20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 31-08-2022, 15:03
Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi


Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi

Sovet İttifaqında hakimiyyətə gəlişiylə Avropanın xəritəsini dəyişdirən və dünyanı nüvə ilə hədələyən, Soyuq Müharibəyə son qoyan, habelə bir sıra inqilabi dəyişikliklərə imza atan Mixail Qorbaçov ötən gün Moskvada vəfat edib. SSRİ-nin ilk və son lideri 92 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Qorbaçov əslində kim idi?



Butov.az bildirir ki, altı illik hakimiyyəti dövründə Qorbaçov "dəmir pərdəni" qaldıraraq dünyanın siyasi ab-havasını dəyişməyi bacarıb. O, dünya ictimaiyyəti tərəfindən fərqli təqdim olunurdu. Qərbin nəzərində Qorbaçov Soyuq Müharibəyə son qoyan, Şərqi Avropaya azadlıq gətirən "qəhrəman" hesab edilir. Sadə rusların gözündə isə o, cəmi altı il ərzində super dövləti diz çökdürməyi və xalqını yoxsullaşdırmağı bacaran uğursuz siyasətçi kimi canlanır. Rusiyadan fərqli olaraq, xaricdə onu qəhrəman kimi alqışlayırdılar. Qorbaçov Amerika üçün “möcüzə”, dünyanı olduğu kimi görən, sovet ideologiyası ilə gözünü qırpmayan bir insan idi. Amma ölkəsi üçün bunu demək olmaz. Rusiyada keçirilən sorğuya əsasən, Qorbaçov “Sovet dövrünün ən nifrət edilən adamı” olub və hər beş respondentdən biri bu variantı seçib. Sorğular göstərir ki, ruslar Qorbaçova Stalindən daha çox nifrət edirlər. Qorbaçov öz xalqına formal azadlıq versə də, bundan həzz almaq həmişə ruslara zülm verirdi. Onun hakimiyyəti Sovet iqtisadiyyatında fəlakətli çöküşün şahidi oldu. Doğrudur, bu gün ruslar özlərini 40 il əvvəldən daha azad və varlı hesab edirlər. Lakin hazırkı iqtidar belə Qorbaçovun hakimiyyətini Rusiya üçün fəlakət adlandırır. Prezident Vladimir Putin Sovet İttifaqının dağılmasını “əsrin ən böyük geosiyasi fəlakəti” hesab edir. Qorbaçov da şəxsən Putinin siyasətini bəyənmir, onu daha çox tənqid edirdi. Onların sonuncu rəsmi görüşü illər öncə Rusiyada, Kremldə baş tutub. Daha sonra bir araya gəlməyiblər. Ruslar Qorbaçovu 1991-ci ildə ərazisi 15 ayrı ölkəyə parçalanan bir vaxtların qorxulu fövqəldövləti olan Sovet İttifaqının dağılmasında günahkar bilirlər. İllər ötsə də, onlara qarşı münasibət dəyişməyib. Bu gün də rusların çoxu Qorbaçova nifrət bəsləyir. Ruslar SSRİ-ni dağıdan Qorbaçova o qədər nifrət edirlər ki, o, 1996-cı ildə prezidentliyə namizəd olarkən, cəmi bir faiz səs toplaya bilmişdi. Hətta onun ölkədən çıxmasını tələb edənlər də az deyildi. Bunlara rəğmən Qorbaçov 1993-cü ildə Qərb tərəfindən Nobel sülh mükafatına layiq görülüb. Bu mükafat ona Soyuq Müharibəni dayandırdığına görə verilib.
Qorbaçov və keçmiş Sovet dövlətləri



SSRİ-nin dağılması ərəfəsində bir neçə keçmiş Sovet ölkəsində iğtişaşlar olub. Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyası “rus və erməni kartından” məharətlə istifadə edərək Azərbaycan xalqına qarşı vəhşicəsinə dövlət terroru həyata keçirib. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 7-ci maddəsini pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ-nin kəşfiyyat və xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) “Alfa” qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycanın yeganə telekanalı olan AzTV-nin elektrik stansiyasını dayandıraraq partladıb. Telekanalın fəaliyyətinin dayandırılması ilə Bakıda yaşayan azərbaycanlıların hadisələr barədə məlumat almasının qarşısı alınıb. Ruslardan və ermənilərdən ibarət ordu Bakını talan edib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar qırğını Sovet ittifaqının sonunu yaxınlaşdırdı. SSRİ-nin parçalanması zamanı digər Sovet Respublikalarında da (Gürcüstan, Latviya, Qazaxıstan) oxşar qeyri-insani əməllərə yol verilib. Buna görə də keçmiş Sovet ölkələri Qorbaçovu qanlı lider olaraq xatırlayır. İttifaq dağılandan sonra Qorbaçov yenidən hakimiyyətə qarışmaq istəsə də, bu cəhdləri alınmayıb. Bəzi hallarda ölkədə və dünyada baş verən hadisələr barədə siyasi şərhlər verən Qorbaçov son günlərini sakit bir kənddə keçirib. Bundan öncə onun tez-tez ölüm xəbərləri yayılıb.



Sonuncu dəfə 2013-cü ildə Mixail Qorbaçovun öldüyü deyilsə də, o mediaya açıqlamasında keçmişə dönmək, hər şeyi yenidən başlatmaq niyyətində olduğunu söyləmişdi: “Məndən tez-tez soruşurlar ki, təkrar etməli olsam, hər şeyi yenidən başlayardımmı? Bəli, həqiqətən bunu edərdim. İndi isə daha çox əzmkarlıq və qətiyyətlə addım atardım”. Lakin onun bu arzuları ürəyində qaldı...




Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!