İsrail Tehran əhalisinə çağırış etdi: bu əraziləri tərk edin! .....                        İrandan Azərbaycana 917 nəfər təxliyə edilib - 204-ü öz vətəndaşımızdır .....                        İordaniya hava məkanını yenidən açdı .....                        İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır .....                        Deputatın şirkətinə protokol yazıldı .....                        Bağlanan özəl universitetin binası BDU-ya verildi .....                        Ukrayna ordusunda döyüşən azərbaycanlı həlak oldu - FOTO .....                        Qazaxıstan da vətəndaşlarını Yaxın Şərqdən çıxırır .....                        Bu küçədə hərəkət məhdudlaşdırılacaq .....                       
4-10-2025, 12:47
Xəzər dənizində əməliyyat: yarım ton narkotik - VİDEO


Xəzər dənizində əməliyyat: yarım ton narkotik - VİDEO

Xəzər dənizi vasitəsilə Azərbaycana 510 kq narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb.
Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib.
Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib.
Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları - 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib.
Sərhəd pozucularının üzərindən aşkar edilmiş "Garmin" markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran ərazisindən 1074 km məsafə qət edib Türkmənistan ərazi sularından keçməklə Azərbaycan ərazisinə daxil olması müəyyən edilib.
Saxlanılmış "Layner" tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində "Niva" markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.

4-10-2025, 12:42
Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif


Zəngəzur dəhlizi İran üçün yeni imkanlar yarada bilər - Cavad Zərif

"Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol (Zəngəzur dəhlizi - red.) İran üçün yeni imkanlar yarada bilər".
Bunu İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.
"Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik", - deyə Zərif vurğulayıb.
O bildirib ki, keçmişin əsiri olmamaq lazımdır və İranın bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır.
Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib.
4-10-2025, 12:10
Sabah 25 dərəcə isti olacaq


Sabah 25 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.
4-10-2025, 11:46
Prezident onların maaşını artırdı - SƏRƏNCAM


Prezident onların maaşını artırdı - SƏRƏNCAM

Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilib.
Sərəncan 2025-ci il avqustun 1-dən tətbiq edilir.
4-10-2025, 00:42
Bakıda qəza zamanı 3 nəfər ölməsi xəbəri yanlışdır - RƏSMİ


Bakıda qəza zamanı 3 nəfər ölməsi xəbəri yanlışdır - RƏSMİ

Bakıda yol qəzasında üç nəfərin ölməsi, 7 nəfərin xəsarət alması ilə bağlı yayılan məlumatlar yanlışdır.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, əslində bu gün saat 21:30 radələrində paytaxtın Səbail rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, "Hyundai" markalı, 77-UM-421 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Opel" markalı 50-EE-287 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Faktla bağlı araşdırma aparılır.

***

22:55

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Salyan şosesinin Səbail rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Su İdman Kompleksinin qarşısında üç nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, hadisə zamanı üç nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
4-10-2025, 00:00
Cəbrayıl 5 ildir ki AZADDIR


Cəbrayıl 5 ildir ki AZADDIR

Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.
Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə öncə rayonun Böyük Mərcanlı, Nüzgar kəndləri, daha sonra 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri düşməndən təmizlənib.
Oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəjəl, Mahmudlu, Cəfərabad kəndləri də ermənilərdən geri alınıb.
Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib.
Qeyd edək ki, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb.
Onu da bildirək ki, Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
3-10-2025, 23:47
İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı


İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı

Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə Bosfor boğazında yerləşən 15 İyul Şəhidlər və Fatih Sultan Mehmet körpüsü Türk Dünyasının birliyini simvolizə edən Türk Dövlətləri Təşkilatının bayrağının rəngi ilə - firuzəyi rənglə işıqlandırılıb.
Bu barədə Türk Dövlətləri Təşkilatının "X" hesabında paylaşım edilib.
Qeyd edək ki, 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.
3-10-2025, 23:26
ABŞ Venezuela gəmisini vurdu


ABŞ Venezuela gəmisini vurdu

ABŞ Venesuelaya məxsus, narkotik daşıdığı deyilən daha bir gəmiyə zərbə endirib.
Bu barədə Müharibə katibi Pit Heqset məlumat yayıb.
O, bildirib ki, zərbə nəticəsində gəmidə olan 4 nəfər ölüb və əməliyyat zamanı heç bir ABŞ qüvvələri zərər çəkməyib:
“Gəmi Amerika istiqamətində xeyli miqdarda narkotik daşıyarkən, Venesuela sahillərinə yaxın beynəlxalq sularda vurulub”.
3-10-2025, 17:48
4 nəfər dövlətə xəyanətdə ittiham olunur: biri hərbçidir


4 nəfər dövlətə xəyanətdə ittiham olunur: biri hərbçidir

Azərbaycanda aralarında hərbçi də olmaqa 4 nəfər dövlətə xəyanətdə ittiham olunur.
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub.
Həmin şəxslər bir müddət əvvəl həbs ediliblər.
Məlumata görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbçidir.
DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə Respublikası ərazisində ələ keçirilərək Azərbaycan Respublikasına gətiriliblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
3-10-2025, 17:34
Ərdoğandan Naxçıvan anlaşması ilə bağlı paylaşım


Ərdoğandan Naxçıvan anlaşması ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə bağlı Naxçıvan anlaşmasının 16-cı ildönümü, Türk Dövlətləri Əməkdaşlığı Günü münasibətilə təbrik mesajı ünvanlayıb.
O, bu barədə özünün “X” hesabında paylaşım edib.
“Dildə, fikirdə, işdə birlik şüarımızın ən önəmli simvollarından biri olan Türk Dövlətləri Təşkilatımızın qurulmasını təmin edən Naxçıvan Anlaşmasının 16-cı ildönümü ilə ortaq anma günümüz Türk Dövlətləri Əməkdaşlığı Gününü təbrik edirəm.
Qədim tarixi təcrübəmizlə yüksələn bu mənalı günün birlik və həmrəylik ruhumuzu gücləndirməsini və ölkələrimiz arasındakı əlaqələrin hər sahədə inkişafına töhfə verməsini arzu edirəm. Ortaq gələcəyimiz parlaq, əməkdaşlığımız daimi olsun”, - Ərdoğan qeyd edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!