın əvvəlində start veriləcəyi gözlənilir. Hazırda Ermənistanda yalnız bir məscid - İrəvandakı Göy məscid fəaliyyət göstərir.
Türkiyə mediası bu addımı Ermənistan hökumətinin mədəni müxtəlifliyə açıq olması və tarixi-siyasi gərginliyin yumşaldılması istiqamətində jest kimi təqdim edir.
Ermənistan hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
14-11-2025, 18:48
“9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya


“9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən reaksiya

Sosial şəbəkələrdə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı çağırış xarakterli məlumatlar, eləcə də həmin zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı barədə iddialar yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, daxil olmuş müraciətlər üzrə aparılan ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
Hazırda DİN-in aidiyyəti baş idarəsi tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələrinə əsasən xüsus olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
14-11-2025, 18:30
Prokurorluq Ərəstun Oruclu ilə bağlı məlumat yaydı


Prokurorluq Ərəstun Oruclu ilə bağlı məlumat yaydı

Xaricdə yaşayan Ərəstun Oruclu cinayət məsuliyyətinə cəlb edilib.
Bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb.
Məlumata görə, Ərəstun Orucluya Cinayət Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 21-də 14:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü il “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
14-11-2025, 17:54
İşçinin hüququnu pozan şirkət 20 min manat cərimələndi


İşçinin hüququnu pozan şirkət 20 min manat cərimələndi

İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Baş Prokurorluqdan verilən xəbərə görə, "ZEYTUN PARK" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin MMC-nin icarəsində olan paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində yerləşən bazarda müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Eyni zamanda Cəmiyyətin direktoru Səfərov Kamal Hüseyn oğlu barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!