Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                        Həmkarından Azər Badamovun deportuna reaksiya: Azərbaycan bəyanat verməlidir .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        CHP sədrinə yumruqla hücum .....                        Ukrayna Rusiyanın “Strela” zavodunu məhv etdi .....                       
24-03-2024, 13:27
Sabahın havası - Güclü külək, yağış


Sabahın havası - Güclü külək, yağış

Martın 25-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, səhər bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı ehtimalı var.
24-03-2024, 13:18
Terror aktında xəsarət alanların sayı 154-ə çatdı


Terror aktında xəsarət
alanların sayı 154-ə çatdı


Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 154-ə çatıb.
Bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 44 nəfər ambulator müalicədədir.
Ölənlərin sayı 133 nəfər təşkil edir.
24-03-2024, 12:59
İnsanların diri-diri yanmasını istəyirdilər - Araz Ağalarov


İnsanların diri-diri yanmasını istəyirdilər - Araz Ağalarov

“Martın 22-də Moskvanın “Crocus City Hall” binasında terror aktı törədən cinayətkarlar “Renault Symbol” markalı avtomobillə qaçıblar. Onlar Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi ərazisində tapılıb. Federal Təhlükəsizlik Xidməti terror aktını törədən dörd nəfərin hamısının saxlanıldığını açıqlayıb”.
Bunu RBC telekanalına “Crocus City Hall”un sahibi Araz Ağalarov deyib.
Onun sözlərinə görə, terrorçular insanları zalda diri-diri yandırmaq istəyib: “Onların (terrorçuların – Qeyd) vəzifəsi fərqli idi - onlar sadəcə çoxlu sayda insanı öldürmək deyil, bu insanların zalda diri-diri yanmasını istəyirdilər. Çünki edamla paralel olaraq hər şey yanar maddələrlə, kerosinlə, benzinlə doldurulmuşdu”.
Araz Ağalarov qeyd edib ki, konsert zalı tamamilə yanıb: “Buraya daxil olsanız, kiminsə oradan sağ çıxa biləcəyinə inanmayacaqsınız. Lakin bütün yanğından mühafizə sistemləri, yanğınsöndürmə işləri yaxşı vəziyyətdə olduğundan zalı bir neçə saat elə vəziyyətdə saxlayıblar ki, heç bir çökmə baş verməyib, insanların oranı tərk etmək imkanı olub. Çünki başa düşürsən, 6 min adam 2-3 dəqiqəyə zalı tərk edə bilməz. Üstəlik, terrorçular demək olar ki, bütün çıxışlarda gedən insanları güllələyiblər”.
O əlavə edib ki, terrorçuların hücumu zamanı zalın təhlükəsizlik işçilərindən biri öldürülüb.
“İstənilən yerdə kamuflyajlı adamlar dörd kalaşnikov avtomatı ilə maşından düşüb hamını atəşə tutmağa başlayırsa və ərazidə 600 patron tapılıbsa, o zaman bilmək lazımdır ki, bu, heç bir təhlükəsizlik xidməti və hərbi əməliyyat deyil. Əslində, təxribatçılar tərəfindən həyata keçirilən terror aktıdır. Bu halda yaxşı mühafizə xidməti nə edə bilər?”.
23-03-2024, 19:33
Ərdoğan rusiyalı həmkarıyla telefon danışığı apardı


Ərdoğan rusiyalı həmkarıyla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan Moskvada baş verən terror aktına görə Putinə dərin hüznlə başsağlığı verib.
"Günahsız insanları alçaqcasına hədəf alan mənfur terror aktını ən sərt ifadələrlə qınayan, Rusiya xalqına başsağlığı və səbr diləyən prezident Ərdoğan hücumun bölgədəki böhranların bir an əvvəl sülh yolu ilə aradan qaldırılmasının vacibliyini ortaya qoyduğunu söyləyib", - açıqlamada bildirilir.
Ərdoğan Türkiyənin Rusiya ilə terrora qarşı mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
23-03-2024, 19:07
"Crocus City Hall"a dəymiş ziyanın məbləği açıqlandı


"Crocus City Hall"a dəymiş ziyanın məbləği açıqlandı

Rusiya Ticarət Mərkəzləri İttifaqı hücum nəticəsində "Crocus City Hall"a dəymiş ziyanı 9,5-11,4 milyard rubl (102-120 milyon dollar) qiymətləndirir.
Bu barədə RİA agentliyi məlumat yayıb.
Bildirilir ki, 1 kvadratmetr üçün ən azı 200 min rubl ziyan dəyib.
O da bildirilir ki, “Crocus City Hall” Moskvanın ən yaxşı konsert salonlarından biri olub.
Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.
23-03-2024, 18:38
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərində həmkarıyla görüşdü


Sahibə Qafarova İsveçrəyə işgüzar səfərində həmkarıyla görüşdü

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində İsveçrə Konfederasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 23-də Syerra-Leone Respublikası Parlamentinin sədri Abass Çernor Bundu ilə görüşüb.
Görüşdə parlametlərarası əlaqələrin inkişafı imkanları, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Qoşulmama Hərəkatının və Parlament Şəbəkəsinin fəaliyyətində Azərbaycanın vacib rolu qeyd olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın institusional inkişafı istiqamətində mühüm addımlar atılıb. Xatırladılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının inkişafında, təşkilata üzv ölkələrin qanunverici orqanları arasında əlaqələrin genişləndirilməsində, eləcə də bəşəriyyəti narahat edən bir sıra məsələlərin həlli üçün həmrəylik göstərilməsində mühüm platforma rolunu oynayır.
Syerra-Leone Parlamentinin spikeri Abass Çernor Bundu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinin genişləndirilməsində göstərdiyi təşəbbüs və səylərinə görə təbriklərini çatdıraraq bildirib ki, Azərbaycanın sədrliyi bu təşkilata yeni nəfəs verib və təşkilatın fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirib. Qeyd olunub ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin diqqət ayırdığı məsələlər yeni çağırışlarla üst-üstə düşür, xüsusilə dekolonilaziya məsələsində Azərbaycanın mövqeyi təqdir olunub.
Parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətinin qeyd olunduğu görüşdə bildirilib ki, istər Parlamentlərarası İttifaq, istərsə də digər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlər və qurulan dialoq hər iki ölkənin qanunverici orqanları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
23-03-2024, 18:06
Putin 24 martı Ümumxalq hüzn günü elan etdi


Putin 24 martı Ümumxalq hüzn günü elan etdi

Qanlı terror aktı nəticəsində zərərçəkən bütün ailələrə, yaralılara və xəsarət alanlara lazımi yardım göstərəcəyik. Yaxınlarını itirən hər kəsə dərindən, səmimi başsağlığı verirəm. Bütün ölkə, bütün xalqımız sizinlə birlikdə ağlayır. 24 martı Ümumxalq hüzn günü elan edirəm.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində səsləndirib.
“Moskvada və ətrafında, ölkənin bütün bölgələrində təxribat əleyhinə əlavə tədbirlər tətbiq edilib. İndi əsas məsələ bu qan gölünün arxasında duranların yeni cinayət törətməsinin qarşısını almaqdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb.
23-03-2024, 17:52
Səfirlik terror zamanı ölən Vüqar Hüseynovla bağlı araşdırma aparır


Səfirlik terror zamanı ölən Vüqar Hüseynovla bağlı araşdırma aparır

“Crocus City Hall”da baş vermiş terror aktı ilə əlaqədar səfirliyimizə heç bir müraciət daxil olmayıb”.
Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə əlaqədar səfir Polad Bülbüloğlu tərəfindən bayram günlərinə baxmayaraq, bütün məsul işçilərə diplomatik nümayəndəlikdə iş yerlərində toplaşmaq göstərişi verilib.
Dəstək üçün vətəndaşlarımıza müraciət edildiyi təqdirdə təcili yardımın göstərilməsi məqsədilə gecə növbətçiliyi təşkil edilib, lakin hazırda səfirliyə heç bir müraciət daxil olmayıb.
“Hücum nəticəsində yaralananlar haqqında ilk məlumatlar aşkarlanmağa başlayan kimi səfirlik açıqlanan bütün məlumatları diqqətlə izləyib. İlkin siyahılarda adı çəkilən Sevinc Rüstəmova yenilənmiş siyahılarda artıq qeyd olunmayıb. Lakin həlak olanların siyahısında 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu adlı azərbaycanlı, ehtimal ki, Rusiya vətəndaşı vardır.
Hazırda Azərbaycan Səfirliyi bu informasiyanın aydınlaşdırılması üçün bütün lazımi tədbirləri görür, o cümlədən öldürülən şəxsin cəsədinin yeri, habelə mərhumun qohumları və tanışları haqqında məlumatlar toplanılır. Yeni məlumat əldə edilən kimi, dərhal səfirliyin teleqram kanalında yerləşdirəcək”, - açıqlamada qeyd olunub.
23-03-2024, 17:39
Moskvada terror zamanı ölənlərin sayı açıqlandı


Moskvada terror zamanı ölənlərin sayı açıqlandı

Moskvada terror aktı nəticəsində ölənlərin sayı 133-ə çatıb.
Bunu Rusiya İstintaq Komitəsi bildirib.
Qeyd olunub ki, “Crocus City Hall”da dağıntıların bir hissəsi təmizlənib. Nəticədə ölənlərin sayının 133 nəfərə çatdığı məlum olub. Axtarış tədbirləri davam edir.
Terror aktı nəticəsində yaralanan 107 nəfər isə xəstəxanalarda müalicə olunur, onlardan üçü uşaqdır.
23-03-2024, 17:17
Kiyev ruslara qarşı aktiv terror həyata keçirir - Zaxarova


Kiyev ruslara qarşı aktiv terror həyata keçirir - Zaxarova

Kiyev rejimi son illər ruslara qarşı aktiv və sistemli terror fəaliyyəti həyata keçirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı xaricdən gələn başsağlığı və dəstək mesajlarını şərh edərkən deyib.
"Ötən illər ərzində Kiyev rejimi Rusiya vətəndaşlarına qarşı aktiv və sistemli terror fəaliyyəti həyata keçirir: yaşayış məntəqələrini, o cümlədən uşaq bağçalarını, məktəbləri, tibb müəssisələrini sistematik atəşə tutmaq; əhəmiyyətli mülki infrastruktura, o cümlədən nəqliyyat və enerji obyektlərinə hücumlar; ictimai xadimlərə və jurnalistlərə qarşı sui-qəsdlər olub”, - diplomat qeyd edib
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!