Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 7-04-2016, 19:14
DÜNYA ƏDƏBİYYATINI FƏTH EDƏN ÇİNGİZ ABDULLAYEV


Dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin zəngin yaradıcılıq yolu gənclərimizə bir örnəkdir.

Bədii ədəbiyyatın bir növü detektiv janr adlanır. Bu janrda yazılan hekayələrin, povestlərin, romanların əsas süjet xəttini cəmiyyətdə baş verən bir çox cinayətlər, qanunsuzluqlar və onların üzərində cərəyan edən hadisələr təşkil edir. Qeyd edim ki, Azərbaycanda, eləcə də dünyada bir çox yazıçılar var ki, onlar detektiv janrda əsərlər yazır. Onlardan biri də xalq yazıçısı Çingiz Abdullayevdir. Əsasən, siyasi detektiv əsərlərin müəllifi kimi tanınan Çingiz Abdullayevin bu günə qədər 27 milyon nüsxədə 600 kitabı nəşr olunub. Dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin zəngin yaradıcılıq yolu gənclərimizə bir örnəkdir. Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprelin 7-də Bakıda ziyalı ailəsində dünyaya gəlib.
1976-cı ildə Bakıdakı 189 nömrəli tam orta məktəbi bitirib. O, 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsində təhsil alır. Universiteti bitirdikdən sonra Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, şöbə rəisi işləyir. Sonradan Bakı Şəhər Əzizbəyov Rayon İcraiyyə Komitəsində şöbə müdiri, Qaradağ Rayon Partiya Komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışır. Hələ gənclik illərindən yəni, 1983-cü ildən Çingiz Abdullayev ədəbi mühitdə imzası ilə tanınır. Onun oçerkləri, məqalələri və detektiv janrda yazdığı hekayələr dövri mətbuatda işıq üzü görür.
1989-cu ilin fevralında Çingiz Abdullayev Azərbaycan Yazıçılar İtifaqının katibi təyin edilir. 1989-cu ildə Polşanın Krakov Universitetinin fəxri professoru seçilir. O, 1991-ci ildə isə beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyasını müdafiə edir. 2005-ci ildə Çingiz Abdullayev Azərbaycanın xalq yazıçısı fəxri adına layiq görülür. 2009-cu il aprel ayının 7-də dünya şöhrətli yazıçı Çingiz Abdullayev “Şöhrət” ordeni ilə təltif edilir. O, 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiri, 30 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir. Çingiz Abdullayevin mənalı ömrünü ədəbi mühit, bir-birindən gözəl yazdığı əsərlər əhatə edir. O, əsərlərini rus dilində yazmaqla yanaşı, ingilis, italyan dillərində sərbəst danışır. 194 adda kitabı işıq üzü görən Çingiz Abdullayevi həm də xoşbəxt yazıçı adlandırmaq olar. Çünki onun kitabları rus və Avropa xalqlarının dillərinə tərcümə olunub. Onun “Mavi mələklər”, “Əclafların qanunu”, “Qanın üç rəngi”, “Bakı bulvarı”, “Eramızın əzəlində sui-qəsd”, “Məhşər ayağında”, “Milyardın dəyəri”, “Şübhəsiz metamarfoz” və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Bu kitablarda təsvir olunan insanlar bir-birindən fərqlənir. Çünki, yazıçı Çingiz Abdullayev əsərlərində mənfi xarakterli insanların daxilindəki müsbət cəhətləri də təsvir edərək, oxucuların diqqətinə çatdırır. İndi azərbaycanlılarla yanaşı, dünya oxucuları Çingiz Abdullayevin müəllifi olduğu kitabları mütaliə edir. Sevinirik ki, azərbaycanlı adını fəxrlə daşıyan yazıçı Çingiz Abdullayev bu gün dünya ədəbiyyatını fəth edir, əsərləri ekran həyatını yaşayır və dünyada böyük sayda satılır. Tam səmimiyyətlə bildirim ki, bu kitabların hər birinin arxasında isə məşhur detektiv yazıçı və publisist Çingiz Abdullayevin böyük qəlbi, yüksək savadı və parlaq zəkası dayanır. Mən dünya şöhrətli yazıçının bir neçə kitabının təqdimatında iştirak edərkən, onun necə böyük vətənpərvər və yurduna bağlı yazıçı olmasını gənclərin suallarını cavablandırarkən şahidi olmuşam. O, Qarabağ azad olunana qədər Azərbaycanda nəşr olunan kitabları üçün qonorar almayacağını da söyləyib. Hazırda dünya şöhrətli Çingiz Abdullayevlə birgə bütün xalqımızın ən böyük arzusu odur ki, tezliklə erməni əsirliyində olan torpaqlarımız işğaldan azad olunsun və həmin ərazilərdə Azərbaycanın üç rəngli bayrağı ucalsın. Bu gün Azərbaycanın xalq yazıçısı, dünya şöhrətli yazıçı Çingiz Abdullayevin doğum günüdür. Çingiz Abdullayevi oxucular adından təbrik edərək, ona həyatda can sağlığı, uzun ömür və daha böyük yaradıcılıq uğurları arzulayırıq! Arzu edirik ki, dünya şöhrətli yazıçı, xalqımızın fəxri Çingiz Abdullayev gələn il ad gününü Şuşada, Xankəndində, Xocalıda, Zəngilanda, Laçında, Qubadlıda, Ağdamda, Cəbrayılda, Kəlbəcərdə, Xocavənddə oxucuları ilə bərabər qeyd etsin!
Ad gününüz mübarək!

Təranə Cəbiyeva


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!