"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 27-01-2022, 13:08
Eldar Mahmudovun baş istintaqçısından daha bir şikayətçi ortaya çıxdı - “Deyirdi ki, 300 min manat verməsən, MTN-dən çıxan deyilsən”

Bakı Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun baş istintaqçısı Mövlam Şıxəliyev və digər 3 MTN-çinin cinayət işi üzrə proses davam edir. İş üzrə 32 zərərçəkən və dünyasını dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var. Proses başlanan ilk gündən zərərçəkənlərin əhatəsinin daha geniş olması ilə bağlı fikirlər vardı. Artıq zərərçəkənlərin sırası genişlənməkdədir.

Keramika, kafel-metlax satışı ilə məşğul olan “Santemax” MMC-də sürücü işləmiş Arif Allahverdiyev Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə istintaqa cəlb edilməyən zərərçəkmiş şəxslərdəndir. Bütöv.az-ın məlumatına görə, o, “Yeni Müsavat”a müraciət edərək deyib ki, 1 il müddətində qanunsuz olaraq Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında girov saxlanılıb.

“2010-cu ildə çalışdığım ”Santexmax" MMC-nin təsisçisi Əhməd Mirzəyev mənə iş tapşırdı. Otağına çağırıb bir bağlama verdi və Zaur adlı şəxslə telefonla danışdı. Zaura telefonda dedi ki, sürücü Arifi yollayıram, mala bax və elə Arifə də ver geri gətirsin. Mənə Zaurun telefon nömrəsini də verdi. Zaurla əlaqə saxladım, evinin yerini dedi".

2 övlad atası olan Arif Allahverdiyev “Santexmax” mağazasında sürücü işləyib: “Mən gün ərzində Əhməd Mirzəyevin tapşırığı ilə bir çox ünvanlara kafel-metlax, aksessuar aparırdım, onun bütün tapşırıqlarını yerinə yetirirdim. Həmin gün də Əhməd Mirzəyev mənə tapşırıq verdi ki, içində nə olduğunu bilmədiyim bağlamanı aparıb Zaur Əliyevin evinə catdırım və sonradan geri qaytarım. Axşamüstü idi, Zaurla əlaqə saxladım, evinin ünvanını dəqiqləşdirdim. Dedim ki, Əhməd müəllim sizə bağlama yollayıb. O da ünvanı deyib məni gözlədiyini bildirdi. Zaurun evinə getdim, bağlamanı verdim. O da məni çaya dəvət elədi. Zaur dedi ki, çay içək, səni yola salacağam. Elə yenicə oturdum ki, qapı döyüldü. Zaur qapıya getdi. Qapı açıqlan kimi MTN-çilər evə basqın etdilər. 5 nəfər idilər, onlara rəhbərlik edənin adı Mamay idi. Özünü Mamay Quluzadə kimi təqdim etdi. Nə baş verdiyini anlamadım”.

Sürücü deyir ki, gələnlər onun apardığı bağlamanı açıblar:

“Zaurun evinə apardığım bağlamanı açdılar, içindən mərmərdən olan balta çıxdı. Orada olduğumuz müddətdə MTN-çilər evdə axtarış apardılar. Zaur da onlardan axtarışla bağlı məhkəmə qərarı tələb edirdi. Mamay da ona dedi ki, evin yanında MTN-in antiterror əməliyyat qrupu gözləyir, zəng eləsə, evə maskalılar basqın edəcək. Mamay bundan sonra onunla gələnlərdən birinə MTN-də öz xidməti otagının açarını verib iş yerinə yolladı. Bir qədər sonra həmin MTN-çi də qayıdıb gəldi, əlində bir ovuc qızıldan ibarət xırda heykəllər vardı. Onları da baltanın yanına qoyub dedi ki, bunları da Zaurun evindən götürmüşük. Protokol tərtib etdilər. Zaurdan və məndən tələb etdilər ki, protokolu imzalayaq. Protokolda nə istəmişdilər, onu da yazmışdılar. Zaur da, mən də etiraz olaraq heç bir sənədə qol çəkmədik. Mamay başının dəstəsinə dedi ki, gedək, sonra məsələni həll edərik. Zaura gətirdiyim bağlamanı da, özlərinin xırda heykəllərini də götürüb getdilər”.

Sürücü Arif Allahverdiyev deyir ki, bundan sonra Zaur Əliyevin evini tərk edərək iş yerinə qayıdıb, Zaurun evində baş verənləri Əhməd Mirzəyevə danışıb:

“1 həftə sonra məni də, Əhməd müəllimi də MTN-ə çağırdılar. Ora getdik. Mənimlə Təhsin Ağayev danışdı. Dedi ki, müstəntiqlərin rəhbəridir. Məndən qaçaqmalçılıqla bağlı soruşdu. Dedim ki, mən sürücüyəm, harada sərhəd keçdim ki, qanunsuzluq da edəm, qaçaqmalçılıqla məşğul olam. Təhsin Ağayev cılız, balacaboy biri idi, tez-tez də əli ilə saçına tumar çəkib məndən pul istəyirdi. Mənə hədə-qorxu gəlir, pul tələb edirdi. Deyirdi ki, 300 min manat verməsən, MTN-dən çıxan deyilsən. Ona deyirdim ki, mən sürücüyəm, məndə o qədər pul yoxdur, heç olmayıb da. O qədər bezdirmişdi ki, əsəblərim dözmürdü. Təhsin Ağayevə dedim ki, mən maaşa işləyən sürücüyəm, niyə başa düşmək istəmirsən. Sənə 300 manat, uzağı 3 min manat borc alıb verə bilərəm. Dirəşmişdi ki, qohum-əqrəbandan yığın, verin”.

Sürücü deyir ki, pul verə bilmədiyi üçün onu MTN-in təcridxanasında 1 ilə yaxın qanunsuz olaraq saxlayıblar: “Mənə Zaurun evində tərtib etdikləri protokolu sonradan imzalamağa məcbur etmişdilər. Dedilər ki, protokolu imzalamasan, başına oyun açacağıq. Həbsdə olduğum müddətdə məni dindirən, danışdıran olmurdu. MTN-də nəyə görə saxlanıldığımı anlaya bilmirdim, bu günə kimi də anlamıram”.

Arif Allahverdiyev iddia edir ki, həbsdən çıxandan sonra bilib ki, onun azad edilməsi üçün Əhməd Mirzəyevdən ağır cinayətlərin hakimi Əfqan Hacıyev külli miqdarda pul alıb:

“Əhməd müəllim özünün barəsində və mənim həbsdən cəzasız çıxmağımız üçün 80 min manat pulu hakimə verib. Əfqan Hacıyev pulu alandan sonra barəmizdə şərti cəza verdi. Məhkəmədə bildim ki, istintaq zamanı Əhməd müəllimdən Təhsin Ağayev 500 min dollar pul alıb zaminə buraxıb”.

Sürücü deyir ki, bu günə qədər də Əhməd Mirzəyevə borcu var: “Təhsin Ağayev, onun rəhbərləri məni heç bir günahım olmadan qanunsuz olaraq həbsdə saxladılar, ailəmi çətin duruma saldılar. Bu gün də borc-xərcin içindəyik. Məni isə ümumiyyətlə, istintaqa çağırmayıblar. Şahid kimi belə dindirməyiblər, zərərçəkən kimi də tanımayıblar. Dövlət rəhbərliyindən xahiş edirəm, bu cinayəti törədən keçmiş MTN-in vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilsinlər, cəzalarını alsınlar, iş üzrə məni zərərçəkmiş kimi tanısınlar və mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsi təmin edilsin”.


Paylaş



Bölmə: Köşə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!