XİN Paşinyana cavab verdi .....                        Ermənistanda güclü partlayış - Ölən və yaralananlar var .....                        Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək .....                        Paralimpiyaçılarımız təltif edildi - SİYAHI .....                        İlham Əliyev Paralimpiya qaliblərini mükafatlandırdı - SƏRƏNCAM .....                        Əhməd Əhmədovun məhkəməsi təxirə salındı .....                        Türkiyə 13 ildən sonra Ərəb Dövlətləri Liqasının toplantısında .....                        7 yaşlı qızını dəmirlə döyən ana xəstəxanaya yerləşdirildi .....                        "Formula-1"ə görə 100-dən çox tibb işçisi təhkim olundu - FOTO .....                       
28-01-2022, 17:01
AMEA-da tualet qalmaqalı: Ramiz Mehdiyev məsələni xüsusi nəzarətə götürdü

“AMEA-nın Coğrafiya İnstitutuna məxsus otaqlarda su və sanitar qovşaq (tualet - red.) yoxdur”.

Bunu AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov ŞAR-ın Bakı şəhər bölməsinin problemlərindən danışarkən deyib.

Onun sözlərinə görə, indiyədək Rəsədxananın həlli çox vacib olan infrastruktur problemi - onun Bakı şəhər bölməsinin (institutunun) bu vaxta qədər normal təşkil olunmamasıdır:

“Rəsədxana yaradıldığı vaxtdan (1959) onun Bakı şəhər bölməsi də təsis edilib və hazırda da mövcuddur. Lakin təəssüf ki, bölmənin stabil binası (iş yeri) heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər təşkilati problemlərlə üzləşib”.

N.İsmayılov bildirib ki, hazırda Bakıda şəhər bölməsi kimi iş yerləri AMEA-nın əsas binasında (H.Cavid prospekti), qüllələrdən birində - Coğrafiya İnstitutuna məxsus olan, 10-11-ci mərtəbələrdə yerləşən, texniki məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda uyğunlaşdırılıb:

“Həmin otaqlarda normal iş şəraiti olmadığından (su və sanitar qovşağın olmaması, qış aylarında çox soyuq, yayda isə çox isti olması, hər otaqda 10-dan çox əməkdaşın yerləşməsi) elmi, elmi-təşkilati, təhsil və digər fəaliyyət üçün şərait yoxdur”.

Professor vurğulayıb ki, ayrı-ayrı vaxtlarda AMEA rəhbərliyinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb:

“Son vaxtlar problemin həll edilməsi üçün AMEA prezidenti, akademik Ramiz Mehdiyevə də müraciət edilib. Ramiz müəllim bu məsələnin nə qədər vacib olduğunu düzgün dəyərləndirərək onun həlli istiqamətində xüsusi göstəriş verib. Çox ümid edirik ki, onun göstərişi ilə bu məsələ nəhayət ki, yaxın vaxtlarda öz həllini tapacaq”.

Bütöv.az
28-01-2022, 11:32
“Azərbaycanla Ermənistanın dəmir yoluna dair qarşılıqlı anlaşması var” - Qriqoryan

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan regional nəqliyyat kommunikasiyalarının açılmasından danışarkən deyib ki, Bakı və İrəvan arasında dəmir yolu ilə bağlı qarşılıqlı anlaşma var.

Modern.az-ın məlumatına görə, “dəmir yolu ilə bağlı müsbət məqamlar var”, - deyən Qriqoryan hazırda ekspertiza işlərinin aparıldığını, nəticələrini daha sonra açıqlayacağını qeyd edib.

Bbaş nazir müavininin sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə konkret iş aparır - bu, Ermənistan ərazisində olan həmin hissələrdə dəmir yolunun tikintisidir.

Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Soçi və Brüsseldə keçirilən görüşlərdə dəmir yolunun tikintisi ilə bağlı razılığın əldə olunduğunu və təsdiqləndiyini təsdiqləyib. Bununla bağlı Ermənistanın baş naziri yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.

Bütöv.az
19-01-2022, 14:24
Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı

"Gəncə hadisələri"nə görə həbs edilən və təcridxanada ölən Müşfiq Qurbanov ittiham olunduğu 10 maddə üzrə bəraət alıb.

Bütöv.az Musavat.com-a istinadən xəbər verir ki, Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunaraq Moskvada həbs olunub.
Bakıya gətirildikdən sonra təcridxanada vəfat edən Müşfiq Qurbanov sabiq icra başçısına sui-qəsddə ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi M.Qurbanovun bu və digər daha 9 cinayət əməli törətmədiyini aşkar edib. Onun Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmadığı, adam öldürməyə cəhd və buna bənzər başqa maddələri törtmədiyi sübut olunub.
O, yalnız hazırda həbsdə olan Yunis Səfərovla əlbir olub, terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilinib. Lakin öldüyünə görə ona bu maddələrlə cəza təyin olunmayıb.
Xatırladaq ki, Qurbanovla birlikdə Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxov da var. O da ittiham olunduğu 11 maddə ilə bəraət alıb.
17-01-2022, 17:32
Millət vəkilinin rəis oğluna TÖHMƏT VERİLİB?

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

Bütöv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib. Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Qeyd edək ki, Tuncay Abbasov bundan öncə Suraxanı RPİ 33-cü Polis Bölməsinin rəisi olub. Ötən ilin aprel ayında 7-ci PB-yə təyinat alıb.
17-01-2022, 10:58
Deputatlar tətildən qayıtdı

Milli Məclisinin deputatları tətildən qayıdıblar.

Modern.az xəbər verir ki, parlament üzvlərinin tətili dekabrın 30-dan yanvarın 17-dək davam edib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-də başa çatıb.
Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar. Parlamentin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.
Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Bütöv.az
12-01-2022, 17:26
“Caliber”: “Basarkeçərdə erməni təxribatı və Azərbaycan ordusunun cəza tədbirləri” - VİDEO

“Caliber” layihəsinin növbəti süjeti yayımlanıb.

Layihənin “Youtube” kanalında yayımlanan videomaterialda ermənilərin Basarkeçər istiqamətində törətdikləri son təxribatdan bəhs olunur.

Bildirilir ki, Ermənistan baş naziri Nikol Paşinyan bu cür təxribata əl atmaqla məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməyə cəhd göstərir.

Həmçinin “Caliber”in təhlilində ermənilərin törətdiyi son təxribatla bağlı maraqlı detallara toxunulub, erməni tərəfinin itkiləri ilə bağlı daha dəqiq məlumatlara yer verilib.

Ətraflı videoda:



Bütöv.az
12-01-2022, 12:43
Kasıbları təhqir edən sürücü ilə bağlı maraqlı fakt: Zakir Qaralovun “pul yığanı”... - VİDEOLAR

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.


Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1985-ci il təvəllüdlü Samid Bağırov müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu deyərək üzrxahlıq edib.

Bakupost.az həmin sürücü ilə bağlı bəzi maraqlı məlumatlar əldə edib.
Bəlli olub ki, 37 yaşlı S. Bağırov heç də sıradan bir nəfər deyil. Uzun müddət “Akkord” Şirkətlər Qrupunun xəzinadarı olub.
O, sabiq baş prokuror Zakir Qaralovun yaxını, daha dəqiq desək, “pulyığanı” kimi tanınıb.
Samid Bağırovun hazırda da həmin adamlarla isti münasibətinin davam etdiyi bildirilir.


Bütöv.az
11-01-2022, 18:28
Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət etdi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.

Bütöv.az “Report”a istinadən xəbər verir ki, onun şikayətində göstərilib ki, KİVDF həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərib.

Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur: “Həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib”.

Şikayətdə qeyd edilib ki, V.Səfərli tərəfindən ödənilmiş icarə haqqı üzrə hər hansı məbləğ mənimsənilməyib: “İcarə sahəsinin yerləşdiyi binada dövlət hesabına maliyyələşən digər qurumlar, QHT fondu və digər fondlar fəaliyyət göstərib. Bina əlverişli məkanda, nəşriyyata və redaksiyalara yaxın mövqedə yerləşir. Fondun fəaliyyət göstərdiyi ünvan üzrə ödənilən icarə haqqının dövlət tərəfindən müəyyən edilən standartdan artıq olmasına dair dövlət orqanlarından heç vaxt irad bildirilməyib”.

Eyni zamanda apellyasiya şikayətində icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın da təyin edilməsi tələb olunur: “Bu hal məhkəmə iclasında şahid qismində dindirilən "Azərmətbuatyayım" ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb. Hadisənin mexanizmindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılıb və eyni qaydada da “icarə haqqı” təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir. Göründüyü kimi, icarə haqqı üzrə hər hansı məbləğdə pulun Vüqar Səfərliyə qaytarılmaması və yaxud bu epizod üzrə onun hər hansı formada bəhrələnməməsi onun qeyd edilən epizod üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə məsuliyyətini istisna edir”.

Müdafiə tərəfi həmçinin apellyasiya şikayətində jurnalistlər üçün inşa edilən binaların tikintisi zamanı yol verilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə də aparılan məhkəmə istintaqından narazı olduğunu qeyd edib: “Həmin epizod üzrə Vüqar Səfərlinin əməlində talama cinayətinin tərkibini yaradan heç bir fakt yoxdur. Həmçinin qeyd edilməlidir ki, tikinti üzrə ziyan Vüqar Səfərli tərəfindən deyil, Ədalət Vəliyev (Əli Həsənovun bacanağı) tərəfindən ödənilib. Belə ki, Ədalət Vəliyev “Portos” MMC-də vəzifəyə münasibətdə formal bir şəxs olmasını bildirsə də, 36 000 000 manat dəyərində olan əmlakı ziyanın əvəzini ödəmək üçün təqdim edib. Həmçinin iş materiallarından görünür ki, “Portos” MMC Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus olub. Tikintinin əvvəldən axıra qədər aparılmasında bütün göstərişlər Əli Həsənov tərəfindən verilib (şahid ifadələrinə əsasən). Vüqar Səfərli Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmayıb”.

Şikayətdə qeyd edilib ki, bu epizod üzrə V.Səfərli günahkar deyil, onun barəsində bəraət hökmünün çıxarılması istənilir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.
11-01-2022, 18:26
Kəlbəcərdə şəhid olan Ayazın FOTOSU

Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində şəhid olan hərbi qulluqçu Ayaz Nəzərovun ailəsində 7 il əvvəl daha bir faciə yaşanıbmış.

“Qafqazinfo”nun məlumatına görə, A. Nəzərovun bacısı, 1997-ci il təvəllüdlü Aytən Nəzərova 2015-ci ildə toyundan bir neçə gün sonra özünü dəmiryolu körpüsündən ataraq intihar edib. Belə ki, şəhidin bacısı əvvəlcə ailə qurmaq məqsədilə qaçırılıb. Toydan sonra yoxa çıxan Nəzərova isə ailədaxili münaqişə səbəbindən özünü körpüdən ataraq həyatına son qoyub.

Qeyd edək ki, şəhidin bir bacısı olub. Şəhidin valideynləri isə illər əvvəl ayrılıb. Onlar Tovuzun Bozalqanlı kəndində yaşayıb.

Faktı Bozalqanlı kəndinin bələdiyyə sədri Zahid Tanrıverdiyev də saytımıza təsdiqləyib.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!