İsrailin silah zavodu yandırıldı .....                        Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                       
Tarix : 18-08-2017, 15:27
Rövşən Lənkəranskinin anım günüdür



Lənkəranda, ötən il avqustun 17-dən 18-ə keçən gecə Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı Barbarossa Bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) il mərasimi keçirilir.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından rayon sakinləri Lənkəranskinin məzarını ziyarət etməyə başlayıblar.


Lənkəranskinin məzarına ziyarət etməyə gələnlər arasında digər rayonların da sakinləri var. Canıyevin məzarı üzərinə kriminal avtoritetlərin adından göndərilən iri əklillər qoyulub. Mərhum avtoritetin adının çəkilməsini istəməyən ailə üzvünün bildirdiyinə görə, gül çələngi göndərən avtoritetlərin bəzilərinin özləri, bəzilərinin isə nümayəndələri Rövşən Canıyevin il mərasimində iştirak edirlər. Bunu mərhumun qəbrinin üzərinə qoyulmuş əklillərin üzərindəki adlardan da görmək olur. Gürcü və çeçen əsilli daha bir neçə avtoritetin də axşama qədər mərasimə qatılacağı gözlənilir. Mərasimə ölkənin bütün rayonlarından, eləcə də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən gələnlər var.
İl mərasiminin keçirildiyi yerdə — Kiçik Bazar ərazisində və Lənkəranskinin dəfn edildiyi Kiçik Bazar qəbiristanlığı ətrafında Dövlət Yol Polisinin əməkdaşları nəqliyyatın hərəkətinin tənzimlənməsinə nəzarət edir. Rövşən Lənkəranskinin il mərasiminin axşam saaatlarına kimi davam edəcəyi gözlənilir.



Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!