Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                       
Tarix : 8-09-2021, 11:43
200 illik yubileyi münasibətilə metodiki vəsait hazırlanıb


Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Respublika Gənclər Kitabxanası böyük söz ustadı Aşıq Ələsgərə həsr olunmuş silsilə tədbirləri içərisində son günlərdə izləyicilərə təqdim olunan “Ustad el aşığı” metodik vəsaiti xüsusi yer tutur.

Ölkəmizdə fəaliyyət göstərən kitabxana əməkdaşlarına yardımçı ola biləcək metodik vəsaitdə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, Azərbaycan ədəbiyyatının görkəmli simalarının ustad haqqında söylədikləri fikirlər yer alıb. Vəsaitdə illərdir ki, Azərbaycanda el sənətinə göstərilən qayğının bariz nümunəsi olan rəsmi sənədlər də işıqlandırılıb. Təqdim edilən vəsaitin özəlliyi şairin 200 illik yubileyi çərçivəsində kitabxanalarda keçiriləcək tədbirlər haqqında tövsiyələrin yer almasıdır. Belə ki, burada Aşıq Ələsgər irsinin kitabxanalarda təbliği mövzusuna geniş və hərtərəfli diqqət ayrılmışdır. Bir çox kitabxanaçılar üçün metodiki tövsiyələr ilə zəngin olan bu vəsaitdə sözügedən mövzuda “elektron məlumat bazası”nın, “viktorinalar”ın, “Virtual kitab sərgiləri”nin, “ekskursiyalar”ın, “ədəbi-bədii gecələr”in, “ədəbi diskussiyalar”ın və s. necə və hansı formada təşkili və idarə edilməsi mövzusunda dəyərli məsləhətlər verilib. Vəsaitdə Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə hazırlana biləcək “biblioqrafik icmal”ın əsasında aşıq yaradıcılığına həsr olunmuş bir sıra kitabların annotasiyaları təqdim edilib.

“Ustad el aşığı” metodik vəsaiti kitabxananın rəsmi saytında - https://ryl.az/files/ustad_el_ashigi.pdf linkı altında yerləşdirilib.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!