Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 17-03-2016, 15:55
Bahar ətirli ömür yaşamış şöhrət ordenli alim ana



(Məqalə Zümrüd Quluzadənin anadan olmasının 85 illik yubleyinə həsr olunur)

Mən özümü xoşbəxt bir insan hesab edə bilərəm, çünkü Allah mənə anaların ən mətinini, qohum əqrabaların yaxşılarını, övladların tərbiyəlilərini bəxş etmişdir. Mənim xoşbəxtliyimin daha diqqətəşayan tərəfi mənim üçün həm də ondan ibarətdir ki, gənclik illərimdə mənim üçün mavi röyalarımın qəhrəmanları olan fəlsəfə doktoru Zümrüd xanım Quluzadə (sonradan şöbə müdirim), Solmaz xanım Rzaquluzadə, akademiyanın müxbir üzvü professor (sonradan elmi rəhbərim) Zakir müəllim Məmmədov (Allah rəhmət eliyə), Fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmov (Allah rəhmət eləyə, ancaq yaxşı əməllərinə şahid olduq) kimi fəlsəfə camiyasının ən hörmətli insanları ilə birgə işləmək nəsib oldu. Akademik Fuad Qasımzadə, akademik, Vasim Məmmədəliyev, professorlar Məmmədəli Zeynalov, Həmid İmanov, İzzət Rüstəmov kimi insanlarla da eyni təhsil müəsisələrində mühazirələr oxuyub tələbələrlə ünsiyyətdə olmaq səadəti də mənə qismət olmuşdur. Bu mübarək insanların bir çoxu indi həyatda yoxdur (Allah ölənlərə qəni-qəni rəhmət eyləyə) Amma bütün ömrünü bahar enerjisi ilə yaşamış özünü tanıyandan qələmini yerə qoymamış vətənpərvər xanım Zümrüd xanım Quluzadə bizimlədir. Bizlərsə özümüzü bu və ya digər dərəcədə onun yetirmələri hesab edir çox işlərimizdə özümüzü ona borclu bilirik. Kimimizə rəhbərlik, kimimizə analıq, övladlarımıza nənəlik etmişdir. Heç bir insan ideal deyildir. Zümrüd xanım isə məncə müəyyən məqamlarda ideala çatmağa can atırdı. Mən onun, mənə fəlsəfə institutunda yaxın olan insanların alimlərin haqqında çox yaza bilərəm.
Bahar ətirli ömür yaşamış şöhrət ordenli alim ana

Yaxşılarımız çoxdur! Lakin bu gün Zümrüd xanımın günüdür onun haqqında isə 10 il bundan əvvəl xaricdə təhsil almaq üçün imtahana hazırlaşan qızımın (hansına ki, Zürüd xanım öz nənəlik qayğısını əsirgəməmişdir, bu gün o həm müllimə, həm də qırmızı diplomlu iqtisadşıdır) məqaləsini olduğu kimi vermək istəyirəm. Bəlkə bu məqalədə yazılanları oxuyandan sonra mənə o qədər də ehtiyac qalmayacaq.
Bahar ətirli ömür yaşamış şöhrət ordenli alim ana

Həmişə hər işində bizim üçün, şöbənin ümumi mənafeyi və gənclər üçün çalışan Zümrüd xanıma can sağlıqlı ömür, ailə səadəti, yetirmələrinin səmimi sədaqətini, zəhmətlərinin itməməsini, möhtac olmamasını daim belə enerjili qalmasını arzulayıram. Fürsət düşmüşkən ölkə başçımıza bizim Zümrüd anamızın zəhmətlərini Şöhrət Ordeni ilə dəyərləndirdiyi üçün də minnətdarlığımızı bildiririk. Alim ömrü çox məşəqqətlidir qadın üçün bu adı daşımaq (özüdə təmiz imic və ləyaqətlə) iki qat ağırdır. Şöhrət ordenli filosof alimimizə çətinliklərə sinə gərərək yaşadığı bu ömrü xoşbəxt anlarla, övlad və nəvələrinin sevinci ilə keçirməyi arzulayırıq. Arzulayırıq ona görə yazdım ki, mənim kimi düşünən onun çox yetirmələri var. Onların da adından olmuş olsun. Təbrik edirik Zümrüd xanım!!!

Xumar Turan (Sadıqova) ADU–nin II kups tələbəsi

Azərbaycan respublikası «Bizim gənclik» ictimai birliyinin,

Bakı şəhər cənclər və idman baş idarəsinin, Bakı Dövlət Uni-

versitetinin gənclər təşkilatının fəxri fərmançısı.

Kimin liderlik xüsusiyyətlərini özümdə inkişaf etdirmək istərdim.

Bir il bundan öncə Amerikada təhsil almaq üçün IREX şirkətinin keçirdiyi

UGRAD (Eeurasian Undergraduate Exchange Program) proqramı vasitəsi ilə imtahan verirdim. Proqram layihəsi bir neçə inşa yazmağı tələb edirdi. İnşalardan birinin adı belə olmalı idi: « zəhmət olmasa yaxşı lider kimi gördüyünüz insanı təsvir edin. Sizcə onu yaxşı lider edən nədir? Onun liderlik xüsusiyyətlərindən hansını özünüzdə inkişaf etdirmək istəyərdiniz?»
Bahar ətirli ömür yaşamış şöhrət ordenli alim ana

Mən müraciətə cavab olaraq Amerikaya aşagıdakı məzmunda inşa yazıb göndərdim…

Fikrimcə insan həyatda kütlədən seçilmək üçün daim öz üzərində çalışmalı, hər tərəfli olmalı, bir sözlə, fərqlənməyi bacarmalıdır. Özünü fərqləndirmək üçün hər bir insanda potensial vardır. O çalışmalıdır ki, bu potensialından istifadə etsin, seçdiyi peşə və vəzifəsində fərqliliyə (yaxşı mənada), lap elə liderliyə nail olsun.

Mən ümumiyyətlə kimi isə yamsılamağı sevmirəm. Desəm ki. tanıdığımız xadimlər arasında özümü şəxsən kimə isə oxşatmaq istəyirəm bu yalan olardı. Sözün doğrusu heç vaxt özümü kimə isə bənzətmək barəsində düşünməmişəm. Hətta, həyatda müasirlərim çoxu kimi heç bir məşhur müğənni və aktyora fanatlıq belə etməmişəm. Düşünmüşəm ki, insan seçdiyi sahədə daim yüksəlmək və naliyyətlər əldə etmək üçün özü olmalı və öz üzərində hər zaman çalışmalıdır. Liderliyi ələ almaq üçün isə, fikrimcə insan daim yeni və orjinal təkliflərlə çıxış etməli, bu təkliflərin yerinə yetiricisinə isə ilk növbədə özü çevrilməlidir. Əgər kimə isə oxşamaq lazım gəlsəydi mən həyatda xeyirxah olub öz işini mükəmməl bilən bütün insanlara bənzəmək istərdim…

Ünsiyyətdə olduğum cəmiyyətdə lider kimi gördüyüm belə xeyirxah, öz işinin ustası olan isanlardan biri fəlsəfə elmləri doktoru Zümrüd xanım Quluzadədir. Bu xanımı daha yaxından anamın vasitəsi ilə tanımışam. O, anamın çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsinin, yəni anamın çalışdığı şöbənin rəhbəridir. Doğrudur onu qiyabi olaraq yazdığı və şəxsi kitabxanamızda olan əsərlərinin vasitəsi ilə, hərdən də mavi ekranda çıxış edərkən görüb tanyırdım. Ancaq bu tanışlıq anamın vasitəsi ilə əyani şəkil aldı. Bu tanışlıqdan sonra əmin oldum ki, Zümrüd xanım seçib sevidiyi sahəsində, canlı əfsanədir, korifeydir, liderdir. Bu vətənpərvər və nəcib xanımın baxmayaraq ki 75 yaşı var o, durmadan çalışır və elmə yeni-yeni töhfələr bəxş edir. Bu zəhmətkeş insan bildiyim qədərincə yüzlərlə məqalənin, səkkiz əsərin müəllifidir. Fəlsəfəni öyrənərkən isə «İslam fəlsəfəsinin cərəyanları» bölməsində müəllimimiz bizə dedi ki, Azərbaycanda

hurufizm fəlsəfəsini Zümrüd xanım Quluzadə, panteizm fəlsəfəsini isə Solmaz xanım Rzaquluzadə daha geniş tədqiq etmişlər.

Zümrüd xanım həm də gənclərin elmə gəlməsinə, onların bu ağır elm sahəsində formalaşmasına böyük yardımçıdır. O, nəinki öz dissertant və aspirantlarının, eyni zamanda bütün ona müraciət edən gənclərin tədqiqat işlərinin ərsəyə gəlməsində təmənnasız yardımçıdır. Onun neçə-neçə aspirantları və dissertantları var. Bildiyimə dörə cəmiyyətdə elə bir proses olmur ki, Zümrüd xanım bir vətənpərvər kimi ona reaksiya verməsin. Onun bütün bu fəaliyyətlərini nəzərə alan Amerikanın «Bioqrafiya İnstitutu» ona ilin qadını adını vermişdi. Şöbə bu adın verilməsini İnstitut səviyyəsində qeyd edərkən xoşbəxtlikdən həmin tədbirdə mən də iştirak edirdim. Həmin günü yəqin ki, ömrümün sonuna kimi unutmayacağam. Amma ən maraqlısı bundan sonra yazacaqlarımdır. Zümrüd xanımı tanımayaraq, bunları oxuyanlar fikirləşə bilər ki, bütün bu müvəffəqiyyətlərin sahibi, cəmiyyətdə belə əhəmiyyətli rolu olan şəxs hər halda özündən razı olmamıç olmaz. Amma onu yaxından tanıyanlar bunun tam əksini müşahidə edirlər. Aydınlıq üçün deyim ki. onun şöbəsində 30-dan çox işçi çalışır. O isə bu işçilərin rəhbəri, müdüri yox anasıdır. O nəinki işçilərinin, onların ailə üzvülərinin problemləri ilə də maraqlanır və böyük qayğı ilə həll etməyə çalışır. Ehtiyacı olanların yardımına çatmaq onun həyat qayəsidir. Heç kimi diqqət mərkəzindən qoymayan Zümrüd xanımın nəcib xüsusiyyətlərindən biri də onun özündən yaşca kiçik olan hər bir kəsi özü səviyyəsində tutmasıdır. Bunların çoxsunu anamdan eşitsəm də əksəriyyət xüsusiyyətlərinin şəxsən şahidi olmuşam. Mən hər dəfə Akademiyaya gedərkən o, məni öz balası kimi qarşılayır, dərslərimin vəziyyəti ilə, hər hansı problemim olub olmaması ilə maraqlanır, ona ehtiyacım olub olmadığını öyrənməyə çalışır. Bildiyimə görə heç bir təmənna gözləmədən gənc tədqiqatçıların tədqiqat işlərini oxuyub faydalı məsləhətlərini verir. Zümrüd xanım çox zaman imkansızlara bu işləri çap etmək üçün kağız və çap vəsaiti, hətta bəzən pul da verir. Onun tanındığı aləmdə Zümrüd xanım mifi hökm sürür. Belə ki, onun şöbəsində şəxsən onun nəzarəti ilə hazırlanan elimi tədqiqat işlərinin daha yuxarı instansiyalarda geniş təhlil edilməyə ehtiyacı yoxdur. Çünkü onun kolleqaları bu işlərin hansı
məsuliyyətin hesabına başa gəldiyini bilirlər. Zümrüd Quluzadə layiqsiz işi heç bir vəchlə irəli buraxmaz. Beləliklə onunla elmi kontakda olanların, həqiqi alim adı almağa çalışanların bir şansı da bundadır. Daim yeniliklər axtarışında olan Zümrüd xanım əsil, hərtərəfli liderdir. Odur ki, onun həddindən çox işgüzarlığını, xeyirxah cəhətlərini özümdə inkişaf etdirmək istərdim. ..
Bahar ətirli ömür yaşamış şöhrət ordenli alim ana

Məqaləni zamənəmizin aparıcı əcnəbi dillərindən biri olan ingilis dilinə tərcümə etməmim səbəbi isə ondan ibarətdir ki, toplunu əlinə alan əcnəbi, bir tələbənin görüb, anlayacağı tərzdə Zümrüd xanım şəxsiyyəti ilə tanış olmuş olsun. Mən bu məqaləni yazarkən altmış illik tarixi olan «Fəlsəfə İnstitutu» yubleylər dönəmini yaşayır. Bu yubileylər münasibətilə yaradıcı ömrünün demək olar ki, hamısını akademiya ilə bağlayan Zümrüd xanım Quluzadəni, Solmaz xanım Rzaquluzadəni, Elmira xanım Zamanovanı, ömrünün məhsuldar illərini AMEA –nın bu institutu ilə bu və ya digər dərəcədə bağlayan Yusif Rüstəmovu, Adil Axundovu, İzzət Rüstəmovu və onların yaşıdları olan zəhmətkeş filosoflarımızı, müdrik insanları təbrik edirəm!

Mətanət Şəkixanova
Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı
Fəlsəfə tarixi üzrə fəlsəfə doktoru, dosent.


Whose leadership features I would like to develop in myself

A year ago I took an examination with the help of UGRAD program which the IREX company prepared in order to study in America. At the project of the program there is asked to write some compositions. On of their name was : « Please describe someone that you look up to as a good leader. What is one of his/her leadership traits that you would like to develop in yourself» As an answer to the appeal I write a composition with the following content…

To my opinion if a person wants to be different from the mass of population he must continually work with diligence, be comprehensive, in general he/she must be able to be different. Every person has special potential to make him/herself

different. A person must try to utilize abilities in order to be different and to be a leader too at a chosen profession

On wholly I don't like to resemble somebody in myself. If I say I want to make myself alike somebody from the political sphere or show business sphere it would be a lie. Even I don't worship any nowadays' actor or singer. I think if somebody wants to gain some achievements in this life he/she must be as him/herself and continually work at himself. In order to take the leadership into own hands a person must always find and offer new projects and ideas by him/herself.

If there would be any need to look up to as a good leader, to make myself alike him/her I would like to chose well-wished people, knowing their jobs perfectly.

One of the kind, hard-working persons which I know from the society that I intercourse with is Zumrud Guluzade – the doctor of philosophy. I know this woman closely, by means of my mother. She is the leader of the department

« Philosophy and history of social thought» of the Institute of Philosophy and Political-Law Researches of ANAS, that is she is the leader of the department where my mother works. To tell the truth I knew her before by correspondence from her scientific works and books that we have in our personal library and from TV screen, but this acquaintanceship became visual by means of my mother. After this acquaintanceship I was sure that Zumrud khanim is a living legend, coryphaeus, leader at the profession that she chose and loves.

Though this patriot noble woman is under 75 years, she isn't tired, works hard and make new gifts for science. As I know this industrious woman is an authoress of hundreds of articles and 8 scientific works

While studying philosophy our teacher told us that in Azerbaijan the philosophy of huruphism investigated Zumrud khanim and ponteism Solmaz Rzaguluzade

Zumrud khanim is also a great helper at coming the youths to the science and at their formation. She helps to rear not only her post-graduate students and candidates for a degree but also she helps youth who address to her.

She has got a lot of graduate students and candidates for a degree.

As I know there is no process in society Zumrud khanim reacts as a patriot. Taking into account all her activities, American Biographical Institute gave her a title - The woman of the year. When her department noted this portentous event fortunately I also took part. I apparently never forget that day till the end of my life.

But the most interesting things about her are the followings that I am going to write. Who will read these not being acquainted with Zumrud khanim - a possessor these successes, having an important role in the society - will think that she is self-satisfied in any case. But if you get acquainted with her closely you will see contrary to it. For clarity I'll say that there are more than 30 workers in her department. But she is not a leader, director she is mother for them. She is interested not only in her workers' problems but also in problems of their family members and tries to solve them with great care. Rendering assistance for them who needs is her aim of life. One of her noble characters is keeping smallers at the level of her own. She never puts away anybody out of her attention centre. Though some of them I heard from my mother, most of them I saw by myself. Every time when I go to ANAS she meets me as her daughter, interests with my lessons. if I have problems and if I need her help. As I know she reads investigation works of workers and give then useful advices without any interest. And many times Zumrud khanim gives them paper and printing supplies.

There is a «Zumrud khanim» myth at the sphere where she is known. There is no need to analysis the works that are prepared at her department and personally under her control at supreme spheres. Because her colleagues know that these works come to a head trough a great responsibility. Zumrud khanim will never accept an indecent work by no means. Thus, one of the chances of people who are in contact with her is this. Always looking for innovations- Zumrud khanim is a real and all-rounded leader.

I would like to develop in myself her overstep efficiency and benevolence.

The reason of my writing this article in the leading language of the world –in English is to acquaint the Zumrud khanim's personality with a foreigner that will take this collection into hands, even by means of a student's opinions of this personality. Because this year a 60 yearly «Philosophy institution» lives its jubilees and on the occasion of this I congratulate the persons who connected their whole creative life with ANAS –I congratulate Zümrüd khanım Quluzadeh, Shоlмаz khаnıм Rzaquluzada, Elmira khаnıм Zamanova, I congratulate Yusuf Rustamov, İzzat Rüstəmov, Аdil Akhundov who connected their productive with ANAS.years of life


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!