“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 27-04-2017, 19:01
İncəsənət Gimnaziyasında Natəvan Dəmirçioğlunun yaradıcılıq Gecəsi keçirilib

Bu gün tanınmış yazıçı, publisist, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi və jurnalistika üzrə ekspert Natəvan Dəmirçioğlunun İncəsənət Gimnaziyasında Yaradıcılıq Gecəsi keçirildi.
İncəsənət Gimnaziyasında Natəvan Dəmirçioğlunun yaradıcılıq Gecəsi keçirilib

Tədbirdə Milli Məclisin Mədəniyyət Komissiyasının sədr müavini Jalə Əliyeva, Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva, Xalq Artisti Eldost Bayram, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, Universitet YAP Qadınlar Şurasının sədri, dosent Salatın Əhmədli və digər qonaqlar tədbirdə iştirak etdilər. Şagirdlər Natəvan Dəmirçioğlunun əsərlərindən səhnəciklər göstərdilər. Şagirdlər Natəvan xanıma suallarını ünvanladı. Tədbirə Qazax rayonundan Natəvan xanımın ibtidai sinif müəllimlərindən biri Şərqiyə müəllimə təşrif buyurmuşdu. Tədbirdə həmçinin Natəvan Dəmirçioğlunun tələbələri iştirak edirdi.
İncəsənət Gimnaziyasında Natəvan Dəmirçioğlunun yaradıcılıq Gecəsi keçirilib

Qeyd edək ki, 90-cı illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Natəvan Dəmirçioğlunun imzasını ədəbi mühitdə, elmi camiədə çox yaxşı tanıyırlar. Görüş ədibin məktəblilərə daha yaxından tanıdılması məqsədini daşımaqla bərabər, məktəblilərin bədii ədəbiyyata, söz sənətimizə marağını artırmaq, onları mütaliəyə yaxınlaşdırmaq məqsədi daşıyır.
İncəsənət Gimnaziyasında Natəvan Dəmirçioğlunun yaradıcılıq Gecəsi keçirilib

Natəvan Dəmirçioğlu Azərbaycan ədəbiyyatına çox sayda şair və yazıçılar, ədəbiyyat xadimləri bəxş etmiş Qazax rayonunda anadan olub. Doğma kəndi Daş Salahlıda təhsil alıb. Hələ məktəb illərində ilk bədii yazılarını yazıb, bu yazılar Qazax rayonunun ”Qalibiyyət bayrağı” qəzetində dərc olunub. 1984-89-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olub. Hələ tələbə ikən Azərbaycan Televiziya və Radio Verlişləri Komitəsi ilə əməkdaşlıq edib, bədii yazıları həmin illərdə dövrü mətbuatda dərc edilib. Sonralar da bədii yaradıcılıqla elmi yaradıcılığı bərabər davam etdirib. Dünyanın müxtəlif nüfuzlu elmi nəşrlərində yazıları dərc edilib, on ildən artıqdır ki, pedaqoji fəaliyyətlə də məşğuldur.
İncəsənət Gimnaziyasında Natəvan Dəmirçioğlunun yaradıcılıq Gecəsi keçirilib

Natəvan Dəmirçioğlunun bədii əsərləri dünyanın bir sıra illəriə tərcümə olunub, Rusiyada, Ukraynada, Türkiyədə, Amerikada nəşr olunub. Onun əsərləri haqqında Azərbaycan, Moskva və Qazaxıstan mətbuatında müxtəlif resenziyalar çap olunub. 2006-cı ildə ”Qılınc və Qələm” ədəbi mükafatıa layiq görülüb, 2010-cu ildə” İlin qadın yazıçısı” elan edilib.
İncəsənət Gimnaziyasında Natəvan Dəmirçioğlunun yaradıcılıq Gecəsi keçirilib

O, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə və 2010-cu illərdə prezident cənab İlham Əliyevin fərmanı ilə prezident təqaüdünə layiq görülüb. Natəvan Dəmirçioğlu “Açar” romanının, "Üç nöqtə", "Səbət", "Yetim" povestlərinin, “Dözüm”,"Avey əfsanəsi", "Kəlağayı" və sair hekayələrin, yüzlərlə bədii-publisistik, elmi məqalələrin müəllifidir.
İncəsənət Gimnaziyasında Natəvan Dəmirçioğlunun yaradıcılıq Gecəsi keçirilib

2014-cü ildə Azərbaycanlı yazıçı Natəvan Dəmirçioğlunun “Yetim” əsəri Türkiyədə “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seryasından “İlin ən yaxşı 50 romanı" siyahısında nəşr edilib.
Tədbir haqqında daha ətraflı "Bütöv Azərbaycan" qəzetində növbəti sayında daha ətraflı oxuya billərsiniz.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!