Bakıda yeni hərəkət zolağı yaradıldı .....                        İran Təl-Əviv, Aşkelon və Hayfaya raket hücumu etdi .....                        Sabirabadda “Muğan” klinikası yanır .....                        Naxçıvanda avtobus aşdı - 4 nəfər xəsarət aldı .....                        Çimərlikdə batan yeniyetmələrin meyitləri tapıldı .....                        İsrailə daha sarsıdıcı cavablar veriləcək - Pezeşkian .....                        Qardaşlığımızın qiyamətə qədər davam etməsini arzulayırıq .....                        Filarmoniya bağında külək ağacı qadının üzərinə aşırdı .....                        Lavrov Fidanla İsrailin İrana hücumunu müzakirə ediblər .....                       
Tarix : 6-12-2016, 18:38
Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyevə “Fəxri professor” medalı təqdim olunub - FOTOLAR

Dekabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Çingiz Fərzəliyev Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” medalı təqdim olunub.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, muzeydə keçirilən təqdimat mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Ç.Fərzəliyevin Azərbaycan rəngkarlığında, mədəniyyətində, incəsənətində, eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin inkişafında göstərdiyi xidmətlərdən söhbət açıb. Bildirib ki, mükafat nəinki professor Çingiz Fərzəliyevə, həmçinin Azərbaycan zəngin mədəniyyətinə, tarixinə verilən qiymətdir.

Nazir müavini Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Kroftsa təşəkkürünü bildirib və Ç. Fərzəliyevi mükafata layiq görülməsi münasibətilə təbrik edib.

Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov və Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev çıxışlarında son illər Çingiz Fərzəliyevin yorulmaz fəaliyyəti nəticəsində Milli İncəsənət Muzeyinin təsviri sənət mərkəzinə, sənət məbədinə çevrildiyini vurğulayıblar.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edərək Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyətə başlamasının 80 illiyi ərəfəsində belə mötəbər bir medalın təqdimatını tarixi hadisə kimi dəyərləndirib. Diplomat Ç.Fərzəliyevin beynəlxalq aləmdə, muzeylərin qarşılıqlı əlaqələri sahəsində apardığı işlər və bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən söz açıb.

Səfir, Çingiz Fərzəliyevə Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” medalını təqdim edib.

Sonda Çingiz Fərzəliyev qonaqlara öz təşəkkürünü bildirib.

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın tələbələrindən ibarət “Detaşe” skripkaçılar ansamblı və Əməkdar Artist Nərgiz Kərimovanın ifaları səsləndirilib.
Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyevə “Fəxri professor” medalı təqdim olunub - FOTOLAR
Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyevə “Fəxri professor” medalı təqdim olunub - FOTOLAR
Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyevə “Fəxri professor” medalı təqdim olunub - FOTOLAR


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!