Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
28-05-2022, 16:35
Müstəqillik Günü “İrəli” gəncləri tərəfindən silsilə tədbirlərlə qeyd olunub


Müstəqillik Günü “İrəli” gəncləri tərəfindən silsilə tədbirlərlə qeyd olunub

“İrəli” İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünü silsilə tədbirlərlə qeyd edib.
Tədbirlər çərçivəsində iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərinə səfər edərək Şəhidlər xiyabanı və Gəncə Şəhər Memorial Kompleksini ziyarət ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına təsiri, cümhuriyyətin qurulmasında tarixin hansı keşməkeşli yollarından keçildiyini gənclərimizə aşılamaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti parlament binası və AXC muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı iştirakçılar muzeyin eksponatları və parlament binasının tarixi haqqında yeni məlumatlar əldə ediblər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş vermiş hadisələri dərindən öyrənmək məqsədi ilə səfər çərçivəsində “Müstəqillik Günü: Müasir Azərbaycanın təşəkkülü” adlı elmi mühazirə keçirilib. Gənc tarixçi Taleh Mirzəyevin moderatorluğu ilə keçirilən mühazirədə AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidi geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunların milli müstəqilliyin möhkəmlənməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında böyük rolu olub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbə nəticəsində Cümhuriyyət dövründə tamamlanması mümkün olmayan işlərin yekunlaşdırıldığı, Azərbaycan gənclərinin qalib xalqın nümayəndələri olaraq onlara miras qoyulan ənənələri qürurla davam etdirəcəkləri mühazirənin gedişində xüsusilə vurğulanıb. Mühazirənin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.


Tədbirlər çərçivəsində Gəncə şəhərində 100-dən çox gəncin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş turnirdə iştirakçılar birincilik uğrunda mübarizə aparıblar. Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd gənclərimizin AXC dövrü ilə bağlı məlumatlılığını, o cümlədən intellektual bilik və bacarıqlarının artırılmasına nail olmaq olub.

24-05-2022, 08:05
Rayonlarda "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi”  layihəsi icara edilib.

Qusar rayonunda “Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarında Şəhid ailələrinə və qazilərə "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi” layihəsi icara edilmişdir.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Maliyyələşdirdiyi “Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarında Şəhid ailələrinə və qazilərə "Biznes Plan" hazırlamaq qaydalarının öyrədilməsi” layihəsi 20 may 2022-ci il tarixində icra planına uyğun olaraq, Qusar rayonunda icra etmişdir.

Layihənin icrası Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin anımı ilə başladı. Layihə rəhbəri, Marketinq Fəaliyyətinin İnkişanfına Dəstək İctimai Birliyi sədri Yahya Sənan çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuq siyasətindən onun rəhbərliyi ilə başladılan Vətən müharibəsindən və əldə olunmuş böyük zəfər haqqında geniş məruzə elədi. Sonra Yəhya Sənan layihənin məzmunu haqqında (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan vətəndaşların ailə üzvlərinin və qazi olan vətəndaşların müstəqil məşğulluqlarının təmin olunması istiqamətində, sahibkarlıq fəaliyyətinə başlamaları üçün biznes planın yazılması qaydaları və maliyyə resurslarına çıxış istiqamətində maarifləndirmənin həyata keçirilməsi) geniş məlumat verdi.

Qusar rayonunun İcra Hakimiyyətinin "Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Turab Allahverdiyev tədbirdən öncə Qusar rayonunun əhalisi, Vətən müharibəsində iştirak etmiş qazilər və şəhidlər haqqında geniş məlumat verdi. Eyni zamanda, Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə məşğulluq problemlərinin həlli ilə əlaqıdar göstəriş və sərəncamların icrası haqqında geniş çıxış elədi.
Layihənin icrası zamanı şəhid ailələri və qazilərin müstəqil sahibkarlıq fəaliyyət ilə məşğul olması üçün dövlətin yaratdığı aşağı faizli maliyyə mənbələri və biznes planın yazılması haqqında geniş biliklər qazandılar.


23-05-2022, 12:00
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiya məsələləri müzakirə edilib


Azərbaycanda təhsil alan əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiya məsələləri müzakirə edilib


Dövlət Miqrasiya Xidmətinin (DMX) Bakı Regional Miqrasiya Baş İdarəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin əcnəbi tələbələrlə iş üzrə məsul şəxslərin nümayəndələri, əcnəbi tələbələr və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov ölkə ərazisində təhsil alan əcnəbi tələbələrin müəyyən bir qisminin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasında xüsusilə maraqlı olduğunu bildirib. Qeyd olunub ki, hazırkı müzakirənin keçirilməsində məqsəd həmin kateqoriyadan olan əcnəbi tələbələrin inteqrasiyasını sürətləndirəcək məsələlər ətrafında fikir mübadiləsinin aparılması və inteqrasiyanı optimallaşdıracaq təklif və tövsiyələrin irəli sürülməsidir.

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, ali təhsil müəssisələrini təmsil edən Tofiq Muradxanov, Aynurə Əsgərova, Nigar Hümbətova, Zülfiyyə Qurbanova və digərləri əcnəbi tələbələrin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarını çətinləşdirən hüquqi çərçivələr, təhsilini davam etdirmək istəyənlər üçün qüvvədə olan qaydalar, təhsil müəssisələrində çalışan əcnəbi mütəxəssislər üçün iş icazələrinin alınmasına dair prosedurlar, əcnəbi tələbələr və müəllimlərlə bağlı rüsum və təhsil haqları və digər aktual məsələlər barədə danışıb və bir sıra təkliflərlə çıxış ediblər.

Müzakirə iştirakçıları tərəfindən qaldırılan suallar Dövlət Miqrasiya Xidmətinin rəsmiləri tərəfindən aidiyyəti üzrə cavablandırılıb.

Növbəti tədris ilində miqrasiya qanunvericiliyi ilə bağlı əcnəbi tələbələri düşündürən məsələlərin çevik və operativ qaydada müzakirə edilməsi üçün təhsil müəssisələrinin rəsmi nümayəndələrindən ibarət əməkdaşlıq platformasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Təhsil məsələləri üzrə İşçi Qrupunun nəzdində yaradılması ideyası tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
21-05-2022, 08:52
Dəyanət Osmanlı yazır: "Günə Ön söz"

Dəyanət Osmanlı yazır: "Günə Ön söz"


Azərbaycan dili və ədəbiyyatı dərslikləri barədə tv müzakirəsində Qəşəm Nəcəfzadə tamamilə haqlı, milli mövqedən çıxış edir. Qəşəm gözəl şair, müəllim, milli təəssübkeş ziyalıdır. Dili yaxşı bildiyi şeilərindən bəllidir. Dili sevməyən adam dili yaxşı bilə bilməz, öncəliklə yaxşı bilib də daim korlamağa çalışar.
Aşağı siniflər üçün Azərbaycan dili dərslikləri ilə bağlı ciddi islahat getməlidir. Qəşəmin toxunduğu məsələ milli-ictimai aktual və yaralı mövzudur. Hələ misal gətirdiyi nümunələr nöqsanların az bir qismidir. Doğrudir, heç kimin tanımadığı o müəlliflərin bərbad mətnləri formalaşma dövrü keçən yeni nəslin dil, ədəbiyyat zövqlərinə, milli məfkurə təməllərinə ciddi zərbədir. Hardan tapıb cəmiyyətə sırıyırlar bunları... və niyə? Maraqlı nüanslardan bir də budur.
Hanı bütün yaradıcılığını uşaq ədəbiyyatına həsr etmiş tanınmış şairlərimizin şeirləri? Kimdir bu cızma-qaralara meydan verənlər?
Dərslik müəllifləri təcrübəli ola bilər. Ancaq şagirdlərin düşüncəsinə neqativ ötürən belə nümunələrin seçilməsi, dərsliyə salınmasına izn verilməsi hər cür təcrübənin üstündən xətt çəkir. Artıq bu, ya səviyyə məsələsi, ya da bilərəkdən atılan zərərli addımdır. Dərsliklərlə bağlı komissiya belə dərsliyin çapına, dövriyyəsinə niyə imkan verir?
Görünür, Azərbaycan insanının həyatında, milli təfəkküründə dil məsələsinin nə qədər önəmli olduğunu hələ də anlamayanlar, yaxud yaxşı anlayıb zərbə vurmağa çalışanlar və onlara dəstək verənlər vardır. Millətin gələcəyini şərtləndirən dəyərlər ciddiyyətlə qorunmalıdır.
O dəyərlərsiz biz heç kimik!..
14-05-2022, 11:45
“Qadınlar Gələcək Uğrunda”  İB Şirvanda və Abşeronda tədbirlər keçirdi

“Qadınlar Gələcək Uğrunda” İB Şirvanda və Abşeronda tədbirlər keçirdi

Şirvanda və Abşeronda “Yeniyetmə qızlar üçün məişət zorakılığının profilaktikası ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə həyata keçirildi. Məlumat üçün bildiririk ki, “Qadınlar Gələcək Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Yeniyetmə qızlar üçün məişət zorakılığının profilaktikası ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə çərçivəsində Abşeron rayonu və Şirvan Şəhərində tədbirlər keçirdi.

Layihənin məqsədi yeniyetmə qızların gender əsaslı zorakılıq, o cümlədən məişət zorakılığı, onun mahiyyəti, səbəbləri, formaları, zorakılığın profilaktikası sahəsində maarifləndirılmək və “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunla” tanış edilməsi yolu ilə məişət zorakılığının profilaktikasanı gücləndirməkdən ibarət idi.

Layihə çərçivəsində Abşeron rayonu və Şirvan şəhərində yeniyetmə qızlar üçün 4 təlim təşkil olundu. Təlimlər zamanı yeniyetmə qızlara məişət zorakılığı mövzusunda təlimçi və ekspert tərəfindən ətraflı məlumat verildi və müzakirələr aparıldı. Həmçinin iştirakçılara layihə çərçivəsində nəşr olunmuş kitabça və maarifləndirici bukletlər paylandı.

13-05-2022, 21:57
“Gənclərin Töhfəsi” İctimai Birliyi Forum keçirib

“Gənclərin Töhfəsi” İctimai Birliyi Forum keçirib

“Gənclərin Töhfəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 may 2022-ci il tarixdə Dubay İnternational Hotel Bakuda “Sağlam Qidalanma və Qida Təhlükəsizliyi forumu” keçirildi.
Forumun keçirilməsində əsas məqsəd sağlam qida istehlakçılarını maarifləndirmək və qida təhlükəsizliyi sahəsində görülən işlər barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Forum çərçivəsində “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın təqdimatında “Qida Qatqı Maddələri” adlı kitab, “saglamqida.az” saytı və “E kod” mobil tətbiqi təqdim olundu.

Forumda milli məclisin deputatları Şahin İsmayılov, Vüqar İskəndərov, Naqif Həmzəyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Natiq Lahıcov, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov, Azərbaycanda yaşayan Ahısxa Türklərinin ağsaqqalı İsmayıl Rəhimov, Autizm Assosiasiyasının sədri Elnur Məmmədli, Milla markasının rəsmi nümayəndəsi İsa Əliyev, Qida Təhlükəsizliyi İnistitutunun əməkdaşı Cəmilə Hacızadə, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti Emil Rəhimov, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxtiraçıları Assosiasiyasının prezidenti Emin Əliyev, Refresh Group MMC, Qiymətləndirmə və Konsaltinq Departamentinin rəhbəri Seymur Qafarov,

Ağsu Aqropark Üretim Müdürü Atila Özdoğan, Azərsun Holdinq Araşdırma və Təkmilləşdirmə Departamenti Baş mütəxəssisi Tural Babayev, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud, Diaspor Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi, Azad Həmfikirlər İctimai Birliyin sədri Samirə Mustafayeva, Həkim-Dietoloq Şumarə Qaracayeva, ailə-uşaq eksperti Dilşad Musa, “Yeni Çağ Media Qrupu”nun rəhbəri Aqil Ələsgər, UNEC-in professoru Elsevər Fərzəliyev, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdiyev, Tərəvəzçilik İnistitutunun rəhbəri Elmar Allahverdiyev, Qida Təhlükəsizliyi İnistitutunun şöbə müdiri Tomris Həsənov və bir çox tələbə-gənclər və media nümayəndələri iştirak etdi. Həmçinin peşəkar mütəxəssislərin iştirakı ilə “Qida Təhlükəsizliyi” və “Sağlam Qidalanma” mövzusunda panel müzakirələr baş tutdu. Forumda 120-dən çox iştirakçıya kitab, sertifikat və loqolu dəftərxana ləvazimatları təqdim olundu.
13-05-2022, 19:44
“Yaşıl istesalat” mövzusunda növbəti təlim keçrildi

“Yaşıl istesalat” mövzusunda növbəti təlim keçrildi
Mayın 7-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində planlaşdırılan 8 (səkkiz) təlimin növbəti sayca altıncısı “Yaşıl istesalat” mövzusunda keçrilmişdir.


Tədbiri giriş sözü ilə açan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev içtirakçıları salamladıqdan sonra sözü layihənin eksperti ekoloq alim Elçin Sultanova verdi. “Yaşıl istesalat”mövzusunda təqdimatla çıxış edən ekspert yaşıl istesalatın tezisləri və prinsipləri haqqında təlim iştirakçılarına geniş məlumat verdi.


Xatırladaq ki, layihənin icra planına uyğun olaraq təlimlərə 25 Qeyri-Hökumət Təşkilatının nüməyəndəsi cəlb edilib. Təlimlərin sonunda ekoloji fəaliyyətlə məşğul olacaq QHT koalisiyasının yaradılması planlaşdırılır. Üçüncü təlim zamanı koalisiyanın yaradılması üçün təşkilat komitəsi yaradılıb və təsis üçün hazırlıq prosesinə start verilib.





9-05-2022, 17:33
Ən gözəl günlər sizin olsun!

Ən gözəl günlər sizin olsun!

Müəllim bir bağbandır. Ən gözəl insanları onlar yetişdirir. Şikayətsiz , yorğunluq bilmədən onları qidalandırır, işıqlandırır. Bu gün bizim müəllim, əziz insan Bakı şəhəri, Nizami rayonu, Məzahir Rüstəmov adına 32 nömrəli orta məktəbin direktor müavini, 6 c sinif rəhbəri Minarə Şahsuvarlının doğum günüdür. Biz müəllim kollektivi direktor Sevda Abdullayeva müəllimlər Qətibə İsmayılova, Almaz Qurbanova, Radə Əliyeva, Selvina Mirzəyeva, Qızqayıt Məmmədova, Gülxumarə Aşurbəyova, Leyla Sarıyeva, Rəfiqə Əskərova, Fərqanə Mahmudova, Elnurə Əliyeva, Nərgiz Bədəlova, Dilarə Hacıyeva, Aygün Bəndəliyeva, Ürfət Zeynalova, Vəfa Alıyeva, İlhamə Nəcəfova, Aybəniz Məhişova, Nahidə Tağıyeva, Kəmalə Bayramova və 6 c sinif uşaqları adından Minarə müəllimin doğum gününü təbrik edir ona ən xoş arzularımızı diləyirik. Müəllim hər zaman bu cür pozitiv və gözəl şəxsiyyət kimi qalasınız. Ən gözəl günlər sizin olsun!
27-04-2022, 19:57
AMEA-nın Mərkəzi Elmi Kitabxanası növbəti beynəlxalq müqavilə imzaladı

AMEA-nın Mərkəzi Elmi Kitabxanası növbəti beynəlxalq müqavilə imzaladı
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq qurumlarla əlaqələrin genişləndirilməsi işini davam etdirir.
"Butov.az" xəbər verir ki, MEK bu dəfə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Federal Elm İnstitutu İctimai, Elmi, Texniki Kitabxanası ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Müqaviləni MEK-in baş direktoru, professor Məmməd Əliyev, qarşı tərəfdən isə sözügedən təşkilatın direktoru İrina Vladimirovna Lizunova imzalayıblar.

Əməkdaşlıq sazişi, kitabxanalar səviyyəsində birgə elmi və mədəni layihələrin, konfransların, təlim seminarlarının və s. həyata keçirilməsində qarşılıqlı informasiya dəstəyi göstərməklə yanaşı, mədəni məkanın inkişafına töhfə verən birgə tədqiqatların aparılmasını da nəzərdə tutur. Həmçinin bu əməkdaşlıq, hər iki kitabxananın fondlarının zənginləşdirilməsi, müvafiq ədəbiyyatların əldə edilməsi, müasir elektron kitabxana və resursların yaradılması istiqamətlərini də əhatə edir.
26-04-2022, 21:47
MEDİA-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüş keçirilib
MEDİA-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüş keçirilib

26 aprel tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində İcraçı direktor Əhməd İsmayılov Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.
Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb. O, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanının müvafiq sahədə islahatların yol xəritəsi olduğunu vurğulayıb. Fərmandan irəli gələrək normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edilib.
İcraçı direktor qonağın diqqətinə çatdırıb ki, bu il fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Bildirib ki, Qanunun məqsədi yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə Azərbaycanda jurnalist peşəsinin nüfuzunun yüksəldilməsinə şəraitin yaradılmasıdır.
Teresa Ribeiro Azərbaycanda media sahəsində aparılan islahatlar və “Media haqqında” Qanun barədə ətraflı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirib, islahatlarla bağlı fikirlərini bölüşüb. Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!