40 gündür Səni axtarırıq .....                        Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir .....                        Gürcüstandan Almaniyaya etiraz .....                        Millimiz Estoniyada məğlub oldu .....                        Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ .....                        Zelenski Şoltsla bir arada .....                        Pre-COP29 konfransına yekun vuruldu .....                        Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO .....                        Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL .....                       
13-10-2022, 07:11
Təlim proqramının ilk mərhələsi başa çatıb

Bullinqə qarşı mübarizə istiqamətində təlim proqramının ilk mərhələsi başa çatıb

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinin ilk mərhələsi başa çatıb.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, layihənin birinci mərhələsində ümumilikdə 25 nəfər gənc kiberbullinq, uşaqlarla sosial iş, insan hüquqları, komanda quruculuğu, fizioqnomika, şəxsiyyətin formalaşması, “təlimçilər üçün təlim”, effektiv ünsiyyət bacarıqları və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edib.

Bildirilib ki, layihənin növbəti mərhələsində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşərək, bu sahədə təlimçi kimi formalaşacaqlar.

Qeyd edək ki, layihənin əsas məqsədi bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, uşaq, məktəbli və yeniyetmələr arasında bullinqə qarşı mübarizə vərdişlərini gücləndirmək, habelə gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşdırılmasında yardımçı olmaqdır.

12-10-2022, 21:12
"Narkotizmlə Mübarizə İctimai Birliyi" film çəkir

"Narkotizmlə Mübarizə İctimai Birliyi" film çəkir

Narkomaniya bəlasından qorunmaq, bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən "Ağ ölüm” adlı qısametrajlı film çəkiləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi Virtual metodlarla "Ağ ölüm" Narkotikə YOX deyək!” layihəsi çərçivəsində ərsəyə gələcək qısametrajlı film geniş arenada təbliğ olunacaq. Layihənin kordinatoru Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi "Ağ ölüm” qısametraflı filmi vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün Bakı şəhərində narkomaniyaya aludəçiliyin vəziyyəti öyrəniləcək. Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq. Facebook sosial şəbəkəsində narkomaniyanın törətdiyi bəlalarla bağlı maarifləndirmə işinin davamı olaraq “Narkomaniya gəncliyimizi əlimizdən ala bilməytəcəksən” devizi altında qrup yaradılacaq. Sosial şəbəkə vasitəsi ilə həyata keçiriləcək maarifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər. Müxtəlif KİV-lərdə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən film diskləşdiriləcək Bakı ilə yanaşı regionda gənclərə pulsuz paylanacaq.
5-09-2022, 19:51
BDU-da yeni ixtisaslar açılacaq


BDU-da yeni ixtisaslar açılacaq

Bakı Dövlət Universitetində (BDU) “Aqrar hüquq”, “Qida məhsullarının kimyəvi ekspertizası”, “Təbii ehtiyatlar hüququ”, “İctimaiyyətlə əlaqələr” və digər yeni ixtisasların açılması üzrə işlər aparılır. Bu barədə BDU-dan məlumat verilib. BDU-da əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması elmə və təhsilə böyük maraq doğurub. Təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır. Son illər BDU-nun təşəbbüsü ilə “Aktuar riyaziyyat”, "Ekologiya hüququ”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Mədəniyyət hüququ”, “Vergi hüququ” kimi ixtisaslar açılıb.BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək nüfuzlu xarici universitetlərə qəbul olub.
2-09-2022, 07:44
Məktəblilərin intellekt liqasına start verilir


Məktəblilərin intellekt liqasına start verilir

Məktəblilər arasında intellekt liqasına start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihənin əsas məqsədi məktəblilər arasında intellektual oyunlara marağı artıraraq şəbəkələşməsini təmin etmək, gənclərin intellektual bilik və bacarıqlarını daha da möhkəmləndirmək, habelə asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.
“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək liqa oyunları 5 turdan ibarət olacaq və iştirakçılar 4-6 nəfərlik komandalar halında yarışacaqlar. Hər turun qalib komandası şəhadətnamə, 5 turun sonunda ümumi xal hesabında qalib gəlmiş komanda isə müxtəlif dəyərli hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, layihə “İrəli” İctimai Birliyi, “Dərs Evi” tədris mərkəzi və “3 sual” intellektual oyun platformasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Layihədə iştirak etmək istəyən məktəblilər komanda şəklində 15 sentyabr, saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3Q47hfp
24-08-2022, 21:22
“Meşələrimizin yandırılması beynəlxalq cinayətdir”


“Meşələrimizin yandırılması beynəlxalq cinayətdir”
- Millət vəkili QHT-əri fəal olmağa çağırdı

"Azərbaycan təbiətinə qarşı belə vəhşi münasibət ermənilərin xislətindən irəli gəlir". Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov son günlər Laçın və Xocalı meşələrinin ermənilər tərəfindən yandırılmasına münasibət bildirərkən deyib. O bildirib ki, Avropa İttifaqının 18 iyul 2022-ci il tarixdə Azərbaycanla tərəfdaşlığa dair hesabatında “Dağlıq Qarabağ” ifadəsindən imtina etməsi Ermənistanda revanşist qüvvələri məyus etdi:
"Ermənistanda fəaliyyət göstərən “Respublika” partiyasının sədr müavini Armen Aşotyan bu sənəddə bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsinin Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli bəyanatda həmin ifadənin olmaması, Nikol Paşinyanın xəyanətkar siyasətinin nəticəsi olduğunu bildirib".
Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistanın əvvəlcə müharibə meydanında, sonra isə diplomatik sahədə uduzması onların artıq siyasi gerçəkliklə barışmalı olduqlarını göstərdi: "Lakin bu gerçəklik fonunda erməni xisləti də özünü göstərməyə bilməzdi. Diplomatik platformada baş vermiş diqqətəlayiq dəyişikliklər Laçını tərk edən erməni əhalinin nümayişkəranə şəkildə tərk etdikləri evləri və meşə zolaqlarını yandırması ilə müşayiət olundu".
S.Qurbanov bildirib ki, bu təsadüfi deyil, işğaldan azad edilmiş bütün ərazilərdə erməni vəhşiliyinin, ekoloji terrorunun şahidi oluruq: "Ermənilər meşə zolaqlarını, bulaqları, nadir ağacları məhv etmiş, faydalı qazıntılarımızı talamışlar. Azərbaycanın flora və faunasına böyük zərbə vurublar. Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik. Laçın və Xocalı meşələri yandırılmaqla ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara vurulan ziyan beynəlxalq ekosid cinayətinin tərkib hissələridir. “Ekosid” termini yunancadan “evi, məkanı məhv etmək” anlamına gəlir və erməni vandalları işğal etdikləri məkanlarımızda guya “öz evlərini” yandırmaqla yanaşı, ətraf mühitə, ana təbiətə ziyan vururlar. Onlar anlamırlar ki, regionun bir hissəsində təbiətə, ətraf mühitə ziyan vurmaq, bütöv bölgənin təbii kompleksinə, flora və faunasına zərər vurmaqdır, qlobal anlamda isə hava keyfiyyətinə və istixana qazlarının artmasına və deməli qlobal istiləşməyə səbəb olmaqdır. Faktiki olaraq, bütöv regionun təbiətinə ziyan vuran bir millətin köklərinin bu regiondan olmaması heç şübhə doğurmamalıdır".
Millət vəkili əlavə edib ki, ermənilər bu cinayətləri ilə ətraf mühitin qorunması üzrə bir çox beynəlxalq konvensiyaları pozurlar: "Bunlar YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası, Avropanın canlı təbiətinin və təbii mühitin qorunması haqqında Avropa Konvensiyası (Bern Konvensiyası), BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyası, Bioloji müxtəliflik haqqında Konvensiya, Biotəhlükəsizliyə dair Kartagena Protokolu və digərləridir. Bütün bu konvensiyaların katibliklərinə təcili surətdə erməni cinayətləri barədə məlumatlar təqdim edilməlidir".
S.Qurbanov deyir ki, düşmənin son 30 ildə törətdiyi ekoloji cinayətlərə aid rəqəmlərə diqqət yetirsək, ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik: "Belə ki, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi və onun 13197,5 hektarı qiymətli ağac növlərindən ibarət olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib. Ermənilərin törətdiyi digər bir vəhşilik isə təbii abidə hesab olunan ağacları məhv etməsidir.
Azərbaycanda bir sıra ağaclar hələ sovet dövründə təbiət abidələri siyahısına daxil edilmişdi. 30 ilə qədər erməni işğalı altında qalmış ərazilərdə 152 ədəd belə ağac mövcud olub. Bu ağacların siyahısına Şərq çinarı, Dağdağan, Palıd, Saqqız ağacı və digər ağaclar daxil olub. Bu ağacların çoxunun 1600 il yaşı olub. Bu ağaclardan 123-ü məhv edilib, yandırılıb, kəsilib".
S.Qurbanov bildirib ki, ermənilərin qanunsuz şəkildə Azərbaycanın əzəli torpaqlarında məskunlaşması Cenevrə Konvensiyalarının ciddi pozuntusu, müharibə cinayət olmaqla, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır: "Hesab edirəm ki, Azərbaycanın ictimai-siyasi fəaliyyətlə məşğul olan bütün şəxsləri bu məsələdə fəal olmalı, bütün platformalarda birgə fəaliyyət göstərməlidir. Xüsusilə vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük vəzifə düşür. Üç sahədə ixtisaslaşmış QHT-lər daha da fəal olmalıdırlar:
1) İnsan hüquları;
2) Qaçqınlar, məcburu köçkünlər;
3) Ekologiya.

Düzdür, bu sahədə beynəlxalq təşkilatlara bir sıra müraciətlərin şahidi olduq. Lakin daha yaxşı olar ki, vətəndaş cəmiyyəti institutları hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara təqdim etsinlər".
22-08-2022, 20:28
Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr edilib


Azərbaycanlı alimin kitabı Türkiyədə nəşr edilib

Azərbaycanlı gənc alim, Ankara Universitetində Beynəlxalq Hüquq üzrə fəlsəfə doktorluğu elmi işini müdafiə edərək "Hüquq elmləri üzrə Fəlsəfə Doktoru" elmi adını alan Təbriz Raufoğlunun monoqrafiyası Türkiyənin tanınmış hüquq nəşriyyatlarından olan Ədalət Nəşriyyatı tərəfindən nəşr edilib. "Hüquqi yönləri ilə Kiberməkanda Yurisdiksiya Problemi" adı ilə çap edilən əsər internetin beynəlxalq hüquqi statusu, Kiberməkanda meydana gələn ictimai münasibətlərin Yuridiksiya aidiyyatı kimi mövzulardan bəhs etməkdədir. Qeyd edək ki, Kitab yazarın müdafiə etdiyi dissertasiya əsasında hazırlanmışdır. Dissertasiya Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq Hüquq kafedrasının müdiri, Prof.Dr. Serap Telli Akipek, kafedranın müəllimi, Prof. Dr. Cavid Abdullahzadə, Ufuk Universitetinin rektoru, beynəlxalq hüquq üzrə tanınmış alim, Prof.Dr. Sertaç Hami Başeren, Ankara Üniversiteti Siyasi Elmlər Fakültəsinin Dövlətlər Hüququ kafedrasının müdiri, Prof.Dr. Funda Keskin Ata ve Ankara Hacı Bayram Veli Universiteti Hüquq Fakültəsinin Beynəlxalq Hüquq kafedrasının müdiri, Dos. Dr. Ali İbrahim Akkutaydan ibarət jüri qarşısında müdafiə edilib.

19-08-2022, 22:10
“Lal-kar, kor” və “şikəst” sözləri qanundan çıxarıldı


“Lal-kar, kor” və “şikəst” sözləri qanundan çıxarıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının məcəllələrinə bir sıra dəyişikliklər edilməsi ilə bağlı qanunu imzalayıb. Butov.az xəbər verir ki, dəyişikliyə əsasən, məcələllərdə mövcud olan bir sıra sözlər digər söz və ifadələrlə əvəz olunub. “Bədən qüsuruna” sözləri “fiziki çatışmazlıq”, “Lal-kar və kor” sözləri “Nitq-eşitmə və görmə qabiliyyəti tam məhdud olan”, “Kor” sözü “Görmə qabiliyyəti tam məhdud”, “qüsurları” sözü “pozuntuları”, “kəmağıllıq” sözü “əqli gerilik”, “şikəstlik” sözü “xəsarət”, “şikəst olan” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.
17-08-2022, 07:16
"Cəmiyyət parçalanmağa doğru gedir"

Təbrizin millət vəkili:

"Cəmiyyət parçalanmağa doğru gedir"

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan cəmiyyətin parçalanmağa və qruplaşmağa doğri getdiyini bildirib. Məsud Pezeşkiyan ölkədə qruplaşmaların çoxaldığını və bunun cəmiyyətin parçalanmasına, təhlükəli durumun yaranmasına səbəb olduğunu deyib:
"İbrahim Rəisi hökumətinin qütbləşmələrə rəvac verməsinin səbəbi nədir? Bəlkə mütəxəssislərin dediyi kimi bu seçkilər dövründə verilən vədlərin unudulması üçün bilərəkdən atılan addımdır"-deyə, Pezeşkiyan hökuməti verdiyi sözləri yerinə yetirməməkdə günahlandırıb.
İbrahim Rəisi prezident seçildikdən sonra ölkədə qütbləşmənin sürətləndiyini deyən millət vəkili, hökumətin məcburi hicab və başqa bu kimi bəhanələrlə vətəndaşların fikrini əsas məsələlərdən yayındırmağa çalışdığını söyləyib. O, ölkədə yoxsulluq, bahalıq, işsizlik və bu kimi başqa problemlərin artdığını, hökumətin isə bütün çatışmazlıqları öncəki hakimiyyətin üzərinə yıxaraq məsuliyyətdən yayınmağa çalışdığını bildirib:
"Bu hakimiyyət bacarıqlı insanların potensialından istifadə etmək yerinə onları müxtəlıif bəhanələrlə, o cümlədən casusluq, xarici dövlətlərə bağlılıq və başqa bu kimi qondarma ittihamlarla meydandan çıxarmağa çalışır"-deyə, Məsud Pezeşkiyan "camaran" xəbər saytına verdiyi müsahibədə qeyd edib.
Timur

31-07-2022, 19:08
Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi


Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi

Azərbaycanın tanınmış pedaqoqu, Bakının 132 saylı məktəbinin sabiq direktoru Aliyə Təhmasib vəfat edib. Bu barədə teleaparıcı Saleh Bağırov məlumat yayıb. A.Təhmasib 75 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Uzun illər 132 nömrəli məktəbə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb. 2007-ci ilin mart ayında Aliyə müəllim təhsilin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb. Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvü olub. 2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanan 132 saylı məktəbin açılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınıb. O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib.
31-07-2022, 11:42
İctimai Şuraların Vahid Onlayn Platformaya  inteqrasiyası ilə bağlı təlim keçirilib


İctimai Şuraların Vahid Onlayn Platformaya inteqrasiyası ilə bağlı təlim keçirilib.

İctimai Şuraların Onlayn Platformaya inteqrasiya edilməsi ilə bağlı “İctimaishura.az saytının idarə olunmasında birgə iştirak” adlı təlimlər keçirilib.

Təlimin açılışında çıxış edən İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Azərbaycanın ictimai şuralar ilə bağlı ilk və yeganə vahid onlayn platforması olan İctimaishura.az ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL” və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT” layihəsi çərçivəsində yaradılıb. Platforma ictimai şuralar ilə bağlı informasiya mühitinin formalaşmasında əsas rola malikdir. Ötən dövr ərzində 500-dən çox xəbər hazırlanaraq sayta yerləşdirilib. Eyni zamanda 38 ictimai şura platformaya inteqrasiya edilib. Həmin ictimai şuraların fəaliyyəti, üzvləri haqqında və digər məlumatlar bazaya daxil edilib.

USAID-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsinin nümayəndəsi Hamlet Babayev “ECSOFT” layihəsi haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Layihə çərçivəsində E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə göstərir. Hamlet Babayev bildirib ki, “ECSOFT” layihəsi çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.

Açıq Hökumət Platformasının koordinatoru, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ictimai iştirakçılıq və ictimai şuralar ilə bağlı müsbət istiqamətdə proseslərin getdiyini bildirib. Ə. Nuriyev həmçinin İctimaishura.az platformasının da prosesə töhfə verdiyini və informasiya əlçatanlığının təmin olunmasında müsbət rolunu qeyd edib.

Daha sonra Platformadan istifadə qaydaları haqqında təqdimatla çıxış edən Cəsarət Hüseynzadə qeyd edib ki, platformanın idarə olunmasında dövlət qurumları və ictimai şuraların iştirakını arzu edirik. Bu iştirakın həyata keçirilməsi üçün platformada texniki imkanlar yaradılıb. Təqdimatda platformanın üzvlər tərəfindən idarə olunması ilə bağlı texniki imkanlar nümayiş olunub.

Təlim müzakirələr ilə davam edib. Ümumilikdə 3 qrupda keçən təlimdə 9 mərkəzi icra hakimiyyəti orqanının nümayəndəsi, 23 ictimai şura üzvü olmaqla ümumilikdə 36 nümayəndə iştirak edib.
Təlimin sonunda iştirakçılara təmsil etdiyi qurumun Platformaya girişi üçün kod, parol və fəal iştiraka görə təşəkkürnamələr təqdim edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!