"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 6-01-2022, 10:23
TOVUZDA NƏSRƏDDIN ASLANOV ADLI «YEZID» PEYDA OLUB — VİDEO

Tovuz SSİ-nin əməkdaşları sadə sakinləri suvarma suyu ilə “imtahana çəkirlər”

Məlumdur ki, ölkəmizdə su təsərrüfatı əsas strateji sahələrdən biri hesab olunur və belə bir səbəbdən də, son illər bu sahəni daha da inkişaf etdirmək, əmələ gələn problemləri aradan qaldırmaq qarşımızda duran əsas vəzifələrdən birinə çevrilib. Faktdır ki, yaşadığımız ictimai həyatın bir sahəsi olan su təsərrüfatını inkişaf etdirmədən nə ərzaq bolluğuna nail ola bilərik, nə də ki, həlli vacib olan problemləri aradan qaldıra bilərik. O halın varlığına diqqət yetirək ki, 2019-2024-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet vəzifələrdən biri də, məhz ölkəmizdə su təsərrüfatını inkişaf etdirmək, hər kəsin su ilə təminatını dolğun şəkildə ödəməkdən ibarətdir. Xüsusilə də, regionlarda bu məsələnin həlli daha aktuallıq kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti də, məhz bu sahənin inkişafına yönəldilir.

Ümumiyyətlə, su insan həyatında əvəzolunmaz nemət olmaqla bərabər, həm də ictimai həyatımızın davamlı inkişafının təmin olunmsında əsas faktorlardan biridir. Bir sözlə, su təsərrüfatının inkişafı ictimai əhəmiyyət kəsb etdiyindən ayrı-ayrı rayonlarda fəaliyyət göstərən suvarma sistemləri və melioservis idarələrinin, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların iş fəaliyyətləri haqda lazımi məlumatları əldə etməyi hər zaman özümüz üçün borc bilmişik. Hətta elə hallar olub ki, respublikamızın bəzi şəhər və rayonlarında olmuşuq, mövcud vəziyyət haqda doğru-dürüst məlumatları əldə etməyə də çalışmışıq. Bugünlərdə Dəryaz qəzetinin əməkdaşları Tovuz rayonunda olarkən, bir neçə nəfər yerli sakinlərin haqlı narazılıqları ilə üz-üzə qaldıq. Elə ki, problemin mahiyyəti ilə yaxından maraqlandıq, o halda bəlli oldu ki, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz Suvarma Sistemləri İdarəsinin əməkdaşları Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsi, ev-13 ünvanında yaşayan Əsgərov Şahin Kərəm oğlunu suvarma suyu ilə “imtahana çəkirlər”. Çünki, adı çəkilən bu şəxs redaksiyamıza çatdırdığı video-müraciətində qeyd edir: “Bizim ailə üzvlərinin 1ha.78 sot torpaq sahəsi var və həmin torpaq sahəsinə yonca əkmişik. Yay aylarından indiyə kimi Nəsrəddin Aslanovun rəisi olduğu Tovuz SSİ-nin əməkdaşları bizi suvarma suyuna həsrət qoyublar. Elə ki, yonca əkdiyimiz və hal-hazırda istifadəmizdə olan torpaq sahəsini suvarmaq üçün bu idarənin rəhbər şəxslərinə müraciət edirik, o halda onlar “Hələ sizə su verə bilmərik” deyə cavab verirlər. Bəli, həqiqətən də bu belə olur. Çünki, suvarma suyunun verilməsinə cavabdehlik daşıyan şəxslər idarə rəisinin verdiyi tapşırıqlar əsasında hərəkət edirlər. Yəni, kim daha çox pul verirsə, suvarma suyunu həmin şəxslərə verirlər. Bir sözlə, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-nin əməkdaşlarını imkansız ailələrin, o cümlədən bizim ailənin taleyi düşündürmür, onları daha çox pul əldə etməyin yolları düşündürür. Qeyd edim ki, bizə məxsus yonca sahəsinin sağ və sol hissələrində ayrı-ayrı şəxslərə məxsus taxıl sahələri var. SSİ-nin rəhbər şəxsləri qeyd olunan taxıl sahələrinin suvarılması zamanı heç bir problem yaratmırlar. Elə ki, biz də yonca sahəmizi suvarmaq istəyirik, o halda bu qurumun əməkdaşları “Hələ taxıl sahələri suvarılmalıdır, növbəniz çatanda sizə də su verərik” deməklə, bir növ bizi “fırlatmaqla” məşğul olurlar. Yəni, yay aylarından indiyə kimi suvarma suyuna həsrət qaldığımızdan, heç cür yonca sahəmizi suvara bilmirik. O halda sual oluna bilər ki, Tovuz SSİ-nin əməkdaşlarının belə bir ayrıseçkiliyə yol vermələrinin kökündə nələr durur? Məgər, biz də bu ölkənin vətəndaşları deyilikmi? Bizim suvarma suyundan istifadə etmək hüququmuz qadağanmı olunub? Olunubsa bunu kim edib?”

Qeyd edək ki, ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, həmçinin müxtəlif tədbirlər zamanı əhalinin su ilə təminolunmalarının yaxşılaşdırılması və bu yolda əmələ gələn problemlərin aradan qaldırılması ilə bağlı möhtərəm Prezident tərəfindən lazımi tapşırıqlar verilsə də, hələ də Tovuz SSİ-nin əməkdaşları verilmiş tapşırıqları qulaqardına vurmaqda davam edirlər. Çünki, Şahin Əsgərovgilin ötən 4-5 ay ərzində suvarma suyuna həsrət qalmaları, birbaşa ölkə rəhbərinin verdiyi tapşırıqların əleyhinə getməkdir, yürüdülən dövlət siyasətinə qarşı çıxmaqdadır. Sözsüz ki, belə bir yanaşmanın kökündə xəyanət amili əsas rol oynayır ki, bu da son anda sadə sakinlərin dövlət qurumlarına olan inamının heçə enməsinə səbəb olur. O halda sual oluna bilər ki, hal-hazırda Tovuz SSİ-nə rəhbərlik edən və hər ayın daha çox hissəsini iş başında tapılmayan Nəsrəddin Aslanov, görəsən belə bir idarəçiliyi ilə hara qədər getmək istəyir? Axı, bu şəxsin etibar etdiyi vəzifə sahibləri suvarma suyu ilə rayon ərazisində “bazar açırlar”, imkansız şəxsləri olmazın məşəqqətlərə düçar edirlər? Qarşı tərəfində mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.(Deryaz.az)



Bütöv.az


Paylaş



Bölmə: Sosial şəbəkələr / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!