ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxladı .....                        Ermənistanda daha bir qalmaqallı istefa .....                        Qadının ölümünə görə həkimə cinayət işi açıldı .....                        Suriya hakimiyyətinə lazımi kəşfiyyat məlumatları vermişdik - Xamenei .....                        Ceyhun Bayramovla Hakan Fidan Suriyanı müzakirə etdi .....                        Məşhur müğənninin 3 mərtəbəli binası çökdü - FOTO .....                        Əsəd Suriyadan necə qaçıb? - Şok detallar AÇIQLANDI .....                        Azərbaycanlı tələbələr Romada toplanıblar .....                        Türkiyə ordusu Suriyaya girdi .....                       
Tarix : 9-12-2024, 20:50
Fədakar insanlardan biri...

Fədakar insanlardan biri

Hər bir azərbaycanlı yaşadığı ölkənin tarixdən günümüzə qədər hələ də öz sözləri ilə yaddaşlara həkk olan simaların tanımalıdır. Bu simaları tanıtmaqda çoxları böyük addımlar atıb. Məhz elə o fədakar insanlardan biri Bakı Dövlət Unversitetinin Mətbuat tarixi kafedrasının müəllimi, dosent Aygün Əzimovadır. O, gələcəyin jurnalistlərinə “Görkəmli Azərbaycan Publisistləri” fənnini tədris edir. Doğrusu, tədris etməklə qalmayıb, həm də o ulduz simaları tələbələrə sevdirərək beyinlərinin ən dərin yaddaşlarında həkk edir. Məhz elə o ulduz simalardan biri də “Molla Nəsrəddin” jurnalının baş redaktoru, minlərlə ölməz əsərlərin müəllifi Cəlil Məmmədquluzadədir.
Bu şəxsiyyətin öyrənilməsinin isə bizdə çox gözəl bir xatirəsi oldu.
Yenə universitetdəki həmişəki günlərdən biri idi. Artıq saat 15:30-u göstərirdi. Biz Aygün Əzimovanın tədris etdiyi Görkəmli Azərbaycan Publisistləri dərsinə girməyə hazırlaşırdıq. Zəng vuruldu və hər kəs dərsə daxil oldu. Nəhayət, Aygün xanım da gəldi. Aygün xanım otağa daxil olanda üzündə çox gözəl təbəssüm var idi. Bir qədər ortam sakitləşdikdən sonra o, gələn dərsimizdə məşhur qonağımızın olacağını bildirdi. Hər kəs təəccüblə bu məşhur qonağın kim olacağını fikirləşirdi. Uşaqlar Aygün xanımdan qonağımızın kim olacağını soruşanda Aygün xanım dilləndi: “Uşaqlar, bizim qonağımız Görkəmli Azərbaycan publisisti Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını dərindən araşdıran, Filologiya üzrə Fəlsəfə doktoru Gülbəniz Babayeva olacaq”. Aygün xanım qonağımız haqqında o qədər gözəl sözlər dedi ki, insanın marağı daha da artırdı. Dərsin sonlarına yaxın mən Aygün xanıma yaxınlaşaraq baş tutacaq görüş haqqında reportaj yazmaq istədiyimi bildirdim və Aygün xanım bu istəyimi qəbul etdi. Nəhayət, həmin gün gəldi. Mən Universitetin dəhlizində Aygün xanımı gördüm və ondan qonağımızın bu günmü gələcəyini soruşdum. O, yenə gözəl təbəssümlə,-“ Bəli, Mayıl gəlib,- dedi və sonra Universitetimizin dekan müavini olan Samir müəllimin qonağımızı qarşılamağa getdiyini əlavə etdi”. Artıq zəng vuruldu biz görüşümüzün baş tutacağı 406 nömrəli auditoriyaya yığışdıq. Doğrusu, auditoriyada səs deyəni qulaq eşitmirdi, lakin bu səsli səhnə Aygün xanım və qonağımız Gülbəniz xanımın otağa daxil olduğu anna qədər davam etdi. Onlar otağa daxil olanda auditoriyanı gözəl bir səssizlik bürüdü. Bir-iki dəqiqə gözlədikdən sonra Aygün xanım danışmağa başladı: “Uşaqlar, Gülbəniz xanım demək olar ki, bütün ömrünü, tədqiqatçı fəaliyyətini Molla Nəsrəddin – Cəlil Məmmədquluzadəyə həsr edib. Sanki Türk dünyasında Molla Nəsrəddinin izi ilə addım-addım irəliləyib və o irsi tamamilə təqdiq edib”. Sonra Aygün xanım sözü Gülbəniz xanıma vermək istədiyini və özünün də uşaqların oturduğu parta arxasında tələbə kimi ona qulaq asmaq istədiyini bildirdi. Aygün xanımın bu ifadəsindən sonra biz Gülbəniz xanımın təvazökarlığını görmüş olduq və o, mülayim səsi ilə,- “Aygün xanım ,əstəğfürullah, niyə tələbə kimi, məhz elə müəllim kimi qulaq asın”-,dedi. Daha sonra Gülbəniz xanım bizimlə salamlaşaraq sözə başladı: “Mən əvvəlcə özüm haqqında uşağlara kiçik bir arayış verim. Uşaqlar, mən uzun müddət Azərbaycan Dillər Unversiteti (ADU) və Bakı Slavyan Unversistetində (BSU) müəllim kimi fəaliyyət göstərmişəm. Tələbə auditoriyasında həddindən artıq çox olmuşam. Bu gün belə bir auditoriyada iştirak etmək mənim üçün də xoşdur. Gənclər, siz bu millətin, bu dövlətin gələcəyisiniz “,-deyib görüşümüzün əsas səbəbkarı olan Görkəmli Azərbaycan publisisti Cəlil Məmmədquluzadədən söz açdı. Gülbəniz xanım Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, Molla Nəsrəddin jurnalında olan fəaliyyətindən, Azərbaycan mətbuatına vurduğu töhfəsindən danışdı. Bundan əlavə, baş tutan görüşdə Mətbuatımızın banisi olan Həsən bəy Zərdabidən də söz açdı. O, Həsən bəy Zərdabinin bizə miras qoyduğu mətbuatın önəmini aşıladı. Gülbəniz xanım 20-ci illərin əvvəllərində Azərbaycan ədəbiyyatında və mətbuatında baş verən yeniliyi, intibahı Cəlil Məmmədquluzadənin adı ilə bağlayırdı, çünki o, 1906-cı ilin 7 Aprelində Tiflisdə nəşrinə başlanılan Molla Nəsrəddin jurnalının yaradıcısı idi. Təbii ki, tək bu deyil. Gülbəniz xanım 90 dəqiqəlik bir seminarda Cəlil Məmmədquluzadəni bizə sevdirməyi bacardı. Sözsüz, bu da onun ustadlığından irəli gəlirdi. Birinci 45 dəqiqə tamam oldu, zəng vuruldu və hər kəs 5 dəqiqəlik çölə çıxdı. Yenə sinifdə səs deyəni qulaq eşitmirdi. Nəhayət, fasilə bitdi və seminarımızın ikinci hissəsi başladı. Dərsin ikinci hissəsində isə daha çox uşaqlar sual verməyə başladılar. Uşaqlardan biri Gülbəniz xanıma ömrünün böyük bir hissəsini məhz niyə Cəlil Məmmədquluzadəyə həsr etdiyini sual verdi. Gülbəniz xanımın cavabı isə çox lakonik və aydın oldu. O cavabında bildirdi: “Bu, vətəndaşlıq borcudur. Hər bir Azərbaycan vətəndaşı bunları bilməlidir”. Bu sualdan sonra artıq yavaş-yavaş dərsi yekunlaşdırırdıq. Son dəqiqələrdə Gülbəniz xanımın bizə olan nəsihətləri isə bəlkə də, dünyanın ən bahalı əşyasından belə dəyərli idi. Onun bizə son cümləsi isə bu oldu: “Əziz tələbələr, sizin hər birinizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram. Hər nədən yazırsınız yazın, lakin qələminizi üç qəpiklik mürəkkəbə deyil, ürəyinə batıb onun qanı ilə yazın”. Beləliklə, sonda xatirə şəkli çəkdirib, auditoriyanı tərk etdik. Otaqda qalan yalnız Gülbəniz xanımın son sözlərində olan heyranlıq hissi idi.
Mayıl Soltanov
Bakı Dövlət Unversitetinin Jurnalsitka Fakültəsinin II Kurs tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!