İsrail Tehran əhalisinə çağırış etdi: bu əraziləri tərk edin! .....                        İrandan Azərbaycana 917 nəfər təxliyə edilib - 204-ü öz vətəndaşımızdır .....                        İordaniya hava məkanını yenidən açdı .....                        İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır .....                        Deputatın şirkətinə protokol yazıldı .....                        Bağlanan özəl universitetin binası BDU-ya verildi .....                        Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu - FOTO .....                        Qazaxıstan da vətəndaşlarını Yaxın Şərqdən çıxırır .....                        Bu küçədə hərəkət məhdudlaşdırılacaq .....                       
4-10-2025, 16:59
Cəbrayılda Şəhər günü qeyd edildi - FOTO


Cəbrayılda Şəhər günü qeyd edildi - FOTO

İşğaldan azad olunmuş Cəbrayıl şəhərində artıq ikinci ildir ki, sakinlər Şəhər Gününü öz doğma yurdlarında bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edirlər.
Tədbirin əvvəlində rayonun qədim və müasir tarixini, mədəni irsini əks etdirən foto və interaktiv sərgi nümayiş etdirilib, həmçinin, şəhərin balaca sakinləri üçün “face art” / feys art və interaktiv əyləncəli oyunlar təşkil edilib.
Tədbirin davamı olaraq, incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək şənliyə toplaşanlara xoş ovqat bəxş ediblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri şəhər gününə həsr olunmuş tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Cəbrayıl şəhəri 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 4-də işğaldan azad edilmişdir. Prezident İlham Əliyevin Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan 31 iyul 2023 -cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.





4-10-2025, 16:52
Gürcüstanda bu partiyalar ləğv ediləcək


Gürcüstanda bu partiyalar ləğv ediləcək

Gürcüstanda ekstremist hesab olunan siyasi partiyalar ləğv olunacaq. Artıq onların konstitusiyaya zidd elan edilməsi üçün iddia hazırlanır.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, konstitusiya iddiası parlamentin müvəqqəti istintaq komissiyasının hesabatı əsasında tərtib olunacaq.
Papuaşvili deyib ki, bütün ölkələrdə ekstremizmlə mübarizədə tətbiq olunan qanunvericilik alətləri istifadə edilməlidir.
“Xatırladım ki, Almaniyada bu yaxınlarda ekstremist təşkilat ləğv olunub. Müxtəlif ölkələrdə bu cür partiyalar qadağan edilir. Bu yaxınlarda Moldovada bir partiya ləğv olunub. Demokratiya özünü antidemokratlardan və demokratiyanın düşmənlərindən qorumalıdır” – deyə Papuaşvili vurğulayıb.
Müvafiq iddianın ölkənin Konstitusiya Məhkəməsinə bu ay təqdim olunacağı bildirilib.
4-10-2025, 16:44
Ayxan Abbasovu U-21-də kim əvəz edir?


Ayxan Abbasovu U-21-də kim əvəz edir?

Bir neçə gün əvvəl futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunan Ayxan Abbasovun U-21-dəki vəzifəsinin kimə həvalə olunduğu bilinib.
Bununla bağlı AFFA məlumat yayıb.
Bildirilib ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.
4-10-2025, 16:33
Millimiz Rusiyaya uduzdu


Millimiz Rusiyaya uduzdu

Azərbaycanın U-16 millisi III MDB Oyunlarında gümüş medalla kifayətlənib.
Aqil Nəbiyevin rəhbərlik etdiyi komanda Qəbələ şəhər stadionunda keçirilən finalda Rusiya yığması ilə üz-üzə gəlib.
Matçın əvvəlində üstün oyun nümayiş etdirən kollektivimiz 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. İkinci hissədə ardıcıl 3 qol buraxan U-16 komandamız görüşdən məğlub ayrılıb. Azərbaycan millisinin heyətində Əli Bəşirov hər iki qola imza ataraq dubl edib.
Qeyd edək ki, yığmamız qrup mərhələsində Tacikistanı 1:0, Qırğızıstanı isə 4:0 hesabı ilə məğlub etmişdi.
4-10-2025, 16:23
İsrail tərəfindən saxlanılan fəallar Türkiyəyə qayıdır


İsrail tərəfindən saxlanılan fəallar Türkiyəyə qayıdır

İsraildə saxlanılan “Sumud” donanmasının fəallarını daşıyan "Turkish Airlines"ın xüsusi reysi Türkiyəyə yola düşüb.
Bu barədə TRT Haber məlumat yayıb. Bildirilir ki, təyyarə yaxın saatlarda İstanbula çatacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, təyyarədə ümumilikdə 137 fəal var. Onlardan 36-sı Türkiyə vətəndaşıdır. Digərləri isə ABŞ, BƏƏ, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya kimi ölkələrdən olan iştirakçılardır.
Son günlər “Sumud” adlı humanitar flotiliya ətrafında Şərqi Aralıq dənizində gərginlik artıb. İsrail Hərbi Dəniz Qüvvələri Qəzza sahillərinə istiqamətlənən bir neçə gəmiyə müdaxilə edib və onların “mövcud dəniz blokadasını pozduğunu” bəyan edib.
Təşkilatçılar isə bildirirlər ki, İsrail qüvvələri flotiliyanın gəmilərinə qarşı “aqressiv tədbirlər” həyata keçiriblər.
Flotiliyanın sonuncu gəmisi İsrail tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Qəzza istiqamətində hərəkətini davam etdirib, lakin beynəlxalq sularda saxlanılıb. Missiyanın iştirakçıları arasında bir çox ölkələrdən olan siyasi xadimlər və fəallar yer alır. Onlar aksiyanın tamamilə dinc və humanitar məqsəd daşıdığını vurğulayırlar.
4-10-2025, 16:20
Tbilisidə ailə faciəsi - Ata-ana və övladları binadan yıxılıb öldü


Tbilisidə ailə faciəsi - Ata-ana və övladları binadan yıxılıb öldü

Gürcüstanın paytaxtı Tbilisidə üç nəfərin meyiti aşkarlanıb.
Tapılan meyitlərin ata-ana və onların övladları olduğu bildirilir.
Məlumata görə, ailənin ölümünə səbəb yaşayış binasının yuxarı mərtəbəsindən yıxılma olub.
Hadisənin ötən gecə baş verdiyi qeyd edilib.
Faktla bağlı intihar və digər versiyalar üzrə araşdırma aparılır.
4-10-2025, 16:14
Baş nazir Azərbaycanla bağlı zarafat etdi: ölkəsində qalmaqal yarandı


Baş nazir Azərbaycanla bağlı zarafat etdi: ölkəsində qalmaqal yarandı

Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycanla bağlı zarafatı onun ölkəsinə müzakirələrə səbəb olub.
O, ABŞ Prezidenti Donald Trampın Ermənistan- Azərbaycan sülhü barədə danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Makronla zarafatlaşıb.
Edi Rama Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyir ki, siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz.
Edi Rama sosial şəbəkə hesabında Azərbaycanla bağlı söylədiyi zarafatın mətbuatda fərqli təqdim olunmasından narazılığını bildirib. Onun sözlərinə görə, jurnalistlər “dostluq ruhunda deyilmiş ifadəni” kontekstdən çıxarıb “siyasi qalmaqala” çeviriblər.
Rama qeyd edib ki, “müasir mediada "viral" anlayışı çox asanlıqla reallığı təhrif edə bilir”:
“Yaxşı əhvalda, dostluq şəraitində deyilmiş ifadə birdən-birə onlarla ölkənin iştirak etdiyi sammitin əsas başlığına çevrilir, əsas məzmun isə diqqətdən kənarda qalır”.
Baş nazir əlavə edib ki, o, Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində Prezident İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampın məşhur “dil sürüşmə”sini xatırladıb:
“Tramp bir dəfə zarafatla demişdi ki, hətta Albaniyaya da Azərbaycanla sülh bağlamaq nəsib olub. Mən sadəcə həmin ifadəyə istinad etdim. Bu, sadəcə dostyana bir replikaydı”.
Rama vurğulayıb ki, hadisəni “siyasi təqibə çevirmək ədalətsizlikdir”:
“Bu, sadəcə gülməli bir an idi. Amma əgər kimsə bunu tirajlayırsa, bunda qorxulu heç nə yoxdur. Sadəcə, bunu təhrif edib sensasiyaya çevirmək düzgün deyil”.
Sonda o, Donald Trampı “Qərbdə "sülh" anlayışını yenidən gündəmə gətirən lider” kimi dəyərləndirib və qeyd edib ki, “Tramp qısa müddətdə bir çoxlarının bacarmadığını edib və hələ də bu istiqamətdə çalışır”.


4-10-2025, 16:03
Azərbaycanda bu universitetlər təltif edildi


Azərbaycanda bu universitetlər təltif edildi

Oktyabrın 3-də "QS 2026" qlobal reytinqində yer alan Azərbaycan universitetlərinin təltif olunması mərasimi keçirilib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak edib.
Qeyd edək ki, cari ilin iyun ayında elan olunmuş "QS 2026" qlobal reytinqinə Azərbaycandan ilk dəfə 9 universitet daxil olub. Bu göstərici ötən ilə nisbətən 3 dəfə artıb. Eyni zamanda, Azərbaycandan sözügedən reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən bu reytinqə daxil olan cəmi universitet sayından 3 dəfə çoxdur.
4-10-2025, 15:54
Məşhur serialın aktyoru vəfat etdi


Məşhur serialın aktyoru vəfat etdi

Məşhur “Sprut” serialının italiyalı aktyoru Remo Cirone vəfat edib.
Aktyor və rejissor bir müddətdir yaşadığı Monte Karloda 76 yaşında dünyasını dəyişib.
O, “Sprut” serialında Tano Kariddi obrazı ilə məşhurluq qazanıb. Mafiya haqqında italyan televiziya dram serialı olan “Sprut” 1984-2001-ci illərdə yayımlanıb.
Aktyorun son filmi 2023-cü ildə Denzel Vaşinqtonun oynadığı “Ekvalayzer 3” olub. O, bir neçə Hollivud filmində də rol alıb.
4-10-2025, 15:47
Qarabağ son iki qələbədən 55 milyon qazanıb


Qarabağ son iki qələbədən 55 milyon qazanıb

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinə iki qələbə ilə başlayıb.
“Benfika”nı 3:2, “Kopenhagen”i 2:0 məğlub edən Ağdam klubu ümumilikdə 4,2 milyon avro (8 milyon 300 min manat) əldə edib.
Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı. Hazırda isə bu məbləğ son iki qələbə ilə birlikdə 27,97 milyon avroya (55,8 milyon manat) çatıb.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!