Bulvarda dənizdən meyit tapıldı .....                        Londonda iğtişaşlar - Saxlanılanlar var .....                        Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır .....                        Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi .....                        Putinin ölümsüzlüyü mümkündürmü? .....                        Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                        ABŞ-də Müdafiə Nazirliyi yaradıldı .....                        Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar .....                        Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO .....                       
12-04-2025, 15:23
Aeroport yolunda qəza: sıxlıq yarandı


Aeroport yolunda qəza: sıxlıq yarandı

Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, qəza səbəbindən mərkəz, sürücülərin hərəkət sürətini azaldıb hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
12-04-2025, 15:18
“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı


“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı

“Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.
Bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nrnadzor kəndinin sakinləri ilə görüşündə bildirib.
"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək", - deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə edərək bildirib.
Qeyd edək ki, Meğri dəmir yolu Azərbaycanın israrla açılmasını istədiyi Zəngəzur dəhlizindən keçir. Bu yolun aşılması ilə Azərbaycanın Qərb rayonlarının Naxçıvan MR-lə əlaqəsi təmin olunacaq
12-04-2025, 15:09
Kriminal avtoritet güllələndi


Kriminal avtoritet güllələndi

Rusiyanın Krasnodar vilayətində hərbi qoruyucu paltar geyinmiş naməlum şəxs bir nəfəri güllələyib.
Bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.
Sonradan məlum olub ki, ölən şəxs erməni əsilli kriminal avtoritet Arsen Krasnoyarskidir.
Hadisə Tuapse bələdiyyə rayonunda baş verib.
Qatil tapançadan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Polis qatili axtarır.
12-04-2025, 14:57
Lavrov Hakan Fidan və Ceyhun Bayramovla görüşdü


Lavrov Hakan Fidan və Ceyhun Bayramovla görüşdü

Antalya Diplomatik Forumu çərçivəsində Rusiya və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Hakan Fidanın görüşü olub.
Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, Lavrov və Fidan ikitərəfli münasibətlər, Ukrayna və gəmiçilik təhlükəsizliyini müzakirə ediblər.
Bundan sonra Lavrov Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovla görüşüb.
12-04-2025, 14:51
ABŞ-la ilkin anlaşma mümkündür - İranın XİN başçısı


ABŞ-la ilkin anlaşma mümkündür - İranın XİN başçısı

İranın xarici işlər naziri Abbas Arakçi Maskatda Omanın xarici işlər naziri Bədr Əl Busəidi ilə görüşüb.
Görüş zamanı Omanın xarici işlər naziri Arakçiyə ABŞ nümayəndə heyəti ilə dolayı danışıqların təşkili və bu istiqamətdə aparılan hazırlıq işləri barədə məlumat verib.
Arakçi də öz növbəsində İranın mövqeyini və müzakirə mövzularını Amerika nümayəndə heyətinə çatdırmaq üçün Oman tərəfinə təqdim edib.
İranlı diplomat bəyan edib ki, İran ABŞ-la danışıqlarda ədalətli və ləyaqətli razılaşma əldə etməyə çalışır. Nazirin sözlərinə görə, Tehran qarşılıqlı hörmət əsasında bərabərhüquqlu razılaşma əldə olunmasını istəyir.
Arakçi əlavə edib ki, qarşı tərəf də eyni yanaşmaya malik olsa, ilkin anlaşma mümkündür.
“Əgər qarşı tərəf də eyni yanaşma nümayiş etdirsə, o zaman ilkin anlaşma əldə oluna və danışıqlar prosesi başlaya bilər”.
Xarici işlər naziri onu da qeyd edib ki, kifayət qədər siyasi iradə olarsa, tərəflər danışıqların strukturu ilə bağlı razılığa gələ bilərlər.
"Əgər kifayət qədər iradə olarsa, biz danışıqların tarixini müəyyən edə biləcəyik", - deyə Arakçi vurğulayıb və qeyd edib ki, bu mərhələdə məsləhətləşmələr yalnız nüvə sazişinə aid olacaq.
Xatırladaq ki, Tehran-Vaşinqton danışıqları bu günə planlaşdırılıb. İran tərəfinə Arakçi, Amerika tərəfinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff rəhbərlik edəcək.
12-04-2025, 14:30
Azərbaycanda federasiya prezidenti vəfat etdi


Azərbaycanda federasiya prezidenti vəfat etdi

Şimal Regional Futbol Federasiyasının prezidenti, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, futbol veteranı Abdulla Məmmədov vəfat edib.
Bu barədə AFFA-nın məlumatında bildirilib.
AFFA futbol ictimaiyyəti adından mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin.
12-04-2025, 14:19
Sülh sazişini Minsk Qrupunun ləğvi ilə eyni vaxtda imzalayaq - Mirzoyan


Sülh sazişini Minsk Qrupunun ləğvi ilə eyni vaxtda imzalayaq - Mirzoyan

Ermənistan Respublikasının hökumətinin və Ermənistan xalqının istəyi regionumuzda davamlı sülh qurmaqdır və ilk növbədə, bu, Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsidir.
Bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Uzun danışıqlardan sonra biz sülh sazişinin layihəsi üzrə mətn üzərində razılığa gəlməyə nail olduq. Həmçinin dərhal sülh sazişinin imzalanma məkanı və tarixi ilə bağlı məsləhətləşmələrə başlamağı təklif etdik. Bu razılaşdırılmış mətn bütün mümkün suallara cavab verən bir sülh sazişidirmi? Əlbəttə ki, yox. Mən düşünürəm ki, dünyada elə bir sənəd yoxdur ki, bütün mümkün məsələləri əhatə etsin, hər suala cavab versin. Bu sənəd bir əsasdır, münasibətlərin başlanğıcıdır. Təbii ki, hələ də bir çox məsələlər qalır", - deyə nazir əlavə edib.
A.Mirzoyan bildirib ki, Azərbaycan və Ermənistan arasında yerdə de-fakto münaqişə yoxdur.
Erməni nazir ATƏT Minsk Qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib.“Bu strukturlar münaqişə olmadığı zaman ləğv edilə bilər. Maraqlı sual budur ki, bizim münaqişəmiz var, yoxsa yox? Yerdə bizim de-fakto münaqişəmiz yoxdur. Kağız üzərində isə imzalanmış və rartifikasiya edilmiş sülh və dövlətlərarası əlaqələrin bərpasına dair razılaşmamız yoxdur. Bizim üçün həll aydındır – biz razılaşma imzalamalıyıq. Münaqişəyə institusional qaydada son qoymalıyıq və istəyirsinizsə bunu (Minsk Qrupunu – red.) elə eyni gündə də ləğv edə bilərik. 10 dəqiqə ara ilə. Bir sənədin ardınca digəri. Mən hətta demirəm ki, hansı sənəd birinci imzalanmalıdır”, - Mirzoyan deyib.
12-04-2025, 14:03
İran-Azərbaycan sərhədində atışma: ölən və saxlanılan var - FOTO


İran-Azərbaycan sərhədində atışma: ölən və saxlanılan var - FOTO

Aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
DSX-dan verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb, digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İİR ərazisinə qaçmağa nail olub.
Əraziyə baxış keçirilərkən “Vinçester” tipli tüfəng, gecə görmə cihazı, patron gilizləri və 3 ədəd böyük bağlamada ümumi çəkisi 32 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Baş vermiş hadisə barədə İran tərəfi sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb.
Fakt üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



12-04-2025, 13:55
Ceyhun Bayramov Azərbaycanın şərtlərini Ermənistana BƏYAN ETDİ


Ceyhun Bayramov Azərbaycanın şərtlərini Ermənistana BƏYAN ETDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusundakı panel müzakirəsində çıxış edib.
Panel müzakirəsində Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstan XİN rəhbəri Maka Boçorişvili və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyan iştirak ediblər.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra regionda sülh üçün tarixi imkanlar yaranıb.
"44 günlük Vətən Müharibəsi başa çatdıqdan və Azərbaycanın əvvəllər işğal olunmuş torpaqları azad edildikdən dərhal sonra тormallaşma üçün tarixi imkanlar yaranıb. Bundan az sonra Azərbaycan Ermənistana normallaşma prosesinə başlamağı və sülh sazişindən danışmağa başlamağı təklif edib. Bunu Azərbaycan təklif edib. Biz Ermənistan tərəfi ilə fiziki danışıqlara başladıq, bilirsiniz, danışıqların bir çox raundları oldu. Keçən ay tərəflər demək olar ki, iki il yarımdan sonra son dərəcə vacib irəliləyiş əldə etdi və ciddi mərhələ hesab etdiyimiz sülh sazişinin mətnini razılaşdırdı", - o bildirib.
Nazifin sözlərinə görə, bu prosesin tam yekunlaşdırılması, sülh sazişinin imzalanması üçün həyata keçirilməsi üçün zəruri olan növbəti addımlar var.
"Bu, Azərbaycan Respublikasının yenə də çoxdankı və ardıcıl mövqeyidir, Ermənistandakı tərəfdaşlarımız bunu yaxşı bilirlər. Bu, ilk növbədə köhnəlmiş və işlək olmayan Minsk Qrupunun ləğv edilməsidir. İkincisi isə Azərbaycana qarşı ərazi iddialarının konstitusiyadan aradan qaldırmaqdır. Ona görə də inanırıq ki, bu zəruri addımlar atıldıqdan sonra iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında sazişin yekunlaşdırılması və imzalanması yolunda əlavə maneələr olmayacaq", - o vurğulayıb.
Ceyhun Bayramov xatırladıb ki, Azərbaycan Konstitusiyasında müasir Ermənistannın heç bir coğrafi adı və ərazisi yoxdur:
"Nazir Ararat Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığına gəldikdə, əvvəla, bu, reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının heç bir coğrafi adı və ərazisi yoxdur.
Düşünürəm ki, erməni həmkarlarımız çox yaxşı bilirlər, çünki əks halda onlar mütləq bu məsələni qaldıracaqlar, çünki bilirsiniz, Ermənistanın hüquq sistemi, Azərbaycanın hüquq sistemi, Türkiyənin hüquq sistemi və bütün ölkələrin hüquq sistemi az-çox eynidir. Ölkə Konstitusiyasına zidd olan beynəlxalq müqavilələr bağlaya bilməzsiniz".
12-04-2025, 13:30
Azərbaycan, Gürcüstan, Ermənistan XİN başçıları bir araya gəldilər


Azərbaycan, Gürcüstan, Ermənistan XİN başçıları bir araya gəldilər

Aprelin 12-də Antalyada “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi başlayıb.
Müzakirə Antalya Diplomatik Forumu çərçivəsində təşkil olunub.
Burada Ermənistan, Gürcüstan və Azərbaycanın Xarici İşlər nazirliklərinin rəhbərləri iştirak edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!