Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                        Zaxarova Zelenskini aşağıladı .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        Cənubi Koreyada hərbi vəziyyət elan edilib .....                        NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi .....                        Masazırda arvad ərini öldürdü .....                       
5-10-2021, 10:59
Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti bahalaşmaqda davam edir.

“Azeri Light” markalı neftin bir barelinin dəyəri 3,08 ABŞ dolları və ya 3,93 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 83,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Butov.az
4-10-2021, 12:33
Çörəklə bağlı yeni dövlət standartı TƏSDİQ EDİLDİ

İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda bildirilir ki, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Qeyd edilib ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 - “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 - “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib.

Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Butov.az
4-10-2021, 12:20
"Qəbələ icra hakimiyyətində ayrıseçkilik ifrat səviyyədədir..."

7NEWS .az xəbər verir ki, Qarabağ Qazisi Bəhram Nuruyev şikayətçidir: "Dostlar bir məsələni sizinlə paylaşım çünki artıq səbrim çatmır.

Qəbələ Rayon İcra Hakimiyyətinin ayrıseçkiliyi ifrat səviyyədədir. Belə ki rayon üzrə hər hansısa bir qazi və şəhid ailələri üzrə keçirilən tədbir və yaxud toplantı üçün hələ də bircə dəfə də olsun dəvət edilməmişəm. Özləri seçib, kimi istəyirlər çağırırlar.

Keçən dəfə intihar etdikdən sonra Qazilər üzrə xidmət rəisi Ramin özümün sonradan zəng edərək "niyə gəlmirsiz" dedikdən sonra bircə dəfə o gələrək ziyarət edib. Əgər oxuyursa, onu da deyim ki dəfələrlə zəng eləməsəydim o da gəlməyəcəkdi.

İndiyə kimidə dövlət tərəfindən dəfələrlə isdəmirəm desəm də təkid xahiş ilə demək olar ki, məcburi olaraq yerli bələdiyyənin fondundan 200 azn adıma pul köçürülüb. Onu da Raminin müavini telefonla biz sənə çox dəstək gösdərmişik deməklə başıma vuraraq elə o 200 manatıda zəhər edibdi. Fikrim var işləyib geri ianə edəcəm özləri isdifadə etsinlər.

Ölkə rəhbəri İlham Əliyev İcra hakimləri ilə bağlı "siz vətəndaşlara qulluq etmək üçün təyin olunmusuz" sözləri deyəsən bunlar üçün adi sözdən ibarətdir.

Haqqım varsa zərrə qədər, icra hakimiyyətində oturub xidmət gösdərən heç kimə haqqımı halal eləmirəm.

Siz belə davam edin mən bilirəm neynəyəcəm".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Butov.az
1-10-2021, 06:32
30-09-2021, 13:23
Avropada qazın qiyməti yenə rekord vurdu

Avropada qazın qiyməti növbəti dəfə tarixi rekordunu yeniləyib. Belə ki, 1000 kubmetr qazın qiyməti 1100 dolları keçib.

Bunu ICE birjasının məlumatları sübut edir.

Niderlandda TTF mərkəzində noyabr fyuçerslərində 1000 kubmetr qazın qiyməti 1101,6 dollara çatıb.
Günün əvvəlindən etibarən qazın ümumi artım qiyməti təxminən 5 % təşkil edib.

Bundan əvvəl Avropada 1000 kubmetr qazın qiyməti tarixdə ilk dəfə olaraq 1090 dolları keçib.

Mənbə: TASS

Bütov.az
30-09-2021, 11:33
 "Araz Bayramovun etdiklərinə susan qurumlar..."

"Canilərə səslənirəm! Bəsdirin şəhidlər, qazilərlə bağlı özünüzə xal qazandınız!!! Azərbaycan Dövləti də, Prezidenti də, ölkənin Birinci Xanımı da bu istiqamətdə yetdiyindən artıq iş görür və görəcək qurumlar, Fondlar yaradıb! Hamısı da işinin öhdəsindən gəlir! Hansısa üzüqara həkimcik guya bu işlərdə boşluq varmış kimi şəhidlərə, qazilərə qahmar çıxmasın, özünü yiyə dururmuş kimi göstərməsin!!!"

DİA.AZ bildirir ki, bu sözləri tanınmış jurnalist Günel Gözəlova özünün "facebook" səhifəsindəki paylaşımında qeyd edib.

Jurnalist fikirləırini daha sonra belə davam edir: "Nə qədər şərəfsizlərin yağ kimi üzə çıxdığı dövrdə yaşayırıq. Bu canı həkim Araz Bayramov 1 gündə bir gənc Azərbaycan kişisini beyni şikəst edib, utanmadı. Qansız adam 2 aya yaxın atamın ağır durumu, yoldaşımın bu vəziyyətindən özümüzü itirdiyimizi görüb peşəkar aktyorluq bacarığı ilə də yoldaşıma sağalacaq deyib aldatdı bizi. 4 ay sonra qapı-qapı həkim, klinika gəzdikdən sonra yoldaşımın əslində durumunun ağır olduğunu anladığımda adamı məhkəməyə verdim, başladı mənəviyyatımız, şərəfimiz, dərdimizlə oyunayıb pul təklif etməyə, sonra da baş tutmayınca Məhkəmə Tibbi Ekspertiza və Patalogiya Birliyi, Səhiyyə Nazirliyi, nə bilim başqa müvafiq orqanlarda özü kimi rüşvətxorları tapıb, əleyhimizə qərarlar qəbul etdirib, rəy çıxartdırmağa. Bu biqeyrət anlamır ki, Məhkədə, nə bilim başqa hardasa pulunun hesabına qələbə qazana bilər, o da bəlkə! Hələ çox ümidlənmə, cani həkim! Ancaq mənim və ailəmin yaşadıqlarını övladları daha betər yaşayacaq!!!

Araz Bayramovun etdiklərinə susan qurumlar, dostlar, həmkarlar, unutmayın o tək Anarı şikəst etməyib, mənim 11 yaşlı qızımın da ruhu şikəstdir artıq!!!"

Bütov.az
30-09-2021, 11:25
"Merd petrol" insanları BU CÜR ALDADIR

Yasamal rayonunun Moskva prospektində - "Şamaxı yolu" adlanan ərazidə yerləşən "Merd petrol"un yanacaq çənindən çıxan zibil və tullantılara görə maddi ziyana düşən zərərçəkmiş Ramil Quliyev sözügedən məsələnin hansı yerdə qaldığını açıqlayıb.

Publika.az-a danışan zərərçəkmiş bildirib ki, problem həllini tapmayıb və nəticəsiz olaraq da qalır:

" "Merd petrol" həyasızlıq etdi, sübut edə bilmədik. Bu gün baş verən hadisə bu gün olur, sabah onu sübut etmək olmur, çənin içini dəyişirlər. 3000-3500 manat civarında maddi ziyana düşdüm. Haram insanlardır, sahibi də elədir. Haqqımı onlara halal etmirəm. Həmin çirkli dizeli indi də saxlayıram. Amma qəbul etmək istəmirlər. Məhkəməyə müraciət etmədim, zədələr bir neçə gün sonra üzə çıxır, onlar isə çənin içini dəyişirlər.

Zəhmətlə qazandığımız pulu bu cür mənimsəyirlər. İşbazdırlar, fırldaqçıdırlar. Gedib gəmilərdən qeyri-qanuni yollarla tullantılı, zibilli yanacaqları alıb gətirib əhaliyə satırlar. Bununla bağlı faktım olmasa da, ictimai araşdırmam olub və nəticə olaraq da müəyyən etmişəm ki, onlar bu yola əl atırlar. Pul qazanmaq üçün ən çirkli üsullardan istifadə edirlər. İnsanlar dürüst olan yerlərdən yanacaq alsınlar, diqqətli olsunlar".

Qeyd edək ki, R.Quliyev dekabr ayında sözügedən yanacaq məntəqəsindən avtomobilinə dizel vurandan sonra maşınının müəyyən hissələri sıradan çıxmışdı. Servisdən isə bildirilmişdi ki, onun avtomovilinə tərkibində su olan çirkli dizel vurulduğu üçün aidiyyəti hissələr sıradan çıxıb.

Bütov.az
29-09-2021, 19:00
Mərkəzi Bank Rusiyadakı azərbaycanlı milyarderi MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan Mərkəzi Bankın 8 şirkətə qarşı cəza protokolu tərtib etməsilə bağlı məlumat yayılıb. Bildirilib ki, həmin şirkətlər barəsində tərtib edilən inzibati protokollar müvafiq olaraq qeydiyyat ünvanlarındakı rayon məhkəmələrinə təqdim edilib.

Modern.az məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlayıb.

Mərkəzi Bankdan Modern.az-a verilən cavabda məlumat təkbiz edilməyib. Bildirilib ki, sorğu olunan məlumatlar bank əməliyyatları ilə bağlıdır:

“Bu səbəbdən Mülki Məcəllənin 967-ci və “Banklar haqqında” Qanunun 41-ci maddələrinə görə bank sirrini təşkil edir. Çünki burada müştərinin bank hesabına xidmət göstərən bank, xarici valyuta əməliyyatının məbləği və təyinatı və s. yer alır. Ona görə də məhkəmənin qanuni qərarı olmadan hər hansı şəxsə açıqlana bilməz. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 51-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə məlumatların yayılmasına yol verilmir və yalnız icraatında olan hakimin hesab etdiyi həcmdə açıqlana bilər”.

Yayılan məlumata görə, “Navi” MMC, “Futales” MMC, Teymur Əhmədov adına “Aznar” QSC, “Lopart” MMC, “Avtotexno” MMC, “Göyçay-Şərab” Açıq Səhmdar Cəmiyyəti, “Tıfanı Ltd” MMC, “Ysm Auto Oil Ltd” MMC şirkətlərilə bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu rayon məhkəmələrinə göndərilib. İndex.az-ın məlumatına görə, bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Qeyd edilib ki, siyahıda adı olan Teymur Əhmədov adına “Aznar” QSC rusiyalı iş adamı, milyarder Fərhad Əhmədova məxsusdur. Fərhad Əhmədov və ona məxsus şirkətlərin adları son zamanlar müxtəlif qalmaqallarda hallanır.

Xatırladaq ki,bundan əvvəl AMB, Rusiyada yaşayan daha bir Azərbaycan əsilli milyarder-Araz Ağalarovun şirkəti ilə bağlı eyni inzibati cərimə protokolu tərtib etmişdi.

Bütov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!