Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                        İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə dəyişiklik edildi .....                        Cəbrayılın Horovlu kəndindən maraqlı FOTOLAR .....                        Putin Ukrayna ilə bağlı razılaşmağa hazırdır - Uitkoff .....                       
Tarix : 3-11-2017, 12:09
"Xarici qüvvələr Azərbaycanla Ermənistan arasında sülh istəmir" - ATƏT PA-nın vitse-prezidenti


Butov.az Modern.az - a istinadən xəbər verir ki, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Tsereteli vətəndaş cəmiyyətinin münaqişələrin sülh yolu ilə həllinə və demokratiyanın inkişafına yönəldilmiş təşəbbüsləri hər zaman dəstəklənir.

O, bunu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" adlı konfransda Azərbaycan və Ermənistan arasında Sülh Platformasının sülhə dair təşəbbüslərini şərh edərkən bildirib.

Xatırladaq ki, 2016-cı ilin dekabrında Cənubi Qafqaz cəmiyyətləri üçün böyük ümid yeri olan "Ermənistan-Azərbaycan Sülh Platforması" yaradılmışdır. Platformanın təşəbbüsləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, 30 il davam edən münaqişəyə son qoyulmasına və davamlı sülhə nail olmağa istiqamətlənib.

Bu mərhələdə, Platformanın fəaliyyətində islahatlar aparmaq və onu genişləndirmək zərurəti yarandı. Bu məqsədlə Tiflisdə qurultayda Platformanın yenilənmiş və genişləndirilmiş heyəti seçilib və onun strukturu və onun fəaliyyətinə əhəmiyyətli dəyişikliklər ediləcək. BU isə BMT, ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatlar səviyyəsində sülh prosesində ciddi rol oynamağa imkan verəcək.

ATƏT PA-nın vitse-prezidenti Corc Tsereteli təəssüflə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətində əhəmiyyətli irəliləyiş yoxdur. Buna misal olaraq aprel döyüşlərini gətirə bilərik.

"Əlbəttə ki, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətində böyük potensial görürəm və onların təşəbbüslərini ATƏT-in Minsk qrupunun işinə əlavə dəstək hesab edirəm. Vətəndaş cəmiyyətinin səmərəli təşəbbüsləri hökumət və beynəlxalq təşkilatlar tərəfindən təşviq edilməlidir.
Sülh təşəbbüsləri hökumətə xalqdan gəlməlidir və hökumət isə cəmiyyətin əsas təbəqələrini dinləməlidir.
"Ermənistan və Azərbaycan Sülh Platforma"sına gəncləri də cəlb etmək lazımdır.
Vətəndaş cəmiyyəti ilə yaxınlaşma ATƏT tərəfindən hər cür dəstəklənəcək.
Münaqişələrin sülh yolu ilə həlli və vasitəçilik ATƏT-in fəaliyyətinin ən mühüm sahələrindən biridir ", - Tsereteli bildirib.

Qeyd edək ki, Gürcüstandakı bazar ertəsi "Ermənistan və Azərbaycan arasında Sülh Platforması" nın Baş Assambleyası Tbilisi, İrəvan və Bakıda ofislərin açılması eləcə də, İrəvan və Bakıda geniş ictimaiyyətlə görüşlər keçirmək barədə qərar verib.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!