Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 19-07-2018, 13:38
“Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, Paşinyan onu ləğv etdi” - Aleksandr Dugin


Müəllif: Mariam Qriqoryan
Həmsöhbətimiz rusiyalı politoloq, sosioloq və filosov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugindir.

- Cənab Dugin, iyulun 1-də siz Bakıda “Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı yeganə mütəfiqidir” adlı forum keçirmisiniz. Yəqin ki, bu forum ətrafında gedən müzakirələrlə tanışsınız. Yeganə müttəfiq nə deməkdir? Məgər Ermənistan Rusiyanın müttəfiqi deyil?

- Bu forum faktiki olaraq, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqda Rusiyanın Bakıya yaxınlığını göstərib. Ermənistanda yeni baş nazir Paşinyanın hakimiyyətə gəlişindən sonra (fikrimcə o, “rəngli inqilab” nəticəsində hakimiyyətə gəlib) keçmiş rəhbərliklə əldə edilmiş və Qarabağda sabitliyin təminatına açar olacaq razılaşmalar ləğv edilib. Söhbət Qarabağ ətrafındakı beş-yeddi rayonun Azərbaycana qaytarılmasından gedir. Serj Sarqsyan bu danışıqları uzun müddət aparıb və bunun həyata keçirilməsi Rusiyanın Azərbaycanla münasibətlərinin möhkəmləndirilməsinə imkan verəcəkdi. Özü də bu, Ermənistanın ziyanına deyil, bütün xalqların xeyrinə idi. Lakin bu proses dayandırıldı və ləğv edildi.
Ermənistanla müttəfiqi olan Rusiya əslində müxtəlif strateji məsələlər vasitəsilə Azərbaycana daha çox yaxınlaşmaqdadır. Paşinyanın siyasəti həmin razılaşmaları zərbə altına qoydu ki, bu da öz növbəsində vəziyyətin gərginləşməsinə aparıb çıxara bilər. Həmin konfransı buna görə keçirdik. Fikrimcə, bu Ermənistanda və hətta Rusiyanın özündə belə, qeyri-adekvat reaksiya doğurub. Hansı ki, söhbət ermənilərə qarşı olmaqdan getmirdi. Bu konfransda Ermənistana və ermənilərə heç bir tənqid ünvanlanmayıb, söhbət yalnız əməkdaşlıqdan və Ermənistan hökumətinin də qatıldığı razılaşmaların icrasından gedirdi. Həmin rayonların hərbi vasitələrlə deyil, sülh yolu ilə Azərbaycana verilməsi perspektivini yeni hakimiyyət şübhə altına qoyub…
- Bağışlayın, axı Serj Sarqsyanın hakimiyyətinin sonuna yaxın 5 rayonu verməyə hazırlaşması, yeni hakimiyyətinsə bu vəddən yayınması barədə rəsmi heç nə məlum deyil. Sizdə bu məlumat haradandır?
- Əlbətə, bu məndə olan məlumatdır, lakin məsələ onda deyil. Rusiyanın Azərbaycanla yaxınlaşması bizim ölkənin suveren qərarıdır. Lakin bu yaxınlaşmanın dinc yolla olması üçün gərək Ermənistan da bu işdə iştirak etsin, çünki bu, Ermənistana qarşı yönəlməyib. Demək istəyirəm ki, bu konfransda ermənilərə qarşı heç nə yoxdur. Əgər cənab Paşinyan Serj Sarqsyanın yolunu davam etdirəcəksə, Bakı ilə Moskvanın yaxınlaşması yalnız tezləşə bilər və inanın ki, bu, Ermənistana qarşı deyil. Rusiya sülh tərəfdarıdır və məsələni bütün tərəflərin maraqlarını nəzərə almaqla yoluna qoymaq istəyir. Beş rayonun qaytarılması bütün tərəflərin marağına uyğundur, Ermənistanın da burada öz çıxarı var. Siz təkcə bu rayonları verməklə kifayətlənmirsiniz, Azərbaycan prezidenti də bunun qarşılığında iqtisadi əməkdaşlıq üçün güzəştlər təqdim etməyə, həmçinin Ermənistan-Türkiyə sərhədlərinin açılmasında kömək etməyə hazırdır. Bununla Ermənistan blokadadan çıxacaq, düşmənçiliyə son qoyulacaq. Mən erməni tərəfinin bütün bunları şərh etmə formasına mat qalmışam. Heç bir antierməni demarşından söhbət gedə bilməz, İnternetdə və mətbuatda gördüyüm bütün bu çirkab məni sadəcə təəccübləndirir.
- Rusiya münaqişənin ATƏT-in Minsk qrupu formatında həllinə tərəfdar olduğunu deyir, siz isə indi 5 rayonun qaytarılmasından danışırsınız ki, bu da mahiyyət etibarilə fərqli plandır. Bu sizin şəxsi fikrinizdir, yoxsa siz rəsmi dairələrin mesalarını çatdırırsınız? Məsələn, Moskvada çoxları deyir ki, bu, rəsmi mövqe deyil.
- Rusiyada bir rəsmi mövqe var, o da Rusiya prezidentinin mövqeyidir, qalanları şərhlərdir. Mənim fikrimi dəstəkləyən insanlarla yanaşı, fərqli düşünənlər də var. Ümmumiyyətlə, Rusiyada müxtəlif qruplar, müxtəlif analitiklər var. Mən təkcə öz fikrimi deyil, həm də Yaxın Şərq, Türkiyə, İran və Cənubi Qafqazdakı problemlərlə məşğul olan çox vacib, nüfuzlu və peşəkar strateji qrupların fikrini ifadə edirəm. Bəzi insanların yanaşması şəxsi təəssübkeşlik və ya mənfi münasibətdən irəli gəlirsə, mən heç vaxt hisslərimi rəhbər tutmuram. Mən müharibənin əleyhinəyəm və yalnız sülh istəyirəm. Bakıda mənilə bir neçə az-çox tanınmış hərbi ekspert, Dövlət Dumasının deputatı, o cümlədən hakim partiyadan olanlar və jurnalistlər də var idi. Lakin məsələ bunda deyil. Söhbət Rusiya ilə Ermənistan arasında münasibətlərin dəyişməsindən yox, Azərbaycanın Cənubi Qafqazda Rusiya üçün rolunun əhəmiyyətli dərəcədə artmasından gedir və bunu görməmək olmaz. Həmçinin Rusiya ilə Türkiyə arasında da münasibətlər dəyişib və mən bunda da iştirak etmişəm. Ermənistan bu dəyişikliklərə konstruktiv yanaşmalı və onları nəzərə almalıdır. Əgər Ermənistanın əvvəlki rəhbərliyilə strateji məsələlərdə bəzi konstruktiv razılaşmalar əldə etmək mümkün olmuşdusa, yeni rəhbərlik də bu razılaşmalara əməl etməlidir. Bu halda heç bir problem olmayacaq. Zamanla bu prosesə Gürcüstan da cəlb olunacaq, çünki Rusiya onunla da münasibətləri yaxşılaşdırmağa, yeni əlaqələr qurmağa çalışır. Düşünürəm ki, sözügedən konfransa çox şişirdilmiş reaksiya verildi, orada xeyli intellektuallar var idi. Yeri gəlmişkən, orada Ermənistandan da hüquq-müdafiəçisi Suzan Cangiryan iştirak edirdi.
- Xəbəriniz yoxdursa, bildirək ki, bu qadın artıq Ermənistanı təmsil etmir, o, Bakıya qaçıb və Ermənistanda xain sayılır.
- Onu bilmirəm, vəziyyətlə yaxşı tanış deyiləm, sadəcə onun orada olduğunu qeyd etdim. O sülhün labüdlüyündən, erməni analarının iztirablarından və sairdən danışırdı… Mən indi tələsirəm, mümkünsə, son sualınız.
- Bir tərəfdən sülh tərəfdarı olduğunuzu deyirsiniz, digər tərəfdən Azərbaycanın 2016-cı idə hərbi yolla işğal etdiyi Lələ təpəyə qalxırsınız. Səfərinizin məqsədini necə başa düşək?
- İlk növbədə, yəqin siz də bilirsiniz ki, Rusiya təkcə bu 5 rayonu deyil, bütövlükdə Qarabağı Azərbaycan ərazisi sayır, çünki beynəlxalq hüquqda bu belədir. Odur ki, mənim ölkəmin Azərbaycan ərazisi saydığı bir yerə getməyim yetərincə adi haldır. İkincisi, Lələ təpə yüksəkliyinə səfərimiz hərbi xarakter daşımırdı, çünki mənim əlimdə silah yox idi və mən hərbi əməliyyatlarda iştirak etməmişəm. Mən sadəcə proseslərin necə inkişaf etdiyini, onların nə qədər dağıdıcı və təhlükəli olduğunu, sonrakı hadisələrin necə ola biləcəyini anlamaq istəyirdim. Demək istəyirəm ki, biz bu ərazini Azərbaycanın ərazisi sayırıq və Rusiya vətəndaşlarının bu rayonda hərəkət etməsi çox normal haldır. Onu ki, Ermənistan tutmayıb… Mən bu yüksəkliyin kimin əlindən kimə keçdiyini tam anlamasam da, hüquqi baxımdan heç bir pozuntuya yol verməmişəm. Nə mən, nə də digər konfrans iştirakçıları antiermənistan bəyanatları verib. Bu, elmi konfrans idi. Mən Kürdüstan, İraq, Suriya, Türkiyə ilə sərhədlərdə olur, qaynar nöqtələrə səfər edir, orada baş verənləri araşdırıram. Bu, mənim həyatımdır, mən baş verənləri öz gözlərimlə görməliyəm. İnsanların nə çəkdiklərini görmədən danışmaq asandır, müharibəni şəxsən görməsəniz, hər şey sizə çox asan gələcək, gərək bunları yaxından görəsiniz. Odur ki, mənim burada olmağımın yetərincə əsası var, mən heç bir qanunu pozmamışamsa nə üçün özümə bəraət qazandırmalıyam? Mən deyirəm ki, sülh yolunun alternativi yoxdur, insanlar əziyyət çəkməməlidir, qarşılıqlı güzəştlərə, qarşılıqlı öhdəliklərə ehtiyac var. Qan tökülməsi böyük faciədir.

Rus dilindən tərcümə -
www.worldmedia.az


Paylaş



Bölmə: Müsahibə / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!