AZAL təyyarəsinin qəzaya uğramasının birinci ildönümü... .....                        Saakaşvili İlham Əliyevi təbrik etdi: “Azərbaycanı qlobal siyasətin subyektinə çevirən lider” .....                        Keçmiş müttəfiqi Paşinyana qarşı çıxdı .....                        İki ildir axtarılan kişi qətlə yetirilibmiş .....                        Gürcüstanda sabiq DTX rəisi həbs edildi .....                        İlham Əliyev ad günündə ailəsi ilə birlikdə - FOTO .....                        Texniki Kollecin 21 illik direktoru işdən çıxarıldı .....                        Faiq Əliyev barəsində hökm ləğv edildi .....                        “Fənərbağça”nın prezidenti yenidən saxlanıldı .....                       
Tarix : 29-06-2016, 12:30
Millət vəkili dövlət katibinin müavini ilə görüşüb


Milli Məclisin deputatı Qənirə Paşayeva Böyük Britaniya və Şimali İrlandiya krallığının Beynəlxalq İnkişaf üzrə dövlət katibinin müavini Baroness Verna ilə köçkün qadınlardan danışıb.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya krallığının Beynəlxalq İnkişaf üzrə dövlət katibinin müavini Baroness Verna ilə görüşdən məmnunluğunu ifadə edən deputat Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib.

Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdiyini deyən millət vəkili iki dövlət arasında güclü siyasi, iqtisadi əlaqələrinin olduğunu bildirib.

Q. Paşayeva Böyük Britaniya və Şimali İrlandiya krallığının Beynəlxalq İnkişaf üzrə dövlət katibinin müavini Baroness Vernaya Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə geniş məlumatlar verərək Azərbaycan həqiqətlərini özündə əks etdriən materialları xanım Vernaya təqdim edib.

Deputat görüş zamanı deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyəti bütün sahələrində rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb. Azərbaycana xoş münasibət bəslədiyini deyən Böyük Britaniya və Şimali İrlandiya krallığının Beynəlxalq İnkişaf üzrə dövlət katibinin müavini Baroness Verna Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini və onun daha da inkişafında maraqlı olduqlarını deyib.

Görüş zamanı bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!