Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI .....                        Yer yaxınlığında təhlükəli asteroid .....                        Bloger-jurnalist həbs edildi .....                        Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi .....                        Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı .....                        FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir .....                        Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir? .....                        Türkiyədə meşə yanğınları davam edir .....                        İsrail Husilərə məxsus obyektləri vurdu .....                       
19-02-2024, 12:18
İstanbul əhali sayına görə 131 ölkəni ötüb


İstanbul əhali sayına görə 131 ölkəni ötüb

Butov.az trt.net.tr saytına istinadla xəbər verir ki, Türkiyəninən izdihamlı əhalisi olan İstanbul şəhəri 2023-cü ildə əhalisi 15 milyon 655 min 924 nəfər olmaqla, 131 ölkəni geridə qoyub.
Türkiyə Statistika İdarəsinin (TÜİK) və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) 2023-cü il məlumatlarına görə,Türkiyə əhalisinin 18,34 faizini təşkil edən İstanbulda 7,80 milyon kiş ivə 7,84 milyon qadın yaşayır.
İstanbulda Portuqaliya, Macarıstan, Tunis, Belçika, İordaniya, Yunanıstan, Azərbaycan və digər ölkələrdən daha çox əhali yaşayır.

15-01-2024, 14:51
“TARİXİ ŞƏXSİYYƏTLƏR” JURNALI - tarixi şəxsiyyətləndirir, şəxsiyyətləri tarixləşdirir


“TARİXİ ŞƏXSİYYƏTLƏR” JURNALI - tarixi şəxsiyyətləndirir, şəxsiyyətləri tarixləşdirir

Söz, oxu və yazı. Bəşər sivilizasiyası keçmişin dərin qatlarından, qaranlıq və dolanbac yollarından sıyrılıb bu günə çatdığına, müasir insana təqdimatına görə sadalanan məqamlara borcludur. “Hər şeydən öncə söz vardı” deyir bütün cəmavi dinlərin ali kitabları... “And olsun qələmə və onunla yazılanlara” buyurur müqəddəs Qurani-kərimimiz...
Tanınmış ictimai-siyasi xadim, söz, qələm adamı Hacı Xəlil Qarəhmədov da ömrünün böyük, məhsuldar bir hissəsini məhz belə bir savablı, qalarlı, məsul bir işə - tarixin şəxsiyyətlənməsinə və şəxsiyyətlərin tarixləşməsinə həsr edib.
Onun 2006-cı ildən nəşr edərək geniş oxucu auditoriyasının ixtiyarına verdiyi “Tarixi Şəxsiyyətlər”(«Исторические Личности») jurnalı ənənəvi şəkildə hər il dünya liderləri, öncül ictimai-siyasi xadimlər, həmçinin görkəmli mütəfəkkirlər arasından “İlin adamı”nı seçir. Və onlar haqqında “Xüsusi buraxılış” hazırlayır. Dərginin ilk sayları müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevə və cənab Prezident,

Ali Baş Komandan İlham Əliyevə həsr olunub. 2017-ci ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin yekdil səsverməsi nəticəsində “İlin adamı” adına layiq görülüb. 2018-ciildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin olmuşdur. Redaksiya heyətinin yekdil rəyi ilə Özbəkistanın inkişafında, ölkənin imicinin beynəlxalq aləmdə yaxşılaşmasında, Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin

möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlinadamı” olaraq Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirziyayev seçilib. “Tarixi Şəxsiyyətlər”in rus dilində işıq üzü görən həmin sayı bütünlüklə Özbəkistan Prezidentinə və Özbəkistan Respublikasından bəhs edir.
Jurnalın Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illiyinə həsr olunmuş xüsusi sayı da xeyli rəngarəng və oxunaqlıdır. Elə ilk materiallar da tanınmış din xadiminin həm yubileyi, həm də şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü ilə əlaqədar Prezident sərəncamı və Ümummilli liderin hələ 1999-cu ildəki təbrik məktubudur.
Peşəkar dizayna malik, diqqətçəkən materiallar, gözoxşayan fotoşəkillər və mötəbər sənədlər əsasında hazırlanmış dərgidə dünyanın söz, mövqe sahibləri – Vladimir Putin, II Abdullah, Ekmeleddin İhsanoğlu, Yusif bin Əhməd əl-Üseymin, II İlya, Talqat Tacuddin və digər siyasət, mədəniyyət, din xadimlərinin də hörmətli Şeyx barədə fikirləri yer alıb.
Amma “Tarixi Şəxsiyyətlər”in ideya və prinsipləri bununla məhdudlaşmır və əks təqdirdə, ölkəmizdə yaşam normalarına çevrilmiş tolerantlıq və multikulturalizm ənənələrinə sədaqət nümayişi bir qədər inamsız və qeyri-səmimi təsiri bağışlayardı.Sadalananları nəzərə alan yaradıcı kollektiv xeyli zəhmət hesabına paralel şəkildə digər nüfuzlu din xadiminə - Moskva və bütün Rusiya patriarxı II Aleksi barədə də xüsusi buraxılış hazırlamışlar. Bakı və Azərbaycan eparxiyasının Arxiyepiskopu Aleksandrın elmi məsləhətçiliyi, tarixçi Vyaçeslav Radionovun layihə rəhbərliyi ilə işıq üzü görən jurnal oxuculara pravoslav din xadiminin sülh, dialoq, mənəviyyat, dəyərlərə ehtiram ruhlu müraciəti ilə açılır. QafqazMüsəlmanları İdarəsi ilə Rus Pravoclav Kilsəsi arasında dostluq və əməkdaşlıq münasibətləri, Kiril Atanın istər ölkəmizə səfəri çərçivəsində, istərsə də müxtəlif beynəlxalq tədbirlərdə Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə görüşləri, rus və Azərbaycan xalqlarının əminamanlıq, anlaşma və əməkdaşlıq şəraitində yaşamasında dinlərin və din xadimlərinin rolu barədə fikir mübadilələri yaxın keçmişin sənədliliyi baxımından xeyli faydalıdır.
Müqəddəs Patriarxın 2009-cu ilin 6 noyabrı və 2010-cu ilin 24-26 aprelində respublikamıza səfəri çərçivəsində dövlətimizin başçısı, Heydər Əliyev Fondunun rəhbəri və Şeyxülislamla görüşləri, dinlərarası müzakirə mövzusunda tədbirlərə qatılması, rus dini-mədəni mərkəzlərini ziyarəti, sonakı dönəmlərdə Mehriban xanım Əliyevanı və Allahşükür Paşazadəni nüfuzlu
mükafatlarla təltifatı faktları xüsusi vurğulanır. Səmavi dinlərin sülh, inam və iman mesajlarını istedadlı tarixçi və Azərbaycanın yaxın dostu Vyaçeslav Aleksandroviçin “Odlar və tolerantlıq ölkəsi” sərlövhəli yazısı və insanların mehribanlıq, təhlükəsizlik şəraitində yaşayıb çalışdıqları Vətənimiz haqqında təkzibolunmaz faktların toplandığı digər məqalələr tamamlayır.Məcmuəni geniş oxucu kütləsi üçün maraqlı edən nüanslardan biri də qədim və zəngin pravoslav arxitekturası, bayramları və mətbəxi barədə geniş məlumatlardır.

2020-ci ildə - İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin 75 illiyitəntənəli şəkildə qeyd olundu. İgid xalqımız ön vəarxa cəbhələrdə canını, qanını əsirgəmədən çalışdı, vuruşdu, Bakı “Qəhrəman şəhər” statusunalayiq görülməsə belə, qələbədə böyük rol oynayan nefti, bütün ölkə ərzaq məhsullarını verdi, buərazilərə köçürülən xəstələrə, yetimlərə sahib çıxdı, alimlərimiz hərbi texnikanın yanacağınıdonmağa qoymayan kəşflərə imza atdılar...Müharibənin ilk günündən silaha sarılan 600 min Vətən övladı – şücaətli oğul və qızların tən yarısıgeri qayıtmadı. 123 nəfər ən yüksək mükafat – Sovet İttifaqı Qəhrəmanı fəxri adı (general-mayorHəzi Aslanov iki dəfə), 178 min döyüşçümüz müxtəlif orden və medallarla təltifləndilər.
Doğrudur, ötən əsrin doxsanıncı illərininəvvəllərində 9 may – Qələbə Gününün ləğvi azsayda qalan və ömürlərinin ixtiyar çağlarını yaşayan veteranlara böyük mənəvi-psixoloji zərbəvurdu. Lakin Ümummilli lider Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra Böyük Vətən müharibəsi iştirakçılarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı.Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş veteranlarımız və ailələrinin sosial-tibbiproblemləri cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanımın daimdiqqət mərkəzindədir - elə Qələbə bayramı ərəfəsində də onlara maddi yardım göstərildi.

Bütün sadalanan mətləblər barədə isə “Tarixi Şəxsiyyətlər” jurnalının qələbənin 75-ci ildönümünəhəsr olunmuş 49-cu sayında geniş məlumat verilib. Maraqlı material və şəkillərlə nəfis şəkildə tərtiblənmiş dərgi Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsi ilə açılır. Dahasonra Rusiya prezidenti Vladimir Putinin Qələbə münasibətilə Naməlum Əsgərin Məzarı önünəgüllər qoyması, fəxri qaravulun keçidi, hava paradını seyr etməsi, veteranları, Rusiyavətəndaşlarını və bu savaşdakı qalibiyyətdə payı olan bütün xalqları təbrik nitqi verilib.
“Dahi sərkərdələr” rubrikasındakı marşallar Jukov, Konev, Vasilyevski barədə bilgilər və110 yaşlı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor rütbəli görkəmli soydaşımızdan bəhsedən “General Həzi Aslanov – Azərbaycan vətənpərvərliyinin güzgüsü”, Sovet İttifaqı Qəhrəmanı,akademik Ziya Bünyadovun portret cizgilərinin canlandırıldığı “Böyük əfsanənin izi” məqalələrinində oxucuların marağına səbəb olacağı şübhəsizdir.
“Azərbaycan Böyük Vətən Müharibəsi illərində...”, “Soydaşlarımızın qələbə töhfələri”,“Azərbaycanın qəhrəman təyyarəçiləri” və digər yazılarda, eləcə də Azərbaycan Respublikası Müharibə, əmək, silahlı qüvvələr veteranları Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun, həmin qurumun sədr müavini polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru CəlilXəlilovun qeydlərində dünyanı bürüyən fazizm kabusuna qarşı xalqımızın qəhrəmanlıq
salnamələrindən söhbət açılır.

“Tarixi Şəxsiyyətlər”in Vaslav Klaus (Çexiya),Nursultan Nazarbayev (Qazaxıstan), Boris Tadiç (Serbiya ), Məhəmməd Əşrəf Qəni (Əfqanıstan), Aleksandr Lukaşenko (Belarus), Niderland kraliçası Beatriks, Çin Kommunist partiyasının 100 illiyi, futbol ulduzu Pele, ölkəmizdə fəaliyyət göztərən Alban-Udi Xristian İcmasının sədri Robert Mobiliyə həsr olunan və digər sayları da oxucular tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq ictimai-siyasi jurnalın təsisçisi və Baş redaktoru Hacı XəlilQarəhmədov məhz Vətən savaşımızdakı tarixi Zəfərdən sonrakı fəaliyyətlərini daha əlamətdar sayır: “30 illik işğal dövründə dünya birliyinin ədalətsizliyinə, ikili standartlarına qarşı etirazımızı, haqq səsimizi qaldırsaq da, məğlub tərəf olduğumuzdan bir növ, nitqimiz qısıq, boynumuz bükük idi. Allaha şükürlər olsun ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, igid oğullarımızın canı-qanı bahasına həmin xəcalət yükündən qurtulduq, torpaqlarımız erməni tapdağından azad oldu.İndi qaibiyyətimizdən, o ərazilərdəki bərpa işlərindənyazdığımıza görə çox xoşbəxtik! 7 fevral – növbədənkənar Prezident seçkiləri isə xalqın Ümummilli liderimizin yolunu böyük bacarıq və sədaqətlə davam etdirən cənab İlham Əliyevə minnətdarlığını çatdırması üçün bir fürsətdir.“Tarixi Şəxsiyyətlər”(«Исторические Личности») jurnalının redaksiya heyəti və çoxsaylı oxucuları olaraq həmin gün seçki məntəqələrinə gedərək öz vəfa borcumuzdan çıxacağıq”.
Ağsaqqal və təcrübəli qələm adamı əsas məramlarının daim cəmiyyətdə barış, vətəndaş həmrəyliyi, sivilizasiyalararası dialoq, müşküllərin fikir mübadiləsi və qarşılıqlı anlaşma əsasında həllinin təbliğinəçalışmaq, eləcə də bu istiqamətdə fəaliyyət göstərən, Azərbaycanımızın qlobal problemləri,xüsusən də Qarabağ düyününün açılmasında səmimi rol oynayan liderlərə geniş tribuna imkanı yaratmaq, din mədəniyyətinə töhfə vermək istəklərinin olduğunu bildirib.
Hamımızın masaüstü oxu mənbəyi haqqına layiq dəyərli nəşrə gələcək təqdimatlarında da uğurlar arzulayırıq!

Qurban Cəbrayıl
“Mədəniyyət/Culture” jurnalının redaktoru
27-11-2023, 21:13
“44 günlük Vətən müharibəsi” kitabı çapdan çıxıb


“44 günlük Vətən müharibəsi” kitabı çapdan çıxıb
744 səhifəlik kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb və işıq üzü görüb.
Geniş oxucu üçün nəzərdə tutulan əsərin müəllifi həmin İnstitutun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.


Nəşrdə Ermənistan-Azərbaycan münaqişəsinin gərginləşməsi prosesindən tarixi xronoloji ardıcıllıqla bəhs edilib.
Kitabda açıq mətbuatda olan geniş informasiya mənbələrinə, hərbi ekspertlər, hərbi və beynəlxalq humanitar hüquq sahəsində ixtisaslaşan alimlər, mütəxəssislərin təhlilləri əsasında Ermənistan ilə Azərbaycan arasında İkinci Qarabağ müharibəsinin məzmununu müəyyənləşdirən əsas hərbi və siyasi komponentlərə qiymət verilir.
Nəşrdə Birinci və İkinci Qarabağ müharibələrinin əsas səbəbləri, onların bütün Cənubi Qafqazın taleyi üçün geosiyasi nəticələri müəyyənləşdirilməyə və göstərilməyə çalışılıb. Həmçinin beynəlxalq birliyin və münaqişəyə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib. Eləcə də, həmin müharibələrdə xronoloji ardıcıllıqla hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri əks olunub. Bununla yanaşı, Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın mərhələli, inkişafı və sabit təkamülü göstərilib.

Ümumilikdə Ermənistan-Azərbaycan cəbhəsində hərbi əməliyyatlar 44 gün (2020-ci il sentyabrın 27-dən – noyabrın 10-dək) davam edib və 2020-ci il noyabrın 10-da Ermənistanın faktiki olaraq hərbi kapitulyasiya aktı imzalanması ilə yekunlaşıb. Bu il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri Ermənistanın hərbi-siyasi məğlubiyyəti ilə nəticələnib. Beynəlxalq birlik Qarabağın Azərbaycanın ayrılmaz hissəsi, bizim qədim tarixi torpağımız olduğunu qəbul etdi. Bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək və şanlı Qələbəyə doğru birlikdə irəliləyərək, işğaldan azad edilmiş torpaqlarda Dövlət Bayrağının qaldırılmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu.
Bununla əlaqədar münaqişənin səbəb və nəticələri ilə əlaqədar bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması bu kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olub.
Kitab Milli Müdafiə Universitetinin adyunktları, müəllimləri və dinləyiciləri, hərbi nəzəriyyəçi və praktiklər, beynəlxalq münasibətlər, humanitar və hərbi hüquq sahəsində ixtisaslaşan mütəxəssislər üçün nəzərdə tutulub. Bütün bunlarla yanaşı, əsər Azərbaycanın hərb tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri, gedişi və konkret məzmunu ilə maraqlanan geniş oxucu kütləsi üçün də maraqlı mənbədir.
6-10-2023, 22:06
Yüksək peşəkarlıq, elmdə innovasiya Azərbaycan təhsilinin əsas hədəfidir


Yüksək peşəkarlıq, elmdə innovasiya Azərbaycan təhsilinin əsas hədəfidir

Yüksək peşəkarlıq, elmdə innovasiya Azərbaycan təhsilinin əsas hədəfidirHeydər Əliyev: Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir!

Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının və fəaliyyətinin mühüm bir sahəsidir. Təhsil sahəsi elə bir sahədir ki, cəmiyyət üzvlərinin, əhalinin, demək olar, tam əksəriyyəti bu sistemlə bağlıdır. Azərbaycanda təhsil sisteminin tarixi böyükdür. Tarixi təcrübə göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları həm öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mənsub olduqları xalqın mədəniyyətinə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin xalqımızın hərtərəfli inkişafına, xüsusən də milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir.

Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.Heç şübhəsiz ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi inkişaf mərhələsi bugünkü müasir Azərbaycanın inkişafının bünövrəsi kimi qəbul edilməlidir. Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən belə deyir: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək elmə, savada, biliyə, ixtisasa, malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.”
Məhz dahi liderin məqsədyönlü təhsil siyasətinin nəticəsi idi ki, Azərbaycana rəhbərliyinin ilk dövründə 15 minə yaxın azərbaycanlı gənc sovetlər ölkəsinin nüfuzlu universitetlərində nadir ixtisaslar üzrə ali təhsil almışdılar. Bundan əlavə, onun gələcəyə yönəlmiş müdrik siyasəti nəticəsində Azərbaycanımızın yüksək səviyyəli kadr potensialının hazırlanması üçün hər il 400-500 azərbaycanlı gənc keçmiş SSRİ-nin hərbi ali məktəblərində təhsil almağa göndərilirdi. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı illərdə bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində də bir sıra uğurlar əldə edilib. Şübhəsiz ki, Heydər Əliyev müstəqil Azərbaycanda da ənənəsinə sadiq qalaraq milli təhsil quruculuğu sahəsində müasir dövrə uyğun olaraq, islahatların memarı və qurucusu oldu. Hakimiyyətə xilaskar missiyalı qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də tənəzzülün qarşısını aldı, təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olundu, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulmasına tarixi şərait yarandı. 1993-cü ildən başlayaraq “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndərin tapşırığı ilə təhsilə dövlət qayğısı daha da artırıldı. Əvvəlcə 1-4-cü siniflər, sonra isə yuxarı siniflər üçün dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı. Ulu Öndər deyirdi: “Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”.
Ümummilli liderimiz təhsil sistemimizdə olan problemlərin optimal həlli məqsədilə 1998-ci il martın 30-da sərəncam ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradılmasına göstəriş verdi. Təhsil islahatlarının əvvəlcədən düşünülüb müəyyən olunmuş nəticələr üzərində qurulmasını təsdiq edən ən mötəbər tarixi sənəd isə yaradılmış bu Dövlət Komissiyası tərəfindən hazırlanan və 1999-cu il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı" oldu. 1998-ci ildə Azərbaycan müəllimlərinin on birinci qurultayı keçirildi, hansı ki, bu, müstəqil Azərbaycan tarixində ilk qurultay idi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda təhsil işçilərinin qarşısında duran vəzifələrin uğurlu həlli üçün əsl proqram xarakterli tarixi çıxış etdi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. Ulu Öndər 1999-cu il iyunun 15-də Təhsil Sahəsində İslahat Proqramını xüsusi sərəncamla təsdiq etdi və islahatların əsas məqsədini müəyyən etdi: “Təhsil sistemində islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılsın….On illərlə əldə etdiyimiz təhsil prinsipləri gözlənilməli və inkişaf etdirilməlidir. Əgər biz bu yolla gedəriksə, qısa bir zamanda Azərbaycanda təhsil sistemini dünya standartlarına çatdıra bilərik”. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” – deyən Ümummilli lider Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən bir sıra sənədlər imzaladı. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərman və sərəncamlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynadı.

Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı. Təhsilimizin əsas məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Ümummilli Lider bütün bu proseslərin kökündə ilk növbədə müəllimlərin rolunu xüsusi qeyd edir. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, …cəmiyyətimizin şüurlu üzvü olacaqdır… Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bu xüsusda 18 iyun 2002-ci il tarixində Naxçıvanda görkəmli realist rəssam Bəhruz Kəngərlinin muzeyinin açılış mərasimində geniş nitq söyləyən Prezident Heydər Əliyev yekunda öz müəllimini xatırlayaraq belə deyir: “Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yadımdan heç vaxt çıxmayacaqdır. Ona görə də müəllimlərimin hamısı yadımdadır. Mən birinci gün sevdiyim müəllim Lətif Hüseynzadə ilə görüşdüm. Elə bil ki, dünən idi. O, Azərbaycan dili dərsi keçirdi, Azərbaycan ədəbiyyatı dərsi keçirdi. Məndən bəzən soruşurlar, axı siz təhsilinizin əsas hissəsini rus dilində almısınız, işlərinizin hamısı, demək olar ki, o dövrün tələblərinə görə rus dilində gedibdir. Bəs nə cür olubdur ki, Azərbaycan dilini bəzi azərbaycanlılar kimi unutmamısınız? - Onlar heç əvvəl də bilməyiblər ki, unutsunlar.

Belələri, xüsusilə, Bakıda çoxdur. Amma o illər Lətif müəllimin, təkcə Lətif müəllimin deyil, başqa müəllimlərimizin də bizə verdiyi dərslər, şəxsən mənə verdiyi dərslər və tövsiyələr bu günə qədər yadımdadır və bütün həyatımda həmişə mənə kömək edibdir”. Azərbaycan Müəllimlərinin qurultayındakı nitqində isə Ulu Öndər müəllim adının şərəfli olması barədə belə demişdir: “Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz: Mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim. … Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur…” Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Heydər Əliyev böyük müəllim idi. O, Azərbaycan xalqına İlham Əliyev kimi siyasətçi yetişdirmişdir. Eyni zamanda cənab Prezident İlham Əliyev Ulu Öndərin təhsil sahəsindəki islahatlarını da uğurla davam etdirmişdir.

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamı imzalanmış və zəngin mədəni irsimizin ən gözəl nümunələri latın qarfikası ilə Azərbaycan oxucusuna təqdim edilmişdir.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin həyata keçirilməsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür. Uğurlu təhsil islahatlarının həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xidmətləri xüsusilə qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, ilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı təhsil layihələri bu sahəyə böyük tövhə vermişdir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı fəaliyyətlər çərçivəsində təhsil sahəsi də xüsusi yer tutmuşdur. Sərəncamin icrası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına əsasən ümumtəhsil müəssisələrində “Heydər Əliyev İli” ili çərçivəsində forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivallar keçirilmişdir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Ümumilli lider Heydər Əliyevin ideya və prinsiplərinin, azərbaycançılıq məfkurəsinin gənc nəslə aşılanması məqəsdi daşımışdır. Ulu Öndərimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin TÜRKSOY-un Bakıdakı toplantısı çərçivəsində keçirilən Türk dünyası yazıçılarının III qurultayında söylədiyi sözlər hər bir məqam üçün öz keçərliliyini qoruyur: “Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb, inkişaf edib. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”. Türkdilli xalqların inteqrasiyası yolunda ümummilli liderin müəllifi olduğu təşəbbüslər bu gün geniş coğrafiyada əməkdaşlığa meydan açıb. Eyni təşəbbüslərdən irəli gələrək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində və eyni zamanda türk dövlətlərindən 14-16 yaşlı şagirdlərin iştirakı ilə Ortaq Türk Dünyası məktəblilərarası 2-ci tarix olimpiadası keçirilmişdir. Türk ölkələri arasında ilk dəfə keçirilmiş olimpiadanın təşkilində əsas məqsəd ortaq milli köklərimizlə, dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verilməsindən ibarət olmuşdur.

Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra yeni yaradılan infarstrukturun frormalaşması ilə bağlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında təhsil sahəsi də mühüm yer tutur. Sözügedən Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır. Belə ki, artıq işğaldan azad olunmuş ərazilərimizdə 2023-2024-cü tədris ilində 6 məktəb fəaliyyət göstərəcək. Bütün bunlar insan kapitalının formalaşdırılması müstəvisində yeni üfüqlər açır. Ümummili Lider Heydər Əliyevin Azərbaycanda peşəkar insan ehtiyatlarının formalşadırlmasına yönəlik təhsil siyasəti ölkəmizin aydın gələcəyə aparan yolun hərəkətverci qüvvəsinə çevrilmişdir.

Günay Qurbanova
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri
4-10-2023, 08:33
"Narkotikə Yox de!"


"Narkotikə YOX de!"

3 oktyabr 2023-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin böyük akt zalında 205 nəfərin iştirakı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilmişdir. Tədbiri layihənin rəhbəri Kənan Qubadzadə açaraq bildirib ki, “Layihənin müddəti 3 aydır və əsas məqsədi qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirməkdir.
Film 4 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır. Film mətbuat, televiziyalarda yayımlanacaq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır”.
Tədbirdə iştirak edən Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyev, Azərbaycan Milli Məclisinin deputatları Müşfiq Cəfərov, Vüqar İsgəndərov, İlham Məmmədov, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Kamran Mayılov və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayına narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı ümbarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib. Bu baxımdan, narkomaniyaya qarşı mübarizə qısametrajlı filmlər vasitəsilə gənclər arasında yayılsa daha effektli ola bilər.
Tədbir ərəfəsində “Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektor Orxan Naqdiyev və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edildi.
14-09-2023, 16:14
QHT məktəbliləri sevindirib


QHT məktəbliləri sevindirib

QHT məktəbliləri sevindiribUşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşma xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, müstəqil dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biri, onların ölkəmizdə sağlam və savadlı insan kapitalının formalaşmasına münasibətinin bariz göstəricisidir.
Bu gün ətrafımızda valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar, aztəminatlı şəhid və qazı ailələrinin övladları az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi sosial həssas qrupdan olan ailələrə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edən qeyri-hökumət təşkilatlarının fəaliyyətində xüsusi yer tutur.

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi də bu sahədə öz ənənələrinə sadiq qalaraq, yeni tədris ilinin başlanması ilə bağlı paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailənin övladlarına məktəb çantası və dərs ləvazimatlarının alınmasıba maliyyə yardımı göstərib.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva bildirib ki, maliyyə yardımları QHT könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahiblərinə – “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə minnətdarlığını bildirir və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa ümid bəsləyir.
12-09-2023, 17:06
İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olur

İmirli (Əmirli) kənd orta məktəbinin 70 yaşı tamam olur

Sədri olduğum Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Vedibasar mahalının Hortun, Göyçə mahalının Mollalı kəndindən, Bərdə rayonunun İmirli kəndində deportasiya edilmiş şəxslərlə bağlı araşdırmalar zamanı maraqlı və əlamətdar fakt ortaya çıxdı. Bərdə rayonunun İmirli (Əmirli) kənd orta məktəbinin 1953-cü ildə təşkil olunması ilə bağlı maraqlı fakta rast gəldim. Məktəbin yaradıcısı böyük əmim İsa Vəkilovun 2001-ci ildə qeydə aldığı şəxsi xatirələrində İmirli kəndinə köçmələri, ilk ibtidai orta məktəbin təşkil olunması ilə bağlı dəqiq tarix qeyd edilib. İsa Vəkilov İmirli kəndindəki dörd illik ilk ibtidai məktəbi 1953-cü ildə təşkil etdiyini, məktəbin kəndin Məscidində yerləşdiyini qeyd edib.
Beləliklə mənim də təhsil aldığım İmirli kənd orta məktəbinin bu il yaradılmasının 70 ili tamam olur. İmirli kənd orta məktəbinin yaradıcısı pedaqoq İsa Vəkilovu yaxından tanıyaq.
Vəkilov İsa Əhməd oğlu 1925-ci ildə Şərur-Dərələyəz qəzasının Civə kəndində anadan olub. Atası Əhməd bəy Vəkilov Qazax-İrəvan-Şərur-Dərələyəz qəzasında məskunlaşmış Şərur-Dərələyəz qəzasının naibi olmuş Hüseynalı Sultan Vəkilovun oğlu Həsənalı Sultanın ailəsindəndir. Həsənalı Sultan Vəkilov Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı olub (ifadə araşdırıcı Ənvər Cingizoğluya məxsusdur, Soy jurnalı, № 5(49) 2011-ci il Bakı). Anası Danzikli Həsən bəy Vəkilovun qızı Şəhrəbanu xanımdır. Əhməd bəy Vəkilovun Sidiqə, Leyla, Səltənət adlı qızları, İsa, Musa, Mustafa, Məhəmməd, Əhəd adlı oğlanları olub. İsa Vəkilov ilk ibtidai orta təhsilini Çivə kəndində alıb. Bir neçə il Çivə kəndidə daxil olmaqla Dərələyəzin bir neçə kəndində müəllimlik edib. Sonra Yerevan Pedeqoji Texnikumunu bitirib.
1951-ci ildə Bərdə rayonunun İmirli kəndinə deportasiya ediliblər. 1953-cü ildə İmirli kəndində ilk orta məktəbi (sonra isə kənddə ilk mağazanı da o açıb) təşkil edib. Həmin məktəbdə ilk təhsil alan şəxslərdən biri də İmirli kənd orta məktəbin tam orta məktəbə çevrilməsini təşkil etmiş Əhməd Məmmədovun həyat yoldaşı Fətəliyeva Şölə Həsən qızı (20 fevral 1944-cü ildə Göyçə mahalının Mollalı-Alçalı kəndində doğulub) hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır. Şübhəsiz ki, bu təhsil ocağında oxuyan hər bir şəxsin məktəbin yaradıcısı İsa Vəkilovu, məktəbimizi tam orta məktəbə çevirmiş Əhməd Məmmədovun parlaq xatirəsini yad etmək vəfa borcu hesab olunmalıdır. Hər iki parlaq ziyalımızı rəhmətlə anırıq!

Məktəbimizin fəaliyyətinə toxunarkən Azərbaycan torpaqları uğrunda şəhid olmuş məzunlarımızdan başlamaq yerinə düşərdi. Qarabağ savaşında onlarla İmirli kənd orta məktəbinin məzunu iştirak edib. İmirli kənd orta məktəbinin məzunu olmuş 4 nəfər isə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub:
1) Rəhman Abbasov (kəndin ilk şəhidi, məktəb hazırda şəhidimizin adını daşıyır),
2) Əsgər Məmmədov (Xocalı polisi tərkibində vuruşub),
3) İlqar Calalov (baş leytenant atəşkəs dövründə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub),
4) Murad Musayev (44 günlük Zəfər müharibəsi zamanı şəhid olub).
Qeyd etməliyik ki, İmirli kənd orta məktəbi həm də bir çox alimlər yetişdirib. Gəlin alimlərimizlə tanış olaq:
Akademik Əliquliyev Rasim Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru.
Əliquliyev Ramiz Məhəmməd oğlu texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü.
Professor Süleymanov Qəzənfər Salman oğlu hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment» kafedrasının professorudur.
Dosent, tarix üzrə fəlsəfə doktoru Məmmədov Vurğun Rəhim oğlu ( XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanın yazıçı və maarifçilərinin əsərlərində xalq məişətinin əksi-(Ü.Hacıbəyov və Ə.Haqverdiyev)).
Tarix üzrə fəlsəfə doktoru Calalova Leyla Qədir qızı ( XVIII əsrin son rübündə Azərbaycan-Rusiya ticarət əlaqələri).
Fəlsəfə üzrə fəlsəfə doktoru Eyvazova Şirinxanım Qulam qızı. (ХХ əsr Azərbaycan ədəbi-bədii və fəlsəfi fikrində inam və idrakın dialektikası)
Şübhəsiz 70 yaşlı bir təhsil ocağının yetişdirdiyi faydalı insanlar içərisində Azərbaycanda və ölkəmizdən kənarda tanınan şəxslər az deyil.

Səməd Vəkilov

22-08-2023, 18:37
Qayıdış Könüllülərinin bacarıqları artırılır

Qayıdış Könüllülərinin bacarıqları artırılır
(Qarabağın davamlı inkişafı üçün Qayıdış Könüllülərinin bacarıqları artırılır)

8-12 avqust tarixlərində UNICEF-in Azərbaycan nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə əməkdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması” layihəsi çərçivəsində Qayıdış Könüllülərinə təlimlər keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dəstək olaraq işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsində, bərpa-quruculuq işlərində iştirak edən könüllü gənclərin zəruri bilik və bacarıqlarını artırmaq, həmçinin inkişafı istiqamətində fəaliyyətləri həyata keçirmək, onların yeni icmalara təhlükəsiz və rəvan şəkildə inteqrasiyasına kömək olmaqdır.


Layihənin ilkin mərhələsində bir qrup Qayıdış Könüllüsü peşəkar təlimçilərin iştirakı ilə “Komanda işinin qurulması və inkişafı”, “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) və “Əsas həyat bacarıqları” modulları üzrə 5 günlük təlimlərə cəlb edilib. Proqram çərçivəsində fəaliyyət göstərən “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qruplarından ibarət 20 nəfər gənc təlimlərdə iştirak edib.
Birinci modul üzrə keçirilən təlimlərdə könüllülərin komanda ilə işləmək bacarığının formalaşdırılması məqsədilə iştirakçılara “komanda işi ilə simulyasiya”, “stuativ komanda idarəedilməsi”, “vəzifələrin effektiv idarəsi üçün metodlar” mövzularında faydalı məlumatlar verilib, həmçinin öyrədilən biliklərin möhkəmləndirilməsi üçün qrup işləri və öyrədici oyunlar təşkil olunub.
İkinci modul üzrə keçirilən təlimlərdə könüllülər mina və müharibənin partlamamış qalıqları (MPQ) haqqında ümumi məlumatlar əldə edib, minalanmış ərazilərin əlamətləri, xəbərdaredici işarələr və təhlükəli ərazilərdə təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar. Eləcə də, iştirakçılara işğaldan azad edilmiş ərazilərdə hərəkət edərəkən mina və müharibənin partlayıcı qalıqlarına rast gəldikdə təhlükəsiz hərəkət tərzləri ətraflı izah olunub.
Təlimlərin son sessiyasında könüllülər “Əsas həyat bacarıqları” modulu üzrə stresin idarə edilməsi, müsbət düşünmə, dinləmə bacarıqları, şəxslərarası effektivlik, münasibətlərin idarə edilməsi, qərar qəbuletmə, kreativ düşünmə və icraetmə bacarıqları mövzularında zəruri biliklərə yiyələniblər. Həmçinin təlim zamanı müxtəlif praktiki tapşırıqlar, enercayzerlər və rollu oyunlar təşkil olunub.
Qeyd edək ki, layihə çərçivəsində tərəfdaş qurumlarla birlikdə Qayıdış Könüllülərindən ibarət növbəti qruplar üçün təlimlərin davam etdirilməsi nəzərdə tutulur.




15-06-2023, 21:29
Milli həmrəylikdən milli qurtuluşa

Milli həmrəylikdən milli qurtuluşa

Milli həmrəylikdən milli qurtuluşaMüasir Azərbaycan tarixinin ən ziddiyyətli və gərgin dövrlərindən biri olan 1993-cü ilin iyun hadisələrinə təkcə lokal olaraq Gəncədə baş vermiş hadisə kimi deyil, regional siyasi kontekstdə baxmaq lazımdır.
Müstəqilliyin əldə olunması ilə siyasi idarəetmə yeni yanaşma tələb etməyə başlamış, amma hakimiyyətdə olanlar bunu edə bilmədiyi üçün ölkədə hakimiyyət böhranı yaranmışdı. Bir tərəfdə öz hakimiyyətini qoruyub saxlamaq istəyən "köhnələr" - Ayaz Mütəllibov və komandası, digər tərəfdə isə nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ almağa çalışan "cəbhəçilər" bu böhranın daha da dərinləşməsi üçün öz "töhfələrini" verməkdə idilər.

Zaman keçdikcə qütbləşmə və qarşıdurma kəskinləşirdi. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu qarşıdurmanın nəticəsi oldu. Nəhayət, 1992-ci ilin mayında "cəbhəçi bəylər" hakimiyyəti ələ keçirdilər. Bu naşı komandanın hakimiyyətdə olduğu qısa müddətdə nələr baş verdiyi barədə geniş yazmağa ehtiyac yoxdur. Amma onu qeyd etmək lazımdır ki, "bəylər" vəziyyəti o həddə gətirib çıxardılar ki, 1993-cü ildə Azərbaycan dövlətinin taleyi sual altına düşdü. Gəncədə qiyam baş verdi, qardaş qırğını törədildi. Gəncə hadisələri şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan AXC-Müsavat iqtidarının xəyanəti idi.

Xalq bu vəziyyətdə bütün siyasi qüvvələrdən imtina edərək, ümidini böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevə bağladı. Mövcud vəziyyəti idarə edə bilməyən, geosiyasi məsələlərdən baş çıxarmayan "bəylər" də öz həyatlarının təhlükədə olduğunu anlayaraq, məcburiyyət qarşısında qalıb üzlərini Naxçıvana tutdular. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider vəziyyəti ustalıqla təhlil edərək, böhrandan çıxış yollarını müəyyənləşdirdi.
Zaman keçdikcə Heydər Əliyev fenomeni tarixi gerçəkliklər fonunda daha da qabarıq şəkildə üzə çıxır. İyun hadisələri Azərbaycan tarixinin həm dönüş nöqtəsi, həm də milli qurtuluşa gedən yoldur. Bu hadisələr zamanı əsas missiyanı həyata keçirən Heydər Əliyevin ən gərgin emosional durumda soyuqqanlılıqla ən vacib tarixi qərarlar qəbul etməsi, xalqın bütövlüyünü təmin etməsi hər siyasi liderə xas olmayan səciyyəvi cəhətdir.

Gəlin həmin tarixi şəraitə bir daha nəzər salaq. Heydər Əliyev fenomeni ilə üzləşmək istəməyən rəqibləri onu siyasi səhnədən uzaqlaşdırmağa çalışırdılar. Bu çirkin ənənə SSRİ rəhbəri M.Qorbaçov tərəfindən həyata keçirilməyə başlamışdı və ümid edirdi ki, o, bu təcridetmə siyasəti ilə böyük dövlət adamını siyasi meydandan uzaqlaşdırmağa nail olacaq. M.Qorbaçova yaxın olan erməni lobbisi Heydər Əliyevin sovetlər birliyinin rəhbərliyindən getməsi ilə Azərbaycana qarşı iddialarını həyata keçirmək istəyirdi. Belə də oldu. Heydər Əliyevin Siyasi Bürodan istefasından 20 gün sonra akademik Aqanbekyan Fransada Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ilk fikrini geniş ictimaiyyətə bildirdi.

O hadisələri Heydər Əliyev ürək ağrısı ilə izləyirdi. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ə.Vəzirov isə Azərbaycanda "Əliyevşina" adı ilə Heydər Əliyevə qarşı kampaniya aparırdı. Müti qul kimi SSRİ rəhbərliyinin tapşırıqlarını həyata keçirən Azərbaycan rəhbərliyi milli azadlıq hərəkatına qarşı çıxır, xalqın azadlıq istəyini hərbi yolla boğmağa çalışan SSRİ rəhbərliyini müdafiə edirdi. Nəticədə 20 Yanvar hadisələri kimi faciə yaşandı. Bu faciə Heydər Əliyevi siyasi səhnəyə qayıtmağa məcbur etdi. O, Moskvada Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransında həyatını riskə ataraq 20 Yanvar faciəsinə görə SSRİ rəhbərliyini ittiham etdi.

Bundan sonra Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəldi. Lakin Heydər Əliyevin Azərbaycana gələrək siyasi həyata qoşulması Ayaz Mütəllibovu narahat edirdi. O, bütün cidd-cəhdlə Heydər Əliyevin Azərbaycana gəlməsinin qarşısını almağa çalışırdı. Hətta bu niyyətini gerçəkləşdirmək üçün terror etməkdən belə çəkinmədi. Heydər Əliyevin Azərbaycana gəlməsi üçün çalışan dəyərli ziyalı Əjdər Xanbabayevin terrora məruz qalması Heydər Əliyevin gəlişinin qarşısını almağa hesablanmışdı. Bu da mümkün olmadıqda A.Mütəllibov Heydər Əliyevin Bakıdan uzaqlaşdırılması məsələsini özü üçün taktiki manevr kimi qiymətləndirərək Ulu Öndərin paytaxtda qalmasına mane oldu. Ancaq xırda hisslərlə yaşayan bu adamlar böyük şəxsiyyətlərin böyüklüyünü anlayacaq idraka malik deyildilər. A.Mütəllibov Heydər Əliyevi siyasi səhnədən tamamilə uzaqlaşdrımaq məqsədilə 26 iyun 1991-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti seçkiləri haqqında qanun qəbul etdirdi. Qanun sırf Heydər Əliyevin prezident seçkisinə qatılmasının qarşısını almağa hesablanmışdı. Qanunun 1-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının o vətəndaşı seçilə bilər ki, yaşı 35-dən aşağı və 65-dən yuxarı olmasın, beş il Azərbaycan Respublikasında daimi yaşamış olsun və bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək hüququna malik olsun".

Təəssüf ki, demokratik şüarla siyasi həyata qatılan hərəkat iştirakçıları A.Mütəllibovun bu çirkin oyunundan öz xeyirlərinə yararlanmağa çalışdılar. Beləliklə, Heydər Əliyevə qarşı yönəlmiş təcridetmə siyasəti "uğurlu" taktiki manevr kimi bir-birinə zidd olan bütün siyasi qüvvələrin yeganə istinadgahına çevrildi. Onu da qeyd etməliyik ki, adıçəkilən hər iki şəxs - Ə.Vəzirov və A.Mütəllibov gənc yaşlarında Heydər Əliyev tərəfindən vəzifə pillələrində irəli çəkilmiş şəxslər idi. Onlar Heydər Əliyevin onların həyatında oynadığı həlledici rolu şükranlıq hissi ilə qiymətləndirmək əvəzinə keçici vəzifəpərəstliklərinin qurbanı oldular. Siyasi karyeralarının gələcəyini M.Qorbaçovun, Heydər Əliyevin təbirincə desək, ikiüzlü siyasətində tapdılar. Nəticədə antimilli ünsürə çevrildilər. Azərbaycan xalqı tərəfindən etimadlarını itirdilər.

Lakin siyasi dialektik qanunauyğunluq Heydər Əliyev fenomenini bu cür ucuz manevrlərlə gizlətməyin mümkün olmadığını sübut etdi. Dahi Səməd Vurğunun təbiri ilə desək,

"Günəşi örtsə də qara buludlar,
Yenə Günəş adlı bir qüdrəti var!"

1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi, bir il ərzində səriştəsizliklərini sübut etdikdən sonra ölkədə yaranmış xaos və vətəndaş qarşıdurmasının qarşısının alınması üçün yeganə yolun Heydər Əliyevdən keçdiyini anladı. "Azərbaycan xalqının 95 faizi bizim əleyhimizə getsə belə biz öz siyasətimizi davam etdirəcəyik" söyləyən siyasi uğursuzlar çıxılmaz duruma düşdülər. Bu həmin dövr idi ki, Azərbaycan xalqı və o cümlədən milli vətənpərvər gənclik müstəqilliyimizin qorunmasının yalnız böyük Heydər Əliyevdən keçdiyini gün kimi anlayırdı.

Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında bu hadisələri belə xarakterizə etmişdir: "1991-ci ilin fevral ayında bu salonda, bu tribunadan çıxış edərkən demişdim. Mən Azərbaycana xalqımla bir yerdə olmaq və xalqımın bu ağır günündə ona kömək olmaq üçün respublikaya qayıtmışam. Onda məni qəbul etmədilər. Ondan sonra da dəfələrlə demişəm. Mən heç bir vəzifə tutmaq iddiasında deyiləm. Bu gün də deyirəm. Bu dəqiqə burdan çıxıb gedə bilərəm. Ancaq bəzi adamların heç bir iş görmədən zalda oturub bu ağır vəziyyətdə məsələni mürəkkəbləşdirməsi məni hiddətləndirir. Mən heç kəsə heç bir qarantiya vermirəm, mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün, vətəndaş kimi, Ali Sovetin deputatı kimi, Ali Sovetin Sədrinin müavini kimi, əgər etimad göstərsəniz, baxmayaraq ki, mən bunu istəmirəm, Ali Sovetin Sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur. Burda danışan adamların bəziləri ancaq məqsəd üçün bura gəliblər. Ona görə də mən heç kəsə heç bir qarantiya vermirəm. Ancaq hesab edirəm ki, Azərbaycan xalqı müdrik xalqdır. Millətimizdə böyük potensial var, hamını birləşdirib bu vəziyyətdən çıxmaq olar".

Heydər Əliyevin bu tarixi çıxışı tarixçilər tərəfindən ciddi tədqiq edilməlidir. Məsələlərə təkcə siyasi-hüquqi kontekstdən deyil, həmçinin tarixə baxış bucağından baxmaq lazımdır. Yaxın keçmişimizdə baş verən bu hadisələri, təəssüflə qeyd etməliyəm ki, başqa cür yozaraq Heydər Əliyevin fəaliyyətinə kölgə salmaq və həqiqəti təhrif etmək istəyən konyunkturaya meyilli qüvvələr su bulandırmaqla məşğul idilər. Heydər Əliyev bu çıxışında xalqın müxtəlif təbəqələrindən ona olan müraciətləri qeyd etməklə bərabər, Azərbaycan prezidenti başda olmaqla, bütün rəhbərliyin onunla danışıqlar apararaq, təkidli xahişi ilə Bakıya dəvət etdiklərini onların üzünə deyir. Sonradan "Heydər Əliyev hakimiyyətə can atırdı" ifadələrinin müəlliflərinin heç biri Heydər Əliyevin fikirlərinə qarşı söz deməyə cürət etmədilər.

Heydər Əliyev Azərbaycan siyasi həyatında ən parlaq siyasi nümunələrin müəllifidir, bu, onun nitqində öz əksini bariz şəkildə tapmışdır. Ulu Öndər bütün çıxışlarında sistematik olaraq Azərbaycan xalqını tarixi varisliyə, Azərbaycanın istiqlalına və müstəqilliyinə, ərazi bütövlüyünün bərpa edilməsinə, milli birliyə, həmrəyliyə və demokratik dəyərlərə və qanunun aliliyinə ehtiramla yanaşmağa çağırmışdır.
1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisdə dövlətçiliyimizin gələcəyini təmin edən daha bir tarixi çıxış edir. Bu çıxış onun həmin auditoriyada olan əvvəlki çıxışlarının məntiqi davamı idi.

7 mart 1991-ci il tarixdə Heydər Əliyevin Ali Sovetdə çıxışı zamanı milli birlik və həmrəyliklə bağlı fikirlərinə diqqət edək. O deyir: "Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaqdır. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır. Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Xalq deputatlarını, bütün Azərbaycan xalqını bu yola dəvət edirəm və əmin edirəm ki, mən bu yoldan dönməyəcəyəm".

Heydər Əliyev bütün çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını əsas vəzifəsi hesab etdiyini vurğulayır. Ulu Öndər vəziyyətin gərgin, emosional olmasına baxmayaraq, 15 iyun 1993-cü ildə Milli Məclisdəki çıxışında soyuqqanlı və müdrikcəsinə ən mühüm zəruri məsələlərə toxunmağı vacib hesab edir. Heydər Əliyev tarixi məsuliyyət məsələsinə toxunaraq bildirir: "Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm".

Tarixi varislik kontekstində müstəqilliyə münasibət

Heydər Əliyevin tarixi varislik və dövlət müstəqilliyi ilə bağlı bu fikirləri müdriklik və cəsarət nümunəsidir: "Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək. Keçmiş Sovetlər İttifaqının bərpa olunması, Azərbaycan Respublikasının da ora daxil olması ehtimalı haqqında bəzi şayiələr, fikirlər gəzir. Bunlar xülyadır. Mən bu fikirləri rədd edirəm və bütün Azərbaycan vətəndaşlarını bu fikirləri rədd etməyə dəvət edirəm. Respublikanın qarşısında çox böyük və ağır vəzifələr durur. Müstəqilliyi, suverenliyi təmin etmək üçün Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları geriyə qaytarılmalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır".

Göründüyü kimi, Heydər Əliyev dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin olunmasını Azərbaycanın əsas strateji hədəfi kimi göstərir. Heydər Əliyevin başqa bir fikrinə diqqət yetirək: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir.

Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir sənə bundan öncə başladığı yola davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Heydər Əliyev bu tarixi çıxışında da əvvəlki nitqlərindəki konsepsiyaya sadiq qalaraq Azərbaycanın dövlət müstəqilliyini xalqımız üçün bir nömrəli məsələ hesab edir. Siyasi plüralizm, qanunun aliliyi, demokratik dəyərlərə hörmət, insan haqlarının təmin olunmasının önəmini vurğulayır.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi

İyun hadisələrinin gərginliyi fonunda Heydər Əliyevin ali kürsüdən çıxış edərək Azərbaycanın yaxın və uzaq tarixi üçün çox mühüm istiqamətləri müəyyən etməsinə heyrət etməyə bilmirsən. Xarici siyasət kursunu müəyyən edərkən Heydər Əliyev müstəqillik kursunun qorunmasını çox vacib sayaraq vurğulayır: "Xarici siyasət sahəsində keçən bir il müddətində çox iş görülüb. Ancaq görüləsi işlər daha da çoxdur. Güman edirəm ki, Azərbaycan Respublikası demokratik dövlət kimi bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaratmalıdır. Hansı dövlətin daxili quruluşu, daxili siyasəti hansı istiqamətlə getməsindən asılı olmayaraq, biz normal münasibətlər yaratmalıyıq. Birinci növbədə, bizim yaxın qonşularımızla lazımi mədəni, iqtisadi, dövlət münasibətləri yaradılmalıdır".

Türkiyə ilə münasibətlərə böyük önəm verən Heydər Əliyev bildirir ki, Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr, şübhəsiz ki, respublikanın əhalisi tərəfindən bəyənilir. Ulu Öndər deyir: "Qonşu İran İslam Respublikası ilə bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır, inkişaf etdirilməlidir. Rusiya çox böyük dövlətdir, bizim şimalda olan qonşumuzdur. Şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər bundan sonra daha da yaxşı, daha da geniş, səmərəli olmalıdır. Keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəqil dövlət olan bütün dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Qazaxıstan, Pribaltika dövlətləri, Moldova ilə biz daha geniş qarşılıqlı əlaqələr yaratmalıyıq. Bizim üçün bu çox lazımdır. Çünki bu dövlətlərlə bizim iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz, insani əlaqələrimiz uzun illər, yüzilliklərlə çox yaxın olub".

Göründüyü kimi, Heydər Əliyev türkdilli xalqlarla münasibətlərə xüsusi önəm verir. Bu isə onun gələcəkdə Türk Dövlətləri Birliyinin qurulması ilə bağlı fəaliyyətinin təsadüfi olmadığını sübut edir.
Heydər Əliyev xarici siyasət prioritetlərini müəyyən edərək bildirir: "Şübhə etmirəm ki, məhz belə siyasət Azərbaycan Respublikasının müstəqil dövlət kimi formalaşmasına və inkişaf etməsinə kömək edəcəkdir. Azərbaycan Respublikası artıq ümumi dünya miqyasına çıxıbdır. Azərbaycan Respublikasına Amerika Birləşmiş Ştatları tərəfindən son zamanlar müsbət münasibətlər hamımızı sevindirir və güman edirəm ki, bu münasibətlər daha da genişlənib inkişaf etdirilməlidir. Bütün Avropa ölkələri ilə bizim əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya və başqa Avropa ölkələri ilə. Bütün müsəlman ölkələri ilə, ərəb ölkələri ilə, türkdilli ölkələrlə bizim əlaqələrimiz daha da sürətlə inkişaf etməlidir".

Həmrəyliyə çağırış

Heydər Əliyev həmin gərgin dövrdə Azərbaycan xalqını birləşdirə biləcək yeganə şəxsiyyət idi. Məhz onun çağırışı ilə milli birlik yarana bilərdi. Heydər Əliyevin siyasi opponentləri belə artıq bunu dərk edirdi. Heydər Əliyevin həmin anda emosional və təsirli çıxışı Azərbaycan xalqına məlhəm kimi gəldi. Xalqın gözlədiyi müdrik ağsaqqal xalqı birliyə, bütövlüyə çağıraraq deyirdi: "Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır. Mən müraciət edirəm bütün Azərbaycan xalqına, mən Gəncə əhalisinə, Azərbaycan Respublikasının deputatı Surət Hüseynova müraciət edirəm, onun silahdaşlarına müraciət edirəm və onların hamısını müdrikliyə, insani münasibətlərə dəvət edirəm. Bizim respublikamızın indi buna çox böyük ehtiyacı var və onlar da bilməlidir, bütün xalq da bilməlidir ki, indi biz hamımız bir olmalıyıq.

Azərbaycanın bu faciəli dövründə biz böyük fəlakət qarşısındayıq. Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin-küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq. Güman edirəm ki, Gəncə əhalisi, Gəncənin ətrafındakı rayonlarda yaşayan insanlar mənim bu səsimi eşidəcəklər, buna səs verəcəklər. Surət Hüseynov mənim bu səsimi eşidəcək, özünü müdrik aparacaq və biz bu bəladan tamamilə qurtula biləcəyik. Mən sizin hamınızı da bu sahədə fəaliyyət göstərməyə, birləşməyə dəvət edirəm".

Xırda hisslərə qapılmayan böyük lider

Uzun müddət Heydər Əliyevə qarşı qarayaxma kanpaniyası aparmış şəxslər onun qayıdışından təlaş keçirdilər. Heydər Əliyev isə onlara böyük olmağı öyrədərək demişdir: "Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq lazımdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı gələr. Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. İndi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qisas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qisasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizam- intizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm".

Müstəqilliyimizi gözlənilən təhlükələrdən qoruyan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev varislik ənənələrinə sadiqliyini əməli ilə təsdiqləyir. Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan zəfərimizin müjdəsini Ulu Öndər Heydər Əliyevə, bütün dünya azərbaycanlılarına qürurla çatdırdı: "2020-ci ilin 8 noyabrı tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!" Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı".

Hazırda Ulu Öndərin azad görmək istədiyi Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla, orada Azərbaycan bayrağını qaldırmaqla müstəqilliyimizin sarsılmazlığını, ərazi bütövlüyümüzün bərpasının əbədiliyini dünyaya bəyan edən Prezident İlham Əliyev dövlət başçısı kimi xalqın etimadını doğruldur, varislik missiyasını ləyaqətlə davam etdirir.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
3-05-2023, 16:56
Tələbələr akademik Rasim Əliquliyevlə görüşüblər


Tələbələr akademik Rasim Əliquliyevlə görüşüblər

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində tələbələrin ölkənin tanınmış ziyalıları, elm və ictimai-siyasi xadimləri ilə görüşləri davam edir.
Bu dəfə Bakı Slavyan Universitetinin İngilis dili və ədəbiyyatı ixtisası üzrə birinci kurs tələbəsi Rəvan Məmmədli və Bakı Slavyan Universiteti Təhsil fakültəsinin Məktəbəqədər təhsil ixtisasının birinci kurs tələbəsi Xədicə Əmirova AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevlə görüşüblər.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!