Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 18-08-2020, 06:22
Yalan  yürüməz


Yasəmən Qaraqoyunlu Türk çörəyi yeyib, Türkdən yaxa yırtanlara cavab verir:

Əgər biz türklər Xl əsrdə gəlmişiksə, bəs Kirin başını kəsən Tomris kim idi?

Bir qrup adamlar var. Onları heç tanımıram. Heç bir ilişkim falan da olmayıb. Saxta profillərdən yazarlar. Profillərində türk adından və dəyərlərindən istifadə edirlər. Profil adları Dədə Qorqud, Baba Pünhan, Əliağa Vahid, İran mollası da belə deyir....və Soyadları Türksoy, Turan və ilaxır. Təxminən 120 nəfərə yaxındılar. Bu adamlar sosial şəbəkələrdə sürəkli haqqımda yalan bilgilər yayır, qaralama təbliğatı aparırlar. Şəxsiyyət vəsiqəmin surətini ələ keçirmişlər, aylarla sosial şəbəkələrdə haqqımda erməni deyərək yalan təbliğat aparırlar. Ermənistan adlanan İrəvan Türk Cümhuriyyətində dünyaya gəldiyim üçün sosial şəbəkələrdə məni erməni adlandıraraq qaralama kompaniyası aparırlar. Kanal 43 adlı yooutube kanalında haqqımda film çəkərək, məni Azərbaycanda yaşayan xalqların düşməni kimi təbliğ edirlər. Həmin kanalın haqqımda çəkdiyi verilişin rəy bölümündə 1400 dən çox kişi ünvanıma ən axırıncı söyüşləri və təhqirləri yazıblar.(yeri gəlmişkən bu söyüş və təhqir yazan kişilərin şəxsiyyətini MTN araşdırdımı?Məncə bunlar Azərbaycan dövlətinin gizli düşmənləri idilər.)
Axı niyə? Mənim fəaliyyətimdə, çıxışlarımda, yazılarımda bunları narahat edən hansı məsələlər var. Şəxsimə ünvanlanmış çox saylı təhqir və söyüşləri təhlil edərək belə qənaətə gəldim ki, bu adamlar mənim aşağıdakı fikirlərimdən narahatdırlar. 1. Azərbaycan dili türk dilidir və bu konstitusiyada əks olunmalıdır.2. Azərbaycanda dominant millət türk millətidir. Lakin bununla bərabər Azərbaycanda başqa xalqlar da yaşayır ki, onların hüquqları konstitusiya ilə qorunur və Azərbaycan vətəndaşı kimi bütün haqq və hüquqlara sahibdirlər. 3. Bütöv Azərbaycan qurulacaqdır. 4. İran Farsistan deyil və türklər İranın bütün ərazisinə, tamamına yayılmışlar. 4. Azərbaycan və İran öz gerçək tarixi və demoqrafik yapısı ilə bir Turandır. 5. İranda türk dövlətçiliyi bərpa olunacaqdır.
Bütün bunlarla yanaşı, indi biriləri də çıxıb Qaraqoyunlular kürddür deyir. Erməni adı bizə yapışmadı, indi də kürd adı yapıştırmağa çalışırlar. Adamlar nə tarix bilirlər, nə kitab oxuyurlar. Səs səsə veriblər, bu torpaqlarda iranlılar, ermənilər, kürdlər yaşayıb, bircə türklər yaşamayıb, türklər olmayıb, türklər XI əsrdən Səlçuklularla Azərbaycana gəlmişlər deyərək yaxa cırırlar. "Yerli aborigen xalqlar" və "gəlmə türklər" ideyasını təbliğ edirlər. Bu "yerli" və " "gəlmə"kimi saxta fikirləri yayanlardan soruşuram. Əgər biz türklər Azərbaycana XI əsrdə gəlmişiksə, bəs Kirin başını kəsən Tomris kim idi?. Niyə kəsmişdi Kirin başını? Perslərin hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata kim idi? Nə saxta tarixlər uydurursunuz? Siz e.ə. Vll yüzillikdə Əfqanıstan tərəflərindən bu torpaqlara gəlmədinizmi? Bütün dünya tarixçiləri bu barədə yüzlərlə əsərlər yazmayıblarmı? Mən fars İran tarixini, əski şərq tarixini bir az bilirəm və sizin bütün uydurma təbliğatlarınızı yerlə bir edirəm axı. Sakit oturun. Yalan üzərində dövlət qurmaq, təbliğat qurmaq olmaz. Sizin öz tarixiniz var, bizim öz tariximiz var. Sizin cəmi 3 dövlətiniz olub, bizim onlarla dövlətimiz olub. Bizim 10 minillik bir tariximiz var, sizin 3 minillik bir tarixiniz var. İran tarixçisi Nasir Purpirar " 12 əsr sükut"adlı əsərində farsların e.ə. VII əsrdə Elam Midiya coğrafiyasına gələrək bütün əski orta doğu mədəniyyətlərini söndürdüyünü yazmırmı? Nasir Purpirar e.ə. Vll əsrdən bizim eranın VII əsrinə qədərki dövrü Orta doğunun qaranlıq dövrü adlandırmırmı? Çünki bu dövrdə Orta doğuda Əhəməni və Sasanlı imperiyaları hakimliyində bütün orta doğu xalqlarının mədəniyyəti, kimliyi məhv edilməmişdimi? Bunu mən yazmamışam axı, öz tarixçiləriniz yazıb. Bu gün də siz 1000 ildir Batının İran adlandırdığı Elam Midiya platosunda dövlət quran Türk millətini assimilyasiya etmirsinizmi? Türk dilini və mədəniyyətini qadağan etməmisinizmi?
Siz yenə də Hz. Hüseynin qutsal adından iatifadə edib Azərbaycan türklüyünü məhv etməyə qalxışarsınız cavabınızı alacaqsınız. Bu dəfə qarşınızda sizin din adı altında gizlənmiş məkrli ideyalarınıza aldanan bir millət olmayacaqdır. İndi Sizə qarşı dirənən, mübarizə edən bir millət var. Əmin olun.
Diqqət etdim, Azərbaycandakı bütün gizli türk düşmənləri bizə erməni kürd adı yapışdırdı, amma türk deməkdən qorxdular. Türkdən qorxurlar və türkü sındırmaq üçün hər yola baş vururlar.
Çoxlu yalan məlumatlar yayırlar. Hz. Hüseynə qarşı mübarizə aparır dedilər, Aşuranı ləğv elətdirməyi tələb edir dedilər, Azərbaycan dilini dəyişmək istəyir dedilər və beləcə çoxlu saçma sapan şeylərdə ittiham olunuram.
Buradan bir daha bildirirəm.
1. Azərbaycan dili yoxdur, türk dili var. Coğrafiyanın adı dilin adına qoyula bilməz. Dili yaradan millətdir. Dil millətin adı ilə adlandırılar. Bizim dilimiz türk dilidir və Konstitusiyada türk dili adı bərpa olunmalıdır.
2. Hz.Hüseynə qarşı mübarizə aparmıram. Hz. Peyğəmbərimizin bütün övladları və əshabələri- Əbubəkr, Ömər, Osman, Hz.Əli, Həsən, o cümlədən də Hz.Hüseyn İslamln böyük şəxsiyyətləridir. Biz İslamı məzhəblərə, firqələrə bölmürük və İslamın bütün şəxsiyyətlərinə sayğımız var. Biz Hz. Hüseynə yox, panfarsizmə qarşı mübarizə aparırıq. Min dördyüz ilə yaxındır ki, Hz.Əli və Hz.Hüseynin, Hz.Ömərin müqəddəs şəxsiyyətləri üzərində fars şovinizminin quruluşlanması və örgütlənməsi prosesi getməkdədir. Əgər bu gün Hz.Əli və Hz.Hüseyn sağ olsaydılar şübhəsiz ki, İslamı fars şovinist miflərindən və siyasi spekulyasiyalarından təmizləyərdilər. Hz.Hüseyn sağ qalsaydı İslamı Farslardan xilas edərdi. Sasanlının Hz.Ömər tərəfindən çöktürülməsi, fars iran dövlətinin dağılması və iranlıların ərəbə məğlubiyyəti, ərəb təbəəsinə çevrilməsi fars millətçiliyini ərəbə və islama qarşı mübarizəyə sövq etdi. İslamı bölmək parçalamaq üçün farslar Hz.Əlini və Hz.Hüseyni Hz.Peyğəmbərin və İslamın əlindən alaraq, farslaşdırmağa cəhd etdilər, bununla məğlubiyyətin qisasını Ərəbdən və İslamdan almaq istədilər. Və din adı altında yeni bir fars millətçiliyi modeli qurdular. Hz. Hüseyni Sasanlıya bağlamaq adına saxta din saxta tarix yaratdılar. Bunu mən demirəm ki, fars alimi Əli Şəriəti deyir. Fars millətinin İslamı necə böldüyünü elə fars olan Əli Şəriəti "Özə dönüş" əsərində bütün ayrıntıları ilə təsvir edib.
Biz əsla Hz. Hüseynə qarşı mübarizə aparmırıq və ona qarşı çıxmırıq. Biz din maskasına bürünmüş fars iran yalanlarına qarşı çıxırıq. Biz deyirik ki, Hz. Hüseyni sevənlər Ermənistanı dəstəkləyə bilməz, əksinə Qarabağın azadlığı uğrunda mübarizə aparar. Erməninin yanında durmaz, bizim yanımızda, din qardaşlarının yanında durar. Əslində erməniləri dəstəkləməklə Hz.Hüseynə qarşı çıxan sizsiniz. Hz. Hüseyn ilkələrini çeynəyən sizsiniz. Biz deyirik ki, Hz. Əlinin və Hz.Hüseynin farslara qarışacaq heç bir yanı yoxdur. 100 illərdir ki, Fars millətçiliyi bu iki böyük şəxsiyyəti istismar erməklə məşğuldur. Farslar islamı bölmüşlər və islamı fars siyasi konyukturları ilə kirlətmişlər. Şüubiyyə, Şiə, İxvanüs-səfa, Şahnamə, İsmaililik, Qərmətilik....batinilik, Rafizilik, nələr, nələr.., sufizm, təkkə, təriqət, ədəbiyyat, fəlsəfə hamsı əski Sasanlını və Kəyan taxtını bərpa etmək cəhdi. Hamsında Şahnamənin ruhu. Panfarsizm faşizmi. Hamsı da ərəbə və türkə yönəlmiş zəhərli ideolojilər. Bu gün İraqda, Suriyada, Əfqanıstanda, Pakistanda, Yəməndə, Azərbaycanda, Türküstanda, Türkiyədə, Borçalıda, bütün orta doğuda Hizbullah və Sepah kimi qarşımıza çıxır. Azərbaycan türkü çoxdan bu zəhərli pers ideolojilərlə zəhərlənmişdir, manqurtlaşmışdır. Azərbaycan Oğuzdan Siyavuşa çevrilmişdir.
3. Biz heç vaxt Aşura ləğv edilsin deməmişik. Biz Azərbaycanda Aşura mərasimlərində farsların və iran yanlıların aktivlik göstərdiklərini demişik. Bəli biz demişik ki, iranın yetişdirdiyi casus şəbəkəsi din adı altında əslində panfarsizmi yayırlar və Azərbaycan dövlətçiliyinə təhlükə təşkil edirlər. Yaxşı bilirəm ki, ölkəmizdə dini fanatizmi yaymaqla ölkəmizi dəyərlər etibarilə İranın bir parçasına çevirmək istəyən qruplar,
Türk düşmənləri məni dini fanatizmin hədəfinə çevirməyi planlayır. Yaxşı bilirəm ki, məni hədəfə çevirmək istəyən güclər var. Çünki biz deyirik ki, Panfarsizmin, paniranizmin qarşısını ala biləcək yeganə güc türkçülük məfkurəsidir. Ölkəmiz nə İranın nə Rusiyanın forpostu olmayacaqdır. Türkçülüyümüzə sarılacağıq. Ölkəmizi və dövlətimizi qoruyacağıq.
Anladınızmı türk düşmənləri. Türk milləti farsın nə dininə, nə dəyərlərinə tapınmaz. Siz ayrı millətsiniz, biz ayrı millətik. Sizin dininizə, dəyərlərinizə sayğı bəslərik, lakin sizin olanı, sizə məxsus olan dəyərləri qəbul edib tapınmarıq. Bizim öz böyük mədəniyyətimiz, dövlətimiz, dilimiz, kimliyimiz vardır. İranşünas alim Minorski yazır ki, farslarla türklər ayranla yağ kimidirlər, heç vaxt qarışmazlar. Fars ənənələrini Azərbaycanda yaymağınıza da izn verə bilmərik. Azərbaycan iran deyil, türkdür, Turandır. Heç İran da Farsistan deyil, bir Turandır. Türklər İran adlandırdığınız Elam Midiya coğrafiyasının hər tərəfinə.yayılmışlar.
Sizin haqqımda apardığınız, uydurduğunuz bütün təbliğatlar yalandır. Yalan ayaq tutar, yürüməz.



Paylaş



Bölmə: Sosial şəbəkələr / İrəvan / Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!