Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Dünən, 18:03
Dekabrda 894 nəfər COVID19-dan ölüb


Dekabrda 894 nəfər COVID19-dan ölüb

COVID19 virusundan dünya üzrə ölüm hallarının yeni statistikası məlum olub.
Bu barədə ÜST-nin son statistikasında qeyd olunub.
Son statistikaya görə, COVID19-dan dünya üzrə son bir ayda 894 ölüm halı baş verib. Bu da əvvəlki ayla müqaisədə 409 nəfər azalma deməkdir.
Bu ölümlərin 697-si ABŞ-nin payına düşüb.
Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Hindistan və bir çox ölkələrdə ölümlə bağlı son statistik göstərici isə dəyişməyib. Bu da son bir ayda bu ölkələrdə COVID19-dan ölüm halının baş verməməsi deməkdir.
Qeyd edək ki, bu ölüm halları 37 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.
5-01-2026, 15:02
Səhiyyə işçilərinin maaşına əlavələrlə bağlı YENİLİK


Səhiyyə işçilərinin maaşına əlavələrlə bağlı YENİLİK

"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin edən yeni funksionallıq tətbiq edilib.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Belə ki, əmək müqavilələri ƏMAS-a daxil edilərkən ağır əmək şəraitində çalışan səhiyyə işçilərinin əməkhaqqılarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əlavələrin daxil edilməsi mümkün olur.
Eyni zamanda, yeni imkan ƏMAS-da məlumatların daha dəqiq formalaşdırılmasına və əmək münasibətlərinin rəqəmsal mühitdə effektiv idarə olunmasına şərait yaradır.
30-12-2025, 14:35
Bir qrup dərmanın qiyməti tənzimlənib


Bir qrup dərmanın qiyməti tənzimlənib

Bir qrup dərmanın qiyməti tənzimlənib.
Tarif Şurasından verilən xəbərə görə, Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
29-12-2025, 16:50
Baş Prokurorluqdan Vüqar Ələkbərovla bağlı açıqlama


Baş Prokurorluqdan Vüqar Ələkbərovla bağlı açıqlama

Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.
“Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkədə plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan sonra pasiyentin bədəninin çürüməsi ilə bağlı məlumatlar yayılıb.
24-12-2025, 15:31
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun[b][/b]

Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir: “Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”.
Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.
19-12-2025, 14:33
Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB


Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB

“Ay ərzində xəstələrlə heç bir təmas qurmayan həkimlər var və bu hallarla bağlı müvafiq tədbirlər görüləcək”.
Bu fikirləri TƏBİB-in sədri Vüqar Qurbanov hesabat brifinqində səsləndirib.
Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri bəzi həkimlərin peşə hazırlığı və savad səviyyəsi ilə bağlıdır. Sədr qeyd edib ki, oxşar hallar əvvəllər stomatoloqlar arasında da aşkarlanıb və həmin vaxt müvafiq tədbirlər görülüb.
Vüqar Qurbanov əlavə edib ki, hazırda səhiyyə müəssisələrində həkimlərin optimallaşdırılması prosesi də başlanacaq.
19-12-2025, 14:22
"Ambulansın dərhal gəlməsi yalnış düşüncədir"


"Ambulansın dərhal gəlməsi yalnış düşüncədir"

“Təcili tibbi yardımın bütün çağırışlara dərhal ünvana gəlməsi ilə bağlı yanaşma düzgün deyil”.
Bunu TƏBİB-in sədri Vüqar Qurbanov təcili tibbi yardımın çağırışlara cavab mexanizmini izah edərkən bildirib.
Onun sözlərinə görə, müraciət daxil olduqdan sonra ilkin tibbi sorğu aparılır və çağırışlar vətəndaşların vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq prioritet əsasında ardıcıllığa salınır. Müraciətlərin sayının çoxluğu bu prosesdə əsas amillərdən biridir.
Vüqar Bayramov qeyd edib ki, kritik və həyati təhlükə yaradan hallarda təcili tibbi yardım briqadaları vaxtında hadisə yerinə çatır və bu istiqamətdə hazırda ciddi şikayətlər qeydə alınmır.
18-12-2025, 16:24
Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq


Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsini mərhələli şəkildə həyata keçirəcək. Siyahıya daxil edilən dərmanlar Xidmətlər Zərfində nəzərdə tutulan beynəlxalq patentləşdirilməmiş adlara uyğun seçiləcək.
Agentlikdən bildirilib ki, ilkin mərhələdə ürək-qan damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələri pozitiv siyahıya salınacaq. Növbəti mərhələlərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərmanların əlavə olunması nəzərdə tutulur.
Qeyd olunub ki, pozitiv siyahıya daxil edilən hər bir dərman klinik protokollara uyğun seçiləcək. Ekvivalent dərman qruplarında ən azı bir preparat tam şəkildə sığorta hesabına, yəni müştərək maliyyələşmə olmadan təmin edilə bilər.
Ambulator dərman təminatının icrası üçün Agentlik özəl apteklərlə əməkdaşlıq quracaq. Lisenziyası olan və sertifikatlı əczaçılardan ibarət heyətə malik apteklər könüllü əsaslarla müraciət edə bilərlər. Müraciətlər əsasında Agentliklə apteklər arasında müvafiq müqavilələr bağlanacaq.
Pozitiv siyahının formalaşdırılmasında yerli və xarici dərman istehsalçıları ilə əməkdaşlıq da nəzərdə tutulur. Yerli istehsal olunan dərmanların siyahıya daxil edilməsi üçün meyarlar daha sadə müəyyən edilib ki, bu da dərmanların əlçatanlığını artırmağa xidmət edir.
Agentlik vurğulayıb ki, ölkədə dərman qiymətləri tənzimləndiyi üçün yalnız qlobal bahalaşma və tələbatın artması maliyyə dayanıqlığına təsir göstərə bilər.

17-12-2025, 13:56
Bakıda azyaşlının mədəsindən mismar çıxarıldı - FOTO


Bakıda azyaşlının mədəsindən mismar çıxarıldı - FOTO

Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb
Bu gün səhər saatlarında azyaşlı oğlanın valideyinləri övladının səhhətində yaranan narahatlıqla bağlı Xəzər Tibb Mərkəzinin poliklinika şöbəsinə müraciət edib. Aparılan müayinələr zamanı uşağın mədəsində yad cismin (mismar) olduğu müəyyən edilib.
Həkim-qastroenteroloq Gülnar Ağayeva tərəfindən həyata keçirilən endoskopik müdaxilə zamanı yad cisim mədədən təhlükəsiz şəkildə çıxarılıb. Prosedur uğurla başa çatıb, pasiyentin vəziyyəti stabildir.
Vaxtında tibbi müdaxilə mümkün fəsadların qarşısının alınmasında mühüm rol oynayıb.

12-12-2025, 10:21
Çox təhlükəli qrip yayılır - Dünya həkimlərindən XƏBƏRDARLIQ


Çox təhlükəli qrip yayılır - Dünya həkimlərindən XƏBƏRDARLIQ

Dünyanın onlarla ölkəsi qış mövsümündə yeni və daha təhlükəli hesab edilən qrip dalğası ilə üz-üzə qalıb.
Yluxmaların çoxuna səbəb olan virus H3N2-nin K adlı yeni ştammıdır.
Yeni variant əvvəlcə Avstraliya və Yeni Zelandiyada aşkar olunub, daha sonra Yaponiya və Böyük Britaniyada sürətli yayılma qeydə alınıb.
Hazırda bu ştamm 30-dan çox ölkədə təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, K əvvəlki illərdə nadir rast gəlinib, buna görə də əksər insanlarda ona qarşı möhkəm immunitet formalaşmayıb.
Kembric Universitetinin Patogenlərin Təkamülü Mərkəzinin direktoru Derek Smitin sözlərinə görə, H3N2 virusu son dövrdə yeddi mutasiya keçirib. “Bu virus demək olar ki, bütün dünyada yayılacaq”, - deyə o xəbərdarlıq edib.
Həkimlər qeyd edirlər ki, simptomlar klassik qripdən daha ağır olmasa da, yoluxanların sayı kəskin arta bilər. Xəstəliyi bəziləri simptomsuz keçirir, digərlərində isə yüksək hərarət, bədən ağrıları və sürətli yorğunluq yaranır. Xüsusilə yaşlılar və xroniki xəstəliyi olanlar üçün yeni ştamm ciddi təhlükə daşıyır.
Böyük Britaniyadakı Frensis Krik İnstitutunun Ümumdünya Qrip Mərkəzinin direktoru Nikola Lyuis vəziyyəti belə təsvir edir: “Belə virusu uzun müddətdir görməmişdik. Dinamikası qeyri-adi görünür. Narahatlıq var, panika yox, amma ciddi narahatlıq var”.
Həkimlər xatırladır ki, soyuqdəymə, qrip və COVID-in əlamətləri bənzər olsa da, fərqlər mövcuddur.
Soyuqdəymə adətən tədricən başlayır və əsasən burun axması, boğaz ağrısı ilə müşahidə olunur. Qrip isə qəfil yüksələn temperatur, əzələ zəifliyi və ümumi ağrılarla başlayır. COVID-19-da bu əlamətlərə əlavə olaraq dad və qoxubilmə itkisinin olması fərqləndirici əlamət sayılır.
Mütəxəssislərin sözlərinə görə, qripdən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Lakin mövcud peyvəndlərin yeni K ştammı qarşısında tam effektiv olub-olmadığı hələ aydın deyil.
Yayılmanı məhdudlaşdırmaq üçün bəzi ölkələr artıq əlavə tədbirlər görməyə başlayıb. Yaponiya və İngiltərədə bir sıra məktəblər bağlanıb, Britaniyanın xəstəxana və məktəblərində maska rejimi yenidən tətbiq olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!