2021-ci ildə “Azərenerji” ASC-nin 23 elektrik stansiya və yarımstansiyası tikilib və ya yenidən qurularaq istismara verilib.
“Azərenerji”dan Bütöv.az-a veril’ən məlumata görə, ölkənin ən böyük yarımstansiyası olan 500 kilovoltluq “Abşeron” yarımstansiyası, həmçinin, strateji əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” və “Hövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluq “Binəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanı” yarımstansiyaları yenidənqurmadan sonra cənab Prezidentin iştirakı ilə istismara verilib.
Məlumata görtə, Prezident İlham Əliyevin iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasının əsaslı təmiri, yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb. 2021-ci ildə Enerjisistemin Yeni SCADA proqramı istifadəyə verilib, tikilməkdə olan 330 kilovoltluq yarımstansiya, 385 meqavatlıq elektrik stansiyasından ibarət “Qobu” Enerji Qovşağında işlər yekunlaşıb. Nəhayət, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib və yenidən qurulub.
“Cənab Prezidentin iştirakı ilə Laçındakı “Güləbird” SES, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. Azad olunmuş ərazilərdə 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının cənab Prezidentin iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb”, - məlumatda bildirilir.
Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə iki dövrəli olmaqla 10 istiqamətdə yüksək gərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!